"Xoşbəxtlik nədir?" - Bertrand Rassel


Lord Russell, xoşbəxt görünürsünüz. Hər zaman belə idinizmi?
Bertrand Russell - həm xoşbəxt, həm bədbəxt vaxtlarım oldu. Yaşlandıqca xoşbəxtlik dövrlərimin uzandığını görüb, şanslı hesab edirəm özümü.
Bizə ən bədbəxt dövrlərinizdən danışa bilərsinizmi?

Ilk gənclik dövrlərimdir. Zənnimcə bu yaşdakıların bir çoxu bədbəxtir. Dost yoxdur, danışacaq kimsə yoxdur. Həyatımı sonlandırmağı düşünürdüm, özümü çətin saxladığımı hesab edirdim, amma bunun elədə əsli yox idi. Təbii xoşbəxtlikdən məhrum hesab edərdim özümü. Amma bəlkə də yarı yarıya bədbəxt idim. Bir yuxu mənə gerçəyi izah etdi. Ölüm dərəcəsində xəstələnmişdim yuxumda.Qəribəsi, Biloll-un ustadı və Platon-un tərcüməçisi, ailə dostumuz, çox savadlı Professor Jowett, başımın üstə idi. Xeyli acınacaqlı şəkildə ona “Nəysə ki bir təsəllim var, bütün bunları bir azdan buraxıb gedəcəm.” deyirdim. O da mənə xüsusilə bağıran səsi ilə “Həyat demək istəyirsiniz?” deyə cavab verirdi. Mən, “Bəli həyat” deyirdim. O da, “Bir az daha yaşlandıqca bu cəfəngiyat sözləri buraxacaqsan” deyirdi. Ayıldım və həqiqətən bunlardan bir də söz açmadım.
İstədiyiniz üçünmü xoşbəxt oldunuz, yoxsa kortəbiimi gəldi xoşbəxtlik?
İşim haqqında danışmalı olsaq mənə bağlı idi. Sonrasını da, reaksiyalarıma, təsadüfə buraxdım. Hər halda işimdə xoşbəxt olmaq üçün hazırladığım planı hərifbəhərif izlədim.
Amma xoşbəxtliyi reaksiya və təsadüflərə buraxmağın yaxşı nəticələr verə biləcəyinə inanırsınızmı?
Şansdan asılıdı. Sonra bu, çox vaxt işinizdəki müvəffəqiyyətdən də asılıdı.  Bəhs etdiyim ilk gənclik dövründən illər sonra düşkün bir dövr yaşadım, işimdə ən kiçik bir addım belə atmadan əvvəl həll etməyim lazım olan bir problem, məni yerimə mismarlamışdı çünki. Iki il, ən kiçik müvəffəqiyyətə çatmadan bu problemlə məşğul oldum. Buna görə çox ağrı çəkdim.
Xoşbəxtliyi nələr verir sizcə?
Əhəmiyyətli hesab etdiyim dört şey var. Birincisi bəlkə də sağlamlıqdır. İkincisi bizi yoxsulluğa düşməkdən qoruyacaq vasitələr. Üçüncüsü, başqa insanlarla xoşbəxt münasibətlər. Dördüncüsü də işdə müvəffəqiyyət.
Sağlamlığa bu qədər əhəmiyyət verirsiniz demək?
Elə sağlamlıq vəziyyətləri vardır ki, xoşbəxtliliyinizə həqiqətən maneədir. Bəziləri ruhunuza keçər, pərişan bir varlıq edər sizi. Canınızı dişinizə tutub dözəcəyiniz ağrılar da vardır, bəzilərinə də heç dözə bilmərsiniz.
Sağlamlığınmı xoşbəxtliyə qovuşduracağına yoxsa, xoşbəxtliyinmi sağlamlığa qovuşduracağına inanırsınız?
Düzgün olanı, sağlamlığın xoşbəxtliyə qovuşduracağıdır. Amma tərsi də var. Xoşbəxt bir insan daha az xəstə olur.
