"Fəlsəfə tarixində zamanla bağlı düşüncələr" - Cenker Oktav


Gündəlik həyatımızda bir çox insan üçün zaman rahat qavranıla bilən və olduqca bəsit bir şəkildə qəbul edilə bilən bir faktdır. Bu düşüncənin səbəbi hər şeyin zaman içində var olmasıdından qaynaqlanır. Gündəlik təcrübələrimiz ilə zaman arasında bir bağ qurmaq üçün hər hansı bir vasitəyə ehtiyac yoxdur. Beləliklə, zamanı təcrübə etmək özbaşına edə biləcək qədər bəsit bir hadisədir.
Bu hal çoxu insanın zaman anlayışına aid üzərində düşünməmizə ehtiyac olmayacaq qədər haqqında məlumat sahibi olduğumuz fikrinə gəlməsinə səbəb olmuşdur. Ancaq zamanın mahiyyəti üzərinə fəlsəfi bir araşdırma etməyə çalışan biri ilk çağdan bəri zaman üzərinə düşüncələr yaradan fəlsəfəçilərdən XX əsrin zaman fəlsəfəsinə qədər keçən zaman intervalında fəlsəfəçilərin zamanın mahiyyəti üzrə soruşulan suallara dəqiq bir cavab vermədiklərini və ya ortaq bir baxışda birləşmədiklərini müşahidə edəcəkdir. Eyni şəkildə bir elm tarixini incələdikdə də zamana aid edilən təyinlərdəki dəyişikliklərlə qarşılaşacaqdır. Nə olduğunu dəqiq olaraq bildiyimizi söylədiyimiz bu anlayış üzəridə edilən mübahisələrdə bu qədər fərqli baxışlara rast gəlinməsi zamanın nəliyi, nə olduğu haqda təkrar düşünməyimizə ehtiyac olduğunu göstərir.
Gündəlik həyatımızda zamana aid hekayələrin müasir fizikanın təcrübə sahəsi içərisində araşdırılması gərəkdiyi haqda geniş yayılmış bir baxış vardır. Hər nə qədər xüsusilə XX əsrin fizikasındakı inqilabi xarakterli nailiyyətlərin işiğında zaman anlayışı üzərində olduqca önəmli düşüncələr ortaya cıxmış olsa da ümumi olaraq fizika zamanın nə olduğu ilə çox da maraqlanmaz. Fizika üçün zaman “t” ilə göstərilən ölçülə bilən bir veriləndir. Fizika üçün zamanın izahsız qalması bir məsələ yaratmaz, çünki təbiət hadisələrinin fiziki olaraq şərhində “t” kifayətdir. Ancaq fəlsəfə üçün zamanın ontoloji ölçüsünə aid mübahisələr davam etməkdədir. Dolayısilə zamanın nə olduğunu tam olaraq anlaya bilmək əsas olaraq fəlsəfi bir sorğulamadan keçər. Zaman anlayışı fənlər arası əlaqəni və hər növ elm sahəsinin verilənlərindən yararlanmayı gərəkdirməkdədir. Ancaq fəlsəfə xarıcındəki fənlər üçün zaman bilavasitə olaraq bilinməsi yetərli olan bir vasitədən fərqsiz, fəlsəfə üçün isə mahiyyət baxımından nə olduğunu tapmağa çalışdığımız bir məqsəddir. Çünki fəlsəfə üçün zaman öz sirliliyini qorumaqdadır.
