Əlisəfa Azayev 1951-ci ilin 1 iyulunda, Kürdəmir rayonunun Qaramahmudlu kəndində
anadan olmuşdur. 1971-1973-cü illərdə kəndlərin biirndə müəııim vəzifəsində
çalışmış və 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bu yazar elə də məşhur, tanınmış
və çox oxunan deyil, amma bir Azərbaycan yazarı olaraq
yetərincə diqqətə layiq biridir. Özüm də bu yazar ilə təsadüfən, kənddə istirahət günlərinin birində kitabxanada rastlaşmışam və oxumağa qərar vermişəm. Düzü mən onun bütün yaradıcılığı ilə tanış deyiləm, bir roman şəklində və bir hekayələr toplusu olan kitabını oxumuşam. Amma bu kitablar yetərincə mənə təsir edib və hələ də yadımdan çıxmayıb. Əlisəfa Azayev bir yazıçı kimi tarixə düşəcək və ya əsrin yazıçısı statusu alacaq biri deyil, güclü və axıcı dili yoxdur, amma yazarın hekayələrini məşhur fransız novellisti Gi de Mopassanın novellalarına və ya irland yazıçısı Oskar Uayldın hekayələrinə bənzədirəm. Baxmayaraq ki, o yazıçılar artıq öz adlarını tarixə yazmış və qələmləri yetərincə güclü olan və bunu da zamanın süzgəcindən keçib sübut etmiş şəxslərdir və düzü onların yazıları ilə Əlisəfanı müqayisə etmək o yazıçları çox aşağı salır, buna baxmayaraq, bir yazıçı kimi hekayə qurmaq tərzləri, əhvalatı çatdırmaq üsulları, sanki o ikisinin təsirindənmiş kimi görünür. Düzdür deyə bilmərəm ki, bu yazar bizim ən yaxşı yazıçılarımızdandır və onu hamı mütləq oxumalıdır, heç müasir Azərbaycan yazıçılarının siyahısını hazırlasam o ilk onluğa, bəlkə əlliyə də düşməz. Amma indiki gənclərin oxuduğu azərbaycanlı yazarlarına baxdıqda sanki məni ildirım vurur. Onları nə qədər tənqid etməyimə baxmayaq, hər dənə onları müdafiə edirlər. Qaraqan, Rövşən Abdullaoğlu, Elxan Elatlı, Varis və sair kimi yazarlar ən çox oxunan kitablardır və kitab mağazalarında həmişə ilk onluq siyahısında bir tərəfdə Paula Coehlonun kitabları, “Varlı ata kasıb ata” tipli kitablar görürəmsə, azəri yazarlarlardan da həmişə onları görürəm. Bu yazar Azərbaycanın kəndlərində olan vəziyyəti oxucuya fərqli üsullarla yox, elə düz şəkildə, sillə kimi oxucuya çatdırır. Şəhərdə yox elə xüsusən də kənd yerlərində çox yayılması və elə nisbətən daha çox oxunması da (şəxsi sorğumun nəticələri elə olub) çox uğurlu və yerində alınıb. O, hekayəni çox sadə qurur: hər hansı bir tipik, bəlkə də artıq klişeyə çevrilmiş situasiyanı götürür və onun haqda yazmağa başlayır. Personajlar olur, onların xüsusiyyətləri çatdırılır. Daha sonra onların öz xüsusiyyətlərinə görə başına gələnlər göstərilir. Yeni bir şey kəşf etmir, sadəcə olaraq real situasiyanı öz hekayəsinə çevirir. Məsələn, (bu abzasın davamı Əlisəfa Azayevin bir hekayəsi haqda olacaq və bu hissə spoilerlidir) bacısını qoruyan tipik qardaşdır, onu evdən çölə buraxmır. Özü də işləmir, avaradır və öz bacısını da öz avara dostu ilə evləndirmək istəyir ki “ancaq o yaxşı “oğlandır”” tipli şəkildə hadisələr başlayır. Daha sonra məlum olur ki, qızın özünün xoşuna gələn başqa oğlan var və onunla görüşə gedəndə qardaşı bunları görür və öldürür. Daha sonra nə baş verə bilər? Heç nə sadəcə olaraq onu həbs edirlər. Elə əhvalat burada da bitir. Çox sadə və çox real situasiya. Yazar elə bunun ardından ailənin necə bədbəxt olduğu haqda, yəni qızının öz oğlu tərəfindən öldürüldüyü, oğlunun buna görə həbs edildiyi, başqa bir ailənin oğlunu öldürdüyü üçün onları öldürdüyü haqda, bu problemin səbəbi, kökü, məğzi, “kimin günahkar olduğu ?” sualını verib ona öz cavabını verə bilər. Amma yox, Əlisəfa Azayev elə buradaca əhvalatı bitirməyə qərar verir. Bu sualların cavabını isə artıq oxucuya buraxır. Bu əhvalat bir baxıma insanı düşünməyə vadar edir. Əhvalat insana natamam gəlir. amma belə baxanda hekayəyə xas olan hər şeyi kitabda əks etdirib. Elə bu natamamlığa görə də bu yazıçını bəyənirəm.

Onun hekayələrindən başqa heç bir dərin məna çıxara bilmərsiniz. Çox
sadə və hətta çox primitiv bir dillə yazılıb. Nə təbiət, nə insanın uzun uzadı
təsvirləri ilə, nə fəlsəfi söhbətlərlə qarşılaşmarsan. Amma yazıçıya görə heç
buna ehtiyac da yoxdur, onun hekayələri bunsuz da uğurludur.
Məncə, Azərbaycan mentalitetini anlamaq, kənd yerlərindəki vəziyyəti dərk
etmək istəyirsinizsə bu yazarın kitablarını məsləhət görərəm. Onun kitablarını
hamı bəyənməyəcək, kimsə hekayələrinin quruluşunu, kimsə dilinin sadəliyini,
kimsə kuliminasiya nöqtəsindən sonrakı yazarın şərhlərinin olmamasını, amma mənim
fikrim budur ki, Əlisəfa Azayevin kitablarından heç olmasa birini, indi yaşayan
hər bir azərbaycanlı gənci və daha böyük yaşlılar oxumalıdır.
Rövşən Nəzərov
Yorumlar
Yorum Gönder