“Filosoflar kral olana qədər şəhərlər
heç vaxt sülh tapa bilməyəcəkdir. "
Bir çox böyük
mütəfəkkir, vaxtlarını utopiyalarında yaşadıqları ideal bir cəmiyyətin dərk
olunmasına, bir hökumət, dəyərlər və davranışlar sisteminin qurulmasına həsr
etmişdirlər. Bu mütəfəkkirlərdən yalnız bir neçəsinin, fikirlərini bilavasitə həyata
keçirmək şansı vardı. Böyük mütəfəkkirlərin fikirlərini liderlər tez-tez sitat
gətirsələr də, ütopik bir
vizyon daxilində bir konsepsiyanın həqiqi, konkret bir nümunəsi təqdim olunan məqamlar nadirdir.
vizyon daxilində bir konsepsiyanın həqiqi, konkret bir nümunəsi təqdim olunan məqamlar nadirdir.
Bu məqamlar gələndə
nə olur? Çox az və nadir olsalar da, baş verir. Tez-tez, bir utopiyanın yalnız
kiçik parçaları tətbiq olunduqda, hətta bu məqamlar da aydınlıq gətirə bilir.
Orijinal utopik "Dövlət" əsərində Platon, filosof krallar
tərəfindən idarə olunan bir şəhər dövləti ideyasını təqdim edir. “Filosoflar
kral olana qədər şəhərlər heç vaxt sülh tapa bilməyəcəkdir”, deyə yazmışdır.
Xoşbəxtlikdən bunun bariz bir nümunəsi vardır: Roma İmperiyasının filosof kralı
olan Marcus Aurelius Antoninus tərəfindən idarə etdildiyi dövrlər.
Bəs bu dövr necə
idi? Tarixin ən böyük ağıllılarından və əsas fikirlərindən birinin dünyanın ən
böyük imperiyalarından birində həyata keçirilməsi necə bir şey idi? Bunun cavab
kimdən soruşmağımızdan asılıdır.
Taxta
çıxmamışdan əvvəl, Platonun umduğu kimi, mövcud ola bilən ən yaxşı müəllimlər tərəfindən
təhsil verilən Marcus Aurelius, vacib bir qanun, fəlsəfə və dil anlayışını
ortaya qoya bildi. Aurelius, “qanunlar mözusunda çox istedadlı bir imperator”
olaraq qəbul edilir. Kasıb və kimsəsiz uşaqları qorumaq və azad edilmiş kölələrin
qanuni hüquqlarını təmin etməklə tanınır. İtaliyada baş verən aclıq zamanı o,
kömək işlərinə şəxsən nəzarət edirdi. Vəba epidemiyası Romaya yayıldıqda, onun
yayılmaması üçün qanunlar qəbul etdirdi. Bu qanunlar hələ 20-ci əsrə qədər qüvvədə
idi. İmperatorluq xəzinəsi boşalmağa başlayanda, vergi yığımlarının (məbləğlərin)
yenilənməsini istəməzdən əvvəl imperatorluq zinətləri ilə birlikdə öz əmlakını
auksiona çıxardı. Roma, illər sonra ilk dəfə həm daxili, həm də iqtisadi düşmənləri
ilə müharibəyə daxil olduqda, Almanyadan Mesopatomiyaya qələbəsini
proqnozlaşdırmışdı. Mütləq bir hökmdar olarkən, bütün lazımlı təklifləri Senata
təqdim edib və zəruri olmasa da onların dəstəyini təmin etmişdir.
Ona təyin
edilmiş filosof adının haqqını sübut etmək asandır. O, bu gün “Özümə Düşüncələr”
olaraq bilinən fərdi qeydlər kitabını yaratmışdır. Kitab ümumiyyətlə Stoik ənənəsi
ilə seçilən bir əsər olaraq qəbul edilir və oxucuya yalnız özü olmaq məqsədi ilə
fəzilət və hikmətlə birləşməyi tövsiyə edir. Ərsəyə gəlməsindən bəri fəlsəfəyə
təsir etmişdir, 1500 il sonra İmanuel Kantın əsərində otaya çıxmışdır. Bu gün də
düşüncə dünyasına rəhbərlik etməyə davam edir.
Ancaq bəlkə də
Stoik filosof olması ilə bağlı ən böyük iddiası, gündəlik müharibə xaosundan
qurtulmaq üçün fəlsəfədə gecə təsəlli tapdığını və düşüncələrini sivil dünyanın
kənarları olan döyüş sahələrində yazdığının fərqinə vardıqda başa düşülür. Fəaliyyət
olaraq, Stoizm üçün daha yaxşı bir nümunə tapmaq çətindir.
Buna baxmayaraq
Aurelius mükəmməl deyildi. Onun hakimiyyəti dövründə məsihçilər çox təqib edilirdi.
Təxminən bir əsr ərzində o, ona tabe olan və istedadını daşıyan varisə sahib
ilkimperator olaraq, oğlu Commodusun taxta çıxmaq hüququnu dəstəkləyirdi.
Commodus, megalomanyak, qəddar və fəzilətsiz biri olaraq hesab edilirdi,suiqəsdə
uğradı və ölümündən sonra Senat tərəfindən xalq düşmən elan edildi. Hakimiyyəti
dövründə hər şeyə, legionlara, aylara və Roma şəhərinə öz adını vermək kimi bir
marağı var idi.
Elə isə,
Platondan siyasətlə bağlı məsləhət almağa başlamalıyıqmı? Avstriya filosofu Karl
Popper, 20-ci əsrin totalitar rejimlərinin məşhurlaşmasında Filosof Kral
fikrini günahlandırması kimi, mümkün cavab: xeyir. Hətta filosof kralın özü də
Platonun fikirlərinin totalitar ölçülərinin tam şəkildə həyata keçirilməsini təsdiqləmirdi.
Platon yuxu əvvəli hekayələrdə və depresiv musiqilərdə dövlət senzurasını təklif
edərkən, Marcus Aurelius isə onu lağa qoyan səhnə əsərlərini cəzalandırılmaması,
əksinə bunllara icazə verilməsi kimi davranışlarına görə tərif qazanırdı. Bu, o
zamanlar üçün, söz azadlığının yüksək standartı idi
Nəticədə,
Platonun ideal cəmiyyəti müasir oxucuları sarsıtmalıdır. Ancaq bu böyük mütəfəkkirin
fikirlərinin nəzərə alınması, ətrafımızdakı cəmiyyətlərin inkişafına kömək edə
bilər. Sadəcə bir neçə nəfər, Platonun ideal şəhərinə köçməyə razı olsa da, onlarda
faydalı olanı dəstəkləyəcəklər vəbaşqa bir yerdə yenidən
qurulması mümkün olan faydasızı dəstəkləməyəcəklərdir. Marcus Aureliusun həyatı
bizə, onu tam qəbul etməsək də, onu xatırladır ki, ondan mükəmməl bir ölkə ideyasını öyrənə və
faydalana bilərik.
Tərcümə edən: Ramilə Heydərova
Yorumlar
Yorum Gönder