"Postmodern mühafizəkarlıq" - Matt McManus


Mühafizəkarların əksinə sol fikirliyə görə fərqliliklərə hörmət etmək lazımdır. Mühafizəkarlar, kapitalın və liberalizmin ideoloji gücü və ABŞ, Birləşmiş Krallıq kimi Qərb hegemonlarının döyüş gücü ilə təmin edilən dünyanın ümumbəşəri və mənəvi mənzərəsini dəstəkləyir kimi görünürlər. Bu güclər, daxildəki və xaricdəki bütün fərqlilikləri əzib yox etmək üçün çalışır. Qloballaşma və dünya quruluşlarının gücü vasitəsilə
dünyadakı bazarlara yayılıb fərqli quruluşdakı iqtisadi təşkilatları yox edərkən, tətbiq oluna bilən tək ideologiya olaraq ümumbəşəri liberal fərdiliyi təqdim edirlər.
Bütün bunlar postmodernizmin Sola nə üçün cəlbedici gəldiyini açıqlamağa kömək edir. Postmodernizm, bütün qəti doğrular ilə dəyərləri və əsaslandırıldıqları hekayələri rədd etməsi, öyrənmək və ifadə üçün fərqli üsullara eyni rəftar edərək təmiz hava təqdim etmiş olmalıdır. Ancaq zəmin dəyişdi. Mühafizəkar hərakat postmodernizmin dərslərini assimilyasiya etməyi keçmişdəki ənənəvi fəlsəfələrlə sintez etməyi bacarmışdır. Bu görədə, mühafizəkarlar bir çox baxımdan Soldan daha çox müvəffəqiyyətli olmuşdur. Bunun səbəbi, qismən də olsa, postmodern mühafizəkarların olduqları mövqelərin paradoks nəticələrini coşğuyla mənimsəmələrindən heç bir zaman narahatlıq keçirməmiş olmasıdır.
Bunun necə həyata keçəcəyini anlamaq üçün daha da keçmişə gedib mühafizəkarlığın spesifik formalarına baxmalıyıq. Bu nümunələr göstərir ki, postmodern mühafizəkarlıq intellektual və mədəni bir vakuumdan ortaya çıxmışdır. Edmund Burke, bunun bəlkə də ən əhəmiyyətli qabaqcıllarındandır. Burke, Fransa İnqilabına dair Düşüncələrində, yenilikçi Fransız İnqilabçılarını “eqoist xasiyyətli və dar fikirli” olmaqla günahlandırır. Yalnız siyasi fikirlərinə deyil, arxalarındakı təkəbbürlü rasionalizmə də düşmənçilik bəsləyirdi. Burke, tamamilə rasionalist fəlsəfəyə əsaslanan bəzi iddialı qəliblər çərçivəsində cəmiyyətin başdan ayağa dəyişə biləcəyi inancını tənqid etmişdir. Populist baxımdan, Burke təhlükəli və şiddətli radikalizmə səbəb olan “metafizik abstraksiyanın təkliyindən” şikayətlənmişdir. Məsələn, hər şeyi əcdadlarından daha yaxşı bildiyini düşünənlərin impulslarına qarşı çıxan möhtərəm institutlar yıxılmadığı müddətcə, İnqilabçıların istədiyi mücərrəd insan haqlarının heç bir zaman həyata keçməyəcəyinə inanmışdır.
Burke, dövrümüzdəki postmodern mühafizəkarlarda gördüyümüz sərhədsiz irrasionallığı təsdiq etməmişdir. Yenə də mühafizəkarlığın sonrakı növlərində irrasionalizmi mənimsəmənin təməlini hazırlamışdır. İnsan ağlıyla qavranıb yaradılacaq və cəmiyyətə qəbul etdiriləcək doğru və dəyərlərin varlığına çox şübhə ilə yanaşmışdır. Mühafizəkarlar üstündəki təsirini əsrlər boyunca görmək mümkündür. Məsələn, “Rationalism and Politics”də, Michael Oakeshott, modern insanın rasional siasətə nihilist bir fədakarlıq ilə özünü əks etdirmə və hesablamadan çox “yaxınlıq və davranış” vərdişnə əsaslanan, irrasional amma mədəniyyətinə və yaşadığı cəmiyyətə daha çox təmin edici bir fədakarlıq arasında seçim etməli olduğunu müzakirə etmişdir. Burkenin irrasionalizmi, coercing Virtue: The Worlddwide Rule of Judges işində Solçuları “fərqliliklər, şərtlər, tarix və insan ilə cəmiyyətin mürəkkəb qarışıqlıqlarına dair seçici hörmət sahibi” olmaqla qınayan qaydaçı mühafizəkar Robert Bork, Amerikan hüququnun məqsədinin “inkişaf edən ədəb qaydalarının hər zaman irəliləmə mənasına gəldiyi və cəmiyyətlərin çürümədiyi, hər zaman yetkinləşdiyi skeptizmini” ifadə etmək olduğunu irəli sürən Antonin Scalia kimi bir çox şəxsin əsərlərini bəzəmişdir.
Bu intelektual nümunələr, xeyli vaxtdır Sol ilə birləşdirilməsinə rəğmən postmodern mövqelərə dəyişməsinin niye mühafizəkarlar üçün daha əvvəl görülməmiş bir sıçrayış olmadığını göstərir. İrrasionalizmə hörmət və buna bağlı olaraq məntiq ilə obyektivlik yerinə mədəniyyət ilə cəmiyyətə yönəlmək, təməli çoxdan hazırlamışdır.

