"Azadlıq - bir psixoloji problemdirmi?" - Erix Fromm (I hissə)

Modern Avropa və Amerika tarixi, daha çox, insanları bağlamış olan siyasi, iqtisadi və mənəvi qandallardan qurtulmaq səylərini danışır. Əzilənlər, yeni azadlıqlar istəyənlər, müdafiə edəcək imtiyazları olanlara qarşı azadlıq mübarizəsi aparmışdırlar. Bir sinif, başqasının dominatlığından qurtulub öz azadlığını əldə etmək mübarizəsi apararkən, özünü, insanlığın azadlığı uğrunda mübarizə
aparan bir sinif olaraq görür və bu səbəblə, bir ideal ortaya qoyub, əzilən bütün insanların içində kök salmış azadlıq həsrətini dilə gətirə bilmişdirlər. Ancaq, uzun və hardasa davamlı azadlıq mübarizəsində, bir dövrdəki basqıya qarşı mübarizə aparan siniflər, zəfər qazanıldıqdan və müdafiə olunacaq yeni imtiyazlar ortaya çıxdıqdan sonra, azadlıq düşmənlərinin yanında olublar.
Azadlıq, bir çox məğlubiyyətə baxmayaraq, mübarizələr qazanmışdır. Basqıya qarşı mübarizə aparakən ölməyin, azad olmadan yaşamaqdan daha yaxşı olduğu inancı ilə, bu mübarizədə bir çox insan ölmüşdür. Bu növ ölüm, o insanın fərdiliyinin ən açıq bir formada ortaya çıxarma şəkli idi. Tarix, insan oğlunun öz-özünü idarə etməsinin, öz adına qərar verməsinin və uyğun gördüyü şəkildə düşünməsinin və eşitməsinin mümkün olduğunu sübut edirdi sanki. İctimai inkişafın, yolunda sürətlə irəliləməkdə olduğu hədəf, insan oğlunun gizli güclərinin tam mənası ilə izah tapması idi. İqtisadi liberalizm, siyasi demokratiya, dini muxtariyyət və şəxsi həyatda fərdiçilik, azadlıq həsrətinin izahı halına gəldi. Bunlar eyni zamanda insan oğlunu azadlığı reallaşdırmağa daha çox yaxınlaşdırır kimi idi.
Bir bağın arxasınca digəridə qoparıldı. İnsan, təbiətin dominantlığını yıxdı və onun əfəndisi oldu. Kilsənin hökümranlığını, mütləqiyyətçi dövlətin hakimiyyətini yıxdı. Xarici dominantlığın ortadan qaldırılması, o çox istənən yerə -fərdin azadlığına- çatmaq üçün yalnızca lazım deyil, eyni zamanda kifayət edəcək şərt olaraq görünürdü.
Çox insan, birinci dünya müharibəsinə son müharibə, nəticəsinə isə azadlığın qəti zəfəri gözü ilə baxmışdır. Mövcud demokratiyalar daha da güclənmiş göründü, köhnə krallıqların yerini yeni demokratiyalar tutdu. Nə var ki, insan oğlunun, yüz illər davam edən mübarizəsinin nəticəsi qazandığını zənn etdiyi hər şeyi yox sayan yeni sistemlərin ortaya çıxması üçün  sadəcə bir neçə ilin keçməsi lazım idi. Insanların ictimai və şəxsi həyatlarını tamamilə və də təsirli olaraq nəzarətə götürən bu yeni sistemlərin özü, bir ovuc insandan kənar hər kəsin, özlərinin yoxlamadıqları bir səlahiyyətə boyun əymələrinə əsaslanırdı.
Başlanğıcda çox insan, avtoritar sistemin zəfərinin, bir neçə fərdiçinin çılğınlığı nəticəsi ortaya çıxdığını və bu çılğınlığın onları zaman içində öz enişlərinə aparacağı düşüncəsi ilə təsəlli oldu. Digərləri isə, özünü bəyənmiş havalarda, İtalyanların ya da Almanların, lazımınca uzun bir demokratiya təcrübəsindən məhrum olduqlarını, buna görədə Qərb demokratiyalarının siyasi yetkinliyinə çatmaqlarını gözləmək lazım gəldiyini düşündü. Bir başqa ortaq və bəlkə də bütün digərlərindən təhlükəli olan illüziyaya görə isə, Hitler kimilər, ancaq və ancaq fərasətlilik və hiylə ilə dövlət aparatının hamısını ələ keçirmişdirlər, onun üstündə təsir və səlahiyyət sahibi olmuşdurlar. Bu insanlar və onların peykləri, zorla idarə olunurdu. Bütün insanlar isə, xəyanət və terrorun iradəsiz obyektlərindən başqa bir şey deyildi.
