"Vitgenşteynin dil oyunlarını oynamaq bizi necə azad edə bilər?" - Sandy Grant


Həyatlarımızı bir şeylər etmək üçün sözləri istifadə etdiyimiz bir dil dünyasında keçirdirik. Normalda bunun fərqində deyilik amma belə yaşayırıq. Lakin dili istifadə yolumuz necə yaşadığımıza və kim olduğumuza təsir edir.   Yaşamağımızı təmin edən ifadə praktikaları tərəfindən ovsunlanmış kimiyik. Əgər işlərin gedişatını dəyişdirmək istəyiriksə, sözləri istifadə yolunu da dəyişdirməliyik.
 Bəs dil oyunları bizi azad edərmi? "Dil oyunları" terminini ilk kəşf edən filosof Ludwig Vitgenşteyn idi. Sözləri istifadələri ilə məna qazanacağını iddia etdi və istifadələrinin parçası olduğu sosial praktikalara necə bağlı olduqlarını görmək istədi. Buna görə də,sadəcə dilin özünə deyil,eyni zamanda toxunmuş olduğu hərəkətlərə də diqqət çəkmək üçün "dil oyunları" ifadəsini istifadə etdi. "Kömək!", "Yanğın!", "Yox!" nidalarını düşünün. Bunların bu sözlərlə aralında əlaqə var: İstəmək, xəbərdarlıq etmək və qadağan etmək. Lakin Vitgenşteyn sözlərin necə bir davranış olduğunu və bir sözü istifadə etdiyimizdə hər zaman bir şeylər etdiyimizi göstərmək istəyirdi. Etdiyimiz şeyi başqaları ilə yaşadığımız bir dünya içində edirik. Bu sözlər haqqında anlamsız bir düşüncə deyildir. Vitgenşteyn "bu danışıq dilinin bir hərəkətin ya da həyat tərzinin necə bir parçası olduğunu" ortaya qoyma niyyətində idi. Fəlsəfi Tədqiqatlar(1953) kitabında iki inşaatçı misalını istifadə etdi. Biri "kərpic!" deyə qışqırır və köməkçisi ona gətirir. Bəs burada tam olaraq nə olur? Qarşılıq verən köməkçi əmri yerinə gətirən bir it kimi deyildir. Biz özümüzün müəyyən etdiyi fərqli sosial praktikaları olan bir dillə bərabər yaşayan insanlarıq.
Dil oyunlarının işığı altında Vitgenşteyn oxucularından nə etdiklərini görməyə cəhd etməklərini istəyir. Ancaq dil praktikalarımız tərəfindən ovsunlandığımız düşünülərsə, etdiklərimizi həqiqətən görə bilərmiyik? Vitgenşteynin görmək adına cəhdləri başqa şeyləri görməyimizə və yeni ehtimalları anlamağımıza əngəl olma tənqidi ilə qarşılandı: Onun dil marağı həqiqi siyasətdən bir qaçış idi.Onu günahlandıranların başında gələn Herbert Marcuse satış rekordları qıran Tək Ölçülü İnsan(1964) kitabında Vitgenşteynin araşdırmalarının reduktiv və sərhədləyici olduğunu ifadə etdi. Sözləri necə istifadə etdiyimizə dair bu qədər yaxın bir fokuslanma həqiqətdə nələr olduğunu qaçırmağımıza səbəb olduğundan azadlaşdırıcı ola bilməzdi.
Bu etirazlar olduqca ciddi idi. Bəs məqsədlərinə çata bildilərmi? Marcuse Vitgenşteynin reduktiv olduğunu, sadəcə dilə önəm verdiyini və bu mövzuda zəif olduğunu iddia etdi. Vitgenşteyn dil oyunlarını gün işığına çıxarmaq üçün səy göstərdi. Marcuse isə bunun axmaqca olduğunu söylədi. Bəs həqiqətən elə idi? Hə ya da yox.Vitgenşteyn Mədəniyyət və Dəyər(1977) kitabında isə buna dair bir etiraf etdi: "Gözlərimin tam qarşısındakiləri görmək nə qədər də çətindir". Yəni çox zaman ortada olanı da qaçırdığımızı deyir Vitgenşteyn. Yaxın olanlar nə olduqlarını anlamaq üçün görülməsi ən çətin olanlardır. Sözləri istifadə etdiyimiz zaman gündəlik anlayışları və öhdəçilikləri paylaşırıq. Vitgenşteyn də bu gündəlik istifadələrə baxdı və onlar haqqında açıqlamalar etdi.
