Çağdaşımız
olan çox sayda önəmli və aktiv fəaliyyətlə məşğul olan fəlsəfəçi vardır. Birləşmiş
Ştatlarda Judit Butler, İngiltərədə Simon Critchley, İspaniyada Victoria Camps,
Fransada Jean-Luc Nancy, Belçikdada
Chantal Mouffe, İtaliyada Gianni Vattimo, Almaniyada Peter Sloderjik və
Sloveniyada Slavoj Zizek kimi. Braziliyada, Çində və Avstraliyada yaşayan başqa
mühüm düşüncə adamları da vardır.
Heç
biri digərindən daha yaxşı və daha üstün deyil. Hər biri
fərqli fəlsəfi ənənələrdən gəlir, fərqli yazı üslublarına sahibdirlər və nəzərdən keçirdikləri məsələlərə qarşı mövqeləri onları fərqləndirir.
fərqli fəlsəfi ənənələrdən gəlir, fərqli yazı üslublarına sahibdirlər və nəzərdən keçirdikləri məsələlərə qarşı mövqeləri onları fərqləndirir.
Bu
düşüncə xadimlərindən hər biri fəlsəfəçilər üçün istinad nöqtəsi olsalar da,
onlardan ancaq çox az bir qismi öz düşüncə sərhədlərini aşaraq Hannah Arendt,
Jan Pol Sartr və Mişel Fuko kimi zəmanəsinin mədəni və siyasi problemlərinə
aktiv bir şəkildə daxil olan ziyalı, ictimai xadim kimliyi qazanmışdır.
İctimai
xadim mərtəbəsinə çatmış olan intellektuallar, fəlsəfəyə vermiş olduqları
yeniliklər, ya da öz dövrlərinin istisnai siyasi hadisələri ilə deyil, haqqında
danışdığımız siyasi hadisələrinin bu intellektualların fikirlərini çağırması,
özünə çəkməsindən dolayı bu keyfiyyətə nail olmuşdurlar. Yaxşı, bəs bir ziyalı
öz dövrünün problemlərinə yaradıcı bir formada necə daxil ola bilər?
Bu suala cavab olaraq Edvard Said,
intellektualın “bir özgəyə çevrilməyi, sürgün olunmağı, cəmiyyətin sərhədlərində
mövqe tutmağı seçməsi” gərəkdiyini, ancaq bu şəkildə akademik, dini və siyasi qurumların
sərhədləmələrindən xilas ola biləcəyini, əks halda isə onun hadisələrin, baş
verənlərin qaçınılmazlığına boyun əymək məcburiyyətində qalacağını ifadə
etmişdi.
Özünü tənqidə qarşı açıq olan filosof
Əgər
Zizek Saidin intellektualla bağlı verdiyi tərifə uyğundursa, bu işsiz, sürgündə
olduğu, ya da cəmiyyətin kənarında mövqeləndiyi üçün deyil, işsiz kimi, sürgündə
olan kimi və cəmiyyətin kənarında mövqelənmiş kimi yazdığı üçün belədir.
Zizekin nəzəri araşdırmaları, mənimsədiyi siyasi mövqelər və ictimailiyi, sadəcə
oturaq akademik tərzi deyil, idellaşdırılmış, anlaşılmadığı halda hörmət edilən
fəlsəfəçi yaxud da ziyalı obrazını da dağıdır.
Bunun
yaxşı bir nümunəsi, Zizekin yatağa yarı çılpaq uzanmış halda öz fəlsəfəsindən
danışarkən onun “təvəkökar bir nizam intizam olduğunu, elmin verdiyindən fərqli suallar verdiyini” ifadə etdiyi sənədli film səhnəsidir. “Məsələn,
bir fəlsəfəçinin azadlıq anlayışına yanaşması necədir? Problem azad olub
olmadığımız deyildir. Fəlsəfəçi hermenevtik suallar dediyimiz daha asan
suallarla maraqlanır. Azadlığın nə mənaya gəldiyi kimi. Fəlsəfəçi həqiqətin var
olub olmadığı ilə əlaqədar suallar vermir. Xeyr, fəlsəfəçi “bu doğrudur” deyildiyində
nəyin nəzərdə tutulduğu sualını verir”.