O vaxtdan bəri keçən illərdə, bu dəlillərin boş sözlər olduğu açıqca aşkar oldu. Almaniyadakı miyonların, azadlıqlarını başqalarının əlinə təslim etməkdə göstərdikləri istəkliliyin, atalarının o azadlığı müdafiə etməkdə göstərdikləri istəklilikdən az olmadığını qəbul etmək məcburiyyətində qaldıq. Azadlığı istəmək əvəzinə, ondan qaçmağın yollarını axtardıqlarını gördük. Digər milyonlarla insanın tükünü tərpətmədiyini, azadlığı müdafiə etməyi, uğrunda mübarizə aparmağa və ölməyə dəyəcək bir fenomen olaraq görmədiyini qəbul etmək məcburiyyətində qaldıq. Bundan əlavə, demokratiya böhranının, ancaq və ancaq İtalyanlara ya da Almanlara aid bir problem olmadığını, hər müasir dövlətin bu problemlə qarşı-qarşıya olduğunu da görürük, insan azadlığı düşmənlərinin hansı sinvolu seçdikləri də əhəmiyyətli deyil. Azadlıq, anti-faşizm uğruna hücuma məruz qaldıqda, dümdüz faşizm(1) uğruna hücuma məruz qaldığı zamankından daha az təhlükəyə daxil olmuş deyildir.
Bu həqiqət, John Dewey tərəfindən çox güclü bir şəkildə dilə gətirilmişdir, dolayı olaraq, düşüncəni, onun sözləri ilə bildirirəm: “Demokratiyamızın qarşı-qarşıya olduğu təhlükə,” deyir, “yad totalitar dövlətlərin varlığı deyildir-yad ölkələrdə, liderə bağlılıq zəfəri qazandıran və öz şəxsi davranışlarımızda və təşkilatlarımızda var olan şərtlər, ən ciddi təhlükəni yaratmaqdadır. Bu vəziyyətdə müharibə sahəsi də, öz içimizdə və öz təşkilatlarımızda olmaqdadır.”(2)
Faşizmlə mübarizə aparmaq üçün onu anlamaq məcburiyyətindəyik, müsbət xəyalların bizə bir xeyri olmaz, müsbət fikirləri dilə gətirmək isə, bir Qızıldərili yağış rəqsi mərasimi qədər qeyri-kafi və yararsız olacaqdır. Faşizmin inkişafına mühit hazırlayan iqtisadi və ictimai şərtlər problemindən başqa, başa düşülməsi lazım olan bir insani problem də var. Bu kitabın məqsədi, modern insanın şəxsiyyət qurluşunda olan və faşist ölkələrdə onu azadlığından imtina etdirən faktorları, öz xalqımız arasında da miylonlarla insanda çox qabarıq bir şəkildə var olan dinamik faktorları təhlil etməkdir.


Azadlığın insani tərəfinə, boyun əymə həsrətinə və iqtidar ehtirasına göz gəzdirdikdə, ortaya çıxan əsas suallar bunlardır: Bir insani təcrübə olaraq azadlıq nədir? Azadlıq istəyi, insan təbiətində var olan bir şeydirmi? İnsanın içində yaşadığı mədəniyyət mühiti nə olursa olsun, azadlıq, bütün insanlarda oxşar şəkildəmi baş verir, yoxsa müəyyən bir cəmiyyətdə əldə edilən fərdiliyin ölçüsündən asılı olaraq fərqlilikmi göstərir? Azadlıq, ancaq xarici basqının yoxluğudurmu yoxsa eyni zamanda bir şeyin varlığıdırmı və əgər belədirsə, nəyin varlığıdır? Cəmiyyətdə, azadlığa qovuşmaq istəyi yaradan ictimai və iqtisadi faktorlar nələrdir? Azadlıq, bir insanın qaldıra bilməyəcəyi qədər ağır bir yük,qaçmağa çalışdığı bir şey halına gələ bilərmi?
