"Dar Düşüncəlilik və Xoş Düşüncəlilik" - Bertrand Rassel

Dar düşüncəliliyi izah edərsinizmi, Lord Russell?
Bertrand Russell – bu və ya digər şeyə həddindən artıq əhəmiyyət verən və yerdə qalan hər şeyi gözardı edən adama mən dar düşüncəli deyirəm. Şərəfli insanlar itlərə zülm edilməsini xoş görməzlər. Amma itlərə edilən zülm nadir bir vəhşilik kimi qəbul edilirsə bu dar düşüncəlilik olur.
Bütün kütlələrin dar düşüncəliliyə
 qapıldıqları hesab edirəm tez-tez müşahidə olunmuşdur?
Bəli, bu insanlıq tarixinin demək olar hər anında, dünyanın demək olar hər seqmentində cəmiyyətlərin tutulduğu ağıl xəstəliklərindən biridir.
Bunlardan ən əsaslı olanlarını saya bilərsinizmi?
Neçə dənə var. Yahudi düşmənçiliyinə  baxaq. Xüsusilə bu nümunə iyrəncdir. Çünki ən qorxunc nümayişi, bizə ən yaxın olandır. Və o qədər iyrəncdir ki, düşünmək belə istəmir insan. Bunun deyiləcək şey olmadığını ya da kimsənin eşitməkdən xoşlanmadığını bilirəm. Yahudi düşmənçiliyi xiristiyanlıqla birlikdə doğulmuşdur. Ondan əvvəl belə şey yox idi. Roma xiristiyan olduğu gün yahudi düşməni oldu.
Bəs niyə?
İsanı Yahudilər öldürdü deyilirdi. Beləcə yahudi kini də təsdiqlənmiş oldu. Şübhəsiz həqiqi səbəblər iqtisadi idi. Amma özlərini bu şəkildə haqlı çıxarırdılar.
Necə olur da dar düşüncəlilik, insanları kütlə halında ovcuna ala bilir?
Dar düşüncəlilik, birlikdə iş görmək həzzini verir. Bir dar düşüncəlilər cəmiyyətinin kefinin sonu yoxdur, bir növ dostluq dominantıdır. Eyni səbəblər coşdurur onları. Hər siyasi partiyada eyni rahatlıq içində oturmuş nümunə varmı, bilmirəm. Daşıdığı kinə görə yalnız pis davranışlara təşviq etmişdir. Ümumi dar düşüncəliliklə razılaşmayanlardan nifrət edilir. Bu əksərən belədir.
Yerini iqtisadi düşüncələrə verdiyi təqdirdə dar düşüncəliliyin ortadan qalxması ya da zərərsiz hala gəlməsi düşünülə bilməzmi? Səlib səfərlərinin olduğu kimi.
Bilmirəm. Səlib səfərlərindən necə bir yaxşılıq təmin edildiyini görə bilmirəm. Səliblərdə iki axın var: dar düşüncəlilik və ticarət. Bu sonuncu çox güclü idi amma dar düşüncəliliyin dəstəyi olmadıqca elə də bir işə yaramırdı. Kobudca, dar düşüncəlilik əsgərləri, ticari mənfəətlər də generalları təmin edirdi deyə bilərik.
Cadugərliyin də rolu böyük oldu...
Həm də necə. Xüsusilə 1450 ilə 1600-cü illərin əvvələri intervalında. Ağlıma dəyərli bir din adamının “Cadugərlərin Çəkici” adlı kitabı gəlir. Bu kitab həqiqi bir cadugər ovu çılğınlığı yaratmışdır. Həm də ovlayanın, ovçunun haqlı olduğuna inanırdı. Böyük ehtimal Jeanne d`Arc  da özünü cadugər hesb etmiş və bu səbəbdən bir çox insan cadugərlikdən məhkum edilmişdi. Zalımlıq epidemiyası sərhəd tanımırdı. Kitablarından həqiqətən insan və maariflənmiş biri olduğu hiss olunan Sir Thomas Browne kimi bir adam belə, prokuror olaraq faktiki olaraq cadugərlik məhkəmələrində iştirak etmişdir. Cadugərliyi yadırğamağın bir növ ateizm olduğunu deyirdi. Dəlili İncildə deyildimi: “Cadugəri yaşatmayacaqsan” və əgər, cadugər olduğunu bildiyin halda onları yandırmaq xoşuna gəlmirsə, İncilə inanmırsan deməkdir. O halda Tanrısızsan.
