Qorxunun gecəsində gəlir. Pislik-yaxşılıq, nifrət-sevgi...Heç
bir anlayışı yoxdur öldürməkdən başqa. Jon Carpenterin 1978-ci ildə çəkdiyi
kult olmuş slasher növündəki Halloween filmindən Dr. Loomisin
Michael Myers haqqındakı təməl fikiridir. Film analizi,
ya da kinomatoqrafiya incələməsi olaraq yox, kinoya qarşı şəxsi
fikirlərim olaraq demək istəyirəm.
fikirlərim olaraq demək istəyirəm.
Jon Carpenterin “The
Thing” filmindən sonra ən bəyəndiyim, klassik slasher filmlərinin
içində isə ən xoşuma gələnidir. Filmdəki
Michael Myers 6 yaşında böyük bacısını öldürərək qatil fəaliyyətinə başlayır. Başlanğıcda
əsas motivasiya qaynağı "evlilikdən kənar cinsi əlaqəyə girənlər cəzalanmalıdır" prinsipi idi ki, bu Jon
Carpenterin sevdiyi stildəndir və klassik slasherlərdən sonra bu məşhur klişeyə
çevrilir. Bununla
Michael Myers bir növ bacısını cəzalandırır. Sonrakı
filmlərdə də cinsi əlaqədə olan bütün
cütlüklər Michael Myers tərəfindən öldürülür. Dəlixanada
keçirdiyi 15 ilin ardından qaçaraq
geri qayıdır və dəhşət saçmağa başlıyır. Filmin əvvəlində
psixiatr Dr.Loomis onu saf pislik adlandırır. Davamında və sonrakı seriyalarında bu motivasiya
qaynağı bacılara, ondan sonra isə "Omen" yəni şeytan, kelt
ritullarına və s. keçir.
Foley və səs dizaynı filmin səhnələri üstündə
çox böyük təsirə malikdir. Cinayətlərin
görüntü olaraq təsirini artırmaq üçün
səs effektləri artırılmış və inkşaf etdirilmişdir. Səs
effektləri cinayətləri vurğuluyur və izləyici üçün
daha unudulmaz edir.
Filmin rəngləndirməsidə tərzini gücləndirir, film
boyunca çox sayda qara və qırmızı rəngdən istifadə edilmişdir. Qara
rəng qaranlığı və pisliyi çağrışdırır. Bunu
Michaelin paltarında və olduğu səhnələrdə rahatlıqla görürük. Qırmızı
isə qanı və təhlükəni ifadə edir, ölüm səhnələrində həmişə görülür
və bir neçə dəfə yanıb sönür; bu
qatilin nə vaxt hücum edəcəyini açıqca
göstərir.
Filmdə ən bəyəndiyim xüsusiyyətlərdən biri gərilimin
səhnələrə yox, bütün filmə yayılmasıdır. Belə desək qorxu filmində anidən olan
adamı diksindirən səhnələr yerinə əvvəlcədən bilinən amma adamı gərən səhnələr
yer tutur. Filmdə hər obraz ölə bilər. Sevdiyim cəhətlərindən biridə qəribə
formalarda ölüm səhnələri yox qatilin adi formada məsələn, kiminsə qabağına
çıxıb bıçaqlayaraq öldürməsidir. Rejissor qan və effekt yerinə daha çox real
qorxu və yaxşı hekayə verir. İnsanlar qorxunun və saf şərin gecəsində -
Halloweendə onu gözləməməklə böyük səhv edirlər.
Halloween slasher sevənlərin mütləq izləmələri olan
bir filmdir.
Amin Məmmədzadə
Yorumlar
Yorum Gönder