Necə olur da, azdlıq bir çox insanın əldə etmək üçün can attdığı bir məqsəd və çox insan üçün də bir təhdid yaradır?
Görəsən, anadan gəlmə bir azadlıq istəyindən başqa, instinktiv bir boyun əymək istəyi də ola bilməzmi? Əgər bu istək yoxdursa, bu gün bir çox insanın göstərdiyi, “liderə heyranlıq” faktını necə açıqlamalıyıq? Boyun əymək, daim cəmiyyət qarşısına çıxmış, idarə olunan bir səlahiyyətə istiqamətlənmiş, yoxsa, vəzifə  şüuru kimi daxili faktorlara, daxili məcburiyyətlərə ya da ictimai rəy kimi anonim faktorlara boyun əymək də aiddirmi? Boyun əymək, qəbul etmək də gizli bir məmnuniyyət varmı, varsa bunun əsli nədir?
İnsan oğlunda, doymaq bilməyən iqtidar ehtirası yaradan şey nədir? Həyati enerjilərin gücümü, yoxsa təməldə həyatın özbaşınalığı içində, sevgi ilə yaşamaq əksikliyi və zəyifliyidirmi? Bu qarşısı alınması çətin istəklərin gücünü yaradan psixoloji şərtlər nələrdir? Bu psixoloji şərtlərin əsaslandığı ictimai şərtlər nələrdir?
Azadlığın və səlahiyyət güclərinin insani tərəflərinin təhlil edilməsi, ümumi bir problemdir, yəni psixoloji faktorların, ictimai proses daxilində təsirli güclər olaraqoynadığı rolu dəyərləndirməyimiz lazımdır. Bu da nəhayət bizi, ictimai prosesdəki psixoloji, iqtisadi və ideoloji faktorlar arasındakı qarşılıqlı təsir probleminə aparır. Faşizmin böyük xalqlar üzərində cazibədarlıq təsirini anlamq istiqamətindəki hər cəhd, bizi, psixoloji faktorların  rolunu qəbul etmək məcburiyyətində qoyacaqdır. Çünki burda, təməldə itaətli şəxsi çıxar güclərini deyil, insan oğlunda var olmadığını ya da ən azından uzun müddət əvvəl ölmüş olduğunu hesab etdiyimiz şeytani gücləri hərəkətə gətirən bir siyasi sistem sualıdır. Son yüz illər içərsində, insan oğlunu, fəaliyyətləri, şəxsi çıxarları və bu çıxarlara uyğun hərəkət etmək qabiliyyyəti ilə müəyyən edilmiş itaətkar bir varlıq olaraq görməyə başlamışıq. İqtidr ehtirası ilə düşmənçiliyi, insan oğlunun itici gücləri olaraq qəbul edən Hobbes kimi yazıçılar belə, bu güclərin varlığını şəxsi çıxarların məntiqi bir nəticəsi olaraq açıqladılar. Onlara görə, insanlar bərabər olduğundan və dolayı olaraq eyni xoşbəxtlik anlayışını bəslədiklərindən və də hər kəsi eyni dərəcədə doyuzdurmağa çatacaq qədər sərvət olmadığından, hal hazırda sahib olduqlarının xoşbəxtliliyini həqiqətdə də yaşamağı sığortalamaq gücünü əldə etmək məqsədi ilə qaçınılmaz olaraq bir-birlərinə qarşı mübarizə aparacaqdırlar.
Ancaq, Hobbes-un çəkdiyi tablo aşılmış, bu rəsmin modası keçmişdə qalmışdır. Orta sinif bir əvvəlki siyasi ya da dini idarəçilərin iqtidarını yıxmadan müvəffəqiyyətə çatdıqca, insanlar təbiətə hakim olmaqda daha böyük addımlar atmışlar və daha çox sayda insan, dünyanı itaətkar bir dünya və insanı, təməl itaətkar varlıq olaraq görməyə başlamışdır. İnsan təbiətinin qaranlıq və şeytani gücləri, orta dövrlərin və hətta tarixin daha da qədim dövrlərinin səyfələrində unudulmuş, bu güclər, bilgisizliklə ya da xain kralların və rahiblərin hiyləgər intriqaları ilə açıqlanmışdır.