Vitgenşteynin "Süpürgəm qapıda.." məsəli ilə lağ etdiyi bir açıqlamada Marcuse bu məsəl haqqında olduqca istehzalıdır və "nitqin bəsitliyə və sıradanlığa mazoxistcə endirilməsi" deyərək tənqid edər. Lakin Marcuse bu şiddətli tənqidi edərkən bir nöqtəni gözdən qaçırmışdır. Bu gündəlik nümunə bu mövzuda gündəlik tətbiq olunan məqamlara uyğundur. Bundan əlavə uaxından baxıldığında, bayağı bir ifadənin belə göründüyü qədər bayağı olmadığı fərq edilir.Marcuse-nin gözdən qaçırdığı, Vitgenşteynin oxumaq və qəhvə qoxusu kimi bir çox başqa örnəkləri də vardır. Bu tamamilə insanca olan axmaqlıq olduqca köklüdür. Vitgenşteyn gündəlik dil oyunlarımız ilə özümüzü tələyə saldığımız yollara diqqət çəkir. Buna görə də,nə etdiyini və nə söylədiyini yaxından incələyir. Fəlsəfə araşdırmalarını isə "öz üzərində bir iş" mənasında terapevtik olaraq dəyərləndirir. Fəlsəfi Tədqiqatlar da güclü bir öz özünü incələmə vardır. Saatı demək,ödəniş etmək ya da birinin gəlməyini gözləmək kimi gündəlik şeylər üçün istifadə etdiyimiz dil metodunu sorğulamaq olduqca diqqət çəkicidir. Bu nizim öyrəşdiyimiz bir şey deyildir. Nə olduqlarını anlamaq üçün onları görmək istəməyə bilər, buna qarşı gələ bilərik.
Bəs bu "mazoxistcə"-midir? Bu özünü analiz etməkdir. Lakin sonunda o qədər də ağıllı olmadıülarını tapıb böyük ehtimalla uduzacaqları üçün, bu sadəcə əzab verici və alçaldıcıdır. Buna görə də, əgər dəyişəcək olsaq mütləq bir "axmaq olma" vəziyyəti ilə qarşılaşmağımız və özümüzün də elə olacağını bilməyimiz gərəkdir. Marcuse fərqində olmadan məruz qaldığımız gündəlik praktikaların olduğunu anladığından, bunu məmnuniyyətlə qarşılamalı idi; "Sehr, cadu və ecazkar təslim evdə, mağazada və ofisdəki gündəlik adətlərimizdə tətbiq olunmaqdadır". Qısaca, Leydi həddindən artıq etiraz edir.(Şekspirin Hamletindən bir cümlə)


Bəs Marcusenin ikinci tənqidi daha yaxşıdır? Bu dilin içində bizi daha artıq həbs etdiyi üçün Vitgenşteynin qısıtlayıcı olduğu iddiasıdır. Marcuse Vitgenşteynin dil istifadəsinin tək ölçülü olduğunu söyləyirdi. Ancaq Vitgenşteynin çox ölçülü bir dil təqdimatına gördüyümüz kitabının bir dəfə oxunması ilə doğruluğu sübut oluna bilməz bunun. Vitgenşteyn dil olaraq istifadə etdiklərimizin təməlinin ortaq fəaliyyət qəliblərinin dəyişməsi ilə necə təmin olunduğunu göstərməyə çalışırdı. Dil təsadüfidir və şərtlərə baxlıdır. Buna görə də, dil oyunları müxtəlif şəkildə dəyişimə açıqdır. Vitgenşteynin ən məşhur parçalarından biri bu şəkil tapmacası ilə əlaqəlidir.