Bütün bunlar nəzərə alındıqda fəlsəfə sahəsində zaman anlayışı üzərində işləməyin ən önəmli və bəlkə də cəzbedici xüsusiyyəti  onun sirliliyidir. Düşüncələrindən dönüb başqa bir düşüncəyə istiqamətlənmə meylinə çox vərdiş etmədiyimiz bəzi sistem filosofu daxil bir çox fəlsəfəçi zaman haqda düşünərkən ya qərarlarını dəyişmişlər, ya əlavələr etmişlər, ya da zamanın bilinməzliyini aid ifadələr qeyd etmişlər. Bu hal zamanın hələ həll olunmağını gözləyən sirli bir anlayış olduğunu və bir fəlsəfəçi üçün bu qədər yanımızda olan, bu qədər az şey bildiyimiz bu anlayışı anlamanın önəmini açıqlamaqadır. İnsanın öz varlığını və digər bütün varlıqları anlaya bilməsi üçün zamanın nə olduğunu qavraya bilməsi gərəklidir. Gendəlik həyatımızın təməlini və başlanğıc nöqtəsini təşkil edən zaman edəcəyimiz bütün fəaliyyətlərdən düşünəcəyimiz bütün sorğulamalara qədər bizimlə birlikdədir. Beləki, əşyanı dərk etməyimizin və onun haqqında düşünməmizin tək yolu bunu zamanın öz içində etməyimizdir. Əgər zamanın nə olduğu haqda açıq bir fikrə yiyələnməzsək, zaman ilə münasibətimiz sayəsində qavradığımız konkret və mücərrəd bütün varlıqların nə olduğuna aid bir mühakiməyə nail olmaqda şüphəyə düşərik. Bu hal zaman anlayışı üzərində ediləcək bir fəlsəfi araşdırmanın önəmini ortaya qoymaqdadır.
Bu iş zamanın ontoloji ölçüsü üzərində cəmləşməkdədir. Zamanın mahiyyəti üzərində düşünüldüyündə ortaya dörd təməl sual çıxmaqdadır. Bu dörd təməl suala veriləcək cavablar zaman üzərində ediləcək digər araşdırmalar üçün də təməl təşkil edir. Bu suallardan üçü McTaggarta qədərki müddət ərzində fəlsəfə tarixi içərisində soruşulmuşdur. İşin növbəti hissəsi olan “McTaggarta qədərki Müddətdə Fəlsəfə Tarixində Zaman Düşüncələri” başlıqlı bölmə bu üç sual üzərində edilən araşdırmaları əhatə etməkdədir. Bunlardan birincisi zamanın subyektiv mi,obyektiv mi olduğu sualıdır. İkincisi zamanın mütləq mi yoxsa əlaqəli mi olduğu sualıykən üçüncü sual isə zamanın mütləq mi yoxsa nisbi mi olduğu sualıdır. McTaggarta qədərki müddətdə fəlsəfə tarixində müzakirə edilən bu suallar incələnməsindən sonra işin bir sonrakı bölümündə dördüncü təməl sual olan zamanın modal mı yoxsa qeyri-modal mı olduğu sualını əhatə edən “McTaggartın Zamanın Qeyri-reallığı Arqumenti” ələ alınacaqdır. İşin son bölməsi olan “McTaggartdan sonra Zaman Teoremləri və XX əsrin Zaman Fəlsəfəsi Mübahisələri” başlığı altında isə McTaggartdan sonrakı dövrə işıq tutularaq McTaggartın Zaman Felsefesinin formalaşmasına təsiri Zaman Fəlsəfəsi başlığı altında sistemləşdirilən cərəyanlar və Zaman Felsefesi mövzuları içərisindəki mübahisələr incələnəcəkdir.
Çalışmada McTaggartdan əvvəl, McTaggartdan arqumenti və McTaggartdan sonra şəklində üçlü bir dövri araşdırma edilmişdir. Bunun səbəbi McTaggartın arqumentinin zamana aid fəlsəfi yaxınlaşmalar arasında çox önəmli bir qırılma nöqtəsi yaratmasıdır. Ancaq bu üç dövrü tamamilə bir-birindən ayrı və qopuq dövürlər olaraq görməmək məqsədilə McTaggartın arqumentinin həm özündən əvvəlki fəlsəfə tarixi ilə, həm də özündən sonrakı Zaman Fəlsəfəsi ilə əlaqəsi təyin edilməyə və dövürlər arası intelektual bir körpü qurulmaya çalışılacaqdır.