İnsan bu dövrlərə, uzun müddətdir təhlükə olmaqdan uzaqlaşmış bir yanar dağa baxan kimi baxır. Özünü təhlükəsizlikdə hiss edir, müasir demokratiyanın müvəffəqiyyətlərinin, bütün pis gücləri silib süpürdüyünə inanırdı. Dünya, müasir bir şəhərin yaxşı işıqlandırılmış küçələri kimi tərtəmiz və təhlükəsiz idi. Müharibələrə, qədim dövrlərin son qalıqları olaraq baxılır, müharibəni sonlandırmaq üçün bir dənə müharibə etmək kifayət idi. İqtisadi böhranlar, bir qayda olaraq müəyyən dövrlərdə başa gələn qəzalar idi amma yenə də sadəcə bir qəza idi.
Faşizm iqtidarda olduqda, insanların çoxu, istər nəzəri istərsə də praktik baxımdan hazırlıqsız idi. İnsan oğlunun bu dərəcə dərin pislik etmək meylləri, belə böyük iqtidar ehtirası, zəyifin haqqlarının bu dərəcə yox hesab edilməsi meyli ya da belə böyük bir boyun əymək həsrəti daşıdığına inanmırdılar. Partlayacaq olan vulkanın xorultularının fərqində olan sadəcə bir neçə insan idi. Nietzsche, XIX əsrin şirin nikbinliyini barmaqladı. Marx da bir başqa tərəfdə eyni işi gördü. Bir başqa xəbərdarlıq daha sonra Freud-dən gəldi. Əslinə baxılarsa, Freud da bir çox davamçısı da, cəmiyyətdə baş verənlər mövzusunda çox saf düşüncə və fikirlərə sahib idilər, psixologiyanın cəmiyyətdəki problemlərə tətbiq olunması mövzusundakı bir çox cəhdlər aldadıcı çərçivələr yaratmışdı. Ammma yenə də, Freud, diqqətini tamamilə fərdin uşaqlıq və zehni problemləri istiqamətinə yönəltməklə, bizi vulkanın təpəsinə çıxardı və bizə, qaynamaqda olan krateri göstərdi.


Freud, maraqları, insan davranışının bəzi hissələrini təşkil edən ağıl və şüur xarici güclərin müşahidə edilməsi və izah edilməsinə istiqamətləndirmədə özündən əvvəl olan hər kəsdən daha dərinlərə endi. O və onun müasir psixologiyadakı davamçıları müasir ağıllılığın varlığını görməzdən gələn bir faktı, insan təbiətinin ağıl və şüur xarici hissəsini örtən pərdəni qaldırmaqla qalmayıb bu ağıl xarici fenomenin, müəyyən qaydalara tabe olduğunu, dolayı olaraq rasional başa düşülə biləcəyini göstərdilər.
Freud bizə yuxuların dilini başa düşməyi, insan davranışındakı şüurdan kənarlıqlardan başqa ruhi-bədəni əlamətləri də qavramağı öyrətdi. Fərdin bütün bir şəxsiyyət quruluşu kimi bu şüurdan kənarlıqların da, şəxsin, xarici dünyada və xüsusilə də kiçik uşaqlıq dövründə yaşadığı təsirlərə verdiyi reaksiyadan yarandığı fikrini ortaya qoyur.
Amma Freud, öz mədəniyyətinin ruhuna aludə olmuşdu ki, o mədəniyyətin qoyduğu müəyyən sərhədləri keçə bilməzdi. Onun, xəstə bir fərdi belə anlamağına mane olan sərhədlər, öz mədəniyyətinin qoyduğu sərhədlər idi. Bunlar normal fərdi və ictimai həyatda işləyən ağıldan kənar fenomeni başa düşməsini imkansız etdilər.
Bu kitab, psixoloji meyllərin, ictimai prosesin hamısı üzərindəki rolunu qabağa çıxardığından və bu təhlil etmə, Freud-un təməl kəşflərindən bəzilərinə, xüsusilə də insan şəxsiyyətində şüuraltı güclərin mexanizmi və bunların xarici meyllərə bağlı olması ilə əlaqəli kəşflərə əsaslandırıldığından, oxucunun, daha işin əvvəlində yanaşmamızın ümumi prinsiplərdən bəziləri ilə, bu yanaşma ilə klassik Froydçuanlayışlar(3) arasındakı əsas fərqləri bilməyi yararlı olacaq hesab edirəm.
