
Fəlsəfə nə
deməkdir, Lord Russell?
Bertrand R. – Xeyli
mübahisəli bir sualdı. Hesab etmirəm ki, iki filosof bu suala eyni cavabı
versin. “Fəlsəfə, hələ tam bilgi sahibi olmadığımız mövzularda fantasti-kaya (fərziyyə)
müraciət etmək deməkdir.” deyəcəm. Bu təbii mənim düşüncəmdi, başqası nə deyər
bilmirəm.
Elmlə fəlsəfə
arasında bir fərq görürsünüzmü?
Ümumiyyətlə elm, nə
biliriksə odur, fəlsəfə də bilmədiyimiz. Təyin etmək çətin deyil, buna görə hər
an fəlsəfə suallarının elm sahəsinə köçrüldüyünü görürük.
Yəni, müəyyən
olan, aşkara çıxarılan bir şey fəlsəfə olmaqdan çıxıb elmi olur?
Bəli. Fəlsəfə etiketini
daşıyan bir çox şey, bu xüsusiyyətini itirmişdir.
Yaxşı fəlsəfədən
nə anlayırsınız?
Reallıqda fəlsəfənin iki
cür istifadəsi var. Birincisi, elmi bilgilərimizlə cavblandıra bilmədiyimiz
mövzularda fərziyyəni davam etdirmək, çünki elm, insanlığı maraqlandıran – ya
da maraqlandırması lazım olan – mövzuların sadəcə çox kiçik bir hissəsidir.
Elmin, heç olmazsa indilik, bizə çox da izah edə bilmədiyi daha bir çox maraqlı
nöqtə var. Onsuz da bilinən bir şeyin ətrafında xəyallar qurmağa çalışmaq məncə
təəssüf doğurur. Kainat mövzusunda düşünmək, fərziyyələrlə sərhədlərini
daraltmaq, bax fəlsəfənin tətbiq oluna biləcək sahələrindən biridir. Amma məncə
bunun qədər əhəmiyyətli ikinci bir istifadəsi də var. O da, bildiyimizi hesab
etdiyimiz, amma bilmədiyimiz şeyləri göstərə bilməsidir. Bu baxımdan fəlsəfə nəfəsimizi
kəsir, bilməyimiz lazım olanı düşünməyə sövq edir bizi, digər tərəfdən də təvazökarlığa
çağırır və anlayırıq ki, bilgi hesab etdiyimiz şeylər, hər zaman bilgi
deyildir.
Maddi nəticələr
verən bu fərziyyələrin nə olduğunu deyə bilərsinizmi?
Təbii. Məsələn, Yunan fəlsəfəsi,
reallığa uyğunluğu əvvəlcə təcrübə edilməmiş kimi görünən fərziyyələrlə
doludur. Ağlıma atom gəlir. Maddənin kiçik atomlardan əmələ gəldiyini irəli
sürür Demokrit: iki min qədər il sonra bu fikrin düzgün olduğu ortaya çıxır. Məsələn
Aristark-ı götürək. Bu adam günəşin dünya ətrafında deyil, dünyanın günəş ətrafında
fırlandığını ilk düşünəndir. Ona görə, ulduzların göydə fırlanır kimi görünməsi
də, dünyanın hərəkət etməsinə görədir. Unudulan bu fikir iki min il sonra,
Kopernik-lə birlikdə təkrar çıxır qarşımıza. Halbuki Aristark düşünməsə idi bəlkə
bu, Kopernik-in ağlına belə gəlməzdi.
Bunda bir növ
intuisiyanın təsirini görürsünüzmü?
Yox əzizim. Bu fərziyyələri
ilk dəfə səsləndirənlər: “Həqiqət budur.” deyə bilməzdilərki. Olsa olsa, “Həqiqət
bəlkə də budur.” deyə bilərdilər. Gözəl bir elmi xəyal gücü ilə doğru qəbul
edilə biləcək bir çox şey düşünə bilərsiniz. Elmin ruhu budur. Bir şeyi düşünməyə
başlayırsınız, sonra da doğru olub olmadığını görməyə çalışırsınız. Ümumiyyətlə
doğru deyildir təbii.
Hesab edirəm
Demokrit-in atom anlayışının Əflatun üçün bir mənası yox idi?
Əflatun? Tikan tikan olur
tükləri. “Bu adamın bütün kitablarını yandırmaq lazımdır.” deyirdi. Bu var ki,
Əflatun elmi sevmirdi. Sevdiyi tək şey riyaziyyat idi. Elmin yerdə qalan digər
sahələri onun üçün mənasız idi.
