Bu
danışıqlarımızda bir çox şeylərə toxunduq, Lord Russell. Bütün bunlardan,
insanlığın nəyi ümüd etməsi və nədən qorxması lazım olduğu mövzusunda ümumi bir
nəticəyə gələ bilirsinizmi?
Bertrand Russell- Məndən
çox çətin bir sual soruşdunuz. Ehtimallar görürəm. Bəzisi çox qaranlıq, bəzisi
də güvən verir. Amma ən qaranlıqları üzərində dayanmalıyam
hesab edirəm...
hesab edirəm...
Elə olsun. Ən
qaranlıqlarından başlayaq... Gələcək bizə nələr göstərəcək?
Bizi ən çox təhdid edən təhlükə-
insan nəsli müharibə edərək özünü yox etməzsə əgər- əsgər üsulu bir həyat. Elmi
kəşflərin, sənədləşmə meyllərinin təsiri ilə dünya elə təşkilatlana bilər ki,
oturulacaq yer olmaqdan çıxar.
İdarəçiliyin
ağır gələcəyi fikrindəsinizmi?
Mümkündür, hələ fəaliyyət
və elm ilə birləşərsə. Çünki idarəçi bir çox şeyə burnunu soxur. Bunun yaxşı tərəfi
də var, amma pis tərəfi daha çoxdur.
Hansı pis ola
bilər?
Orta məktəbi bitirən
kimi, insanın fikir və düşüncələrinin üstünə çökən o qorxunc ağırlığı düşünün.
Təhsili əllərində tutan orqanlar bir insanı ümüdlərini, qorxularını xaricdən
idarə edə bilərlər. İnsan, bu zaman istənilən uyğun istiqamətdə ümüdlənəcək və
qorxacaqdır. Və təhsil, böyük ölçüdə hökumətin istədiyi kimi düşünməsi istiqamətində
olacaqdır. Bilirsiniz ki bu da hər zaman ağla uyğun gəlmir...
Bu cür təhsilə
qarşı gələcək, sizin kimi azad, güclü şəxs birliklərinin hər zaman ola biləcəyinə
inanırsınızmı?
Xeyir. İnanmıram. Xeyir,
mənim kimilər, təsadüflərin böyük yeri olan köhnə ənənələrə görə böyüdülmüşdürlər.
Hesab edirəm dünyanın gələcəyi belə deyil. Mənim dünyamda qaçmaq yolları var
idi. Eyni qəlibə salmırdılar hamını.
Rəhbərliyin hər
şeyə əl qoyduğu gün, heç kimin şəxsi həyatı olmayacağını dediniz. Bir az izah
edərsinizmi?
Bu problemin bir tərəfinə,
çox əhəmiyyətli bir tərəfinə nəzər yetirin. İnsan çoxalmasına ən yararlı
qaydaların nələr olacağını araşdırma elmini. Bir hökumət düşünün ki bizimkindən
daha üstün bir irq yaratmaq ehtirası gözünü tutmuşdur. Nə olursa olsun, işə müəyyən
bir nisbətdən, məsələn yüzdə beş kişi və yüzdə otuz qadın nisbətindən başlamaq,
yerdə qalanları isə soznsuzlaşdırmaq lazım gələcəkdir. Çox xoş gələn bir şey
deyil amma, çox yaxşı da ola bilər.
Elmi imkanlar
insanların beynini bu qədər qurdalayarmı?
Bu insanlar, hərbi
üstünlük qazanacaqlarıından əmindirlərsə, bəli. Təbii istəsələr belə bir irq də
yaradıla bilər. Bunların mövqeyi müharibə sahəsində, bildiklərimizdən fərqli
olacaqdır. Bu düşüncəni insanların başına salmaq çətin deyildir. Atom silahları
lazımlı idi, çünki qarşısındakında var idi. Doğumların elmi sinifləndirilməsi,
düşmən də eyni şeyi etdiyindən, lazımdır.
“1984” ya da
“Dünyaların ən yaxşısı” mövzularına gəldik. Amma bunun komunist olmayan dünyada
tətbiq oluna biləcəyini həqiqətən düşünürsünüzmü? Bir də konformizm problemi
var...