Yaxşıca yatdığınız bir gecədən sonra özünüzü, pis keçirdiyiniz bir gecədən daha xoşbəxtmi hiss edirsiniz?
Əlbəttə.
İndi də puldan danışaq.
Əhəmiyyyətli, amma hər şey alışqanlığa bağlı. Yoxsulluğa alışqanlıq isdədiklərinizə yüyən vuracaqdır. Böyük bir gəliriniz yoxdursa, varlılıq alışqanlığı sizi bədbəxliyə aparar.
Bundan qazanc ehtirası yaranmazmı?
Anlayıram. Ən varlıqlılar belə yoxsul olmaqdan qorxurlar. Çox zaman müşahidə olunan bir hissdir bu.
Yəni çox pul xoşbəxtlik üçün kifayət olmurmu?
Olmur təbii. Pul minimum bir ehtiyacdır. Başqa şeylər düşünmək lazımdır. Əgər düşünməsəniz çox sıxılarsınız.
Üçüncü nöqtə olaraq başqaları ilə münasibətdən danışdınız. Əhəmiyyəti baxımdan həqiqətən üçüncüsüdürmü?
Əlbəttə deyildir. Təcrübələrim düzdürsə, birincisi, ya da sağlamlıqdan sonra ikincisidir.
“Başqaları ilə münasibətlər”-lə nə demək istəyirsiniz?
Məncə bunun aydın olmayan tərəfi yoxdur. Dostluq, sevgi, uşaqlarla münasibətlər, başqaları ilə səmimilik. Bu münasibətlər, xoşbəxt olmadıqca həyat çətindir.


İşləməyə gələk. Müvəffəqiyyətə çatmış iş, bunu yeri üstündür sizcə?
Haqqında danışdığımız enerjili biridirsə, çox üstündür. Bəzən boş verən insanlar vardır, bunlar üçün işləmək qayğı sayılmaz. Amma insanın enerjisi varsa, onu sərf etməyin yollarını axtarmalı, bunun üçün ən uyğun olan işləməkdir. Təbii, işləməyiniz ümüd edilən nəticəni verməzsə, bədbəxliyə qapılarsınız. Amma müvəffəqiyyət əldə olunsa günləriniz daha dolu olar, işiniz xoşbəxtliliyinizə çox şey qatar.
Bunda işləmək növünün də rolu vardırmı?
Hesab etmirəm ki olsun, lakin bəzi şikəst məşğuliyyətlər vardır. Məsələn mənim Siyasi Büro üzvü olmağım kimi, bir az da narahatlıq verici bir işdir bu, hər nə isə...
Bu kimi işlər insana güc verməzmi? Bunu sevənlər də var.
Sevirlərsə, bir deyəcəyim yoxdur.
Vəzifənin kiçikliyi, ya da böyüklüyünün əhəmiyyəti varmı?
Yaradılış problemi... Böyük işlərə özlərini adadıqca xoşbəxt olanlar var. Bəziləri də orta səviyyəli bir işlə kifayətlənir. Amma, gördüyümüz işin, nəticəsi olması üçün, qabiliyyətlərimizin çərçivəsində olması lazımdır.
Bu dediklərinizdən, tənbəllikdə rahatlıq tapılacağına, kiçik bir işlə belə kifayətlənə biləcəyi mənası yaranır.
Bilirəm, amma təcrübələrim məni aldatmırsa, həqiqətdə, xoşbəxt olmağın yolu bu deyildir. Dörd tərəfi də abad, bütün çətinliklərə rəğmən müvəffəqiyyət əldə edilmiş bir işin xoşbəxtliyinə sərhəd yoxdur, bir tənbəlin də bu cür bir xoşbəxtliyə çata biləcəyini düşünmürəm.
Sizə, daha az  bir zəka ilə daha çox xoşbəxt ola biləcəyinizi desə idilər, reaksiyanız nə olardı?
Rədd edərdim. Bir az daha ağıllı olmaq hesabına iftixarımı itirməyə hazıram. Yox yox. Zəkanı seçirəm.