Çağdaş postmodern mühafizəkarlıq

Postmodern mühafizəkarlıq irrasional qabaqcıllarının bir çox bənzər nöqtəsini əks etdirərkən, uc nöqtələrdəki meyllərini isə yayındırmaqdadır. Bundan əlavə modern texnalogiya və sərmayənin böyük gücü tərəfindən dəstəklənməkdədir.
Ironik formada, postmodern mühafizəkarlıq, radiolarda, bloglarda və internet saytlarınında bildirdiyi kimi, postmodernizm və “mədəni Marksizim” (artıq hər nə deməkdirsə) prinsipi ola biləcək şeylərə ümumi olaraq görünüşcə düşmənçilikdədir. Qərbin irqçilikkeçmişinə və həyata keçirdiyi soyqırımlara biganədir. Sosial məzmunu aşağı görər. Və ən bariz formada, postmodern mühafizəkarlıq, Qərb mədəniyyətinin və dəyərlərinin tənqidi haqqında şübhədir. Halbuki bu gizlədilməkdədir. Ən sıx siyasi qarşıdurmalar hər zaman oxşar ideoloji çərçivələr daxilində olan qruplar arasında baş verir. Postmodern mühafizəkarlıq, eliminmi yoxsa sosial elimlərinmi önərdiyinə fikir vermədən qəti həqiqətlərə və əsassız inancı rədd etdiyi, mənası ənənəvi şəxsiyyət və dəyərlərində mövqe tutduğu üçün postmoderndir. Postmodern mühafizəkarlığın siyasətə yanaşmasında da bu ifadə olunmuşdur. Qəti doğru olmadığı üçün, fərqli dəyər sistemləri və siyasətlər arasında vasitəçilik edən və ya bunların həqiqiliyini dəyərləndirə biləcək sərt meyarlar vardır. Alternativ həqiqətlərə yönələrək həqiqətlərə qarşı çıxa bilir. Tənqidlər saxta xəbər olduğu əsası ilə rədd edilə bilər. Postmodern mühafizəkarlıq üçün əhəmiyyətli olan, mühafizəkar şəxsiyyətə inanclı qalmaqdır.
Pynchonesk donald Trumpın prezidentliyi və Brexit qərarı kimi hadisələrin işarə etdiyi kimi postmodern mühafizəkarlıq Anglo-sakson dünyada yüksəlməkdədir. Marine le-Penin silvizasiya milliyətçiliyində, Geert Wilderin yad düşməni siyasi-teologiyasında, və də Polonyadakı Hüquq və Ədalət Partiyasının Səlib zehniyyətində üzə çıxması narahat edicidir. Bütün bu hərəkətlər və partiyalar mühafizəkar ümumibəşəriliyi buraxıb daxilə dönmüşdürlər. Postmodern hərəkətlər və partiyalar ənənəvi şəxsiyyətin ritorikasını və ikonlarını mənimsəmişdir. Bəzən “Qərb mədəniyyətindəki” ölkələrdəki oxşar fikirli mühafizəkarlarla əlaqə qurarkən,  bəzən olan bitən saf milliyətçilik xəttində tuturlar. Hər iki halda, postmodern mühafizəkar hərəkətlər və partiyalara qloballaşma, inteqrasiya və ümumbəşər hərəkətlərə dair qeyd kitablarını yaradarkən həqiqətlər və tərəflərdən çox yadlaşma və inciklik duyğularına dayanaraq hərəkət etməlidir. Köhnə formadakı ümumbəşər mühafizəkarlığın nümayəndəsi olan Willim Buckley və Nicolas Sarkozy kimi fiqurla, qloballaşan nizama uyğunluqları və sözdə dəstəkləri səbəbi ilə kənara atılırlar. Nisbi, vecsiz, hətta həqiqətlərdən bixəbər, dolayısı ilə şəffaf bir ideloji agentdə güdmək üçün yüksəlməklərini asanlaşdıran texnologiyaları istifadədə daha aqressiv fiqurlarla dəyişdirilirlər. Postmoderin mühafizəkarlar, istər gücü ələ keçirməkdə istərsə də həyata keçrilən siyasətlərdə müəyyən ölçüdə müvəfəqiyyət əldə edərək siyasətin təməlini və formasını dəyişdirmişdirlər.

                                                                                                        Tərcümə edən: Ramilə Heydərova
Mənbə: 
http://thephilosophicalsalon.com/post-modern-conservatism/?utm_content=buffer36ace&utm_medium=social&utm_source=facebook.com&utm_campaign=buffer


Yorumlar