"Azad iradə bir halüsinasiyadır" - Ching-Hung Woo

Ümumiyyətlə insanın bir neçə alternativlə qarşılaşdığı zaman seçim edə biləcəyini və qərarın əvvəlcədən təyininin təsirindən çox, azad iradə ilə qərar vermə anında təyin edildiyini düşünürük. Ancaq dünyadakı bütün hadisələr, beynin içindəki hadisələr belə daxil olmaqla, fizika qanunlarına tabedir. Əgər beyindəki bütün hadisələr fizika qanunlarına görə ətrafa yayılırsa, yuxarıda bəhs edilən azad iradə hissiyatı var olmamaqdadır.
Bunun səbəbi klassik fizikanın determinist olmasıdır. Dünyanın hər hansı bir andakı vəziyyəti, daha əvvəlki bir andakı vəziyyətin qaçınılmaz nəticəsidir. Bu səbəbdən alternativlər qərar verən üçün sadəcə sözdə mümkündür, əslində sadəcə tək bir alternativ seçilməyə məhkumdur.
Kvant fizikasında, səsləndirilən genişlənmə ehtimalının inkişafı determinist qanunlara əsaslanır. Ancaq bir çox ola biləcək nəticədən reallaşan tək bir nəticəyə doğru gediş tamamilə şansdır. Təsadüfi hadisələrin statistikası qatı qanunları izləyir. Amma fərdin təsadüfi hadisəsinin nəticələri təxmin edilə bilməz və iradə ilə nəzarət edilə bilməz. Buna görə də hər hansı bir qərar həm özündən əvvəlki səbəblərin (kvantdakı təsadüfi hadisələr də daxil) təxmin edilə bilən nəticələridir və determinizmdən xilas olmamışdır, həm də şəxsən özü kvant hadisəsidir və iradə ilə istənilməmişdir. Elə ya da belə, azad iradə üstündə qurduğumuz döşəmə itmişdir. Bəs onda çox sevdiyimiz və siyasətçilərin hər fürsətdə bəhs etməkdən xoşlandıqları seçim azadlığı nədir?
Determinizmin təsiri altında
Madam ki, gördüyümüz kimi kvant təsadüfləri azad iradəni xilas edə bilmir, təməl mövzulara fokuslanmaq üçün təsadüfi hadisələri bir kənara qoymağımıza icazə verin. Bu sadələşdirilmiş məzmunda, azadlıq haqqındakı subyektiv hissiyatımızın fizika qanunları ilə əsaslı olub olmadığına baxmağa çalışaq.