Fəlsəfənin xoşbəxtliyə qatqısı olduğuna inanıırsınızmı?
Bəli, əgər fəlsəfə sizi maraqlandırırsa və qabiliyyətiniz varsa. Yoxsa inanmıram. Amma massonluq üçün də eyni şeyi demək olar... təbii yaxşı bir massonsunuzsa. Əgər sizə uyğundursa, hər cür fəaliyyət sizi xoşbəxt edəcəkdir.
Yaxşı, xoşbəxtliyə qarşı olanlar nədir?
Çox var. Haqqında danışdığımız dörd ünsür qarşısında olan faktorları qəbul etsəm də! Xoşbəxt olmaq istəyənlərə deyirəm ki, çox da narahat olmayın. Bu baxımdan yaşlandıqca xeyli müvəffəqiyyət əldə etdim. Narahat olmamaq üçün bir sistem tapdım özümə. “Dayan görək deyirəm. Ən pis ehtimal nədir?” sonra da “Eh, deyə düşünürəm, yüz il sonrasına görə bu da o qədər dəhşətli deyil, hətta zənnimcə ən kiçik əhəmiyyəti belə qalmayacaq.” Belə düşünsəniz rahat olarsınız. Əgər özümüzə bir sıra qayğılar yaratsaq bizə xoş görünməyən bəzi hadisələrə qarşı gəlməkdən çəkinirik deməkdir.
İstədiyiniz an narahatlıqdan qurtara bilirsinizmi özünüzü?
Çox da deyil, amma yenə də edə bilirəm.
İstək mövzusundakı fikriniz nədir?
İstək, ha, bəli. Xəstələnənlər belə var bunu üçün. Rəssam Haydon-ı xatırlayıram, böyük bir sənətçi deyildi, amma elə olmaq istəyirdi. Gündəliyinə baxın nə yazmışdıır: “Özümü Rafael ilə müqayisə edərək bərbad bir səhər keçirdim.” Vəziyyətindən heç də şikayətlənməmələri lazım olan bir çox insanlar, digərlərində məndən çoxu var, deyə narahat olurlar. Bir başqasının maşının daha cazibədar, baxçasının daha gözəl hesab edirlər, ya da daha yumşaq bir iqlimdə yaşamağının xoş olacağını, nəbilim, filankəsin gördüyü işin daha çox bəyənildiyini düşünürlər və b. Əllərindəki dəyərlərdən yararlanmaq yerinə başqasında daha çox var düşüncəsi ilə zövqlərini özlərinə haram edirlər. Halbuki vecinə almamalıdır.


Amma istəyin yaxşı tərəfi yoxdurmu? Qonşunun etdiyinin bizimkindən yaxşı olduğunu düşünmək, bizi daha yaxşı işləməyə sövq etməzmi?
Düzdür, amma daha pis iş görməyə və xüsusilə başqalarının işinə burnunuzu soxmağa da sövq edir sizi. Bir başqasını keçə bilməyin iki yolu vardır. Birincisi irəli atılmaq, ikincisi rəqibi arxada saxlamaq.
Can sıxıntısı əhəmiyyətlidirmi?
Çox əhəmiyyətlidir. Həm sıxıntı yalnız insana aiddir də deyə bilməyəcəm, zooparkda meymunları gördüm, sanki can sıxıntısı sınağı keçirirdilər. Amma hesab etmirəmki bu, başqa heyvanlarda da müşahidə olunsun. Sıxıntı yüksək bir zəkanın əlamətidir. Bunun da əhəmiyyəti çox böyükdür. Bunu silvizasiyalı insanlarla münasibət quran vəhşilərin spirtə hücumlarında görürük. İncirdən, Evanjil-lərdən hətta mavi muncuqlardan əvvəl gəlir spirt. Spirt istəyirlər, çünki spirt bir sıra problemi unutdurur.
Bəs necə qurtulmaq olar sıxıntıdan? Bu yaxşı təhsil görmüş gənc qızlara baxın. Evlənirlər, evləri ilə məşqul olmaqdan başqa nə qalır edəcək?
