Bu nəzəriyyələr, psixoloji faktorı qeyd etməsinə
baxmayaraq, eyni zamanda bu faktoru mədəniyyət qəliblərinin kölgəsinə endirməkdə-dirlər.
Hərçənd, dəyişməyən insan təbiəti yoxdur amma,
insan təbiətini sonsuz sayda qəlibə tökülə bilən və öz psixoloji
dinamikasını inkişaf etdirmədən özünü hər cür şəraitə uyğunlaşdıra bilən bir
şey olaraq görə bilmərik, insan təbiəti, tarixi təkamülün məhsuludur hərçənd
amma, anadangəlmə olan müəyyən mexanizmaları, qanunları vardır və bunların ortaya çıxardılması, psixologiyanın vəzifəsidir.
amma, anadangəlmə olan müəyyən mexanizmaları, qanunları vardır və bunların ortaya çıxardılması, psixologiyanın vəzifəsidir.
Bu ana qədər dediklərimizin və bundan sonar deyəcəklərimizin
tam olaraq başa düşülməsi üçün uyğunlaşma anlayışını müzakirə etmək lazım gəlir.Bu
müzakirə eyni zamanda psixoloji mexanizimlər və qanunlar kimi sözlərlə nəyi
izah etmək istədiyimizə də aydınlıq gətirəcəkdir.
“Sabit”
uyğunlaşmaq ilə “dinamik” uyğunlaşmanı bir-birindən ayırmaq lazımdır. Sabit
uyğunlaşma dedikdə, bütün şəxsiyyət strukturunun dəyişməzliyini qoruyan və sadəcə
yeni bir vərdişə uyğunlaşmağı dilə gətirən “qəliblərə uyğunlaşma”dan danışırıq.Çinlilər kimi yemək yemə vərdişini buraxıb, Qərblilər
kimi çəngəl-bıçaq istifadə edərək yemə vərdişi qazanmaq, bu növ bir
uyğunlaşmağa nümunə olur. Amerikaya gələn bir Çinli, özünü bu yeni qəlibə
uyğunlaşdırar, amma yalnızca bu uyğunlaşmanın, şəxsiyyəti üzərində çox az bir təsiri
vardır. Yeni itkilər ya da şəxsiyyət xüsusiyyətləri yaratmaz.
Dinamik
uyğunlaşma dedikdə,
məsələn, bir uşağın- əksini etməyəcək ölçüdə qorxudulduğundan- qatı və təhdidkar
atasının əmrlərinə tabe olaraq “yaxşı” uşaq halına gəlməsi ilə reallaşan
uyğunlaşmadan danışırıq. Uşaq, özünü vəziyyətin tələblərinə uyğunlaşdırarkən
içində bir şey olur.Atasına qarşı intensive bir düşmənçilik inkişaf etdirə bilər-
bunudilə gətirmək ya da hətta şüurunda olmaq belə çox təhlükəli olduğundan, bu
düşmənçiliyi basqılayacaqdır.Ancaq basdırılmış
bu düşmənçilik, xaricə əks olunmamaqla bərabər, onun şəxsiyyət strukturunda
dinamik bir faktordur.Yeni qayğılar yaradıb daha böyük boyun əymələrə yol
açır. Müəyyən bir şəxsə deyil də daha çox ümumi olaraq həyata istiqamətlənmiş qeyri-müəyyən bir
yarış, bir qarşı olma vəziyyəti yarada bilir. Burda da, birinci vəziyyətdə
olduğu kimi bir fərd, özünü müəyyən
xarici şəraitə uyğunlaşdırmaqdadır, amma bu dəfə, bu növ uyğunlaşma onun üçün yeni bir şey yaratmaqdadır, yeni itkilər və
qayğılar oyandırmaqdadır.