Şəkilə baxdığımızda onun bir ördək olduğunu görə bilərsiniz. Təkrar baxdıqda isə onun dovşan olduğunu da görə bilərsiniz. Çünki dil oyunları insanlarla oynanılır; bir şeyi bu ya da digər şəkildə gördüyümüz zaman nələr olduğunun fərqinə vara bilərik. Müasir bir nümunə, bütün kişi natiqlərin mübahisə programlarıdır. Onlara baxıb "ekspertlər paneli" deyə bilərsiniz və ya "manel" deyə bilərsiniz. Bəs bunu belə görməyi seçsəniz bu sadəcə bir manelmidir? Bu örnəklər dilin gündəlik istifadəsində veriləndən nə aldığımızı sorğulamaya dəvət edir. Ancaq Marcuse bu ördək-dovşan vəziyyətindən söz etmir ya da təsirlərini müzakirə etmir.
Bu səbəblə dil istifadəsi etiraz və dəyişimə izn verir. Marcuse isə əksinə rədd edir və hətta ictimai proseslərin diskussiya aləmini bağladığını söyləyir. Həqiqətən Vitgenşteynin mövqeyi Marcuse'nin diqqət çəkdiyindən daha radikaldır. Yeni bir şeyin hər zaman bir dil oyunu olduğunu söyləyir Vitgenşteyn. Bu üste örtülü ifadə əgər bir şeyi dəyişdirsək dil oyunlarını da fərqli oynamağımız gərəkdiyini ifadə edə bilər. Bəs bunun ehtimalı nədir? Qeyd edək ki, Vitgenşteynin gözü ilə; dil oyunlarını oynayarkən yalnız deyilik. Vitgenşteynin dövründə homoseksualların istifadə etdikləri gizli bir dil olan polari də bir oyun idi. Dil oyunları aldadıcı tələlər ilə kollektiv bir fəaliyyət probleminə səbəb olur. Əgər yalnız hərəkət edirsinizsə, onlardan özünüzü qurtara bilməzsiniz.  Lakin bu necə dərin tələyə düşdüyümüz düşünüldüyündə, daha başqa bir sualı ortaya çıxarır.Vitgenşteynin nəzərdə tutduğu problem isə budur:
"Bu dil olduğu kimi inkişaf etdi. Çünki insanların bu şəkildə düşünmə meyli var idi və hələ də var. Bu səbəbdən,yalnızca dilə qarşı instinktiv üsyan içində yaşayan insanları qurtarmağı bacara bilərsiniz. Öz doğru ifadə tərzi olaraq yaradılan bu dili istifadə edən sürüdə yaşamaq instinktivi ilə dolu olanlara kömək edə bilməzsiniz" .Üsyancılar dil ilə əlaqəli hiss etdikləri tətminsizlik halı içində yaşayarlar. Yadlaşmaqlarını fərq edər, dil daxilində özləri və başqaları ilə olan bağı kəsərlər.Ancaq məmnun olanlar sıxıntıya düşməzlər və insanlar belə düşünməyə meyllidir. Vitgenşteyn oxumaq bizi bu tərz mövzulara gətirir.
Beləliklə, Marcusenin etirazları təməlsizdir. Vitgenşteynin bu təəccüb verici dil oyunları incələməsinin cəfəngiyat ya da həbs edici olduğunu göstərməkdə uğursuz olmuşdur. Əslində bu cəhdləri sadəcə o zamanlarda qaranlıqda qalan Vitgenşteynə olan marağı yüksəltdi. Dil istifadə etmək insanlıq halının ayrılmaz, bütünləyici bir parçasıdır. Dil içində yaşayırıq. Yenə də öz həyat tərzimizi görməkdə çətinlik çəkirik. Vitgenşteyn bu çıxılmaz üçün hazır cavablar təqdim etmir. Əslində, bizi ovsunlayacaq bir dil olduğu müddətcə yanlış anlamaq cazibəsi ilə qarşı-qarşıya qalacayıq. Və bundan kənarda heç bir baxış bucağı da yoxdur. Deməli dil oyunlarından qaçış yoxdur. Lakin bunun içindən bir növ azadlıq yarada bilərik. Əgər bunu görmək istəyiriksə, əvvəlcə "axmaq olmaq" lazım ola bilər.

Tərcümə edən: Əhməd Əhmədov
Mənbə: https://aeon.co/ideas/how-playing-wittgensteinian-language-games-can-set-us-free


Yorumlar