Bu ictimai sistem bir müvəffəqiyyət deyildir. Şəxsi bir davranışın da bunu çox da dəyişdirə biləcəyini düşünmürəm. Amma verdiyiniz nümunə bu sistemin bizə uyğun olmadığını çox yaxşı göstərir. Hərkəs, qabiliyyət və yaradıcılığı ölçüsündə faydalı olmağa çalışmalıdır. Halbuki təhsil almış modern gənc qızlar özlərini göstərə bilmirlər. Cəmiyyət belə istəyir.
Xoşbəxt olmaq istəyiriksə, xəyal qırıqlığını yaşamamaq üçün bizi bir şeylər etməyə sövq edən səbəbləri yaxşıca mənimsəməyimiz lazım deyilmi?
Lazımdır. Elələrini görmüşəm ki, gözlərini kin tutub və hekayələri üçün, etdikləri işin ucalığına inanmamışdırlar. Belələri, birindən ya da bir qrupdan nifrət etdiklərini və həqiqi səbəbinin də bu olduğunu bilsələr, bəlkə də daha xoşbəxt olarlar.
Bir çoxunun bədbəxt olması,özlərini pisə istifadə etməsindəndir.
Bəli, bu da var.
Taleyin silləsini görsə də insan xoşbəxt ola bilərmi? Madamki sizin də başınıza gəlib, həbsxanada deyək.
Heç də bədbəxt deyildim həbsdə. Təbii əvvəl birinci hissədə idim. Həbsxana həyatının sərtliyi hiss olunmaz bu hissədə. Nə də olsa həbs olunmaq, başı ilə işləməyə alışmış biri üçün çox çətindir. Bu vəziyyətdə fiziki əmək işçisi olmaq yaxşıdır, aydınlıq fəaliyyət yoxsulluğu daha az hiss olunacaqdır.
Siz həbsə yararlı bir ölkə uğruna girdiyiniz inancında idiniz. Bu şərtlər içində xoşbəxt olmaq, buna layiq olmaqdan daha asandırmı sizin üçün?
Şübhəsiz. Eyni cəza bir qaşıq oğurladığım üçün verilsə idi çox pis olardım, çünki... bu şərəfsizliyə layiq olduğumu özümdə görəcəkdim. Amma mən heç də şərəfsizlik hiss etmədim.
Çünki bu bir ölkə problemi idi?
Bəli.
Uğruna və sayəsində yaşanan bir ölkənin xoşbəxtlikdə qatqısı olduğuna inanırsınızmı?
Yaxşı pis müvəffəqiyyət əldə etmək şərti ilə bəli. İtirilmiş bir məqsəd xoşbəxt etməz insanı. Amma arada bəzən əldə olunan müvəffəqiyyətin dəyəri vardır. Bu mənə bunu xatırladır. Xoşbəxt olmaq istəyirsənsə, özündən başqa şeylərlə maraqlanmağının əhəmiyyəti çox böyükdür.  Hələ yaşlandıqca. İnsan özünü mənfəəti olmayan işlərə adadıqca kiçik həyatının çərçivəsindən qurtular və gələcəyi düşünməz. Hər an son ola biləcəyi bu həyatı ağlla gətirilməz. Son günlərini rahatlıq içində keçirmək istəyənlər üçün bax bu çox əhəmiyyətli bir nöqtədir.
İnsanlara uzun və xoşbəxt yaşamaları üçün edilən bütün bu öyüdlərə nə deyirsiniz?
Çox yaşamaq, tibbi bir problemdir. Bu mövzuda nə deyəcəyimi çox da bilmirəm. Sistem yazarlarından saysız məktublar alıram. Onları dinləsə idim, nə olduğu naməlum olan dərmanlar udardım və saçlarım qapqara olardı. Amma razımı qalardım görəsən? Çünki saçlarım ağardıqca insanlar danışdıqlarıma daha çox inanırlar.

Tərcümə edən: Ramilə Heydərova
Mənbə: Bertrand Rassel, "Mənim dünyagörüşüm"


Yorumlar