Yunan fəlsəfəsi, görünüşdə mənasız bir külək ilə və
bu sözlərlə başlayır: Su, həyatın “mənşəyi” və ana qucağıdır. Bu nöqtədə
dayanıb ciddiləşmək həqiqətən lazımdırmı? Bəli, həm də üç səbəbə görə.
Birincisi bu söz, şeylərin mənşəyi haqqında bir rəvayətdir. İkincisi, bunu təsvirsiz
və əfsanələşdirmədən edir. Nəhayət üçüncüsü, qapalı bir halda olmaqla yanaşı,
“hər şey birdir” düşüncəsini özündə daşıyır.
İlk səbəb Thales-i din və batil inanc ilə bir arada göstərir, lakin ikincisi, onu bu cəmiyyətin içindən çıxarıb təbiət tədqiqatçısı olaraq tanıdır. Üçüncüsü sayəsində də Thales ilk Yunan filosofu sayılır. O, “sudan torpaq olur” demiş olsa idi, bir elmi fərziyyəni (hipotezi) həm də yalnış amma isbatı çətin bir fərziyyəni ortaya atmış olardı. Lakin Thales, elmdən o tərəfə getmişdir. O, bu birlik qanununun su fərziyyəsi ilə təsvirində, dövrünün fizika təsəvvürlərinin aşağı təbəqəsini aşmamış, onun sadəcə üstündən keçmişdir. Suyun, daha doğrusu nəmli olanın varlığı və dəyişmələri haqqında Thales-in etdiyi təcrübə (ampirik) baxımından zəif və nizamsız müşahidələr belə çox böyük bir ümumiləşdirməyə yol açmaqdan, hətta onu ağla gətirməkdən çox uzaq idi. Thales-i buna aparan, mənşəyi mistik bir intuisiyada olub, getdikcə daha yaxşı izah edilmiş yeni sınaqlar daxil, bütün fəlsəfələrdə rast gəlinən metafizik bir inanc sözündə: “hər şey birdir” sözünün içindədir.
İlk səbəb Thales-i din və batil inanc ilə bir arada göstərir, lakin ikincisi, onu bu cəmiyyətin içindən çıxarıb təbiət tədqiqatçısı olaraq tanıdır. Üçüncüsü sayəsində də Thales ilk Yunan filosofu sayılır. O, “sudan torpaq olur” demiş olsa idi, bir elmi fərziyyəni (hipotezi) həm də yalnış amma isbatı çətin bir fərziyyəni ortaya atmış olardı. Lakin Thales, elmdən o tərəfə getmişdir. O, bu birlik qanununun su fərziyyəsi ilə təsvirində, dövrünün fizika təsəvvürlərinin aşağı təbəqəsini aşmamış, onun sadəcə üstündən keçmişdir. Suyun, daha doğrusu nəmli olanın varlığı və dəyişmələri haqqında Thales-in etdiyi təcrübə (ampirik) baxımından zəif və nizamsız müşahidələr belə çox böyük bir ümumiləşdirməyə yol açmaqdan, hətta onu ağla gətirməkdən çox uzaq idi. Thales-i buna aparan, mənşəyi mistik bir intuisiyada olub, getdikcə daha yaxşı izah edilmiş yeni sınaqlar daxil, bütün fəlsəfələrdə rast gəlinən metafizik bir inanc sözündə: “hər şey birdir” sözünün içindədir.