Heç olmazsa görünüşdə ağlı başında insanların belə dar düşüncəli ola bilmələrini necə izah edərsiniz?
Ağlı başında deyimi nisbidir. Sağlam insan çox azdır. Demək olar hamıda az çox dəlilik meyli vardır. Xatırlayıram, Kaliforniyada yağışın stəkandan tökülərcəsinə yağdığı bir gün, maşınımıza tamamilə islanmış birini götürmüşdük. Bu adam irq ayrı seçkiliyi edənləri tənqid edirdi. Düzünü istəyirsinizsə mən də onunla eyni fikirdə idim. Bir ara Filipinlərdən söz açıldı, bu zaman bizim yolçu, Filipinlərin iyrənc adamlar olduğunu dedi. Görürsünüz, bu kiçik çılğınlıq tərəfi onda da var idi.
Dar düşüncəlilik problemini bu qədər əhəmiyyətli edən nədir?
Dərdlərimizin çoxunun səbəbi.
Amma məsələn Katolik kilsəsi, bəzi doqmalara inanmağın bunlara inancsızcasına yaşamaqdan daha əhəmiyyətli olduğunu düşünmüşdür. Bu mövqe ilə bu günkü düşüncə formamız arasında heç bir fərq yoxdurmu?
Sadəcə üzdə bir fərq var. Bütün dünya katolik kilsəsinə bağlı deyil ki. Həm bir çox insan onun gücündən qoruya bilər özünü. Amma H Bombası hamını tapa bilər.


Bu mövzuya bir az daha yaxından baxsaq?
Bəli, mövzuya dəyər. Şərq ilə Qərb arasındakı gərginlik, hamımızın qanını donduran bu təhdid, dar düşüncəlilik və vəziyyətə görə, komunizm ya da anti komunizmə olan kor-koranə inanmaq səbəbindəndir. İki tərəf də, beyinləri ölçüsüz bir iman ilə doldurmaq cəhdindədir. Bu inanc növünü dar düşüncəlilik olaraq dəyərləndirmişdim. Qarşımızdakının pis hesab etdiyimiz tərəflərini əzmək, insan nəslinin yaşamasından daha əhəmiyyətlidir. Bizləri təhdid edən, bu iki düşərgənin dar düşüncəliliyidir.
Xoş düşüncəlilik nədir?
Düşüncənin istiqamətinə görə dəyişir. Tam mənasında xoş düşüncəlilik, aşkarda cinayət olmadıqca, düşüncələri üçün kimsəni cəzalandırmamaqdır.
Tarixdə, saya biləcəyiniz xoş düşüncəlilik dövrləri olmuşdurmu?
Otuz il müharibəlri nəticəsində həqiqətən xoş düşüncəli olmuşdur insanlar. İngiltərədə, vətəndaş müharibəsinə görə, bir az daha sonradır. Xoş düşüncəliliyi ilk tətbiq edən ölkə Hollandiyadır. XVII əsrin bütün böyük mütəfəkkirləri, həyatlarının bir anında Hollandiyaya sığınmışdırlar və yox olmaqdan qurtulmuşdurlar. Bu dövrdə İngilislər ölkələrindən daha ağır çəkmirdilər. Hobbes üçün açılan parlament ittihamını xatırlayın. Hobbes-un nizamsız bir şəxs olduğu nəticəsinə gəlinmiş və əsərlərinin İngiltərədə nəşr olunması qadağan edilmişdir. Xeyli davam etmişdir bu qadağa.
Atinalılar xoş düşüncəli insanlar idi sizcə?
Atinalının xoş düşüncəliliyi, XVIII əsrdən əvvəlki modern dövlətlərinkindən daha irəli idi. Amma bu da tam və detalsız bir xoş düşüncəlilik sayılmaz. Sokratın başına gələnləri hər kəs bilir, bu şəkildə ölən də bir o deyildi. Anaxagore sağ qalmağı qaçmaqda tapdı. Aristo da, İsgəndərin ölümündən sonra eyni şeyi etdi.
