"Din haqqında" - Artur Şopenhauer


  Qısa ömürlü insan nəsilləri bir-birlərini sürətlə izləyərək, gəlib keçirlər, bunun müqabilində narahatlıq, ehtiyac və iztirabın pəncəsindəki insan fərdləri ölümün qollarlnda rəqs edirlər. Onlar başlarına gələnin nə olduğunu və bütün tragikomik uzaqlığın nə mənaya gəldiyini  soruşmaqdan əsla bezmirlər. Bir cavab üçün davamlı səmaya fəryad
edirlər, ancaq çatan sükutdan başqası deyildir özlərinə. Bunun müqabilində rahiblər və keşişlər vəhylərlə çıxıb gəlirlər.
   İnsanın payına düşən bir çox çətin və ağrılı şeylər arasında hardan gəlib haraya və nə məqsədlə getdiyini bilmədən var olmaq rahat həzm edilə bilən deyildir. Bunu özünə dərd edən və bütün ölçüləriylə bunun idrakında və təsiri altında olan hər kəs bu məsələ haqqında  xüsusi bir məlumata sahib olduğu iddiasıyla özünü göstərənlərə qarşı, özünü əsəb və qəzəb hisslərinə qapılmaqdan asan-asan xilas ola bilməyəcəkdir. Onlar özlərinə səmadan naməlum şeylərin sirlərini ifşa edən məlumat endiyi iddiasındadırlar və bunu bizimlə paylaşmaq istədiklərini deyirlər. Hazırkı vaxtda bu iddiayla ortalıqda özünü göstərən bəylərə səmadan gələn və bilinməyənləri özlərinə ifşa edən  məlumat haqqında həddindən artıq müzakirələri tövsiyə edirəm, əksi təqdirdə tezliklə bir gün özlərinə bu məlumatın nə olduğunu asanlıqla ifşa edilə bilər.
   Fəqət kim ki, insan olmayan varlıqlarla yaranmaya,soyumuzun və dünyanın məqsədiylə bağlı xüsusi məlumatın verildiyinə  ciddi şəkildə inanırsa, hələ nəhəng uşaqdan başqa bir şey deyil. Müdriklərin düşüncələrindən başqa səmadan endiyi söylənən belə bir məlumat yoxdur, hər nə qədər bunlar da insani olan hər şey kimi yanlışlarla əlaqəli isə də. Bunlar əksərən qəribə allegoriya və miflərlə əhatə edilir və bu vaxt bunlara "din"deyilir. Bu səbəbdən birinin öz fikirlərinəmi yoxsa başqasınınkınamı güvənərək yaşayıb öldüyünün o dərəcədə önəmi yoxdur : çünki bunlar həmişə etimad etdiyi,insana məxsus fikir və görüşlərdən ibarətdir. Ancaq ümumiyyətlə, insanlar zəifdirlər və öz ağıllarına güvənməkdənsə, fövqəltəbii mənbələrə sahib olduğunu iddia edən başqalarına güvənməyi üstün tutarlar.İndi əgər bir insanla digəri arasındakı fövqəladə böyük ağlı və zehni fərqi göz önünə gətirsək onda  müəyyən dərəcədə  birinin düşüncələri digəri tərəfindən səmavi məlumat olaraq qəbul edilə bilər.
   Bunun müqabilində hər zaman və bütün dünayada, istər Brahman və ya Müsəlman, istər Buddist və ya Xristian, bütün rahiblərin əsas sirri və hiyləsi insanın metafizikaya olan ehtiyacının böyük gücünü və onun yox edilməzliyini düzgün bir halda görüb anlamalarıdır. Onlar indi bu böyük müəmmanın sirrini çözəcək məlumatın onlara birbaşa və müəyyən dərəcədə qeyri-adi olaraq çatdığını deyərək, bunu məmnun edəcək vasitəyə sahib olduqları iddiasındadırlar. Bu fikir bir dəfə insanların başına girdikdən sonra rahiblər onları istədikləri vəziyyətdə yönləndirib yoxlama edə bilirlər. Və bu səbəbdən dözümlü və bəsirətli idarəçilər də onlarla birlik qurarlar; digərləri düzümlərini onların əlinə vermiş olur. Amma birdən bütün istisnalardan başqa ən nadir olaraq  taxta bir filosof otursa bütün komediya  içindəki ən sıxıntı verici narahatlıq ortaya çıxar.

Tərcümə edən: Şəbnəm Qarayeva
Mənbə: Artur Şopenhauer, "Din üzerine".



Yorumlar