Belə bir inancın, hər cür sınaq qarşısında nə qədər
qaba davrandığı diqqət çəkicidir. Fəlsəfə, cazibədar sehirli hədəfinə sınağın
(təcrübənin) çəpərləri üzərindən tullanıb çatmaq istədiyi vaxt, hər zaman necə
davranır? Bunu Thales-ə baxaraq öyrənə bilərik. Fəlsəfə, zəif əsaslara əsaslanaraq
irəlilərə sıçrayarkən ümüd ilə intuisiya ayaqlarına qanadlar taxır. Hesablı
“müdrik”, arxasından ağır-ağır nəfəs alaraq gəlir amma, özündən daha tanrılıq olan yol dostunun
çatmış olduğu cazibədar hədəfə nail olmaq üçündaha yaxşı əsaslar axtarır. Bu
hal qarşısında insan, daşları sürüyən vəhşi bir dərədə iki yolçunu görən kimi
olur. Biri daşlardan istifadə edib onlar üzərindən sıçrayaraq və dayanmadan
daşların uçuruma yuvarlandığını heç vecinə almayaraq sakitcə digər tərəfə
keçir. Digəri isə, hər an nə edəcəyini bilməyəcək bir halda dayanır. O, ilkin
düşüncəli ağır addımlarını daşıya biləcək təməllər qurmaq məcburiyyətindədir,
bunu arada bir bacarmadığı da olur. Bu zaman, dərəni keçməsinə heç bir kimsə hətta
heç bir tanrı kömək etmir. Elə isə fəlsəfə düşüncəsini bu qədər daha tez hədəfinə
aparan nədir? Görəsən onun hesablayan, ölçən düşüncədən fərqi, böyük “məkanları”
uçaraq daha tez keçməsidirmi? Xeyir, çünki onun ayağını qaldıran, xarici bir
qüvvədir: fantaziyadır. Fantaziyailədir ki, yüksələn fəlsəfə düşüncəsi, ilkin,
keçici olaraq əminlik deyə qəbul olunan imkanların birindən digərinə sıçrayır:
Uçarkən də ordan burdan həqiqi əminliklər tapır. Dahicə bir uzaq görənlik
onları özünə göstərir. Fəlsəfə düşüncəsi də bu və ya digər müəyyən nöqtədə,
isbat oluna bilən əminliklərin olduğunu uzaqdan kəşf edir. Fantaziyanın
gücü, ən çox, oxşarlıqların ildırım sürəti
ilə qavranmasında və aydınlaşmasında təsirlidir. Ancaq bundan sonradır ki,
düşüncənin əks olunması (kamilliyi), ölçüləri ilə şablonlarını gətirdib
oxşarlıqları yerinə bərabərlikləri, yan-yana görünənlər yerinə səbəbaxtarmanı
(səbəbi) qoymağa çalışır. Lakin bu olmasa da, məsələn Thales-in fəlsəfə işlərində
yenə də bir dəyəri vardır təcrübə məntiqiliyi və tam sərtliyi ilə “hər şey
sudur” sözünə keçmək istədiyi vaxt bütün əsaslar çöksə də, elmi quruluşunun
yıxılıb xarab olmasından sonra belə yenə bir şey qalır. Bax bu qalıqda cəzb
edici bir qüvvə vardır. Onda, irəlidə gələcək
olan bərəkətin ümüdü gizlənmiş kimidir.
Təbii mən, bu düşüncənin bəlkə, hər hansı bir sərhədləmə
yəni zəiflətmə şərti ilə yaxud allegoriya olaraq bir növ həqiqət daşıdığını demək
istəmirəm. Məsələn plastik sənətçinin, su şəlaləsinin kənarında dayanıb
yaratdığını qəbul edək. O, özünə tərəf sıçrayan şəkillərdə, suyun insan və
heyvan bədənləri ilə, masqalarla, bitkilərlə, qayalarla, su pəriləri ilə yekun
olaraqvar olan növlərin hamısı ilə bir oynunu görsün “hər şey sudur” sözü də beləcə təsdiqlənmiş olsun, bax mən belə bir
şey nəzərdə tutmuram. Thales-in düşüncəsinin dəyəri- hətta isbat edilməsi
mümkün olmadığı görüldükdən sonra da- bu nöqtədədir ki, bu söz mütləq əfsanədən