McTaggarta qədərki Zaman İntervalinda Fəlsəfə Tarihində Zaman Düşüncələri

Fəlsəfə tarixində zamana aid baxışları üç başlıq altında ələ aldığımız bu çalışmanın ilk başlığı ilk çağdan XX əsrin başlarına qədər uzanan çox geniş bir dövrü əhatə etməkdədir. Bu dövrün özünü də öz daxilində üç dövrə ayırmaqla öyrənmək olar. Bu dövrlər: Aristotel fizikası dövrünün zaman düşüncələri, Nyuton fizikası dövrünün zaman düşüncələri və Eynişteyin fizikası dövrünün zaman düşüncələri olaraq sinifləndirilir. Bunun ən önəmli səbəbi üç təməl kainat anlayışı və eyni istiqamətdə üç zaman anlayışının bəşər tarixində fəaliyyət göstərməsidir. Bu üç dövrün zaman anlayışları bir-birindən ayıran ən təməl fərq zaman ilə hərəkət anlayışlarından hansının ontoloji olaraq təbiətin analizi,incələnməsi baxımından öncəlik,üstünlük təşkil etməsidir. Yəni zamanın mı hərəkətə bağlı olduğu,yoxsa hərəkətin mi zamana bağlı olduğu sualına bu üç dövürdə fərli cavablar verilmişdir.
Aristoteli fizikasının mərkəzdə olduğu zaman düşüncələrinə görə, təbiət əslində bir hərəkət qanunudur. Dolayısilə yer,zaman və boşluq hərəkin tələb etdiyi şeylərdir. Bu düşüncə sistemndə hərəkət zamandan daha ön planda,daha qabaqcıl bir anlayış olaraq götürülmüşdür. Aristotel fizikasının əsas xüsusiyyəti olaraq bu qabaqlama zamanın həçinin obyektiv olduğunun qəbul edilməsi anlamına da gəlir. Hərəkətlə birlikdə var ola bilən bir zaman izahı ontoloji cəhətdən öncə hərəkətin sonra zamanın gəldiyi və hərəkətin,obyektin olmadığı bir şəraitdə zamanın da var olmadığı anlamına gəlməkdədir.
Aristotel fizikası dövrü obyektiv zaman anlayışının ən önəmli təmsilçisi Aristoteldir. Aristotel zamanı “nun” dediyi an anlayışına yıcamlaşdırmış və zamanın ölçüsünü iki an arasında meydana gələn hərəkət olaraq xarakterizə etmişdir. Bu nöqtədə Aristotelin nail olduğu zaman tərifi isə “əvvəlinə və sonrasına görə hərəkətin sayı” şəklindədir. Zamanı hərəkət halında olan varlıqların bir-biri ilə qurduqları öncəlik və sonralıq əlaqəsi olaraq görən Aristotel üçün hərəkət etmə potensialı olan hər varlığa zaman şamil olunur. Dolayısilə zamanın mövcudluğu üçün gərəkli olan yeganə şey hərəkətdir.
Aristotelin obyektiv zaman anlayışı Aristotelden sonra Galiley və Nyutona qədərki iki min il davam edən müddət ərzində hakim baxış olaraq qalmağı bacarmışdır. Qərb fəlsəfəsinin çox böyük qismi ilə yanaşı Kindi, Fərabı, İbn Sina və İbn Rüşdü kimi İslam fəlsəfəçiləri də daxil olmaqla özündən sonra gələn fəlsəfəçilərin çox böyük hissəsi Aristotel fizikası və Aristotel fizikasının yaratmış olduğu obyektiv zaman anlayışı yüksək dərəcədə mənimsəmişlərdir. Digər tərəfdən həmin müddət ərzində bu obyektiv zaman anlatışına qarşı qoyulmuş zaman anlayışları da mövcuddur. Bunlar içərisində ən önəmlisi Avqustinin subyektiv zaman anlayışı olub, həmin vaxtlarda zamanın subyektiv mi, yoxsa obyektiv mi olduğu müzakirəsinə istiqamət verməsi baxımından son dərəcədə önəm təşkil edir.
Avqustin zamanın hərəkətə bağlı olduğunu rədd edərək kainatda heç bir hərəkət olmadığı bir halda belə zehnimizdəki zamanın öz varlığını qoruyacağını söyləmişdir. Onun fikrince, hərəkət ilə bu hərəkətin zehindəki ölçüsü olan zaman bir-birilərindən ayrı, fərqli varlıqlardır. Fiziki elementlər ilə heç bir şəkildə varlığı isbat edilməyən zaman anlayışı idrak etmə, xatırlama və gözlənti şəklində insan zehnində yer tutmaqdadır. Bu mənada Avqustin fiziki zamanın real olmadığını, real olanın fiziki hadisələrin zehnimizdə buraxdığı təəssürat olan subyektiv zaman olduğu nəticəsinə gəlmişdir.