Komunistlərə nisbətdə
burada təhlükə bəlkə bir az daha azdır, amma təhdid var yenə.
Konformist əqidələr,
konformist bir paltar, vərdişlər, düşüncələr və b. varmı?
Sənət əsərlərini düşünün.
Gəzintilərim zamanı, xüsusilə Amerikada, sənətə qarşı necə hörmət edildiyini,
Avropalı sənətçilərin necə baç tacı edildiyini, necə dollar içində
boğulduqlarını gördüm. Amma özünü də bir gün bir sənətçi edə biləcək kamilliyə
sahib heç bir Amerikalı uşağa rast gəlmədim. Bax Amerikalılar buna görə Avropalı
sənətçilərin heyranıdırlar.
Rusiyada sənət
çox əzilibmi?
Gedib görmədiyim üçün bir
şey deyə bilməyəcəm. Amma əzilmiş görünür. Doktor Jivago-ya qarşı ədəbiyyat bir
çox zərbə gördü. Çarlar dövründə Rus ədəbiyyatı ən öndə gələnlərdən biri idi.
Bu gün bunu deyə bilərikmi?
Bəs balet?
Balet, Çarlıq dövrünün
bir qalığıdır. 1920-ci ildə gördüm, bir güldana yerləşdirilmiş çiçəklər qədər təsirləndirdi
məni. Çox gözəl idi. Ürəy açıcı idi, amma köhnə abuhavası qalmamışdı. İndi muzey əşyasına oxşayır.
Bütün bunlar,
rəqibsiz yeniliyin olmamasına səbəb olurmu?
Bəli, təhlükə də bundadı.
Nəticədə sıxıntıdan zibil qutusuna
atdığımız kopyalar misalı nəsildən nəsilə yaşayıb gedən bicləşmiş bir
Bizans cəmiyyət növü.
Çox dərdləri
var insanın. Məncə bunlardan biri heç bir şeyi ölçü daxilində etməməsidir. Nəyə
əl aparsa, ölçünü itirir. Qərarlı olmağı heç bir zaman öyrənə bilməyəcəkmi?
Ümüd edirəm. Lazım olandı bu, həm ola bilər də. Burda,
qaranlıq bir sıra kəhanətlərə qapıldıq. Bütün qəlbimlə reallaşmaqlarını diləyirəm.
Yaxşı, bir az
da xoş şeylərdən danışaq.
Əvvəlcə gözümüzün
qarşısına gətirməli olduğumuz bir şey var. Köhnə dövrlərin çarə tapa bilmədiyimiz
dərdləri də daxil olmaqla, bu günün dərdlərinə çarə tapa bilərik. Bunlar davam
edib gedərsə, başqa insanları xoşbəxt etmək üçün cəhd etdiyimiz bu böyük işdə, iradəmizi məhdudlaşdıran pis
ehtiraslar ruhumuzda yer tutmuşdur deməkdir. Modern texnikanın təsiri böyük,
amma yoluna daxil ola bilməyən şəxslərin psixologiyası, ehtiraslarındakı
aldadıcılıqdır. Bunu unutmamalıyıq. Ən sonunda da, hər şeyin bir-birinə çox
yaxın olduğu bu dünyada bir insanın xoşbəxtliyinin, nifrət də etsə, qonşusunun
xoşbəxtliyinə nail olduğu ölçüdə reallaşa biləcəyini görmək lazımdır. Bu şərtlər
təmin olunanda dünya indiyə qədər tanımadığı bir xoşbəxtliyə qovuşacaqdır.
İnsanlar,
ehtiraslarına məhdudiyyət qoydular deyək. Onda hansı pisliklərdən qurtulmaq
lazımdır?
Əvvəlcə müharibə. Sonra
yoxsulluq. Əvvəllər yoxsulluq, bəzi insanlar üçün çarəsiz bir xəstəlik idi. Bu
gün belə deyil. Dünya, yoxsulluğa son vermək istəyərsə qırx ildə həll edər
bunu. Xəstəlik azaldı, daha da azala bilər.
İnsanların istədikləri qədər və istədikləri zaman yaşamaqdan qürur
duymalarına bir maneə yoxdur.
