Azərbaycan ədəbiyyatına möhrünü vurmuş şairdir Ramiz Rövşən. Fəlsəfilik, bənzətmələrin qeyri adiliyi, şeirlərin süjeti və hislərin darmadağın
edilişi - bunları Ramiz Rövşən poeziyasının ən öncül xüsusiyyətləri adlandırardım.
Fəqət Ramiz Rövşən poezist olmaqla yanaşı, həm də ssenaristdir. Və bu
gün onun "Xəyanət"
kinopovesti
haqqında
danışmaq istəyirəm. Bu yaxınlarda oxudum povesti. Əvvəllər Ramiz Rövşənin nəsri ilə tanış olsam da, açığı heç bəyənməmişdim. Mənim üçün Ramiz Rövşən imzası ancaq və ancaq şeirdə öz ucalığını qoruyurdu. "Xəyanət"i oxuduqdan sonra isə bu fikrimdə dəyişiklik baş verdi, lakin buna baxmayaraq "Xəyanət"
danışmaq istəyirəm. Bu yaxınlarda oxudum povesti. Əvvəllər Ramiz Rövşənin nəsri ilə tanış olsam da, açığı heç bəyənməmişdim. Mənim üçün Ramiz Rövşən imzası ancaq və ancaq şeirdə öz ucalığını qoruyurdu. "Xəyanət"i oxuduqdan sonra isə bu fikrimdə dəyişiklik baş verdi, lakin buna baxmayaraq "Xəyanət"
povesti onun yaradıcılığından oxuyacağım son nəsr olacaq. Təbii ki,
yenilərini yazsa, məmnuniyyətlə
oxuyaram, köhnələri isə yox.
"Xəyanət"-də
ehtirasın eşq adı altında cilvəsindən söz açır Ramiz Rövşən və hadisələr elə sürətlə cərəyan edir ki, insan qapılır
onlara və eləcə oxuyur, oxuyur... Bir də görürsən ki, artıq son səhifədəsən.
Eşq hər zaman eşq deyildir. Ehtiras bəzən və çox vaxt eşq donuna bürünür,
özünü bizlərə elə yaxşı"sırıyır"
ki, heç ruhun da incimir, qəlbin də ağrımır. Ancaq hər şeyin "açılan sandıqlardan"
tökülənvaxtı olur və o vaxt gəlib çatanda nə etsən də, sandığın ağzını bağlaya
bilmirsən.
Əri həbsdə olan qadının başqası ilə münasibəti və bu münasibətin, əslində
qeyri-adekvatlığı,
həmçinin
"gün keçdi, bu da keçər" deyib sonunu düşünmədən atılan səhv addımın
4 yetişkin insanın
bütün
həyatını məhv etməsi və bəzilərinin doya bilmədikləri bu həyatla vidalaşması çox
realist bir şəkildə izah
olunub əsərdə.
Həyat "var"la "yox"un arasındadır. Bu iki söz
birləşəndə isə "Xəyanət" baş verir. Verdi də. Ona görə də "var"la "yox"un
arasında qərarlaşmaq onlardan biri olmaqdan daha məqsədəuyğundur. Mənim "Xəyanət"dən öyrəndiyim
bunlar oldu.
Bu qısa yazı "Xəyanət"in astar üzünü bəlkə də açmır, ancaq
elə beləcə qısa qalsa yaxşıdır. Çünki "astar" hər zaman qısa olur.
Müəllif: Aqil
Bəkir
Yorumlar
Yorum Gönder