Hər nevrotik
vəziyyət, bu dinamik uyğunlaşmağa bir nümunə yaradır.Bu, təməldə, öz içlərində irrasional və ümumi mənada
uşağın inkişafında və böyüməsində pis təsirləri olan (xüsusilə erkən uşaqlıq
dövründəki) xarici şəraitlərə bir
uyğunlaşmadır.Yenə eyni şəkildə, sosial qruplarda güclü, dağıdıcı ya da
sadistcə impulsların varlığı kimi nevrotik fenomenlə müqayisə oluna biləcək
sosial-psixoloji fenomenlər də (bunlara niyə nevrotik deyilməməli olduğunu daha
sonar müzakirə edəcəyik) insan oğlunun inkişafında irrasional və zərərli sosial
şəraitlərə dinamik uyğunlaşmağa bir nümunə yaradırlar.
Hansı növ uyğunlaşmanın reallaşdığı sualından başqa
suallar da cavab gözləməkdədir: insanın özünü demək olar ki, ağla gələ biləcək
bütün həyat şəraitlərinə uyğunlaşmağa məcbur edən şey nədir, insanın uyğunlaşa
bilməsinin sərhədləri nələrdir?
Bu suallara cavab verərkən, nəzər yetirməli olduğumuz
ilk fenomen, insan təbiətində, digərlərindən daha elastic və uyğunlaşmağa dah əlverişli
müəyyən bölmələrin olduğu fenomenidir.
İnsanlar arasındakı fərqləri yaradan şiddətli arzular və şəxsiyyət xüsusiyyətləri,
böyük ölçüdə elastikdir, qəlibə salına bilərlər. sevgi, dağıdıcılıq, sadism,
boyun əymə meyli, iqtidar ehtirası, laqeyidlik, özünü mücərrədləşdirmə, özünü
böyütmək istəyi, qənaətçilik ehtirası, duyğusal zövqləri reallaşdırmaq və
duyğusallıqdan qorxmaq, bu xüsusiyyətlərdəndir, insanda olan bu və daha bir çox
şiddətli arzu və qorxular, müəyyən həyat şəraitinə bir reaksiya olaraq inkişaf
etməkdədirlər. bunlar xüsusilə elastic deyil, çünki bir dəfə insanın şəxsiyyətinin
bir parçası halına gəldikdə, asanlıqla yox olmur ya da başqa itkiyə çevrilməzlər.
Amma fərdlərin, xüsusilə uşaqlıqlarında,
özlərini içində olduqları həyat forması tamamilə uyğun olaraq bu ya da
digər ehtiyacı inkişaf etdirmək mənasında elastikdirlər. bu ehtiyacların heç
biri, insan təbiətində anadangəlmə var olan və bütün şəraitlər altında inkişaf
edib doyuzdurulmaq vəziyyətində olan xüsusiyyətlərmişcəsinə dəyişməz və qatı
deyildir.
Bunlardan fərqli olaraq, insan təbiətinin imtina
edilməz bir parçası olan və məcburi olaraq doyuzdurulmaq vəziyyətində olan
başqa ehtiyaclar, yəni aclıq, susuzluq, yatmaq ehtiyacı və.s kimi, insanın
fiziki quruluşundan qaynaqlanan ehtiyaclar vardır.Bunların hər biri üçün,
doyuzdurulmamağın dözülməz hala gəldiyi bir hədd vardır.Bu hədd keçildikdə,
ehtiyacı doyurmaq meyli, çox güclü, şiddətli bir istək xüsusiyyəti göstərir.Bu
fizioloji olaraq şərtləndirilmiş ehtiyaclar, özünü qoruma fenomeni anlayışı
içində ümumiləşdirilə bilər.
Bu özünü qoruma fenomeni insan təbiətinin, bütün şəraitlər
altında doyuzdurulmaq istəyən və dolayı olaraq, davranışının ən birinci itələyici
gücünü yaradan hissəsidir.