Bir
düşüncə adamının fəlsəfənin izahını bu qədər başa düşülən formada verməsinə təəccüblənməyimiz
səhnənin çəkildiyi mühitin rahatlığından irəli gəlmir. Daha çox, zərif düşüncə
adamlarının, universitetlərindəki ofislərində yaratdıqları qarma qarışıq təriflərin
arxasında gizlənmələrinə alışmış olduğumuzdan irəli gəlir. Zizek dürüst olmağı
seçir və siyasi mövqeyi də olduqca açıqdır, şübhəsiz bir şəkildə ifadə edəcək
olsaq, özünü bütün tənqidlərə açıq elan edir.
Zizekin
Martin Haydeggerin “ontologiyası”-nı, Frensis Fukuyamanın “ tarixin sonu”-nu və
Naomi Klein-in “şok doktrinası”-nı bir araya gətirərək özünəməxsus bir baxış
formalaşdırmaqdakı bacarığı çox az düşüncə adamında görülən bir şeydir.
Bir
çoxları onu Jurgen Habermas, Con Dyui ya da Herbert Markuze kimi düşüncə adamlarından
daha məşhur edən şeyin qloballaşma fkatorunun olduğuna inansa da, Zizekin məşhurluğu,
zəmanəmizin neoliberal demokratik sabitliyini aşındırmaq qabiliyyətinə əsaslanır.
Onun
bu qabiliyyətinə, hər zaman çoxsaylı insanı cəzb etməyi bacaran dərslərindən
birini izləyərkən şahid olmaq mümkündür. Hegelin dialektik materializmi,
Lakanın psixoanalizi və David Lynch-in filmləri daxil olmaqla çoxsaylı materiala
istinad verməklə gerçəklik təsəvvürümüzü hissələrinə ayıraraq, dialektik metodu
tətbiq edərkən şahid ola biləcəyimiz qabiliyyətinə.
Məsələn,
həqiqətin düşüncə və davranışlarımızın yanılmaz korrektoru vəzifəsini icra edən
bir məzmuna sahib olduğunu irəli sürən realistlərə qarşı Sloven filosof, bu həqiqətə
çatmağın ancaq düşüncədən kənar olan, yəni simvolizasiya vasitəsilə çata biləcəyimizə,
obyektlə bizim obyekt haqqında bilik əldə etmək fəaliyyətlərimiz arasındakı
paralaks boşluğuna işarə edir. Gerçəkliyin yeri (statusu) “saf formada
paralaktikdir və mahiyyətdən yoxsuldur. Gerçəklik iki mövqe arasındakı
boşluqdadır və ancaq bu mövqelərinin birindən digərinə doğru keçid etməklə hiss
oluna bilər.
Zizekin
fəlsəfəsinin məqsədi, hermenevtik düşüncədə olduğu formada yalnız gerçəkliklə əlaqədər
hisslərimizin deyil, gerçəkliyin də dialektik bir mahiyyətə sahib olduğunu göstərir:
Hər bir “gerçəklik sahəsi”, yaxud da “dünya” ancaq baxışlarımızı özünə cəlb edən
görünməz bir çərçivə ilə bilavasitə tamaşa edilə bilər. Bu dialektik baxış
Sloven filosofun ideoloji əksinə çevirmələr yolu ilə dəyişiklik fikrinin əsasını
təşkil edir: Zizek kapitalizmin aşıla bilməsi üçün əvvəlcə “sistemin onda olan
iştirakımızı təmin edərək, özünü yenidən istehsal etməsinə vəsilə olan bütün
müqavimət formalarının” tərk edilməsi gərəkdiyini ifadə edir.