Freud, insan təbiətinin pisliyini müdafiə edən ənənəvi təlimdən başqa, insanla cəmiyyət arasında bir təməl əleyhdarlıq olduğu istiqamətindəki ənənəvi inancı da qəbul etmişdir. Ona görə insan, təməldə cəmiyyətin əleyhidir. Cəmiyyət, onu əhilləşdirməli, bioloji- və dolayı olaraq yox edilməsi qeyri-mümkün- impulsların bu və ya digər şəkildə dolayı olmayaraq doyuzdurulmasına icazə verməlidir. Amma cəmiyyətin əsil vəzifəsi, insanın təməl reaksiyalarını artırmaq və bunları ustalıqla nəzarət etməkdir. Cəmiyyətin təbii reaksiyaları bu şəkildə basqı altında qalmasının nəticəsi olaraq möcüzəvi bir vəziyyət ortaya çıxır: basqı altında olan itkilər, mədəni baxımdan dəyər kəsb edən və reallaşdırılması şiddətlə arzu olunan həsrətlərə çevrilir və insanın mədəniyyət əsası halına gəlir.
Basqının silvizasiyalaşmış davranış halına gəlməsi nəticəsini yaradan bu qəribə çevriliş üçün Freud, ucalmasözünü seçmişdir. Basqı, ucalma bacarığından daha artıqdırsa fərdlər sinir xəstəsi olur və basqının azalmasına icazə vermək lazımdır. Ancaq ümumi, insan itkilərinin doyuzdurulması ilə mədəniyyət arasında ziddiyyətli bir əlaqə sualıdır: basqı artdıqca mədəniyyət (və də sinir sistemi problemləri təhlükəsi) atar. Freud-un nəzəriyyəsinə görə fərdlə cəmiyyət arasındakı əlaqə təməldə sabitdir: fərd demək olar ki, eyni fərddir. Ancaq cəmiyyətin, təbii impulslarına daha böyük basqı olduğu (və dolayısı ilədaha çox ucalmanı zəruri etdiyi), ya da daha çox doyuma icazə verdiyi (yəni mədəniyyəti fəda etdiyi) ölçüdə dəyişə bilər.
Özündən əvvəl olan psixoloqların qəbul etdiyi, insanın, təməldə impulsları deyilən şey kimi, Freud-un insan təbiəti anlayışı da təməl olaraq, müasir insanda görüləcək olan ən əhəmiyyətli itkilərin bir əks olunması idi. Freud-a görə öz mədəniyyətinin fərdi “insan”ı təmsil edirdi. Müasir cəmiyyət insanın müəyyən edici xüsusiyyəti olan ehtiraslara və qayğılara isə, insanın biloji quruluşunda kök salmış əzəli güclər gözü ilə baxılırdı.
Əslində, bu məqamı sübut edəcək (bu gün, müasir insanda özünü göstərən düşmənçiliyin ictimai əsası olaraq Oedipus qarışıqlığı, qadınlarda xədim edilmə qarışıqlığı deyilən şey kimi) bir çox nümunə göstərmək olar, amma mən, bir ictimai varlıq olaraq bütün bir insan anlayışını maraqlandırması baxımından xüsusilə əhəmiyyətli hesab etdiyim tək bir nümunə verəcəm. Freud, həmişə fərdi başqaları ilə əlaqə içərisində nəzərdən keçirir. Ancaq Freud-un izah etdiyi bu əlaqələr, kapitalist cəmiyyət fərdinə məxsus olan, şəxsin başqaları ilə iqtisadi əlaqələri faktına çox oxşayır. Hər bir insan hər şeydən əvvəl başqaları ilə iş birliyi içində deyil, fərdi olaraq, etdiyi işin yarada biləcəyi təhlükələri tək olaraq boynuna götürərək, özü üçün çalışır. Amma insan, bir Robinson Crusoe deyil. Müştəri kimi, işçi və ya iş verən kimi başqa insanlara ehtiyacı vardır. Almaq və satmaq vəziyyətindədir. Almalı, verməlidir. Əmtəə bazarı olsun, əmək bazarı olsun, bu əlaqələri bazar nizamlayır. Dolayı olaraq, hər şeydən əvvəl tək və özünə yetərli olan fərd, bir vasitə olaraq, almaq və satmaq vasitəsi olaraq başqaları ilə iqtisadi əlaqəyə daxil olur. Freud-un insan əlaqələri anlayışı da təməldə eynidir: Fərd,biloji olaraq doğuşdan sahib olduğu və doyuzdurulmaq ehtiyacını içində olduğu itkilərlə başdan ayağa döşənmiş görməkdədir.
