Fərqində olmaya bilərik amma həyatımızı XIX əsrin
filosofları ilə yaşayırıq. Karl Marks, Fridrix Nitsşe və Ziqmund Freyd əhəmiyyətli
kişi mütəfəkkirlərdir, zəkalı və mövcud vəziyyəti sorğulamağa istəkli olan
insanlardır.
Onların fikirləri, XX əsrdə milyonlarla insanın həyatını
formalaşdırdı və XXI əsrdə hələ də yüksək təsirə sahibdir. Pop mahnılardan qlobal iqtisadiyyata, davranışlarımızdan seksə qədər, bu üç ağ kişi, nəzəriyyələri və aforizmləri ilə gündəlik həyatımızdadırlar.
formalaşdırdı və XXI əsrdə hələ də yüksək təsirə sahibdir. Pop mahnılardan qlobal iqtisadiyyata, davranışlarımızdan seksə qədər, bu üç ağ kişi, nəzəriyyələri və aforizmləri ilə gündəlik həyatımızdadırlar.
Nitsşe, “Səni öldürməyən şey gücləndirir” deyir. “Həzz prinsipi”, “arzunun təmin edilməsi”,
“anal təsbit”, Freydin ortaya çıxardığı anlayışlardır. Marks, “insanlığın
tiryəki” deyərək, dini tənqid etməsi,
kilsə çiçəklərinin əkilməsindən tutmuş İŞİD hücumlarına qədər olan hər şeyi
qınamaq niyyətindədir.
Əgər bu filosofların güclü tərəflərini təqdir
ediriksə, onların əsərlərinin köklərini də başa düşmək məcburiyətindəyik. Yəni
qar püskürdən Çex Cumhuriyətindən İsveçrənin dəlixanalarına və Montmartrenin
yaşıl içkili kafelərinə, yəni BBC 4 seriyası Genius of the Modern World üçün
hekayənin arxasındakıları araşdırıram.
Bax bu üç əzbər pozan haqqında bilmədiyiniz bəzi
şeylər...
1. Marks
Şekspiri çox sevirdi.
Marks, Trier qəsəbəsində burjuaziya mühitində
böyüdü və onu Sekspirlə tanış edən baronun qızı ilə evləndi. Bir söz ustadı
olaraq Marksın nəsr üslubu epik və teatrdır. Marksın ailəsinin üzüm bağları var
idi və bir yaxını olan Philips elektirik əşyaları imperyasını qurmuşdu.
Nitsşe və Freyd kimi, Marks da çətin gənclik
keçirmişdir. Atası vəkil olaraq işləyə bilmək üçün xiristiyanlıqdan yəhudiliyə
keçmək məcburiyyətində qalmışdır və Marks şagirdikən bunlara şahid olmuşdur.
Freyd kiçik bir qəsəbə olan Moraviada mürəkkəb
yahudi ailəsində yoxsulluq içində böyüdü, Nitsşe isə Lutheran papazı atasını
beyin xəstəliyindən qaynaqlanan əzablı bir şəkildə ölümə gedərkən izlədi.
2. Klassik
keçmişin gücü
Marksın ilk böyük akademik araşdırmaları Yunan
filosofları Demokrit və Epikür haqqında olmuşdur. Nitsşe, Baselin ən gənc Filologiya
professoru idi və Yunan tanrısı Dionysosun təqibçisi idi. Freyd bir arxeoloq və
tədqiqatçı olaraq psixoanalizi qavrayırdı, ağlın qalıqlarını araşdırır, dəlilləri
üzə çıxarırdı.
Marks və Engels insanlığın teleoloji bir nəzəriyyəsini
irəli sürürdülər. Bu sinif hekayəsi antik dünyadan dövrümüzə qədər problem
olmuşdur. Latınca “proletarius” (Romada cəmiyyətin ən alt təbəqəsinə aid insan)
kəlməsindən yaranan “proletar” terminini məşhurlaşdırdılar.
3. Seks,
alkoqol və maddə asılılığı
Üçü də zehini və fiziki mənada sərhədləri aşan
insanlardır. Freyd kokain istifadə edirdi, Marks orta sinif pis uşaqlar klubuna
qatıldı (the Trier Tavern Club), Nitsşenin Lou Salome ilə bir eşq münasibəti
var idi. Lou Salome anal zövq üzərində ixtisaslaşmış ilk qadın psixoanalrikdir.
Bir şəkil Lounun Nitsşe və filosof dostu Paul Reeni
əlindəki qamçı ilə at kimi sürdüyünü göstərir.
