Filosoflar
öz seks həyatlarını araşdırmaq istəmədikləri üçün seks haqqında danışmaqdan çəkindi-lərmi?
Həyatın
güclü qüvvələrindən biridir, ancaq seks fəlsəfə üçün çətin mövzulardan biri
olduğunu göstərmişdir. Bunun, filosofların öz cinsi həyatlarını işin içinə gətirməyə
istəksiz olması ilə bir əlaqəsi ola bilərmi?
(foto - "Sex and Philosopyh" film, 2005, Moshen Makmalbaf)
Jeo
Gelonesi seks haqqında düşünən üç çağdaş filosof ilə danışır.
Seks. Çox
bəsit bir söz,ancaq çətin bir işdir. Təbii ki, çağlar boyunca filosoflar bundan
heç danışmadı deyə bir şey yoxdur. Platon-un Simpozium'undan Michel Foucault-un
Seksuallığın Tarixi'nə qədər Eros'un təbiəti fəlsəfi düşüncədən qaça bilməmişdir. Kierkegaard
və Nietzsche hərəkətə keçmişdir. Ancaq fəlsəfənin əsas mövzusu olaraq seks zaman
içində möhkəm və tutarlı bir maraq
oyandıra bilməmişdir. Freydçi inqilabdan çox uzaq bəzi çağdaş filosoflar
seks haqqında təkrar düşünməyimizi xahiş edirlər.
Qərbi
Sidney Üniversitetindən Peter Banki önə çıxmağa heç çəkinmir. Onun intuisiyası filosofların
öz bədənlərini anlamaqda yavaş olduqları və buna görə də kəşf üçün gərəkli
bağlantıları qurmaqda çətinlik çəktikləri yönündədir.Banki belə deyir:
"Filosoflar
sanki heç seks həyatları yoxmuş kimi, sanki bu geniş təcrübə qitəsinin onların
düşüncələri üzərində hər hansı bir təsiri yoxmuş kimi fəlsəfə ilə məşğul
olurlar. Jackgues Derrida da buna diqqət çəkir"
Banki
seksdə gerçəktə nə olduğuna dair çox az fikrimiz olduğuna inanır. Michel
Foucault Qərbdə seksuallığın gizli tarixini açmaqda möcüzələr yaratmış ola bilər. Amma
ən təməl halı ilə tamamilə gerçəkdəki erotik an hələ açılmağı gözləyən bir
sirdir.
Banki
yaxınlığın bizi cavaba yaxınlaşdıra biləcəyini düşünür:
"Seksə
daha çox yer ayırsaq, düşüncəmizdə nələr olar?"
Banki'yə
görə sekslə əlaqəli düşüncə tarixində iki əsas düşərgə olmuşdur: Seks pozitif və
seks neqatif. Neqatif tərəfdə seksin həzz və zövq almaq üçün deyil, sadəcə
çoxalmaq üçün etməli olduğumuz yönündə geniş bir fikir iddia edən
Platon-u, Augustinen-i və Kant-ı görür. Bu klassik yanaşmanın altında gizlidən
heyvanlıq təhlükələri gizlənməkdədir. Pozitif tərəfdə isə
Nietzsche, Freud, Bataille, Schlegel və təbii ki, De Sade yer alır. Və təbii müasirləşən
Qərbdə inkişaf etməkdə olan seksuallıq haqqında cığır açmış əsərləri ilə özünə
böyük bir yer ayıran Michel Foucault-nu unutmamaq lazımdır.
Banki
tamamilə formalaşmış filosof rolunu yaxşı oynayır. Boş vaxtlarında seksuallığı
bütün ifadəsi ilə araşdıran festivalların sənət rejissorudur. The Novie Orgy və
The Dancing Whip (Rəqs edən qamçı) kimi başlıqları olan atelyelər təşkil etmiş
olduğundan,özünün bədən və zehin birləştirmə proyektində işlədiyi aşkardır.
"Seksin
nə olduğunu ya da cinsi əlaqədə olduğumuz zaman
nəyin baş verdiyini dəqiq bilmirik" deyir. "Mövqeyini təyin
edib onu bir yerə sabitləmək həqiqətən çox çətindir. Seks qəti bildiklərimizi və
özümüzü aldığımız güvənilirlik halını tərsinə çevirir və bildiklərimizi
qarışdırır.Məni həyəcanlandıran da budur.
Buna
görə də əgər seks daha dərin bir rasional düşünmə prosesinin başlanğıcından belə
qaça bilirsə, bəlkə də həqiqətən psixoanalizə aiddir.
Derrida-nın
naşiri və həmkarı Anne Dufourmantelle, məşhur bir fransız psixoanalistidir.Eyni
zamanda da bir filosofdur. Onun son kitabı "Blind Date"-də aydınlatıcı
olması gözlənən bir ev idarəsi üçün seks və filosofu bir araya gətirir.
"Seksin
problemi həmişə qaçmasıdır" deyir. "Mövzuyu qavradığınızı düşündüyünüz
anda birdə baxırsınız ki, artıq onun kənarında qalmısınız. Burada da psixoanalizi
ortaya çıxarmaq vəziyətində qalıram. Çünki bədənimiz həm düşüncə, həm də maddidir. Yəni
seksuallaşdırılmış varlıqlarıq"
Dufourmantelle-nin
intelektual yanaşması bədənin həm bir mədəni quruluş,həm də reaktiv ət və
qandan ibarət gerçək bir şey olduğu ikili anlayışına söykənir.
