Fəlsəfə kitablarına baxdıqda, belə bir hiss yaranır ki, yalnız kişilər fəlsəfə
haqqında fikirə sahib olmuşdur. Ancaq yazılı tarix boyunca qadınlar da kişi
həmkarları kimi fikirlərini və anlayışlarını irəli sürmüşdürlər. Faşist
Almaniyasından Qədim Yunanıstana və müharibə sonrasındakı Amerikaya, işıq dolu
qadınların ağlınıza gələbiləcək hər hadisə haqqında söylədikləri bir şeylər
vardır.
Mantinea-lı Diotima, b.e.ə. 350-380
Tarixçilər Diotima haqqında çox az şey bilir amma onun kəlimələri və
fikirləri Platonun Simpoziumunda təbiət sevgisi haqqında hazırladığı böyük bir
tezis olaraq qorunur. Tarixi bir fiqur olaraq Diotima-nın varlığını sübut etmək
mümkün olmamışdır, lakin Simpoziumdakı varlığı ilə bu siyahıda yer almışdır.
Diotima, bir nüfuz olaraq eşqin
təbiətindən bəhs etmişdir. Ona görə insanlar, sevgini, həm kəlimənin tam mənası
ilə həm də məcazi yolla, istehsal boyunca ifadə edilə biləcək- bu istehsalda
uşaq sahibi ola bilər ya da fikirlərini paylaşaraq özlərini ölümsüz edə
bilərlər. Əsasən, eşq, bədəndə və ya zehində ölümsüz olma impulsunun bir
parçasıdır.
Hypatia, b.e.ə.
351-415
Hipatiya şübhəsiz
yaşamış şəxsiyyət olsa da, yaşadığı dövrdən bəri fəlsəfəsi itirilmişdir. Buna
görə, onu tanımağımızın yolu, müvəfəqiyyətlərini və cəmiyyətdəki rolunu
öyrənməkdir. Hipatiya, özüdə filosof olan Theon Alexandricus-un qızıdır.
Yalnızca, haqqını qoruyan hörmətli
bir filosof olaraq böyümədi, həmçinin İsgəndəryə antik şəhərində Neoplatonic
məktəbinin rəhbəri oldu. Burda fəlsəfə və astronomiya təhsili verirdi, özüdə
riyaziyyat oxudu. Onun fikirləri və bunları açıqlama bacarığı dünyəvi bir
hörmət qazandı. Xiristiyan bir qrupun səbəb olduğu ölmü, klassik antik dövrün
sonunu göstərən əlamətlərdən biri oldu.
Heloise
d`Argenteuil, ~1090-1164
Rahibə olmuş bir
mütəfəkkir olan Heloise, Peter Abelard ilə olan tragedik eşqi səbəbindən yaxşı
tanınır. Lakin o, öz zamanında intelektuallığı ilə şöhrət qazanmışdı və radikal
feminist fəlsəfəyə inanırdı. Abelard və Heloise evlənmədən əvvəl –ki Heloise evlənməyi
heç istəmədi-uzun illər hüquqdan kənar bir münasibət yaşadılar.
Münasibətləri o
qədər problemli bir hala gəldi ki, axırda Abelard bir rahib, Heloise isə bir
rahibə olmağa qərar verdi. Heloise-nin evlilik haqqındakı fikirləri və ənənəvi
qadınlığa qarşı mövqeyi ilə bu gün belə hələ də ön plandadır. Həyatının bir manastıra
qapanaraq sonlanmasına rəğmən “eşqi evlilikdən, azadlığı bağlanmaqdan üstün
bilməsi” ilə xatırlanacaq.
Tullia d`Aragona,
1510-1556
Kardinal və
fahişənin qanunsuz qızı olan Tullia d`Aragona, İtaliya daxilində gözəlliyi,
bədii və fəlsəfi sahədəki yazılarındakı kəlimə istifadə bacarığı ilə tanınırdı.
Yazdığı ən əhəmiyyətli fəlsəfi mətn, Eşqin Sonsuzluğu Haqqında Dialoqudur. Bu,
Neoplatonik bir tədqiqatında, qadının romantik eşqdəki cinsi və duyğusal
azadlığının vacibliliyini müzakirə edir.
Bu tədqiqat,
Renesansın inkişafı qadınlara bir az da olsa daha çox imkan yaratsa da,
qadınlarümumiyyətlə kiçik muxtariyətlərinin olduğu bir dövrdə ortaya çıxdı.
Tullia d`Aragona ifadələrini reallaşdırdı, İtaliyada getdiyi hər yerdə bir
sevgili tapdı və kişilərin ona qəzəllər və sonnetlər yazmasına səbəb oldu.
Həyatı boyunca şeir yazdı, xüsusilə də sonnet və dastan şeirə fokuslandı.
Laura Bassi,
1711-1778
Bassi həm təbiət
fəlsəfəsi, həm də bir bütün olaraq akademiyanın daxilindəki qadınlar üçün
qabaqcıl oldu. 1732-ci ildə, 21 yaşındaikən Bologna Üniversitetində doktorluq
dərəcəsini başa vuraraq Avropa üniversitetlərində bunu bacaran ikinci qadın
oldu.
Məzun olduqdan
sonra anatomiya professoru oldu və bir il sonra fəlsəfə dərəcəsini qazandı.
