"Musiqi və fəlsəfənin qucaqlaşması" - François Noudelmann


Fransız filosofu François Noudelmann, yeni kitabının mövzusu olan fəlsəfə və həvəskar musiqi arasındakı əlaqəni göstərmək üçün piano çalmağa başlayır.
The Philosopher`s Touch” adlı əsərin sahibi və Paris Diderot Universiteti ilə New York Universitetində işləyən Noudelmann, dostu Barbara Glissant ilə birlikdə danışaraq dördlü bir Ravel əsəri ifa
etdilər. Daha sonra isə Noudelmann-nın kitabı haqqında bir panel müzakirəsi həyata keçirdilər.

Noudelmann çıxışında üç mütəfəkkirin, Sartre, Nietzsche və Barthes, intelektual zövq və maraq sahələri arasındakı fərqləri müqayisə etdi. Bu mütəfəkkirlərin, gündəlik həyatda Chopin və ya Schumann-nınkı kimi romantik piano ifaları çalmağı nə qədər sevdiklərini danışır.
Nietzsche eyni zamanda ürəkdən bir bəstəkar idi. Noudelmann, Nitsşe-nin bəstələrindən birinin səs yazısını dinlədiyində, Frederic Şopen-dən çox təsirləndiyi, hətta bunu dinləyən birinin hardasa bunun oğurluq olduğunu deyə biləcəyini səsləndirdi. Lakin Noudelmann-nın dediyinə görə, ikisi arasındakı əlaqə daha çox qarışıqdı. Nietzshe-nin həvəskar musiqiçiliyi sadəcə sırf bir hobbi və ya əsərlərindən əlaqəsiz olaraq dəyərləndirilə bilməz. Siyasi fəal Sartr isə, Amerikanın Şimali Vyetnamı bombalamasından sonra bu hadisəyə etiraz etmək üçün Cornell-də dərs deməyi rədd etmişdi, Sartre-ın düşüncələri ilə pianodan aldığı həzz arasındakı fərq çox böyük bir əhəmiyyətə sahibdir. Düşüncələrində böyük bir navator olan Sartre, şəxsi həyatında burjua romantizmi və Chopin-nin musiqisinə sığınmışdı. Bundan əlavə Noudelmann-a görə, Sartre-ın musiqi çalmağa olan həvəskar yanaşması özünə məxsusdur, hətta azaddır.
Noudelmann-ın çıxışına şərh bildirən professorlar içində İngilis və Müqayisəli Ədəbiyyat Professoru Jonathan Cullter, musiqi professoru Annette Richards, Klassiklər professoru Gail Holst-Varhaft və romantik araşdırmalar kafedrası və İtaliyan professor Timothy Campbell də var idi.
Şərhlərində Richards, Sartr və Barthes üçün qadın daxili aləmi ilə pianonun birləşdiyini qeyd etdi. XIX və XX əsrlərdə qadınlar üçün musiqi, peşəkar bir sahə deyildi. Buna rəğmən bir çox qadın, peşəkar səviyyədə müvəffəqiyyət əldə etmişdir. Bu qadınlara görə pianoda “həvəskar”, sadəcə sənət həvəskarı olan Sartre və Barthes-ə görə olduğundan fərqlidir deyir Noudelmann.
Culler isə şərhində Noudelmann-ın, kitabında təkrar təkrar Sartre və Barthes-in baxaraq çaldıqlarını ifadə etdiyini deyir. Lakin hər ikisi də yeni əsərlər çalmağa xoş baxmamışdır, bunun əvəzinə sevdikləri əsərləri çalmışdırlar. Bəs niyə “baxaraq çalmağa” bir vurğu edilmişdir? Noudelmann bu suala, onun üçün bir əsəri notlarına baxaraq çalmaq ilə (o buna baxaraq çalmaq deyir) eyni bir sənətçi kimi tətbiq edərək yəni çətin hissələri çalmağa çalışaraq, düzgün olanı etməyə çalışaraq çalmaq arasında fərq olduğunu deyir. İştirakçılar eyni zamanda, Noudelmann-ın kitabında da bəhs etdiyi, fəlsəfəçi-piyanistlərin çox zaman qarşılaşdığı “melodiyanın günahkarlıq verici həzzindən” də bəhs edirlər. Hər nə qədər insanlığın vaxtını xərcləməsi lazım olan şeylərdən biri olduğunu düşünsələr də, Nitsşe və Sartre Şopeni sevmişdirlər və ifa etməkdən zövq almışdılar.

Cornell Chronicle-də praktikant olan Julian Montijo, bu hekayəyə töhfə vermişdir.


Tərcümə edən: Ramilə Heydərova

Yorumlar