Bunları doyuzdurmaq üçün, fərd, digər “obyektlər” ilə əlaqəyə daxil olur. Dolayı olaraq digər fərdlər, hər zaman üçün insanın məqsədinə çatmasında istifadə olunan vasitədir, məqsəd dediyimiz isə, fərddə, başqaları ilə təmasa keçməzdən əvvəl yaranan coşqun istəklərin doyuzdurulmasıdır. Freud-un başa düşdüyü mənada insan əlaqələri sahəsi, bazara oxşamaqdadır- biloji olaraq var olan ehtiyacların doyuzdurulması istiqamətində edilən bir mübadilədir və bu mübadilə, bir başqa biri ilə olan əlaqə, heç bir vaxt üçün bir məqsəd deyil, hər zaman üçün bir vasitədir.
Bu kitabda təqdim olunan təhlil, Freud-un yanaşmasının tərsinə, psixologiyanın təməl probleminin, bu və ya digər instinktiv ehtiyacın doyuzdurulması ya da həll edilməsi problemi olmadığı, fərdin dünya ilə müəyyən bir mənada əlaqəli olması problemi olduğu fərziyyəsinə əsaslandırılmışdır. Eləcə də, insala cəmiyyət arasında əlaqənin sabit bir əlaqə olmadığı nöqtəsindən hərəkət edilmişdir. Bir tərəfdən təbiətin müəyyən itkilərlə təchiz etdiyi bir fərd, digər tərəfdə isə, ondan tamamilə ayrı, bu təbii meylləri doyuzduran ya da basdıran bir cəmiyyət deyə bir şey yoxdur. Aclıq, susuzluq, cinsəllik kimi bütün insanlarda ortaq olan bəzi ehtiyaclar vardır hərçənd amma sevgi və nifrət kimi, iqtidar ehtirası və boyun əymək arzusu, duyğusal zövqləri yaşamaq ya da yaşamaqdan qorxmaq kimi insanın şəxsiyyətindəki fərqlilikləri yaradan  itkilərin hamısı da, ictimai prosesin məhsullarıdır. İnsan oğlunun ən gözəl və eyni zamanda ən çirkin meylləri dəyişməz və biloji olaraq var olan insan təbiətinin bir parçası deyildir, bunlar, insan oğlunu yaradan ictimai prosesin nəticələridir. Başqa cür desək, cəmiyyətin ancaq bir mane olan, basqılayıcı mexanizmi (hərçənd bu da vardır amma) deyil, eyni zamanda bir yaradıcı mexanizmi də vardır, insanın təbiəti, ehtirasları və qayğıları mədəniyyət məhsuludur. Hətta, insan oğlunun, yazılı şəklinə tarix dediyimiz davamlı cəhdlərinin ən böyük müvəffəqiyyəti və ən əhəmiyyətli əsəri, bilavasitə insandır.
Insanın tarixdəki bu yaradılış prosesini başa düşmək, sosial psixologiyanın vəzifəsidir. Niyə bir tarixi dövrdən digərinə insanın şəxsiyyətində bəzi qəti dəyişikliklər yaranmışdır? Renesans ruhu niyə orta dövr ruhundan fərqlidir? Monopolist kapitalizm insanının şəxsiyyət quruluşu niyə XIX əsr insanından fərqlidir? Sosial psixologiya, istər yaxşı, istərsə də pis olsun bütün yeni bacarıq və təcrübələrinin və yeni ehtiraslarının necə varlıq qazandığını izah etmək məcburiyyətindədir.
Necə ki, məsələn Renesansdan bu günə qədər insanlar məşhurluq ehtirası ilə alışıb yanırdılar. Halbuki, bu gün çox təbii qəbul edilən bu həsrət, orta dövr cəmiyyətində çox da görünmürdü. (4) Eyni dövrdə,  insanlar əvvəllər tanımadıqları bir təbiət gözəlliyi duyğusu inkişaf etdirdilər. (5) Yenə, Şimali Avropa ölkələrində, XVI əsrdən başlayaraq, insanlar o dövrdən əvvəl azad bir insanda olmayan ehtiraslı bir işləmək aclığı inkişaf etdirdilər.