Bir xoş düşüncəlilik dövrü yaşayıb yaşamadığımız hardan bilinir? Bir ölçünüz varmı?
Azadlıqlar var. Mətbuat, düşüncə, propaqanda azadlıqları. İstədiyinizi oxuya bilmək, seçdiyiniz dinə özünüzü adamaq ya da heç bir dinə bağlanmamaq azadlıqları.
Amma bunların hamısıvar Qərbdə. Bunun əksinə bir az əvvəl dar düşüncəliliyin heç bir zaman bu qədər güclü olmadığını deyirdiniz...
Bu azadlıqların həqiqətən var olduqlarına inanmıram. Bütün rəsmi kitabxanaları ələkdən keçirdikləri zaman Amerikada olanlara bir baxın. Buna xoş düşüncəlilik deyə bilməzsiniz.
İstək olmadıqca bir şey edilə bilməz. İstəkdən artığı, dar düşüncəlilik təhlükəsinə aparır. Ən yaxşı mövqe hansıdır? Dar düşüncəliliyə düçar olmaqdan necə qurtulmaq olar?
Heç bir şeydən əmin oluna bilməz, amma buna qarşı yararlı ola biləcək bir prinsip var. Ancaq bir şeyin həqiqiliyinə inandıqdan sonra işə başlamaq. İnsan səhv edə bilər, pis bir şey edər. Bu zaman dayanmaq lazımdır. Məsələn bu prinsipi, insanları yandırmaq cəzasına tətbiq edək. O dövrdə mənimsənilən din elmi həqiqətin özü olsa idi, dinsizləri yandırmaq doğru bir mövqe olardı. Amma bu din elminin qəti olaraq doğruluğundan ən kiçik bir şübhə var idisə, o zaman da pis bir iş edilirdi demək idi. Bu prinsip bizə yol göstərə bilər məncə.
Bunu siyasi partiyalara və hökumətlərə də tətbiq edə bilərsinizmi?
Əlbəttə. Bir partiyaya daxil olan hər kəs, digər partiyalarda olanların yalnış olduğunu düşünür. Amma bu, onları öldürmək üçün əsaslı səbəb ola bilməz.
Açıqlığa ya da qaranlığa aparmaması üçün xoş düşüncəliliyə çəkəcəyiniz sərhədlər nələrdir?
Cavabım bir liberalınkı olacaq. Düşüncə mövzusunda xoş düşüncəlilik hamının qarşısında edilməlidir. Qanunun başqa cür olması lazım olduğu müdafiə edilə bilər. Amma qanun dəyişmədikcə mövqeləri cinayətkar sayılacaq şəxslər xoş düşüncəliliyə laiq deyildirlər. Bir nümunəyə baxaq. Ölüm cəzasını doğru hesab edə bilərsiniz, bu cəzanın olmadığı ölkədə qəbul olunmasını istəyə bilərsiniz. Amma laiqdir bəhanəsi ilə birini öldürməyə cəhd etməyin.
Dünyanı əhatə edən bir dar düşüncəlilik dalğası yoxdurmu? Bu anda bu dalğalardan birinin təsiri altında deyilikmi? Bu dalğa daha da yayılmaq meylindədirmi?
Bəli. Səht durularsa, dünya yerinə  oturarsa. Oynaq tarazlıq dar düşüncəliliyin yararınadır, yəni dünyaya tarazlıq verilməli.
Dünyada dar düşüncəliliyi azaltmaq ümidi varmı?
Var, həm də çox. Bu bir siyasət işidir hesab edirəm. Bunun üçün, yeni bir dünya müharibəsindən o qədər qorxmamağımız lazımdır. Qısa zamanda, şərqdə də qərbdə də xoş düşüncəlilik və təvazökarlığın yayıldığını görəcəyik. Amma gərginlik davam etdikcə, ümüdlər də azalacaqdır.

Tərcümə edən: Ramilə Heydərova
Mənbə: Bertrand Rassel, "Mənim dünyagörüşüm".

Yorumlar