Əvvəlcə fizika ilə məşqul oldu. Italya üniversitetləri Newton fizikası və
Franklin elektriki təhsili verməzdən əvvəl o, bu sahələrlə maraqlanmağa
başlamışdı. Verdiyi təhsildə, Newton-nun təbiət fəlsəfəsi haqqındakı fikirləri
əhəmiyyətli rol oynadı və bu fikirləri öz üsulu ilə inkişaf etdirdi.
George Eliot, 1819-1880
Mary Ann Evans, George Eliot ləqəbi ilə yazdı. Silas Marner və
Middlemarch daxil olmaqla yeddi məşhur roman yazdı. Ancaq onun işləri və
fokuslandığı sahə fəlsəfə üzrə idi. Ailəsi onu təhsilinə sərmayə qoydu, çünki
evlənmək üçün çox çirkin olduğunu düşünürdülər.
Daha sonra, evli
bir insanla əlaqəsi olduğuna görə adı qalmaqala səbəb oldu. Birlikdə işlədiyi
insanların fəlsəfələrindən təsirləndi. Bunlara Rasyonalizm və Baruch
Spinoza-nın etika haqqındakı işləri də daxildir.
Hannah Arendt,
1906-1975
Arendt özünü bir
siyasətçi deyil filosof hesab edirdi və bu adla, totalitarizm və şər kimi
mövzuların təbiəti haqqında yazdığı əsərlər ən diqqət çəkən əsərlərdir. XX
əsrin ilk yarısında, Kaliningrad və Berlində böyüdü. Siyasi spektrın əks
tərəfləri olan Stalnizm və Nasizm vasitəsilə totalitarizmə birbaşa şahid ola
biləcək vəziyyətdə idi.
Müharibədən
əvvəlki Almaniyadan qaçdı və axırda bir Amerikan vətəndaşı oldu. Ən məşhur
əsərlərindən biri isə, Şərin Sıraviliyi, Eichmann Qüdsdə. Bu əsərində, Adolf
Eichmann-ı, pis niyyətli bir aktyor olmaqdan çox, əmrlərə tabe olan bir
bürokrat olaraq təsvir etməsi bir çox Yahudi dostunu əsəbləşdirmişdir.
Ayn Rand,
1905-1982
Rand-ın əsərləri
və fikirləri Amerikan siyasi spektrına elə yerləşmişdir ki, hec kim onun bir
qadın olduğundan bəhs etməyi xatırlamaz. Çox məşhur iki roman yazmışdır:
Həyatın Mənbəyi və Atlas Sarsıldı ( onu tanıdan fəlsəfəsini yəni obyetivizmi
dəstəkləyir). Bu fikirlər fəlsəfi həqiqətləri qəbul edir, fövqəltəbii
hadisələri inkar edir.
Eyni zamanda, rasyonal şəxsi mənfəət
fikrini ehtiva edir: İnsanlar hədəflərinə çatamaq üçün eqoistcə hərəkət
etməlidir. Rand-ın siyasət fəlsəfəsi ümumi olaraq fərdi haqqlar və sərhədli
dövlət fikirlərinə istiqamətlənmişdir- Amerikan mühafizəkar və liberal
hərəkatları bu fikirləri özlərinə əsas götürürlər.
Simone de Beauvoir, 1908-1986
Parisdəki Sorbonne-dan məzun olan doqquzuncu qadın, Simone de
Beauvoir, yaxşı bir intelektual başlanğıc etdi. Oradaikən yaxşı tanınan,
ekzistensialist Jean-Paul Sartre ilə tanış olur. Ikisinin də işlərinə dərindən
təsir edəcək və bir ömür davam edəcək münasibətləri oldu.
De Beauvoiri İkinci Cins kitabı ilə məşhurdur. Feminist
ekzistensializmin nəzəriyyəsi üçün zəmin yaratdı. Xülasəylə, insan qadın olaraq
doğulmaz amma kişilərlə müqayisə olunaraq qadın halına gələr. Ona görə kişilər
özlərini yaradılan iyerarxiyada yüksək yerlərə qoyub qadınları “digəri” edər və
qadınlar cəmiyyət tərəfindən istənilən formada hərəkət etmək məcburiyyətində
qalırlar.
Iris Murdoch, 1919-1999
İris Murdoch, romançı və dramaturq olaraq tanınır. Eyni zamanda
fəlsəfi baxımdan da əhəmiyyətli bir rola sahibdir. Ən çox Platon və Fransız
filosofu Simone Weil-dən təsirlənmişdir. Ən məşhur əsərlərindən bəzilərində
Cambridge-də ikən tanış olduğu Wittgenstein ve Sartre haqqında tənqidləri
vardır.
Platon kimi, o da
əxlaq və yaxşılıq mövzusunu araşdıraraq, şəxsin daxili mənliyini və həyatını
tanıması, əxlaqi olaraq yaşamaq mövzusunda əhəmiyyətli olduğunu və yaxşılığın
əslində dünyada var olduğunu bildirmişdir. Bu və bənzəri temaları öz
yaratdıqlarına köçürdü və yaratdığı xarakterlərinin həyatlarını belə kəşf edə
bildi.
Tərcümə etdi: Ramilə
Heydərova
Mənbə:
Yorumlar
Yorum Gönder