Ərəb
baharı, Uoll Streeti işğal et və Yunanıstanda iğtişaşlar kimi siyasi hadisələr “keçmişdən
gələcəyə doğu zaman daxilində davamlı olaraq təkrar edən” kimi deyil, “indinin
bağrında gizli bir potensial olaraq var olan ütopik bir gələcəyin fragmentləri”
olaraq dəyərləndirilməlidir. Haqqında danışılan gələcək Zizek üçün kommunist
bir gələcəkdir.
Zəmanəmimizin düşüncə xadimi Zizek
Hər
nə qədər bir çox Avropa və Amerika universitetlərində mühazirələr demiş olsada,
70 dən çox kitabın müəllifi, amansız mədəni tənqidçi və cəsarətli bir siyasi
aktivist olsa da, Zizek, çox vaxt “boş və əsassız bir mövqeyi eyni ilə təkarlamaqda”
və “oxuduğundan, oxuya biləcəyindən daha çox kitab yazmaqda” ittiham olunur.
Ehtimal
edilə bildiyi kimi, bu tənqidlərin böyük bir hissəsi onun nəzəri fikirlərinə
yox, daha çox siyasi baxışlarına,
xüsusilə də kommunizmlə olan bağlarına yönəlikdir. 1989-cu il SSRİ-nin
dağıldığı il yox, eyni zamanda Zizekin ingilis dilində ilk tərcüməsinin də
yayıldığı il oldu. Digər bir ifadə ilə tam da kommunizmin çökdüyü ildə Zizek
onu yenidən sahiblənməyə, ona müsbət yanaşmağa başladı.
Zizek
indiyə qədər beynəlxalq bir mükafat almış deyil. Lakin bu ciddi və orjinal bir düşüncə adamı
olmadığı üçün deyil, bir növ mükafatların oturaq və hakim ideologiyanın tərəfdarlarına
verilməsi baxımından nəzərdən keçirilməlidir.
Bəyənək
ya da bəyənməyək, Observer-in qeyd etdiyi kimi “80-ci illərdə Derrida nə idisə,
bu gündə Zizek odur”. Derridanın intellektual araşdırmaları dilə məxsus istinad
sistemlərini dekonstruksiyaya məruz qoymağı hədəfləməkdədir. Zizek isə qəbul
olunan fəlsəfi, dini, siyasi ifadələrin zəminini təşkil edən ideoloji strukturları
“aşındırır”.
Zizekin
Şelling idealizmindən, Jak Lakan psixoanalizminə və Jon Millbandın
teologiyasına qədər uzanan əhatəli düşüncə tərzinin bütün meyvələri haqqında
danışmaq mümkün olmasa da, son iki kitabında (Less
Than Nothing və Mapping ideology)
detallı bir şəkildə nəzərdən keçridiyi fəlsəfəçinin rolunun necə dəyişikliyə məruz
qaldığını daha yaxşı anlamaq üçün siyasi aşındırmaları haqqında danışmaq lazım
gələcəkdir. Bunu da daha sonrakı bir yazımda nəzərdən keçirməyi planlayıram.
Zizekin fikrincə, intellektual öz müstəqil fəaliyyəti ilə “inqilab üçün zəmin
hazırlamalıdır”, lakin bir inqilabı hərəkət ideoloji olmaqla
günahlandırıldığında “əmin olunmalıdır ki, günahlandırmanın özü yetəri qədər
ideolojik deyildir”.
Tərcümə edən: Bahmanyar Club
Santiago
Zabala, Berselona Fabra Universiteti Fəlsəfə İCREA professoru, nəşr olunmuş kitabları
The Hermeneutic Nature of Analytic Philosophy (2008), The Remains of Being
(2009) ve Hermeneutic Communism (2011, G. Vattimo ile birlikdə).
Yorumlar
Yorum Gönder