"Son - izm" - Matthew Mullins


Son dövrlərdə postmodernizmdən sonra gələni adlandırmaq üçün ədəbiyyatşünaslıqda sanki silahlan-ma yarışı kimi bir şey var. Postmodernizm, kosmodernizm, digimodernizm (rəqəmsal modern-izm), avtomoder-nizm, altermodern-izm və metamodernizm ən populyar perspektivlər sırasındadır. Bu terminlərin hər biri açıq şəkildə postmodernizmin iddia edilən ölümündən sonra yeni bir ədəbi
istehsal üsulunu təsvir edir.  Ancaq yeni bir dövrü adlandırmaq məcburiyyəti, üfüqə doğru irəlilədikcə geri baxmağımıza səbəb olan iki vacib sual doğurur:
1. - izm nədir?
2. Bizə ümumiyyətlə dövrlər lazımdırmı?
Əgər hansısa bir dəyişiklik, yeni bir şey baş verirsə, məsələn metamodernizm postmodernizmi zəbt edirsə, şübhəsiz ki, bu yeni şeyin əvvəlkilərdən fərqli olaraq yeni olduğunu güman edirik. Başqa sözlə, yeni bir - izmi adlandırmaq bizdən əvvəlki - izmin toxunulmaz olmasını tələb edir. Ancaq, deyəsən belə soruşmalıyam, postmodernizm - izm idi?
Ədəbiyyatşünaslıqda tez-tez ikili hadisələri təsvir etmək üçün - izmlərdən istifadə edirik: özünəməxsus sənət fəlsəfələrinə sahib olan tarixi dövrlər. Əlbəttə ki, romantizmdəki kimi -izm qədər təmiz və səliqəli deyil. Təxminən bütün alimlər romantizmin 11 aprel 1861-ci il çərşənbə axşamı günü bitdiyinə razıdırlar və bunun müəyyən bir yazıçıdan və ya ədəbi əsərdən tam formalaşmadığı ilə razılaşırlar. Buna baxmayaraq, biz bu tarixi-fəlsəfi kateqoriyalardan, başqa bir tarixi olmayan tarixi daha yaxşı, istifadəyə yararlı bir şəkildə düzəltmək üçün istifadə edirik. Ədəbiyyatşünaslar zamanla bu yazıçıları, əsərləri və dövr intervallarını daha yaxşı başa düşmək üçün bu - izmləri təşkilatlandırmış və inkişaf etdirmişlər. Bu yazıları, əsərləri və dövr intervallarını tələbələrə daha əlçatan etmək üçün də bu amillərdən istifadə etdik. Bu cür kateqoriyalar, başımızda çox sayda məlumat saxlamağı asanlaşdırır.
Ancaq heç vaxt postmodernizm haqqında romantizm, realizm və ya modernizmdəkinə bənzər  fikir birliyi olmayıb. Bu elmi bir razılaşma olmadığını söyləmək deyil, ancaq postmodernizmdən sonrakıları adlandırmaq cəhdlərimizin asan olmadığını söyləməkdir. Axı, postmodernizm nədir? Memarlıq estetikası idi? Fəlsəfə idi? Modernizmin kulminasiya nöqtəsi idi, yoxsa antitezisi? Postmodernizm bir qədər əvvəlki ədəbi formaya qayıtmağı təmsil edirdi, yoxsa tamamilə yeni bir təcrübə idi?
Problem tarixi bir dönüş nöqtəsinin nişanı olaraq -izmin xüsusi formasıdır. Bir - izm, OED-ə (Oksford İngiliscə Lüğəti) görə, "fərqli xüsusiyyətlərə və ya əlaqələrə sahib olduqlarını iddia edən bir doktrinanın, nəzəriyyənin və ya təcrübənin bir formasıdır." Buna Platonizm yaxşı bir nümunədir. Platonun fəlsəfəsini bir araya gələrək Platonizmi təşkil edən ortodoks (doqmalar, ənənələr) sistemi müəyyənləşdirə bilər. Lakin - izmi tarixi dövrlərə ayırmaq, dövrləşdirmək üçün istifadə etdikdə, mütləq bir hekayə, sistem kimi yanaşmağa meyl edirik.
Tarixə doktrina kimi yanaşırıq. Hekayənin nə olması lazımdır prinsipləri siyahısı kimi yanaşırıq. Tarixi və estetikanı və ya bəlkə tarixi və fəlsəfəni  əlaqələndiririk.
- izm nədir?” sualı bizi, “ümumiyyətlə dövrlərə ehtiyacımız varmı?” sualını verməyə sövq edir. Bir sözlə, dövrlərə ehtiyacımız var. Fredric Jameson bu şəkildə deyir: "Dövrləşdirə bilmərik". Mərhum Jak LeGoff bunu belə ifadə edir: "İnsanlıq gələcəyi dəqiqliklə proqnozlaşdıra bilmirsə, çox uzun keçmişi formalaşdırmaq qabiliyyəti öz əhəmiyyətini itirməyəcək.” Dövrləşdirmə tarixdəki dəyişiklikləri hesablamağa, məlumatın saxlanmasına kömək edir, keçmişi daha idarəolunan hala gətirir. Ancaq dövrləşdirməyin bir çox fərqli yolu var. - izm bunlardan biridir. Onsuzda - izmləri ancaq bu mənada istifadə etməmişik. Əgər ədəbiyyatşünaslar dövrləşdirirlərsə, bəlkə düşünməli növbəti sual budur: biz bunu etmək üçün - izmdən istifadə etməyə davam etməliyikmi?


Tərcümə edən: Ramilə Heydərova

Yorumlar