Film analizi: "Joker" (2019)

4 oktyabrdan kinoteatrlarda göstərilməyə başlayan “Joker” (biletdə “Coker” yazılmışdı, amma mən elə orijinal Joker deyəcəm) filmi Tod Filips və Hoakin Feniksin yaratdığı ən möhtəşəm filmdir. Fikrimi ardıcıl və yavaş-yavaş izah edəcəm. Mən bu film hələ çıxmamışdan qabaq onun treylerinə baxanda və çəkilişdən əvvəlki işlərlə maraqlanandan anlamışdım ki, bu film ən pis halda yaxşı film olacaq.
 Daha sonra avqust ayının 31-də 76-cı Venesiya festivalında film əsas mükafat olan “Qızıl şir” mükafatını alanda mənə bu film daha da maraqlı gəldi. Ayın 14 isə filmə getdim və getməyimə peşman olmadım desəm, demək ki, heç nə deməmişəm. Mən filmlərə kinoteatrda baxan biri deyiləm, amma buna baxmayaraq kinoteatrda yetərincə filmə baxmışam və sırf müstəqil bir film kimi 2017-ci ildən indiyə qədər bəyəndiyim film olmamışdı. Bu film, hətta mənim gözümdə Logan filmini də keçdi. Bu filmim hər dəqiqəsini oturub maraqla izləmişəm, bax o qədər möhtəşəm ekranizasiyadır Joker. O qədər möhtəşəmdir ki, film həm insanı kədərləndirir. həm də güldürür, sonra isə güldüyün üçün peşman olursan, çünki bu  gülünəsi məsələ deyildi. Yazımın davamında spoiler olacağı üçün filmə baxmamısınızsa ilk öncə ona baxmağı məsləhət görərəm. Film 1981-ci il Qotem şəhərindən bəhs edir. Filmin ideyası, daha doğrusu baş personaj olan Joker DC comicsdən götürülməyinə baxmayaraq, filmdə bunu ancaq göndərmələrdə rast gəlmək olur və süjetdə paralellərlə ancaq kiçik elementlərdə rast gəlirsən. Burada hələ Brüs Veyn uşaqdır və onun valideynləri də sağdır (Brüs Veyn komiksdən “Batman” obrazının əsl adıdır) amma ümumiyyətlə bu obrazın burada olub olmaması əhəmiyyətli deyil, çünki film onun haqda yox, Joker haqdadır.
Filmi məncə 2 nəfər bu qədər möhtəşəm etdi: Hoakin Feniks və Tod Filips. Tod Filips filmin ssenarisinin yazılması və prodüseri kimi çox işlər görməsi azmış kimi, həm də filmin rejisoru olmuşdur. Düzdür razıyam ki, film çəkmək bir orkestrin musiqi şedevrini canlandırması kimidir, hər bir musiqiçidən canfəşanlıq və özünüfəda tələb edir, buna baxmayaraq hər orkestrda da, eləcə də filmdə də bir neçə nəfərə daha çox rol düşür və onlar da özlərini digərlərinən daha çox fəda etməzsə film şedevrə çevrilməz. Bu film isə həmin azsaylı şedevrlərdən biridir. Bu il onun oskar alacağı dəqiqdir. Elə bu oskarlardan biri də baş rol Jokeri canlandıran Hoakin Feniksə veriləcək. Hoakin Feniks film üçün həm xarici fiziki görünüşündə, həm də mental düşüncəsində kolasal dəyişiklik etmişdi. Sanki aktyor rola girməmişdi, o rolla yaşayırdı. Hətta psixoloji cəhətdən o qədər dəyişilmişdi, bəlkə də pozulmuşdu ki, çəkiliş meydançasından çəkiliş zamanı yoxa çıxıb, bir də bir-neçə gün sonra peyda olurdu. Filmdə isə özünü hərtərəfli obraz kimi möhtəşəm göstərdi. Adicə onun gülüşü çox yaddaqalandır, spesifikdir. Obraz çox detallı və hərtərəflidir, bir kələm yarpaqları kimi səhnələr keçdikcə süjet irəlilədikcə açılır və obrazın yeni tərəflərdən baxmağa, anlamağa başlayırsan. Ssenari tamaşaçının qarşısına səliqə ilə düzüləcək şəkildə yazılıb və film də ona uyğun xəttat dəqiqliyi ilə ustalıqla çəkilərək mükəmməl olur. Obraz da film keçdikcə sanki dəyişilir, bəlkə də elə əvvəldən belə imiş. Bundan əlavə hərəkətləri, emosiyaları və bu emosiyalarını həmişə üz ifadələri ilə yox, bəzən elə göz ifadələri ilə çatdırması məni çox sevindirdi. Eləcə də Jokerin bəzən gülüşü ağlamaq ilə qarışdırmaq belə münkün idi. Bəzən sadəcə anlamırdın ki, obraz içdənmi gülür, yoxsa xəstəlikdənmi, yoxsa güldüyü üçün peşmandır və əslində içində ağlayır və onun bu ağlamağı da personajın mikroemosiyaları və gözlərində görünür. Bu filmdə əmin olmadığn yeganə nüans da deyil...