Bu halda, fəlsəfə,
elmin bir növ xidmətçisi olmurmu?
Bəli, qismən. Amma təbii
sadəcə xidmətçisi olmaqla qalmır, çünki elmin öhdəsindən gələ bilmədiyi bir çox
şey var. Məsələn, dəyərlərlə əlaqəli hər şey. Elm, yaxşı nədir, pis nədir, izah
edə bilməz sizə. – Nəticə olaraq demək istəyirəm. Vasitə olaraq deyil. –
İllər
boyunca, filosoflarda və onları dinləyənlərdə münasibət dəyişikliklərin fərqinə
varmadınızmı?
Bu, düşündüyünüz fəlsəfə
məktəbinə bağlıdır. Aristoteldə olduğu kimi Əflatunda da əhəmiyyətli olan
kainatı anlamaq idi, (mənim üçün də fəlsəfənin məqsədi bu olmalıdı). Sonra, əxlaq
üstündə dayanan Stoacılar. – Stoacı olun, fəlakət baş verdikdə belə münasibətinizi
dəyişdirməyin -. Hamımızın “Filosof olmaq” dediyimiz də bax budur!
Sizəcə Marx
bir filosofdurmu?
Bir baxıma filosofdur təbii.
Amma filosof var, filosof var. Kimisi qurulmuş nizamın qoruyucularıdır, kimisi də dağıdıcıları. Marx
bu sonunculardandır. Bu münasibətlərdən, nə bu nə də digəri işimə yaramır mənim.
Fəlsəfəyə düşən işi görmür bunlar. Fəlsəfənin həqiqi vəzifəsi dünyanı dəyişdirmək
deyil, anlamaqdır. Bu da Marx-ın dediyinin əksidir.
Özünüzü filosoflar
sinifinə aid edirsinizmi?
Sadəcə bir tək yarlıq
taxdım özümə: Məntiq atomcusu. Amma yarlığa aludəçiliyim yoxdur. Uzaq durmaq
lazımdır yarlıqdan.
Məntiq
atomcusu nə deməkdir?
Bunun mənim ağlımdakı mənası,
tədqiq olunan bir şeyin mahiyyətinə varmaq üçün tədqiqat aparmaq lazımdır. Bunu
tədqiqat xaricində qalan maddələrə rast gələnə qədər davam etdirə bilərsiniz:
Bu maddələr də məntiq atomları olur. Bu atomlara “məntiqlər” deyirəm mən, çünki
maddənin kiçik parçaları deyil, amma əşyaları yaradan düşüncələrdir bunlar.
Bu gün ən
böyük fəlsəfə cəryanı hansıdır?
İngilis dilli ölkələrlə
Avropa qitəsini ayırmaq lazımdır. Düşüncə cəryanları köhnə ilə müqayisədə daha
çox bölünmüşdür indi. Əksəriyyətlə, İngiliscə danışılan ölkərədə və xüsusilə
İngiltərədə, hesab edirəm fəlsəfəni öz sərhədlərinə daxil etmək istəyindən doğan
yeni bir fəlsəfə çıxdı ortalığa. Bayaq dediyim kimi, fəlsəfə hələ
tamamalanmamış bir elm sayılır. Bəzilərini xoşuna gəlmir bu yanaşma. Onlar, fəlsəfəyə, özünə məhdudiyyətlər qoymaq qayğısındadırlar.
Beləcə, dil baxımından deyə biləcəyimiz bir fəlsəfəyə çıxırıq ki, bu fəlsəfə
üçün də əhəmiyyətli olan, filosofun bir sualı cavblandırması deyil, bu sualın mənasını
ehtimallar nisbətində aydınlıq gətirməkdir. Mən isə, bu yanaşmanı dəstəkləmirəm.
Sizə bir nümunə verə bilərəm. Bir gün velosipetlə Winchester-ə gedərkən yolumu itirdim, ilk qəsəbədə
bir dükana girib “Winchester-ə gedən ən qısa yolu mənə deyə bilərsinizmi?”
dedim. Qarşımdakı, dükanın arxasındakı mənim görmədiyi birini səslədi: “Bir bəy
Winchester-ə ən qısa yolu soruşur.” dedi. Səs cavab verdi: “-Winchester? –Həə.
–Ən qısa yol? –Həə.
Bilmirəm.” Heç bir cavab almadan yoluma davam etmək məcburiyyətində qaldım. Bax, Oxford-da gizli
verilən fəlsəfə budur.
Yəni veriləcək cavabı
bir tərəfə qoyub sualı eninə uzununa anlamaq?