Subyektiv zaman anlayışı Avqustindən bu yana obyektiv zaman anlayışına qarşı qoyulan ən böyük etiraz olaraq mövcüdluğunu qorumaqdadır. Dövrün irəliləyən illərində İslam filosofu Əbu Bəkir əl-Bağdadi tərəfindən də mənimsənərək İslam fəlsəfəsindəki Aristotelci ənənəyə qarşı gətirilən etirazların mərkəzində olmuşdur. Beləki, Nyuton fizikasına qədər fəlsəfə tarixindəki zaman baxışlarının zamanın subyektiv mi,yoxsa obyektiv mi olduğu sualına verdikləri cavablar filosofların zamana aid düşüncələrində mərkəzi rol oynamışdır. Subyektiv zaman ilə obyektiv zaman ayrı-seçkiliyinin təməlində isə zamanın quruluşunun hissəli və ya bütöv olaraq düşünülməsi yatmaqdadır. Zamanın quruluşunun hissəli görünməsi obyektiv zaman anlayışına yönəlməyə yol açarkən zamanın quruluşuna bütöv bir yaxınlaşma isə subyektiv zaman anlayışının mənimsənilməsinə səbəb olmuşdur. Qısaca Aristotelin fizika dövrü zaman düşüncələri zamanın subyektiv mi olduğu, yoxsa obyektiv mi olduğu sualıdan yola çıxaraq zamanın quruluşunun hissəli mi yoxsa bütöv mü olduğu, zamanın hərəkətə ehtiyacı olub-olmadığı müzakirələri üzərindən irəliləmiş və bu suallara verdikləri cavablara görə fəlsəfəçilər müxtəlif zaman anlayışlarına sahib olmuşlar.
Fəlsəfə tarixindəki zaman düşüncələri içərisindəki ikinci dövür: Nyuton fizikasının hakim olduğu dövürdür. Arsitotel fizikasından Nyuton fizikasına keçid ilə yaranan yeni kainat anlayışı ilə birlikdə zamana aid təyin edilənlərdə də dərin fərliliklərə gəlinmişdir. Aristotel fizikasının qəbul etdiyi zamanın hərəkətə bağlı olduğu aşkarlığı yerini hərəkətin zamana bağlı olduğu aşkarlığına buraxırmışdır. Dolayısilə bu düşüncədə zaman hərəkətdən daha təməl və qabaqcıl bir anlayışdır.Zamana aid bu yeni yaxınlaşmaların ən önəmli səbəbi Nyuton fizikasının gətirdiyi mütləq zaman anlayışıdır.
Mütləq zaman anlayışı zamanın hər növ hərəkətdən və kainatdakı bütün varlıqlardan bağımsız,müstəqil olaraq öz başına bir varlıq təşkil etdiyini müdafie edir. Bu çərçivədə mütləq zaman anlayışı, obyektiv zaman anlayışının müdafiə etdiyi zamanın hərəkət, dəyişiklik kimi fiziki elementlərə bağlı olduğu baxışını rədd etdiyi kimi subyektiv zaman anlayışının müdafiə etdiyi zamanın insan düşüncələrinə bağlı olduğu baxışını da rədd edir. Mütləq zaman anlayışının ilk müdafiəçilərindən Gassendi necə ki məkanın varlığını insan düşüncəsindən azad olaraq qəbul ediriksə, eyni şeyi zaman üçün də etməyimizin gərəkli olduğunu söylemişdir. Digər tərəfən varlıqların harada olduqlarının həmsöhbəti məkan isə, varlıqların nə zaman olduqlarının həmsöhbətinin zaman olmalı olduğunu bildirərək də zamanın məkandan da ayrı bir varlığa sahib olduğunu düşünmüşdür.Bu çərçivədə zaman fiziki və ya zehni heç bir varlığın təsiri altında qalmadan varlığını davam etdirən bir varlıqdır.