Bunu sadə bir şəkildə izah etmək lazımdırsa: insan
oğlu, yemək, içmək, yatmaq, özünü düşmənlərə qarşı qorumaq kimi məcburiyyətlər
içindədir. Bütün bunları etmək üçün işləmək və yaratmaq məcburiyyətindədir.
Ancaq “iş”, ümumi ya da mücərrəd bir şey deyildir, iş, hər zaman üçün konkret
içləməkdir, yəni, müəyyən bir iqtisadi səviyyədə edilən müəyyən bir işdir. Bir
insan feudal səviyyədə, bir kölə olaraq, bir Qızıldərili kəndində kəndli
olaraq, capitalist cəmiyyətdə azad bir iş adamı olaraq, müasir bir maqazində
satıcı olaraq, böyük bir fabrikin ucsuz bucaqsız yeriyən qərbin başında işçi
olaraq işləyə bilər. bu müxtəlif işləmə növləri, tamamilə fərqli şəxsiyyət
xüsusiyyətləri tələb edir və başqalarına qarşı fərqli növdən maraq ya da bağlı
olmaq vəziyyətləri yaradır. Bir insan anadan olduqda, səhnə hazırlanmışdır. Yemək
və içmək məcburiyyətindədir, buna görə də işləmək məcburiyyətindədir. Bu da müəyyən
şərtlər altında və doğulduğu cəmiyyət quruluşu tərəfindən onun üçün müəyyən edilən
şəkillərdə işləmək məcburiyyətində olduğu mənasına gəlir, insandakı yaşamaq
ehtiyacı olsun, social səviyyə olsun, hər iki faktor da təməldə insanın fərd
olaraq dəyişdirməyəcəyi faktorlardır və bunlar, daha böyük elastiklik göstərən
digər xüsusiyyətlərin inkişafını müəyyən edən faktorlardır.
Beləcə, fərd üçün bir iqtisadi səviyyənin xüsusiyyətlərinə
görə müəyyən olunan həyat şəkli, fərdin bütün şəxsiyyət strukturunun müəyyən
edilməsində təməl faktor halına gəlir.Çünki qaçınılmaz bir ehtiyac olan özünü qorumaq
istəyi, fərdi, içində yaşamaq vəziyyətində olduğu şərtləri qəbul etmək məcburiyyətində
qalır.Bu, fərdi, digər fərdlərlə birlikdə, bəzi iqtisadi və siyasi dəyişikliklərə
təsir etməyə cəhd edə bilməz demək deyildir. Ancaq şəxsiyyəti, hər şeydən əvvəl
müəyyən bir cəmiyyət ya da sinifin səciyyəvi xüsusiyyətlərini təmsil edən ailəsi
kanalı ilə hələ uşaqkən qarşılaşdığı müəyyən bir həyat şəkili tərəfindən
formalaşdırılır.(7)
Fiziloji olaraq şərtləndirilmiş ehtiyaclar insan təbiətində
mütləq var olması lazım olan tək ehtiyaclar toplusu deyildir. Yenə eyni ölçüdə
məcburi, cismani proseslərdən deyil, insan oğlunun həyat və həyat şəklinin
özündən qaynaqlanan bir hissə də vardır: Bu şəxsin özündən kənar dünya ilə əlaqədə
olması ehtiyacı, təklikdən qaçmaq ehtiyacıdır. Fiziki aclıq necə bədəni ölümə
aparırsa, tamamilə tək və təcrid olunmuş hiss etmək də eyni şəkildə insanın
zehnini parçalanmağa aparır.Bu başqaları ilə əlaqədə olmaq, fiziki təmasla eyni
şey deyildir. Bir fərd, uzun illər
boyunca fiziki mənada tək ola bilər, amma yenə də fikirlərlə, dəyərlərlə ya da ən