Elədi. Cavab, başqasının işidir.
Avropa fəlsəfəsi,
problemləri başqa cürmü görür?
Sualı daha qanlı canlı ortaya qoyur deyək. Mən tərəfdarı
deyiləm. Amma daha rəngli hesab edirəm. Qədim dövr fəlsəfələrinə daha yaxındır.
Kierkegaard-a, onun ekzistensialist qayğısına qədər uzanan müxtəlif fəlsəfələr
var. Sonra, ənənəvi dinə, polemik (inanc mübahisəsi) etmək ehtimalım verməyi məqsəd
qəbul edən fəlsəfələrə də rast gəlirik. Buna bənzər çox şey var. Əhəmiyyətli
demək olmaz bunlara.
Necə davranacağımı bilmək
istəyən birisi üçün sizin fəlsəfənizin praktik yararı nədir?
Nə edəcəyini bilməyən və yönələcəkləri yolu
axtaran insanlardan saysız məktublar alıram. Bunlar doğru yolu göstərən ənənəvi
əlamətləri izləmirlər artıq və indi nəyi izləyəcəklərini də bilmirlər. Burda
yararlı ola bilər mənim fəlsəfəm: Münasibətlərinin həqiqətən də yaxşı olduğuna
tam inamları da olmasa, insanlara qərarlı davrana bilmək gücü verir. Heç bir
şeyə etibar etməmək qənaətindəyəm. Əgər siz etibar edirsinizsə şübhə yoxdur ki,
yanılmaqdasınız, çünki heç bir şey etibar etməyə dəyməz. İnsan inandığı hər
şeydə bir şübhə payı saxlamalıdır və şübhəyə qarşı hərəkət etmək gücündə
olmalıdır. Nəticə olaraq, müharibəyə hazırlaşan generalın da etdiyi bu
deyildirmi? Düşmənin nə edəcəyini bilməz, amma yaxşı bir generaldırsa doğrunu
görər. Pis general doğrunu görə bilməz, halbuki praktik həyatda ehtimallara görə
hərəkət etmək lazımdır və fəlsəfədən gözlədiyim, insanlara, tam mənası ilə
etibarlı olmadan hərəkət etmək cəsarətini verməsidir.
Bəli, amma bir başqa çətinlik
var: O da, özləri üçün, nə olursa olsun bir inanc, bir inam problemi olan
mövzularda insanların inanclarını qaldırmaq. Bu onların başlarını
qarışdırmazmı?
O an üçün təbii qarışdırar. Zehin gimnastikası
üçün bir qədər qarışdırma dozası həqiqətən lazım olduğunu
hesab edirəm, amma müəyyən bir elmi bilgi, ağırlıq verəcək və şübhəyə düşdükdə,
sarsıntılardan qoruyacaqdır onları.
Fəlsəfənin gələcəyini
necə görürsünüz?
Qədim Yunanlılardakı ya da orta dövrdəki əhəmiyyətini
sabah da davam etdirəcəyini hesab etmirəm. Elm inkişaf etdikcə istər istəməz fəlsəfənin
əhəmiyyəti də itir.
Çox filosof var bəlkə?
Bu mövzuda fikir bildirmək bir filosofa düşməz
hesab edirəm. Daha çox, filosof olmayanlardan soruşmaq lazımdır bunu.
Bu günkü dünyamızda və
gələcək illərdə fəlsəfəyə verə biləcəyiniz dəyəri bir iki kəlmə ilə deyə bilərsinizmi?
Bu günün dünyasındakı əhəmiyyətinə inanıram.
Dediyim kimi, əvvəlcə bizi ayıq saxlayır. Heç olmazsa indilik, elmin
cavblandıra bilmədiyi problemlər olduğunu xatırladır bizə, elmi, sadəcə elmi
yanaşma işimizə yaramır çünki. Sonra, insanları aşkarca bir təvazökarlığa sövq
edir. Onun sayəsində insanlar, əvvəlki qətilikləri şübhə edilməyən bir çox
şeyin yalnış olduğunu və elmə kəsə yollarla çatılmayacağını görürlər artıq. Yenə
kainatı anlaya bilmək üçün – bu da hər filosofun məqsədi olmalıdır- uzun zaman
və doqmaçılıqdan uzaq bir düşüncəyə ehtiyac olduğunu kəşf edirlər.
Tərcümə edən: Ramilə Heydərova
Mənbə: Bertrand Rassel,
"Mənim dünyagörüşüm"
Yorumlar
Yorum Gönder