(mythos-dan) və allegoriyadan sıyrılmış bir mənada demişdir. Birdən birə bir
Thales meydana gətirmiş olan Yunanlılar, yalnız insanlarla tanrıların həqiqiliyinə
inandıqca və bütün təbiəti, bu tanrı- insanların yad paltarlara bürünmüş
maskalı şəkilləri və şəkil dəyişdirmələri (metamarfozları) olaraq gördükcə, həqiqətin
hər növünü tam əksi olaraq qalmışdırlar. Onlar üçün insan, şeylərin gerçəkliliyi
və nüvəsi idi. Bundan kənarda hər şey görünüş, aldadıcı oyun idi. Bax buna görədir
ki, anlayışları anlayış olaraq son dərəcə çətin gəlirdi. Bunun əksinə yenilərdə,
ən şəxsiyyətli olan belə, maddilikdən sıyrılıb mücərrədləşdirmə halına
girmişdir. Köhnələrdə isə, tərsinə, ən mücərrəd olan belə bir şəxs olaraq bir
nöqtədə toplanırdı. Lakin Thales belə dedi: “şeylərin gerçəyi, insan deyil
sudur.” O, ilkin, suya inandığı ölçüdə təbiətə inanırdı. Thales, riyaziyyatçı və
astronom olaraq, əfsanə və “allegory”olan hər şeydən buz kimi soyumuşdu. Və hər
nə qədər, “hər şey birdir” kimi bir mücərrədləşdirməyə yüksələcək qədər
oyanmamış, ayılmamış və bir fizika cümləsində ilişib qalsada, yenə də dövrün
Yunanlıları arasında təəccübləndirici və az rast gəlinən bir hadisədir. Bəlkə o
çox gözə batan Orphik-lər, mücərrədləşdirmələri qavrayıb plastik olmayan bir tərzdə
düşünmə bacarığına, ondan daha çox ölçüdə sahib idilər. Lakin bunlar, ifadəni,
ancaq allegoriya şəklində verə bilmişdirlər. Dövrü və bəzi fizika təsəvvürləri
baxımından Thales-ə yaxın olan Syros-lu Pherekydes (1) də, eyni şeyin sözlə
bildirilməsi işində əfsanələrin allegoriya ilə birləşdiyi ara sahədə
qalmaqdadır. Belə ki, məsələn: dünyanı, gərilmiş qanadları ilə havada dayanan və
üstündə Zeus-un, Kronos-a qalib gəldikdən sonra möhtəşəm bir şərəf libası- öz əli
ilə üstünə qitələri, suları, çayları işlədiyi bir libası- örtdüyü qanadlı bir
palıda bənzədəcək qədər cəsarət göstərir. Konkret olaraq demək olar ki, heç tərcümə
edilməyən bu kimi qaranlıq allegoriyalı
fəlsəfə qarşısında Thales, təbiətə dərininə baxmağı ilk sınaq etmiş olan bir
ustaddır. O, elmi və isbat ediləbiləni
istifadə etməklə yanaşı, bunların üstündən keçdisədə, bu hadisə fəlsəfəçi
ağlına tipik bir işarədir. Müdrik demək
olan Yunanca kəlmənin etimoloji baxımdan kökü, sapio=dadıram, sapiens=dadar,
sisyphos= ən yüksək dadma bacarığı olan insandadır. Demək ki, kəskin bir dadma
ilə anlamaq və bilmək bacarığı, əhəmiyyətli bir ayırma bacarığı, xalq bilinəninə
görə filosofun özünə məxsus hünərini təşkil edir. Əgər öz işlərində yaxşı olanı
meydana çıxarana ağıllı deyiləcəksə, filosof ağıllı deyildir. Aristotels, belə
deməkdə haqlıdır: “Thales ilə Anaksagorasın bildiklərinə vərdiş edilməmiş, təəccüblənəcək,
güc, tanrılıq şeylər, lakin eyni zamnada, bunlar insanlara aid yaxşılıqlarla əlaqəli
olmadıqlarından, yararsız şeylər deyiləcəkdir.” Vərdiş edilməmiş, təəccüblənəcək,
güc olanı seçmək və ayırmaqladır ki fəlsəfə, elmin qarşısında məhdudlaşdırıldığı
kimi, faydasızı irəli sürməklə də ağlın qarşısında məhdudlaşmaqdadır. Elm, belə