azından ona bir birləşmə və “aid olma” duyğusu verən sosial qəliblərlə əlaqəli
ola bilər. digər tərəfdən, insanlar
arasında yaşaya bilər amma yenə də dözülməz bir təcrid olunmuşluq duyğusuna
qapıla bilər, bu duyğu, müəyyən bir həddi keçərsə, insan, şizofren xəstəliklərin
izahı olan bir dəlilik vəziyyəti yaşamağa başlayar. Bu dəyərlərə, sinvollara, qəliblərə
bağlılıq məhrumluğuna, ritual təklik də deyə bilərik və ritual təkliyin də
eynilə fiziki təklik qədər dözülməz olduğunu ya da daha döğrusu, fizi təkliyin,
ancaq və ancaq ritual təkliyi də özü ilə daşıması halında dözülməz olduğunu deyə
bilərik.Dünya ilə mənəvi münasibət, müxtəlif formalarda özünü göstərir.Tanrıya
inanan və bir hücrədə yaşayan keşiş, özünü müharibə yoldaşları ilə bir hiss edən,
təcrid edilmiş siyasi ehtiraslı ritual baxımdan tək deyildir.Qəribə bir mühitdə
kostyum geyinen İngilis bəyi də, yoldaşlarından çox çox təcrid edilmiş olmasına
qarşı, xalqı ya da xalqının sinvolları ilə özünü bir hesab edən kiçik burjua da
ritual baxımdan tək deyildir. Dünya ilə qurulan əlaqə, nəcib bir əlaqə də ola
bilər, əhəmiyyətsiz, dəyərsiz bir əlaqə də. lakin, ən dəyərsiz bir qəlibə bağlı
olmaq belə, tək qalmaqdan üstün tutulur. Din və millətçilik ya da nə qədər
axmaq və alçaldıcı olusada hər hansı bir adət, fərdlə başqaları arasında əlaqə
yaradırsa, insanın ən çox qorxduğu şeydən, təcrid olunmaqdan qaçıb iki əllə
tutunacağı sığınacaqlardır.
Ritual təcrid olunmaqdan qaçmaq istiqamətindəki məcburi
ehtiyacı, Balzak, Kəşfiyyatçının Ağrısı adlı
hekayəsində çox yaxşı izah etmişdir:
Təkcə bir şey öyrən, hələ yorula biləcək vəziyyətdə
olan ağlına bunu yaxşıca həkk et: İnsan oğlunda böyük bir təklik qorxusu vardır. Təkliklər
içərisində ən qorxuncu, ritual təklikdir, keşişlər, Tanrı ilə yaşadılar,
dünyaların ən sıxlığında, ruhlar dünyasında yaşadılar, istər keşiş olsun, istər
bir məhbus, istər bir günahkar ya da alçaq, avara, insan oğlunun ilk düşüncəsi,
öz taleyini bölüşən bir dostunun olmasıdır. Həyatın tam özü olan bu itkini
doyurmaq üçün, bütün gücünü, bütün qüvvətini həyatının bütün enerjisini səfərbər
edər. Bu çox güclü istək olmasa idi Şeytan özünə dost tapa bilərdimi? Bu mövzuda
İtmiş Cənnətdə başlanğıc ola biləcək böyük bir dastan yazıla bilər, çünki İtmiş
Cənnət, etirazın müdafiəsindən başqa bir şey deyildir.
İnsanda, təcrid edilmə qorxusunun niyə bu qədər
güclü olduğu sualını cavablandırmağa çalışmaq, bizi, bu kitabda izləməli
olduğumuz yoldan çox uzaqlara aparır. Ancaq, oxucuya, .əxsin özünü başqaları ilə
bir hiss etməsi ehtiyacının sirrli bir xüsusiyyəti olduğu fikrini verməmək
üçün, bu sualın cavabının harda olduğu mövzusundakı yanaşmamı bildirəcəyəm.