İsaak Nyuton zamana aid etdiyi təsbitlər ilə Eynişteynə qədər gələn iki yüz illik müddət daxilində mütləq zaman anlayışının ən geniş yayılmış baxış olmasına səbəb olmuşdur. Nyuton zamanın insan ölçüsü və hissiyyatından tamamilə azad, təbiəti etibarı ilə əşya ilə münasibətə girməyən, riyazi bir sistemi olan bir ontolojisinin olduğunu söylemişdir. Dövrün digər filosoflarından Rene Dekart və Con Lokk kimi şəxslər də mütləq zaman anlayışını öz düşüncə sistemlərində istifadə etmişlər və zamanın nə ölçdüyümüz kimi, nə də hissetdiyimiz kimi olduğunu, özü özlüyündə bir varlıq olaraq mövcüdluğu ilə yanaşı məkan ilə birlikdə digər bütün varlıqların var olamasını təmin edən bir quruluşda olduğunu qəbul etmişlərdir. Bu yayılmış qəbullənişin qarşısında isə dövrün digər filosofları olan Leybnis, Spinoza, Yum və Berkli kimi şəxslərin irəli sürdüyü əlaqəli zaman anlayışı durmuşdur.
Əlaqəli zaman anlayışı zaman və məkanın tək-tək varlıq olmadıqlarını, maddə ilə aramızda əlaqəni təşkil edən münasibətlər birliyi olduğunu müdafiə edir. Bu cərəyanın ən önəmli təmsilçisi olan Leybnisə görə zaman iki hadisə arasındakı zamansal əlaqə, kosmos(fəza) isə iki hadisə arasındakı məkansal əlaqədir. Dolayısilə zaman və kosmosun(fəza) varlığı hər zaman ən az iki hadisəyə bağlı olduğu üçün Nyutonun müdafiə etdiyi kimi mütləq ola bilməz. Eyni şəkildə Spinoza zamanın özə(kökə) deyil, yaradılışa aid bir şey olduğunu söyləyərək bir çevrənin və ya bir üçbucağın özünün hal-hazırki anda Adəmin yaradıldığı zamana müqayisə ilə daha uzun müddət var olmuş olduğunun söylənə bilinməyəcəyi düşünmüşdür. Görünən və toxunula bilinən, konkret  obyektlərin nizamından məkan anlayışına çatdığımızı söyləyən Devid Yum da zamanın hem şüurda, həm də hallar dünyasında qarşılığı olan əlaqəli bir anlayış olduğu nəticəsinə gəlmişdir. Mütləq zaman anlayışına qarşı qoyulan bütün bu düşüncələr öz dövürlərində arxa planda qalmalarına baxmayaraq xüsusilə Eynşteyin fizikasının yeni təsbitləri ilə yenidən gün üzünə çıxmış və çağımızda şərh edilmişdir.


XX əsrin başlanğıcına qədər inkişaf etdirilən zaman düşüncələri arasında heç bir düşüncə zamanın nisbi ola biləcəyi ilə bağlı ən xırda bir şüphəyə də yiyələnməmişdir. Eynişteyinə qədərki düşüncələrin hamısında zamanın hərkəs üçün eyni olduğuna aid şüphə edilməz dərəcədə bir qəbul ediliş var. Aristotelin zamanı hərəkətə bağlı olsa da bu hərəkət mütləq bir kosmosun(fəza) içərisində var olan və hər kəs üçün eyni nəticələri doğuran bir hərəkətdir. Bənzər şəkildə Leybnisin zamanı da əlaqəli olmasına qarşılıq zamanın münasibət halında olduğu bütün elementlər universal bir nizam içərisində hər kəs üçün ortaq nəticələr doğuracaq quruluşdadır. Ancaq zamanın nisbiliyini irəli sürən Eynişteyin üçün zaman hərəkət edən adama görə sürətlənən və ya yavaşlanan bir quruluşdadır. Fiziki olaraq “Zamanın sürətli keçməsi” məsələsi ilk Nisbilik teoremi ilə irəli sürülmüşdür.