Amma təkcə insan tarix tərəfindən deyil, tarix də insan tərəfindən yaradılır. Bu ziddiyyətli görünən vəziyyətin təhlili, sosial psixologiyanın sahəsini əhatə edir. (6) Bu sahədə ediləcək iş, sadəcə ehtirasların, istəklərin, qayğıların, necə sosial prosesin nəticəsi olaraq dəyişib inkişaf etdiyini təhlil etmək deyil, bu inkişafın nəticəsi olaraq müəyyən formalara girən insan enerjisinin necə sosial prosesi formalaşdıran yaradıcı güclər halına gəldiyini də izah etməlidir. Necə ki, məsələn şiddətli məşhurluq və müvəffəqiyyət əldə etmək istəyi, işləmək itkisi olmasa idi, kapitalizmin inkişafına şərait yaradan güclərdən məhrum olmuş olacaqdı. Bu və digər bəzi insani güclər olmasa idi, insanlar, müasir ticarət və sənaye nizamının ictimai və iqtisadi ehtiyaclarına uyğun davranmaq impulsu yaranmayacaqdı.
Dediklərimizdən çıxan nəticəyə görə, bu kitabda təqdim edilən yanaşmalara, Freud-un tarixi, öz daxillərində ictimai olaraq şərtləndirilməmiş psixoloji güclərin bir nəticəsi şəkilində şərh edən yanaşması ilə böyük bir uyğunsuzluq içində olması baxımından, onunkulardan fərqlidir. Bu yanaşmalar, sosial prosesdəki dinamik elementlərdən biri olaraq insan faktorunun roluna diqqət yetirməyən qaydaları ilə də böyük bir uyğunsuzluq içindədir. Bu tənqid, ancaq, (Durkheim və onun məktəbinin qaydaları kimi) psixoloji problemləri  sosial elimdən kənarlaşdırmağı açıqca istəyən soisal elm nəzəriyyələrinə deyil, az çox davranış psixologiyası boyasına batrılmış nəzəriyyələrə da istiqamətlənmişdir. Bu nəzəriyyələrin hamısında da insan təbiətinin öz dinamikasının olmadığı və psixoloji dəyişikliklərin, yeni mədəniyyət qəlibləmə bir uyğunlaşdırma şəklində, yeni vərdişlərin inkişafı çərçivəsində nəzərdən keçrilməsinin lazım olduğu mövqeyindən baxılmışdır.


Tərcümə edən: Ramilə Heydərova
Mənbə: Erich Fromm, "Fear of Freedom"

(1) Faşizm ya da avtoritar termini. Alman ya da İtalyan tipli diktatorluq nizamını izah etmək üçün istifadə edirəm. Xüsusilə Alman nizamını nəzərdə tutduqda Nasizm deyəcəm.
(2) John Dewey, Freedom and Culture (Azadlıq və Mədəniyyət). G.P.Putnam`s Sons. , New York, 1939.
(3) Freud-un nəzəriyyəsinin əsas  nəticələrinə əsaslandırılmış olmaqla yanaşı, ondan bir çox istiqamətdə fərqlənən bir ruh təhlili yanaşması. Karen Horney-nin New Ways in Psychoanalysis (Psixoanalizdə Yeni Yollar) (W.W.Norton & Company, New York, 1939) adlı kitabı ilə. Harry Stack Sullivan-ın. Psychiatry dərgisində (1940. 3. Cild. 1. Sayı) yayımlanan Conceptions of Modern Psychiatry -The First William Alanson White Memorial Lectures (Müasir Psixiatriya Anlayışları) başlıqlı yazısında izah edilmişdir. Bu iki yazıçını bir çox baxımdan bi-birindən fərqləndirsələrdə, bu kitabımda təqdim olunan yanaşma, hər ikisinin yanaşmasına bir çox baxımdan oxşamaqdadır.
(4) Bxn. Jacob Burckhardt. The Civilization of the Renaissance in İtaly (İtalyada Renesans Silvizasiyası). The Macmillan Company. New York, 1921. s.139 və davamı.
(5) Eyni əsər. S.299 və davamı.
(6) Bxn. Sosioloq J.Dollard. K.Mannheim və H.D.Lasswell-in. Antropoloq R.Benedict. J.Hallowell. R.Linton. M.Mead. E.Sapir-in dəstəkləri ilə. A.Kardiner-in. psixoanaliz anlayışları sosiologiyaya tətbiq olunması.


Yorumlar