İbn Rüşd ilk olaraq dini təhsil almış, din adamı
olaraq yetişmişdir. Fəlsəfədəki yeri şərhçilikdən – Aristotel şərhçiliyindən –
irəli getmir. Onun bir xüsusiyyəti də Əl-Qəzaliyə verdiyi cavabdır.
İbn Rüşdün dini inancına bağlı qalmaqla birlikdə
Əl-Qəzali kimi sadəcə və sırf dini inancla kifayətlənmək istəyən əsrarəngiz
birinə qarşı mövqe tutması,
dini inancla bərabər düşüncəyə, fəlsəfi fikrə açıq olması onun faciəli sonunu yaratmışıdır.
dini inancla bərabər düşüncəyə, fəlsəfi fikrə açıq olması onun faciəli sonunu yaratmışıdır.
İslam dünyası Əl-Qəzalini ön plana cıxardığı halda,
İbn Rüşdünü arxa plana itələmişdir. Bu isə o deməkdir ki, İslam dünyası yalnız
inanc ilə kifayətlənmiş, yaşadığı dünyanı fikri olaraq idrak etməyə çalışmamışdır.
Bir şərhçi haqqında şərh etmək rahat olmasa da müəyyən olunur ki, o, nə tamamilə
fəlsəfəyə açılmaq, nə də dini ehkamları tərk etmək istəyib.
İslam dünyası İran və Bizans sərhədlərinə gələndə
qeyri-ixtiyari olaraq o dünyaların düşüncələri ilə də qarşılaşdı. Arada bir
toqquşmanın ya da alış-verişin olmaması mümkünsüz idi. Fikrimizcə, müsəlmanların
Platon ya da Aristotel ilə maraqlanmasının ən önəmli səbəbi belə filosofların
da öz düşüncələrini əhəmiyyətli dərəcədə ehkamlar üzərində qurmalarıdır. Məsələn:
Aristoteldəki Yer və Göy anlayışı İslam ehkamları ilə uygunlaşa bilən ölçüyə
malikdir. Bu mənada xristianlıq qədim düşüncəyə daha yaxındır,çünki bu din
Latın dünyasında ortaya çıxmışdır. Hadisəyə bu bucaqdan baxdıqda müsəlmanlıq fəlsəfəyə
daha uzaq, yalnız inanclarla sərhədlənən və ehkamlarla dolu bir dindir.
Fikrimizcə, İbn Rüşdün İslam dünyasında yadırğanılmasının və qovulmasının, Qərb
dünyasında mənimsənilməsinin ən önəmli səbəbi xristianlığın mədəniyyətə daha
çox açıq olmasından qaynaqlanır. İbn Rüşd hər nə qədər öz baxışları çərçivəsində
Qurandan ayətlər götürsə də, həqiqətdə bu bir razılaşdırmadan - din ilə fəlsəfəni
razılaşdırma, barışdırma cəhdindən – irəli getmir.
İslam dünyasında iki şəxsi – İbn Rüşd və Əl – Qəzalini
ayrı qütblər kimi nəzərə alsaq, birincinin niyə hər zaman arxa plana atıldığı,
ikincinin isə niyə ön plana çəkildiyini anlamaq bizim üçün önəmlidir. İbn Rüşd
öz dövründə də fəlsəfi baxışlarına görə mənimsənmir, hətta daha sonra II Mehmedin
dövründə mədrəsələrdə oxunulması üçün İbn Rüşd ilə Əl–Qəzali arasında bir
seçimin edilməsi istəndikdə Əl-Qəzali seçilir. Diqqət edilərsə, dövrümüzün
ilahiyyatçıları arasında da həmişə Əl-Qəzali (Qəzali həzrətləri) öndədir.
İslam dünyasında bir İbn Sina və İbn Rüşd qorxusu
var. Çünki dinin xaricində yaradılacaq hər hansı bir maraq bir mömini dindən
uzaqlaşdıra bilər. Halbuki dini inanc bu dünyada olmasa, o biri dünyada
insanın, insan ruhunun qurtuluşu üçündür.
Sadəcə ruhun ölümlü ya da ölümsüz olması haqda
aparılan müzakirələr dini inancı zəiflətməyə yetər. Əgər ruh bədənlə birlikdə
varsa və bədənlə birlikdə öləcəksə, onda ölüm sonrası bir yenidən dirilməyə,
ikinci bir – sonsuz –yaşama inanmanın nə mənası qalar? Ya da kainatın bir
başlanğıcı varsa, bir sonu da ola bilər kimi mübahisələr də dini inanclrın önəmini
ortadan qaldıra bilər. Halbuki bütün hökmdarların öz cəmiyyətləri üzərindəki
hakimiyyətləri Tanrının insanlar üzərindəki hakimiyyəti ilə eyniləştirilmişdir.
Birindən qopmaq digərinin də sonunu gətirə bilər. Bu mənada dini ideologiyanin
önəmi böyükdür. İbn Rüşdün bütün çalışması dinin yanında fəlsəfi bir düşüncəyə
də yer verilmədir Yəni inanca bəli,amma bununla bərabər insan düşüncə ilə də
Tanrıya çata bilər. Həqiqətdəİbn Rüşd özünü Tanrı ilişməsindən, vəsvəsindən
qurtarmış deyil,başqa sözlə desək, o, feodal dünyanı, bir cəmiyyət içərisindəki
pilləli quruluşu, xalqın dövlət qarşısındakı, qadının kişi qarşısındakı zəifliyini
mənimsəmişdir.
Və son olaraq bu deyilənlərdən belə sual verək: Əgər
İbn Rüşd İslam dünyasında mənimsənilsəydi, mədrəsələrdə oxudulsaydı, bu
dünyadan bir fəlsəfə ortaya çıxardımı? Bu mövzuda nikbin
olanlar var, amma biz deyilik.
Tərcümə edən: Humay Kamallı
Mənbə: "Din- felsefe tartışması" (İbn Rüşt), 2002
Yorumlar
Yorum Gönder