Nitsşenin məktəb hesabatlarınıda oxumaq zövqünü də
yaşadım. Onun sərxoş olduğuna görə məktəbdən uzaqlaşdırıldığını və
riyaziyyatdan nə qədədər zəif olduğunuda bilirik.
4. Fərdi fəlsəfələr
Freydin ilk eşqi Marthadan aldığı məktubları
oxuduqda, psixoanaltik olmamışdan əvvəlki Freyd ilə tanış oluruq. Sevgilisini klinik
dəqiqliklə müalicə edir (Martha, Freydə bir parça saçını göndərir, Freyd Marthadan bu saç telinin qırılma səbəbinin
saç fırçası olub olmadığını soruşar) və Marthanı hisləri haqqında danışması
üçün təşviq edər.
Nitsşenin qorxunc bir uzaqgörənlik bacarığı var
idi. Onun fəlsəfəsinin yayılmasının səbəblərindən biri də aforizmləridir. Bu
bir dişləklik fəlsəfə Third Reich (Üçüncü İmperatorluq) üçün təhlükəli bir şəkildə
cazibədar idi.
Marks (təxminən iyirmi yaşında) zəifləməsinə səbəb
olan dəri xəstəliyinə tutuldu. Həkimlərbu vəziyyətin onun “yadlaşması”
duyğusunun səbəb ola biləcəyi fikrini müzakirə edir.
5. Niyə bu
günün qayğısına qalırıq?
Marksın iqtisadi analizi qüsurlu ola bilər amma
onun “növümüzün özü” dediyi yadlaşma əhəmiyyətli bir problemin təyin edilməsidir.
Kapitalist maşında bir çarx olma təhlükəsi.
Nitsşe, Tanrının yoxluğunda rahatlıq dininin istəyə
biləcəyimiz “sağlam və güvənli bir mədəniyyəti” əvvəlcədən xəbər vermişdir.
Ölümdən sonrakı mükafata fokuslanmanın fəlakət dərəcədəki nəticələrini
sorğuladı və bizə ali bir məqsəd olmadan (Nitsşe Tanrının öldüyünü elan
etmişdi) öz dəyərlərimizi yaratmaq üçün azad olacağımız ya da qınanacağımızı
xatırlatdı.
Freyd anormalının normallığını qəbul etməsi,
dözümlülüyü cəsarətləndirərkən, müəyyən etmə və arzularımızı izləmək mövzusunda
dedikləri isə ABŞ-ın reklam mədəniyyətinin təməli olaraq istifadə edildi.
6. Marks,
Marksist rejim tərəfindən və Nitsşe, Nazilər tərəfindən cəzalandırıldı.
Milyonlarla insan Marksizim adına öldürüldü,
Marksın qatı Marksist rejimlər tərəfindən məhkum edilməsi isə qorxunc bir
ironiyadır. Onun, “komunizm tarixin cavabı tapılmış tapmacasıdır” sözünə rəğmən,
Marks ortodoks fikirlərinin sorğulamağa əsla fasilə verməməyimiz lazım gəldiyini
düşünürdü.
Nitsşenin dəftərlərində, “Güc İstəyi” eskizləri və
imkişaf etməkdə olan işlərinin üzərinə bazarlıq siyahısı (diş fırçası, çörəklər,
ayaqabı mazı) yazılmış olsa da, bu mətin Nazi doqmasının təməl həqiqəti olaraq
qəbul edilib yalnış istiqamətdə istifadə edilmişdir.
Hər üç filosof da bizə fikirlərini ideologiyalar içərisində
kirəcləşmə təhlükəsi ilə qarşı qarşıya gəldiyini xatırladır. Böyük fikirlər
böyük məsuliyyətlərlə gəlir. Platonun dediyi kimi, yazılı kəlimələr “adətən bir
yetim" kimidir və məqsədli olaraq pislik üçün istifadə dilə bilər.
“Man” (kişi) kəliməsi Ön-Hind Avropa dil ailesində
istifadə olunan bir kəlimə olan “manu”dan gəlir. Bir növ düşünmə gücümüzlə müəyyənləşdirdik.
Marks, Nitsşe və Freydin məqsədi çağırış etmək idi, amma
dünyanın gələcəyi artıq onların əlində deyil, bizim əlimizdədir. Ağlımızın
gücündən istifadə və həyatı ən yaxşı formaya salmaq üçün sosial bir vəzifəmiz
var.
Yorumlar
Yorum Gönder