"Google Translate, Vitgenşteynin dil nəzəriyyəsinin bir təzahürüdür" - Olivia Goldhill

Filosof Lüdviq Vitgenşteynin dil haqqında nəzəriyyələrinin dərc olunmasından 60 il keçdikdən sonra, Google Translate arxasındakı süni intellekt, onun fərziyyələrinin praktik nümunəsini təqdim etmişdir. Adobe-da dizayn mexanizimi sahəsində işləyən və Bard Kollecində bakalavr dərəcəsində Vitgenşteyn fəlsəfəsi üzrə mütəxəssis Garry Hagberg ilə fəlsəfəni öyrənən Patrick Hebron, 
Google Translate əsasındakı şəbəkələrin Vitgenşteynin işlərinin həqiqi bir təmsili olduğunu bildirir.
Google işçiləri əvvəllər Vitgenşteynin nəzəriyyələrinin onların tərcümə xidmətlərini daha təsirli hala gətirmə mövzusunda bir yeniliyə imza atdığını etiraf etmişdilər, amma niyəsə dil fəlsəfəsi ilə süni intellekt arasındakı bu əsas əlaqə uzun müddət qeyd olunmamış qalmışdı.
Əhəmiyyətli olan, Google Translate, öz məzmununda sözlərə məna qazandıraraq fəaliyyət göstərir. Tərcümə xidməti, Google işçiləri tərəfindən yaradılan word2vec adlı və sözlər üçün "vektor təsvirləri" yaradan bir alqoritmə əsaslanır, bu da hər sözün rəqəmlə təmsil olunduğunu göstərir.
Tərcümələrin yaxşı olması üçün, proqramçılar bu sözlərin bir-biri ilə necə əlaqəli olduğunu anlamağa imkan verən "neyron şəbəkəsi” mexanizim forması yaratmalıdırlar. Əksər sözlərin bir neçə mənası var (məsələn, "gövdə" fil, ağac, çamadan və ya maşının bir hissəsinə aid ola bilər, Hebron qeydləri) və buna görə Google Translate məzmunu başa düşməlidir. Neyron şəbəkəsi, hər hansı bir sözdən əvvəl və sonrakı iki kəlməyə əsaslanaraq milyonlarla mətni oxuyur ki, ətrafındakı sözlər əsasında bir sözü təxmin edə bilsin. Süni intellekt, təsəvvür edilməsi mümkünsüz olan çox ölçülü vektor sahəsinin koordinatlarını təşkil edən hər söz arasındakı ehtimal əlaqələrini hesablaya bilir.
Budur, gözəl tərəf: Məlum olur ki, cəbri sözlərin vektor ifadələrinə tətbiq etmək və konseptual mənalı nəticələr vermək olar. Hebron, 2013-cü ildə Computer Science-də yayımlanan kanonik nümunəni sitat gətirir: “kralı” təmsil edən vektor kəlməsini götürüb “kişini” təmsil edən vektoru çıxarıb və “qadını” təmsil edən vektoru əlavə etsək, “kraliça” kəlməsini təmsil edən vektor sahəsinə daxil olacağıq. “Bu bir şans deyil. Məsələn, "Moskva" və "Rusiya" üçün olduğu kimi "Pekin" və "Çin" üçün vektor təmsilləri arasında oxşar bir vektor əlaqəsi var”- deyir.
Hebron qeyd edir: "Bənzər sözlər oxşar yerlərə gəlir". "Bu sözlər arasındakı məkan əlaqələri, aralarındakı konseptual münasibətlər barədə düşünməyimizə kömək edir."
Bu əlaqə, Vitgenşteynin dil anlayışının bir ifadəsidir. 1953-cü ildə ölümündən sonra nəşr olunan Fəlsəfi Tədqiqatlarda, filosof sözlərinin standart, sabit mənalarının olmadığını iddia edirdi. Bunun əvəzinə mənaları istifadələrində olduğu fikrini irəli sürdü. Stanford Entsiklopediyasında Vitgenşteyn nəzəriyyəsinin izahı, "mənanı araşdıran filosof, sözün istifadə edildiyi istifadə müxtəlifliyinə baxmalı və görməlidir" şəklində verilmişdi. O, həmçinin sözlərin "ailə bənzərliyi" ilə başqa sözlərə görə başa düşülməli olduğunu vurğulayırdı: "Ənənəvi və doqmatik olaraq etdiyimiz kimi, bir sözün mənasının yerləşdiyi nüvəyə və dolayı olaraq, bu sözün bütün istifadələrində ortaq olan şeyə baxmağımız üçün vacib olan heç bir səbəb yoxdur. Bunun əvəzinə "bir-biri ilə üst-üstə düşməyən və çarpaz keçidli mürəkkəb oxşarlıq şəbəkəsi ilə səyahət etməliyik"- deyir Stanford Entsiklopediyasında.
Və Google Translate, Vitgenşteyn nəzəriyyələrini diqqətlə nəzərdən keçirir: "Bu iki fikir arasında çox həqiqi bir əlaqə var, çünki word2vec içərisindəki sözlərin təsvirləri ilə tanış olmağımızın yolları, əsasən kəlmələri əhatə edən sözlərə baxaraq özləri üçün yer tapmağımız və əlaqə daxilində istifadələrinin cəmi tərəfindən təyin edildiyi şəkildə onları müəyyən etməyimizdir”- deyir, Hebron.
Bu, fəlsəfi nəzəriyyələri sınaqdan keçirən süni intellektin yeganə nümunəsi deyil. Məsələn, Noam Chomsky, qrammatika kimi bəzi dil xüsusiyyətlərinin bioloji olaraq və təbiəti etibarı ilə zehndə olduğunu iddia etmişdi, lakin dərin öyrənmənin ilk tədqiqatçılarından olan Yoshua Bengio dərin öyrənmənin bu nəzəriyyələrə tamamilə zidd olduğunu qeyd etdi. Mexanizmin öyrənilməsinin əlbəttə öz faydası olsa da, Hebron qeyd edir ki, "başqa bir mücərrəd fəlsəfi anlayışlar üçün nümunə halları" da ola bilər. Corc Boole və Gottlob Frege kimi filosofların ilk kompüter kodunu yaratdıqlarını nəzərə alsaq, Aİ-də irəliləyişlərin olması davamlı olaraq fəlsəfi nəzəriyyələrə qayıdacağı düşünülməkdədir.

Tərcümə edən: Ramilə Heydərova

Yorumlar