incə bir zövqü olmadan, hər şeyi, nə bahasına olursa olsun bilmək üçün, bilinən
nə varsa ona gözü qaralmış bir aclıqla hücum etməkdədir. Bunun əksi fəlsəfə
düşüncəsi, daim bilinməyə ən çox dəyər olan şeylərin, böyük və əhəmiyyətli
biliklərin yolunu tutur. Lakin böyüklük anlayışı həm əxlaq həm estetika sahəsində
dəyişkəndir. Beləcə fəlsəfə, böyüklüyün qanununu verməklə başlamaqdadır. Bir ad
vermə hərəkəti ona bağlıdır. Fəlsəfə, “bu, böyükdür” deyər və beləcə insanı,
bilgisusuzluğunun basqın arzusu üzərinə yüksəldir. Bu susuzluğu, böyüklük
anlayışının köməyi ilə nizama salır və bunu, ən başda, şeylərin özü və nüvəsi
haqqında olan ən böyük biliyə çata bilər və çatmış olaraq görməklə müvəffəq
olur. Thales, “hər şey sudur” dediyi zaman, insan, hər bir elmlərin sürünə
sürünə etdikləri təcrübədən birdən birə qurtulmaqda və bu intuisiya ilə
bilginin aşağı pillələrinin adi bağlılığını aşmaqdadır. Filosof, bir bütün
olaraq kainatın ahəngliyini öz daxilində duymalı və onu qavramaqlar halında
içindən çölə çıxarmağa çalışır. Plastik sənətçi kimi konkret yanaşma ilə,
dindar biri “mərhəmətli”, elm adamı kimi məqsəd və səbəblər axtarışında olmaqla
yanaşı, Makrokosmosa(2) yüksəldiyini hiss etməklə yanaşı, özünü kainatın
aynası olaraq görərkən də soyuq qanlı davranacaq qədər “mötədilliyini”- dram sənətçisinin,
özünü başqa vücudlara dəyişmiş gördüyü, onların dilindən danışdığı, lakin bu dəyişməni
sətrlərlə xaricə iz- olduğu (müəyyən etdiyi) vaxtsahib olduğu mötədilliyi-
mühafizə edir. Burada sənətçi üçün sətr nədirsə, filosof üçün də dialektik (3)
düşüncə odur. Filosof, sehirli kəşfini qorumaq, onu daş kimi qatılaşdırmaq üçün
dialektikaya müraciət edir. Dramçı üçün söz ilə sətr necə, yaşadığı və
gördüyünü, ancaq mimika və musiqi ilə olduğu kimi xəbər verə bildiyini, demək
üçün istifadə etdiyi, yad dillə bir növ kəkələmədirsə, hər dərin fəlsəfə
intuisiyasının dialektik və elm düşüncəsi ilə izahı da, bir tərəfdən görünənin
bildirilməsi üçün bircə yoldur, lakin digər tərəfdən yazıq bir yoldur, hətta əslində
başqa bir sahəyə, başqa bir dilə metafor (məcaz)-la çox sadiq olmayan bir tərcüməçidir.
Bax beləcə Thales var-olanın birliyini görmüş və onu demək üçün su-dan danışmışdır.
(1) Yunanıstanın qədim nəsr
yazarlarından.-VI əsrdə yaşamışdır.-Theogonia adlı yazısında kainatın
yaranmasını hekayə tərzində izah edir.
(2) Köhnə klassik yanaşmada, insanla kainat
qarşı-qarşıya qoyulub insan, kainatın kiçik nümunəsi, kainat, insanın böyük
nümunəsi olmaqla, hər ikisi kosmos sayılırdı-(Makrokosmos=kainat,
Mikrokosmos=insan). Bu yanaşma, Renesansda canlandırılmışdır.
(3) Düşüncələr qarşı-qarşıya qoyaraq ağlavurma
(mühakimə) da olmaq. –Sokrates-Əflatun təliminə görə, bütün fəlsəfə Dialektik,
yeni dövrlərdə (Kant-Hegel), yeni mənalar qazanmışdır, ki mətnimizin bunlarla
heç bir əlaqəsi yoxdur.
Tərcümə edən: Ramilə Heydərova
Mənbə: Nietzsche Fridrix, "Philosophy
in the Tragic Age of the Greeks", (III) Thales.
Yorumlar
Yorum Gönder