Eynşteyin fizikası cazibə və sürətin artması ilə zamanın yavaşladığını təsbit etmişdir. Bu təsbitdən doğan nisbi zaman anlayışı zamanın hər kəs üçün fərqli işləyən bir quruluşda olduğunu, bizim qurub təşkil etdiklərimizlə zamanın dəyişməyə məruz qaldığı nəticəsinə gəlmişdir. Bu çərçivədə zaman anlayışı yerinə “kosmos zamanı(fəza zamanı)” anlayışını gətirən Eynişteyin bir-birilərindən azad olaraq üç ölçülü fəza və xətti bir zaman kimi diskret olmadığını, zamanı da kosmosdakı bütün koordinatlar kimi bir koordinat olaraq düşünməmiz gərəkdiyini söyləmişdir. Beləki, Aristotel fizikasının hərəkəti zamanı qabaqlaması da, Nyuton fizikasının zamanı hərəkətə qabaqlaması da yalnışlanaraq, hərəkət və zamanın birlikdə təşkil etdikləri bir sistem təsbit edilmişdir. Kosmosdakı bütün ölçüləri düşündüyümüzdə sol-sağ (x), irəli-geri (y), aşağı-yuxarı (z) ya da en, boy və hündürlük olaraq üç ölçünü müəyyənləşdirməkdəyik. Zamanın da t olaraq bütün bu x,y,z koordinatlarından bir dördüncüsü olduğunu söyləyən Eynşteyin üçün eni boydan ayırmaq nə qədər anlamsızsa, zamanı məkandan ayırmaq da o qədər anlamsızdır. Zaman ilə məkan arasında ayrılmaz bir bağ vardır, zamansız bir mekan olmadığı kimi, məkansız bir zaman da ola bilməz. Bu mövzuda insan zehninin fərqli bir qəbul etmə içərisində olmasını isə Eynişteyin illuziya olaraq görmüşdür. Bizim zamana aid  bu günə qədərki və bəlkə də bundan sonra da dəyişməyəcək olan qavramamız Eynişteyine görə zehnimizin bir illuziyasıdır. Bizim zaman qavrayışımız zamanın hadisələrin gərçekləşməsini mümkun edən, ancaq özünün hər hansı reallaşma fəaliyyətində olmadığı şəklindədir. Yəni kainatda bir şeylər olmaqdadır və bu hadisələr “zaman”da olmaqdadır. Ancaq zamanın sırf özünün qatıldığı hər hansı bir “oluş” , “olma” , yəni “meydana gəlmə” mövcud deyildir. Nisbilik teoreminə görə isə zaman da şəxsən,bilavasitə meydana gəlmənin, olmaın ,oluşun içərisindədir. Buna görə meydana gəlməni mümkünləşdirən ayrı bir zaman anlamı yerinə meydana gəlmənin içində olan bir kosmos(fəza) zamanı anlayışı gətirilmişdir.
Nisbi zaman anlayışının XX əsrin fəlsəfəsinə ən böyük təsiri zaman anlayışının tək başına deyil, bir başqa anlayışla birlikdə ələ alınaraq yeni bir anlayış əldə etmək gərəkdiyinə dair yeni fikiridir. Nyuton fizikasındakı mütləq və öz başına olan bir zamanın qəbulu ilə bu növ bir cəhd etmək mümkün görünməməkdədir. Ancaq Eynişteyin zamanın mütləq və dəyişməz olmadığına aid tapıntıları sadəcə fiziki mənada bir zaman yerinə “kosmos(fəza) zamanının qəbulu olaraq əks olunmamışdır,fikri mənada da zamanın başqa varlıq ilə iç-içə olma ehtimalı üzərinə fəlsəfəçilərin baş sındırmasına vəsilə olmuşdur. Necə ki “kosmos(fəza) zamanı”nın zehni ifadəsinə bənzər bir “daxili zaman şüuru” tərifi ilə Husserl şüuru zamanla birlikdə, zamanı da şüurla birlikdə ələ almışdır. Husserlə görə şüur və zaman bir-birilərinə möhtac olaraq və başqa heç bir şeyə möhtac olamayaraq var olurlar. Bu çərçivədə Husserl “daxili zaman şüuru” anlayışını irəli sürmüşdür. Bənzər şəkildə Heidegger de “yaranma” anlayışı ilə varlığı zamanla birlikdə, zamanı da varlıqla birlikdə ələ almışdır. Bu çərçivədə dövrün bütün mütəfəkkirləri üçün mütləq zaman anlayışından uzaqlaşıldığı və zamanın şüurdan şüura, varlıqdan varlığa və ya başqa bir vasitə ilə , bir şəkildə nisbi olduğu fikrinin hakim olduğunu söyləmək mümkündür.

 Türk dilindən tərcümə edən: Humay Kamallı

Yorumlar