"Həm
düşünən varlıqlarıq, həm də düşüncələri birbaşa
olaraq təhdid edən bir aləm olan arzularla mübarizə aparması gərəkən təbii
varlıqlarıq. (Xəstələrlə) yuxular üstündə işləyərkən, söz söylənməyənlərə və ya
Bataille-ın 'ifadə edilə bilinməyən' olaraq xitab etdiyi şeyə gəldiyi zaman
duyğuların düşüncəni təhlükəyə attığı anı görürəm. Seks və ölüm arasındaki
bağlantı budur".Dufourmantelle-ə görə Fransız yazıçı Georges Bataille
filosofları yönləndirə bilər. Klassik çalışması fərdiliyi məhv edən və
varlıqların qlobal davamlılığına girişi təmin edən şeytani bir şəxsiyyəti
xarakterizə edir. Dil yox olur,tək qalan ego geriyə çəkilir və anlamlar toplamı
bir zamanlar sabit olan özünü aşıb keçir.
Bunlar
ən yaxşısı klinikanın qapıları arxasında qalsınmı deyirsiniz? Dufourmantelle
filosof papağını düzəldib "yox " deyir. Onun qavrayışına görə fəlsəfənin
boyun əyib bütün artıqları psixoanalizə satmaması vacibdir. Nəticələr aşkardır:
"[Bu yanaşma] seksuallığın fəlsəfə tarixində yad bir iş olduğu fikrini
davam etdirir. Sanki 'sonra danışarıq' demək kimidir".
Əgər
fəlsəfi düşüncə arzunun mahiyyətini müəyyənləşdirməkdə çətinə düşürsə, bəlkə də
daha yaxşı bir yanaşma mahiyyət xüsusiyyətli bir həqiqəti axtarmaq yerinə həzzə, cinsi
keyfin ifadəsinə baxmaq ola bilər.
Toulouse-da
yaşayan bir Avstraliyalı filosof Romane Byrne bunu məhsuldar bir yol olaraq
görür. "Antik Yunan və Roma'dan bu yana bütün fəlsəfi düşüncə həzzə
deyil,arzuya fokuslanmışdır" deyir. "Ancaq həzz özümüzü və ətrafımızdaki
dünyanı anlamanın bir yolu ola bilər."
Yüksək
dərəcədə inşa edilmiş bir performans olaraq seks düşüncəsi ilə bu performansın
ortaya çıxardığı həzz Byrne-nin 'estetik seksuallıq' ifadəsini yaratdığı son əsərindən
mərkəzi bir nöqtədə, ən içtə sado-mazoşist bir şəkildə qarmaşıq bacarıq olaraq
seksuallıq konsepti yer alır.
Byrne-nin
diqqəti Michel Foucault-nun ars erotica'nın yalnız Şərqdə və antik mədəniyyətlərdə
var olmuş olduğu yönündəki iddiasına bir növ cavab xüsusiyyətindədir. Byrne üçün
digərlərindən əlavə De Sade və Bataille-ın işləri Qərbin günümüzdəki seks həyatı
haqqında fərqli şeylər söyləyir.
"Mənim
diqqətim bir fəalliyyət,performans və saf həzz olaraq seks üzərinədir. Həzz ənənəvi
fəlsəfədə böyük bir yer qazanmamış olsa da, seksin meydana gətirdiyi həzzə və
onun etdiklərinə baxmaq vacibdir. Bu daha çox seçim, hərəkət etmək qərarı və azad
iradə ilə əlaqəlidir."
Freydci
inqilabdan çox uzaqda qalmış olaraq seks haqqında düşünməyə başlamadıq isə, bu
an həyəcanı artırmanın zamanıdır. Müasir texnologiya dünyası şeyləri vacib yönlərdə
dəyişdirməyə başlamışdır. Seks və çoxalma eyni paketə daxildir. Amma bioelmin sıçrayışları
və sərhədləri hər ikisini də ayrı-ayrı təhdid etməkdədir. Dofourmantelle-ə görə
gələcək bizi yeni bir görüşə dəvət edir.
"Bugünkü
biotexnologiya fiziki seksuallığın yeni bir sualını ortaya
qoyur"deyir. "Çoxalma və seks arasındaki aralıq açılmağa davam edəcək. Çoxalmadan
tamamilə qopmuş olan bu yeni seksuallıq necə görünəcək?"
Byrne
də bunun toxunulmayan bir sahə olduğunu
qəbul edir: "Əgər seksuallıq artıq bir həqiqətlə bağlı deyilsə və
pozitivizmdən ya da bir səbəb tapmaqdan əl çəksək,bu seksə çox şey ola bilmə, fərqli
düşüncə, qavrayış və istifadə tərzlərinə daxil ola bilmə imkanı verər."
Önümüzdəki
meydan çaşdırıcı və həyəcan verici və eyni zamanda da sarsıdıcıdır. Çoxalma məqsədi
ilə seks, uzun zamandır nəyin normal görünəcəyi və nəyin pozğunluq, azğınlıq
sayılacağını müəyyənləşdirmək üçün bir təlimat rolu oynamışdır. Əgər bu uzun
birlikdəlik bitərsə, hələ doğru-dürüst sorğulanmamış tapmacalar özünü açığa
çıxardacaqdır.
Gələcəyin
filosofu nə qədər qonaqpərvər olacaq?
Tərcümə edən: Əhməd Əhmədov
Mənbə:
https://www.abc.net.au/radionational/programs/philosopherszone/5406904?fbclid=IwAR2027EVpSy4Vd3N72NnF5qUdX-avdu-rFcIOU73DTC5MCsSIC-iFvXj53A
Yorumlar
Yorum Gönder