Əhəmiyyətli faktorlardan biri, insanın, başqaları
ilə bu və ya digər əməkdaşlıq olmadan yaşaya bilməyəcəyi faktıdır. Ağla gələ
biləcək hər mədəniyyətdə, insan, yaşamaq
üçün istər özünü düşmənlərə ya da təbiətin təhlükələrinə qarşı qorumaq məqsədi
ilə, istər işləyə bilmək və yarada bilmək
bacarığı qazanmaq məqsədi olsun, başqaları ilə əməkdaşlıq etmək ehtiyacı hiss
edir. Robinson Cruso-nun yanında belə Cümə vardı. O olmasa idi, Robinson bəlkə
dəli olmaqla qalmayıb, açıqca öləcəkdi. Başqalarının köməyinə olan bu ehtiyacı,
hər kəs uşaqlığında çox dərindən hiss edir, insan balasının həyati funksiyalar
mövzusunda, başqaları ilə əlaqə qurmaq mövzusunda öz başının çarəsinə baxa bilməməsi,
bala üçün bir ölüm qalım məsələsidir. Tək başına qalmaq ehtimalı, uşağın
varlığına istiqamətlənmiş ən ciddi, ən böyük təhlükəni yaradır.
Ancaq, “aid olma” ehtiyacının bu dərəcə məcburi edən
daha bir fakt vardır: insan oğlunun özünü təbiətdən və digər insanlardan fərqli
bir fərdi varlıq olaraq görməsini, özünün fərqinə varmasını təmin edən düşünmə
bacarığı yəni subyektiv özünüdərk. Bu
fərqindəliyin dərəcəsi insane görə dəyişir hərçənd amma, bir sonrakı bölmədə
izah olunacağı kimi, bu fərqindəliyin varlığı insan oğlunu, təməldə insani olan
bir sualla qarşı-qarşıya qoyur: özünün, təbiətdən və digər insanlardan ayrı, fərqli
bir varlıq olduğunun fərqinə varmaqla, - çox qeyri-müəyyən də olsa - ölümün, xəstəliyin, qocalmanın dərkinə varmaqla,
öz varlığının kainat yanında və “özü” olmayan bütün digərləri yanında nə qədər əhəmiyyətsiz
və nə qədər kiçik olduğunu qaçınılmaz olaraq hiss edir. Bir yerə aid olmasa, həyatının
bir mənası və istiqaməti olmasa, özünü bir toz dənəsi olaraq hiss edəcək və hər
hansı bir nizam ilə özü arasında bir bağ qurmayacaqdır, şübhələrlə dolub
daşacaq, bu şübhə isə getgedə ondakı davranışlarda əks olunma- yəni yaşamaq-
bacarığını iflic edəcəkdir.
Başqa mövzuya keçmədən əvvəl, sosial psixologiyanın
problemlərinə ümumi yanaşmalarımızla əlaqəli olaraq diqqət etdiyimiznöqtələri yekunlaşdırmaq yarlı ola bilər, insan təbiəti
nə biloji olaraq əvvəlcədən müəyyən olunmuş və anadangəlmə itkilər toplusudur,
nə də özünü yaxşı yaxşı uyğunlaşdırdığı mədəniyyət qəliblərinin ölü bir kölgəsidir.
İnsan təbiəti, insan təkamülünün məhsuludur, ancaq, eyni zamanda müəyyən
fumksiyaları və qanunları özündə əks etdirir, insan təbiətində müəyyən edilmiş
və dəyişdirilməsi mümkünsüz bəzi faktorlar vardır: fizioloji olaraq şərtləndirilmiş
itkilərin doyuzdurulması ehtiyacını və təcrid olunmaqla ritual təklikdən çəkinmə
ehtiyacı. Fərdin müəyyən bir cəmiyyətə aid yaradıcı və paylama sistemindən
qaynaqlanan həyat formasını qəbul etmək vəziyyətində qaldığını görmüşdük. Mədəniyyət
uyğunlaşması prosesinin dinamikası içində
fərdin duyğu və davranışlarına istiqamət verən bəzi çox güclü itkilər imkişaf edir. Fərd, bu itkilərin
şüurunda ola bilər ya da olmaya bilər, amma hər iki vəziyyətdə də bunlar
güclüdür və bir dəfə ortaya çıxdılarsa, mütləq doyuzdurulmaq istəyirlər.
