Diqqətlə hazırlanmış bir
film siyahısı əlbəttə sonsuz xoşbəxtlik mənbəyi ola bilər. Amma
bəzən hələ
də əskik bir şeylərin olduğunu hiss edirik. Bele vəziyyətlərdə kürəyimizi
müdriklik tarixinin böyük mütəfəkkirlərinə söykəmək faydalı ola bilər.
Bu halda, filosofların xoşbəxtlik haqqında nələr kəşf
etdiklərinə bir göz gəzdirək.
“Sonu xoşbəxtliyə çatan
bir yol yoxdur: Yol xoşbəxtliyin özüdür.” Gautama Buddha (b.e.ə. 500) “Hədəf
səfərdir” təkrarlamasına bənzər şəkildə, Buddha xoşbəxtliyi bir
yerə, bir
şeyə çatmaqdan çox şəxsin həyatda tapdığı doyum olaraq təyin edir.
Çatılması lazım olan mütləq bir məqsəd olmadığını deyən Buddha,
xoşbəxtliyi ancaq səfər zamanı tapacağımıza inanır.

“Hər mövzuda tədbirli olmalıyıq, ancaq sevərkən tədbirli olmaq həqiqi
xoşbəxtlik üçün ən zərərlisidir.” Bertrand Russell (XIX əsr) Riyaziyyat və məntiq aşiqi olan Bertrand
Russellin, xoşbəxtlik kimi müzakirəyə açıq bir mövzu ilə maraqlanması
xarakterilə ziddiyyətli görünür. Lakin, xoşbəxtliyin sevgiyə tamamilə təslim
olmaqla tapıla biləcəyinə inanması qulağa məntiqli gəlir ki, görünüşünə görə bu
mövzuda elm də onun yanındadır.


“Xoşbəxtliyi, istəklərimi təmin etmək yerinə, onları məhdudlaşdıraraq
tapdım.” J.S. Mill (XIX əsr) John Stuart Mill, liberalizmin yaradıcısı və bəlkə
də liberalizmin tarixindəki ən əhəmiyyətli insan idi. Azadlıq fikrini yaya bildiyi hər yerə
yaydı. Xoşbəxtlik mövzusunda, o da Antik Yunan fikrini mənimsədi. Ətrafını zirzibillə
doldurmaqdansa, faydaçıllığa inandı. Hər şeyin məqsədinə uyğun istifadəsinin lazım olduğunu
deyirdi və ehtiyacı olmadığı hər şeyi həyatından çıxarırdı..

“İnsan yaxşı şeylər düşündükcə həm öz dünyasını, həm də bütün dünyanı
daha yaxşı bir hala gətirir.” Konfutsi (b.e.ə. 500) Konfutsinin xoşbəxtliyə yanaşması tarix boyunca
Müsbət Düşüncənin Gücü kimi bir çox kitabda əks olunur. Konfutsiyə görə xoşbəxtlik,
biz onun varlığına inandıqca özünü artırır.
“İnsanlığa bəxş edilmiş ən böyük nemət, hər kəsin içində və çata biləcəyi bir yerdir. Müdrik şəxs sahib olmadığını istəmək yerinə, özündə nə varsa onunla xoşbəxt olmağı bilər.” Seneca (b.e.ə. 400) Filosof Seneca, dövrümüzdə psixoloqların “nəzarət mərkəzi” dedikləri şeyə inanırdı. Bəzi insanlara görə mərkəz şəxsdən kənarda yaşayır. Bu şəxslər davranışlarının xarici güclər tərəfindən yönləndirildiyinə inanırlar. Digərlərində isə (Senecanın xoşbəxt dediyi şəxslərdə) mərkəz şəxsin içindədir.

“Bədbəxtsənsə keçmişdə
yaşayırsan. Narahtasansa gələcəkdə yaşayırsan. Rahatsansa bu anda yaşayırsan demekdir.” Lao Tzu (b.e.ə.
600) Ümumiyyətlə “Yaşlı Adam”
deye anılan Lao Tzunun əslində kim olduğundan kimsə
əmin deyil.
Amma bu müdriklik fiquru min ili aşıb dövrümüzə çatmışdır.
Tədqiqatlar göstərir ki, ən böyük xoşbəxtliklər şəxsin
bütün diqqətini tələb edən işlər nəticəsində ortaya çıxır: dərin bir söhbət,
yaradıcı bir iş kimi.
“Həyat, həll edilməsi
lazım olan bir problem deyil, yaşanması lazım olan bir gerçəklikdir.”
Kierkegoor (XIX əsr) Kierkegoor da xoşbəxtliyin anı yaşayıb, anın
dadını çıxarmaqdan qaynaqlandığına inanırdı. Mövcud
şərtləri problemlərə çevirməyi buraxıb, onları təcrübə olaraq görməyi
başladığımız zaman xoşbəxtliyə çata biləcəyimizi müdafiə edirdi.
“Xoşbəxtlik
kəpənək kimidir. Siz tutmağa çalışdıqca o qaçır. Nə vaxt ki, diqqətinizi başqa
şeylərə
verirsiniz, ancaq o zaman gəlib çiyninizə qonar.” Henry
David Thoreau (XIX əsr)

Vətəndaş
itaətsizliyi müdafiəçisi, transsendentalist bir filosofun xoşbəxtliyə passiv
bir yanaşmada olması çox da təəccübləndirici deyil əslində. Waldendə detalları
ilə açıqladığı kimi, Thoreau adəti pozmağı seçdi. Vərdişlərdən uzaq durdu. Bəlkə
də təsadüflərə olan bağlılığından qaynaqlanaraq, daha geniş, zamandan və məkandan
müstəqil bir xoşbəxtlik tapa biləcəyinə inanırdı. Bu yanaşma, digər
filosofların anı yaşamağa istiqamətlənmiş yanaşmaları ilə də uyğunlaşır
Türkcədən Tərcümə: Ramilə Heydərova
Mənbə: Tech insider
Müəllif: Chris Weller
Yorumlar
Yorum Gönder