Film analizi: "Goodfellas" - Martin Scorsese (1990)


Goodfellas ən məşhur mafiya mövzulu filmlərdəndir.1990-cı ildə yayımlanmış film Martin Scorsesenin şah əsərlərindəndir. Nicholas Pileggi tərəfindən yazılmış Wiseguy əsəri təməl alınaraq çəkilmiş film real hadisələrə əsaslanır. Filmdə Ray Liotta, Joe Pesci, Robert De Niro və s. buna oxşar filmlərdə oynamış, məşhur
aktyorlar rol alıblar.
Filmdə standart anlatmın hadisələrin indidə yaşanır hissi oyandırmağına qarşı Henry və həyat yoldaşı Kareninin kriminal anlatımı hadisələri keçmişə aparması, Henrinin uşaqlığından bəri özəndiyi qanqsterlər dünyasına girməsiylə bu dünyaya sürətli uyumunu pozan yaralı adama göstərdiyi "həddindən artıq" həssaslıq, çox vaxt arxa planda olan kameranın əksinə bəzən birinci şəxs yerinə keçməsi kimi ikililiklər filmdə xüsusi dinamizm yaradırlar.
Filmdə set dizaynından fərqli olaraq geyim dizaynını uğurlu hesab etmirəm. Fikrimcə geyimlər obrazların xarakterini yansıdacaq şəkildə dizayn edilmişsədə süni alınmış və filmdəki dinamizmlə və çatdırmaq istədiyi dünyayla uyuşmamışdır.
Filmdə mafiya dünyası ilə "normal" dünya arasında əlaqə görmürük halbukə mafiya dünyası normal dünyanın çatlaqlarından doğmuşdur və onunla ziddiyətlidir. Qanqsterlərə görə sabah 9-dan axşam 5-ə kimi işləyən, xərclərini güclə ödəyən insanlar axmaqdırlar və bu onlar üçün alçaldıcıdır. Qanqsterlər onlar kimi olmamaqla qürur duyurlar. Burda başqa bir ikili yaradılmağa çalışılmışdır. Amma bunun gərəksiz olduğunu düşünürəm çünki çatdırmaq istənilən dünya ilə uyğun deyil. Ümumiyyətlə Amerikadakı mafiyanın yaranmasının əsas səbəbi italyanların Amerikaya köç elədiyi dövrdəki hadisələr və problemlərdiki italyanlar burdada öz ölkələrindəki həyat tərzlərini yaradırlar. Yəni mafiya ilə normal dünya ziddiyətli yox tərsinə iç-içədir.
Filmdə ən sevdiyim səhnələrdən biri Henry həyat yoldaşı Karen ilə danışarkən Karenin ona həbsə düşməyindən qorxmasını deməsi üzərinə Henryinin dediyi-narahat olma bizdən heç kim istəməsə həbsə düşmür, həbsə düşənlər arvadından bezənlərdi-cavabıdı. Bu cavabla mafiya ailəsni çox gözəl təsvir edir. Digər səhnələrdən biridə Tommynin axşam dostları ilə həmişəki kimi əylənərkən xırda zarafata görə onlardan birini öldürməsidir. Onu güllələdikdən sonra yaxınlaşıb öldüyünü gördüklərində Joe Pescinin möhtəşəm canlandırmasıyla Tommynin - lənətə gəlsin, kəskin nişançıyam - zarafatını eləməsi obrazı mükəmməl ifadə edir.
Goodfellas filmindəki bəzi bəyənmədiyim cəhətlərə baxmayaraq mafia mövzulu filmlərdəki ən yaxşılardandır.


Amin Məmmədzadə

Yorumlar