Müsbət
mövzulara gəldik. İnsanın gələcəkdə başqa nələr etməsini arzulayırsınız?
Bunda təhsilə çox şey
düşür. Hərkəsə insanlığın, mənfəətləri ortaq bir ailə olduğunu, əməkdaşlığın əhəmiyyətinin
yarışmaqdan daha böyük olduğunu, bir-birlərini sevməyin, yalnız bir əxlaqi vəzifə,
dini tapşırıq deyil, eyni zamanda öz xoşbəxtliyi üçün ən ağıllı siyasət
olduğunu öyrətmək lazımdır.
İnsan elmə
bir çox gözəl şeyi borcludur. Bunlardan biri də çox yaxında həftəlik iş
saatının on saata qədər endiriləcəyidir. Boş vaxtlarda nələr etməlidir?
Əgər dünya, kefli
vaxtlarımda xəyal etdiyim bu dünya reallaşacaqsa, varlıqlı və mədəniyyətli
insanlar nələr edirlərsə, insan onların hamısını edəcək. XVIII əsrin zadəganı
çox vaxt mədəniyyətli idi. Boş vaxtı var idi və səmərəli keçirməyi bilirdi,
amma bu da dəfələrlə aldanmasına mane olmadı. Nə olursa olsun bu zadəganlar, sənəti
təşviq etmək, görkəmli iqamətgahlar tikdirmək, baxçalar salmaq və bır sıra gözəl
şeylər yaratmaq imkanını tapdılar. Bəzən bu boş vaxtdan hərkəsin səmərəli dəyərləndirəcəyi
bir dünyanı, hərkəsi eyni lazımı mədəni səviyyəyə çatmış görməyi elə istəyirəm
ki!
Bəs sərgüzəşt?
Bu dərdi səlahiyyətli
orqanlar düşünsün. Az pul və vaxt sərf
etməklə insanlara lazım gəldikdə təhlükəli,
gəncələrin xəyal etdiyi kimi sərgüzəşt imkanları təmin etməlidir. Qütblərə
gedərlər, dağlara dırmaşarlar ya da bir
gün, olarsa, kosmosu gəzərlər. Bütün bunlar çox zaman müharibələrdə sərf olunan
enerjiyə istifadə imkanı yaradar.
Sabahın
insanlarına deyəcək bir sözünüz varmı?
Bilgiləriniz sizə, insan
oğlunun indiyə qədər tanımadığı bir güc verir. Bu gücü yaxşılığa da pisliyə də istifadə
edə bilərsiniz. İnsanları birləşdirən ailə bağına, ancaq birlikdə xoşbəxt
olacağımıza, yoxsa bütün pərişanlığa düçar olacağımıza inanırsınızsa, bu gücü
yaxşılığa istifadə edə bilərsiniz. Zəngin bir azlığın, yoxsulların hesabına
keçindiyi dövr arxada qalmışdır. Bitdi bu. Kimsə qəbul etməz. Siz də xoşbəxt
olmaq istəyirsinizsə, qonşunuzun xoşbəxtliyinə hörmət göstərin. Ağıllı bir təhsilin
insanı aydınlığa qovuşduracağına və ona başqasının xoşbəxtliyi üçün, öz xoşbəxtliliyinin
şərtlərini göstərəcəyinə inanıram. Arabir, insanları azad, güclü, ağıllı, heç
kimin basqı görmədiyi bir cəmiyyət canlanır gözlərimin qarşısında. İnsanları nə
etdiyini bilən, ortaq mənfəətlərin şəxsi mənfəətləribir
qırağa itələdiyi, hər cəhdi, ağıl və xəyal gücünün meyvəsi olan bu böyük əsərə yönəlmiş bir dünya. İnsanlar
istəsələr qurarlar bu dünyanı və bir gün qurularsa əgər, indiyə qədər görülməmiş
xoşbəxtlik nümunələri və həyacanı ilə dolu, daha müvəffəqiyyətli, daha göz
oxşayıcı və daha ali bir dünya olacaqdır.
Tərcümə edən: Ramilə Heydərova
Mənbə: Bertrand Rassel, "Mənim dünyagörüşüm"
Yorumlar
Yorum Gönder