Filmə baxdıqda mən həmişə əmin deyildim ki, baş verənlər realdır və daha sonrakı hissələrdə təxminlərim də düz çıxdı. Bundan başqa mənim filmi izlədikdən sonra dostumla reallıq barədə söhbətimizdə bir-birindən maraqlı müxtəlif versiyalar ortaya çıxdı. Hansı səhnənin real olub olmamasından asılı olaraq, film təmamilə mənasını və hətta verdiyi mesajı çatdırıdı.  Demək ki, film bir baxıma art haus (o tamam başqa janrdır, sadəcə fikrimi ifadə etmək üçün adını şərti olaraq elə adlandırıram) film xüsusiyyətlərini özündə daşıyır.
Eləcə də filmin analizini bir az müqayisəli aparmaq istəyiəm ki, analizim hərtərəfli alınsın. İlk öncə Martin Skorsezenin 1976-cı ildə rejisorluq etdiyi bir filmlə müqayisəmi aparacam. Fikir versək o filmdə də Robert de Nironun canlandırdığı baş obraz müharibədən qayıtmış və pulunu gecələr taksi sürməklə qazanır. Elə məhz bu peşə də ona şəhərin ikinci mənfur sifətini görməyə imkan verir. Bundan sonra isə o artıq əlisilahlı qisas almağa başlayır. “Bunu komiks obrazlarından kimə oxşadarsan?” sualını mənə versələr, düşünmədən “Punisher”  deyərdim. Bildiyim qədəri ilə Skorseze filminin baş qəhrəmanını yaratdığında elə həmin antiqəhrəmandan ilham alıb. Fikir versək Joker filmində də Robert de Niro rol alıb. Məncə elə bu özü də bir göndərmə və filmə hörmət əlamətini göstərmə üsuludur. Eləcə də əlavə olaraq qeyd etmək istəyirəm ki, filmin hazırlanma dövründə Skorsezenin əl izi də bu filmdə olub. Bir baxıma hər iki filmin baş obrazını müqayisə etsək görərik ki, hər ikisi öz peşəsinə. həm də şəxsiyyətinə görə şəhərdə az qala insan yerinə qoyulmurlar. Düzdür, motivlərdə fərqlər var, amma yenə də oxşarlıqlar da var. Ümumiyyətlə hər iki filmin əsas ortaq cəhəti budur ki, rejisorlar izləyiciyə sanki deyir: “Düzdür hamımızın oxuduğumuz komislərdə, baxdığımız filmlərdə həmişə hər şey parlaq, atəşfəşanlı, artıq ekşnlı göstərilmişdir, amma reallıq bu deyir, sən bir neçə dəfə atəş açırsan və artıq əlində boş stepleraçanla durmusan. Reallıqda nə Punişer o qədər silahlı, hamıya qarşı tək və uğurla döyüşən olmazdı, eləcə də Joker də toksik maddə ilə dolu nəhəng qazana düşdükdən sonra ağlını itirərdi.”
Filmi müqayisə edəcəyim ikinci bir film Kristofer Nolanın 2008-ci ildə ekranlaşdırdığı “The Dark Knight” filmidir. Daha doğrusu bu filmi yox, onun baş obrazdan belə daha çox gözə çarpan, xarizmatik Joker obrazını. Obrazı Hit Ledcer canlandırıb və bilməyənlər üçün də qeyd edim ki, film hələ nümayiş olunmamışdan qabaq Hit Lecer öz mənzilində ölü tapılmışdır və artıq ölümündəın sonra Nobel mükafatına layiq görülmüşdür. Lecer filmin ərsəyə gəlməsin də və ümumiyyətlə öz obrazı üzərində çox işləmişdir. Onlarla bu xəıstəlik haqda elmi və bədii əsərlər oxumuş. Əsil şizofren xəstəsinin gündəliyini oxumuş, onun videolarına baxmış. eləcə də real elmə əsaslanaraq hazırlanmışdır. Məsələn, Hit Lecer Jokerinin filmdə feminin olması çoxlarının düşündüyü kimi Alfred Hiçkokun “Psycho” (1960) filminə göndərmə deyil, həm də obrazın uşaqlıqda anası ilə bağlı travmasının olduğuna görədir. Eləcə də bu obraz həm bədən dilinə, həm də bir çox başqa incəliklərinə görə möhtəşəmdir. Şübhəsiz ki, bu filmdə obraz üzərində çox işlənib, buna baxmayaraq Joker filminin də baş obrazı elə Jokerin özüdü. Nolanın filmində isə Joker bir antoqonist qismində çıxış edib və istər istəməz bu fakt onun təsirini azaldır. Obrazı anlamaq daha çətin daha əziyyət tələb edəndir. Obrazda sanki bir sirr qalır. Sanki Nolanın Jokerinə kənardan baxırsan. Bəlkə də belə təsir təkcə məndə olub. Əksinə Joker filmindəki qəhrəman isə sanki izləyiciyə açılır. Onun bütün düşüncülərini, zəifliklərini, hətta hamamda yuyunarkən mahnı oxuyub oynamasına kimi şəxsi, anasına olan qayğısına qədər doğma olan bütün həyatını görürük. Düzdür bu filmdə də sirr var, amma burada biz Joker kimi özümüz də həqiqəti axtarırıq və Joker bizim üçün Mariarti yox, sadə, bizim kimi sadəcə həyatı başqa cür olan, sanki bizim aramırdan çıxmış biridir. Qısası sırf kinomatoqrafik cəhətlərdən hansının yaxşı olduğunu demək çox müşkül məsələ olar, amma şəxsi fikrimi soruşsanız, sonuncu Jokeri daha çox bəyəndim.


Müəllif: Rövşən Nəzərov

Yorumlar