İqtisadi,
psixoloji və ideoloji faktorların necə bir-birlərinə təsir etdikləri və bu
qarşılıqlı təsirlə əlaqəli olaraq daha hansı ümumi nəticələrin yarana biləcəyi,
Reformasiyon və faşizmi izah etdiyimiz zaman nəzər yetirəcəyimiz mövzular
olacaq.(8) bu
müzakirə davamlı olaraq bu kitabın ana teması ətrafında aparılacaqdır: yəni
insan, digər insanlarla və təbiətlə başlanğıcdakı birolma vəziyyətindən çıxması
mənasında nə ölçüdə azadlıq qazanarsa, o ölçüdə “fərd” halına gələr və sevgi ilə
yaradıcı işləməyinin özbaşnalığı içində özünü
ünya ilə birləşdirməkdən ya da bunu etmədiyi halda, dünya ilə arasında
öz azadlığını və fərdi mənliyini tamamilə yox edəcək bağlarla bir növ təhlükəsizlik
axtarışına girməkdən başqa çarəsi yoxdur.(9)
Tərcümə edən: Ramilə Heydərova
Mənbə: Erich Fromm, "Fear of Freedom"
(7) Bu problemlə əlaqəli olaraq tez-tez rast gəlinən
qarışıqlığa qarşı oxucunu xəbərdar etmək istəyirəm. Fərdin həyat formasının müəyyən edilməsində, bir cəmiyyətin
iqtisadi strukturu, şəxsiyyət imkişafı üçün bir şərt vəzifəsi yerinə yetirir.
Bu iqtisadi şərtlər, Renesansdan bu tərəfə, Marx-ın təməl anlayışlarını başa
düşməyən bəzi Marksçı yazıçılara kimi bir çox yazıçı tərəfindən insan
davranışının dominant itələyici güclər olaraq görülən maddi sərvət arzusu kimi
subyektiv iqtisadi itələyici güclərdən tamamilə fərqlidir. Əslində, insanı
mühasirəyə alan maddi sərvət sahibi olmaq arzusu, sadəcə bəzi mədəniyyətlərə
xas bir ehtiyacdır və fərqli iqtisadi şərtlər, maddi sərvəti xor görən ya da
onu vecinə almayan şəxsiyyət xüsusiyyətləri yarada bilər. Bu problem daha ətraflı
olaraq, Zeitschrift für Sozialforschung' dakı (Hirsch-feld, Leipzig, 1932, Cild
I, s. 28 və davamı) "Uber Methode und Aufgabe einer analytischen Sozial-psychologie"
başlıqlı yazımda müzakirə etmişdim.
(8) Psixoloji və sosial-iqtisadi
güclər arasındakı qarşılıqlı əlaqənin ümumi xüsusiyyətlərini daha ətraflı
olaraq Əlavə bölməsində müzakirə edəcəyik.
(9) Bu əl yazmasının başa çatmasından sonar, R.N. Anschen
tərəfindən hazırlanan və yığılan Freedom, İts Meaning (Azadlıq, Mənası) adlı kitabda
(Harcourt, Brace & Co., New York, 1940.) azadlılğın fərqli tərəfləri ortaya
qoyuldu. Burda xüsusilə H. Bergson, J. Dewey, R. M. Maclver, K. Riezler, P.
Tillich tərəfindən hazırlanan bildirişləri almaq istəyirəm. Həmçinin bxn. Cari
Steuermann, Der Mensch auf der Fluent (Qaçış İnsanları), S.Fischer, Berlin,
1932.
Yorumlar
Yorum Gönder