Bəhs etməkdən qaçmayacağımız bir nöqtə də seçim etmək təcrübəsinə sahib olmağımızdır. Əslində hər seçim iki mərhələdən ibarətdir. İlk mərhələdə, alternativləri qavrayıb ikinci mərhələdə içindən bir dənəsi çox üstünlük verdiyimiz seçim olur. Amma nəticələr hər zaman şüurlu şəkildə müqayisə edilməz. Bundan əlavə həm genetik meyl həm də keçmişdəki təcrübələr fərdlərin seçimlərində rol oynayır, buna görə aktiv faktorlar qərar vermə hadisəsini qarışdırırlar. Nəticə budur ki, qərar vermə hadisəsini birinci mərhələdən ikinci mərhələyə keçişini təcrübə etsəkdə, aktiv faktorların əvvəlcədən təyinini yox hesab edə bilmərik. Bundan başqa “fərqli bir seçim edilə bilərdi” hissiyatına sahibik. Ancaq bir seçim edilmiş olduqda, bu hissiyatın əsası nədir? Bu hissiyat, təkrar eyni alternativlər toplusu ilə qarşılaşan qərarvericinin, ikinci dəfə seçim edə bilməsinə qarşı, zehni və psixi vəziyyəti də özündə əks etdirən ümumi hadisənin dəyişmiş olmasına əsaslanır. Lakin təkrar etmək lazımdırsa, bu seçim əvvəlki amillərin nəticəsidir. Dolayısı ilə qərar vermə anında keçmiş amillər tərəfindən məhdudlaşdırılmayan avtonom bir güc olaraq azad iradənin var olması, həqiqi seçmək təcrübəsini açıqlanmasını tələb etmir. Əgər birinci mərhələdən ikinci mərhələyə keçidi (müxtəlif ola biləcək seçimlərdən, həqiqətən seçilmişə doğru keçid), dünyadakı hər hansı başqa bir hadisə kimi, əvvəlki amillərin nəticəsi olaraq qəbul etsək, qərar vermək təcrübəmizi mükəmməl şəkildə determinizmlə uyğun gələr.
Seçim bir dəfə belə anlaşılsa (səbəbi və fiziki olaraq əvvəlcədən müəyyən edilmiş), azad seçim fikrini daha geniş baxımdan diqqət yetirməyə davam edə bilərik. Əgər bir adam başıma silah tuşlayıb və pulqabımı istəyərsə, və mən də qaçmaq və ya müqavimət göstərmək əvəzinə dediklərinə itaət edirəmsə bu “çətin istifadə edilmiş seçim” olur. Buna zidd olaraq, azad iradə qərar verənin təbiəti, xarakteri və ya özünə məxsus arzuları ilə qərar verənin məqsəd qoyduğu hərəkətlərinin nəticələri arasında qarşıdurmanın olmasına əsaslanır. Öz genetik meylmizin və keçmiş hadisələrin kollektiv bir nəticəsi olmağımıza hardasa müsbət baxmamağımız səbəbindən, azadlıq anlayışı fiziki determinizm və fiziki determinizmlə dəstəklənən kvant təsadüfləri saxlayan zəngin elmi dünya görüşü ilə asanlıqla birlikdə ola bilər.
Uyğunlaşdırıcılıq və əxlaqi məsuliyyət
Çox əvvəlcədən başlayan və məndən kənarda müəyyən edilmiş hadisələr bir-birinə zəncirvari təsir edərkən, mən hələ də belə bir azad iradənin nəticəsindən necə məsuliyyətli hesab oluna bilirəm? Cavab “məsuliyyət” kəliməsinin içərisində gizlidir. Məsələn, bir xalqın başçısı təbii fəlakət nəticəsində həyata keçirilən yardım işlərinin əməliyyat səviyyəsində yaranan uğursuzluğun içində fərdi olaraq birbaşa var olmasa belə pis gedişatın məsuliyyətini götürə bilər. Eyni şəkildə, fərqli istiqamətlərə yönəlməyimin və çətin qərarlar verərkən digəri ilə mübarizəmin bir sıra istiqaməti olmasına rəğmən, mənliyimi göstərdiyim qismən sabit bir mərkəz var və bütün faktorların mübarizəsi əsasında və ya  sonrasında belə, bu idrak öz tərəfimdən verdiyim qərarların məsuliyyətini qəbul edə və ya boynuma götürməli olduğum mənasına gəlir. Son çıxış yolu budur. Çünki məsuliyyətli olan bütün faktorların detallı bir şəkildə izləmək praktiki olarq qeyri-mümkündür.


Mənliyimizin təbiəti olduqca qarışıqdır. Məsuliyyətli mənlik hissi məhdud ya da zəngin olaraq insandan insana dəyişə bilir. Hətta eyni bir insanın hissinin zamanla belə dəyişdiyi hal olur. Məsələn, narkoman biri hər hansı bir cinayətə görə tutulduqda pis vərdişlərinin ona bunu etdirdiyini irəli sürür. Belə deyərək, pis vərdişlərini sanki mənliyindən kənarda imiş kimi görürü. Ancaq məsuliyyətini mühakimə edərkən hakim statusundakı,  vərdişlərinin öz bilgisi çərçivəsindəmi formalaşdığı, yoxsa öz bilgi çərçivəsində olmadanmı formalaşdığını (bəzən həkiminin sakitləşdirici maddəyə istiqamətləndirməsi nəticəsində əldə etdiyi vərdiş ola bilir) nəzərə almamalıdır. Başqa sözlə, hakim, cinayətin məsuliyyətini təyin edərkən sadəcə cinayətkarın cinayəti həyata keçirdiyi anda hər hansı bir basqı olub olmadığını deyil, eyni zamanda cinayətkarın azad iradəsi ilə əvvəlcədən etdiklərinin cinayətkarı etdiyi cinayətə sövq edib etmədiyini də sorğulamalıdır.
Bu narkomana zidd olaraq, bəzi insanlar ciddi basqı altında olsalar belə azadlığa (təbiətləri ilə əlaqəli seçimlərə) yol aça bilməyi kəşf etmişdirlər. Henry David Thoreau həyat vergisini ödəməyi rədd etməsi səbəbindən həbsə olunanda, hələ də özünü azad hiss edirdi. Çünki zehni hər yerə gedə bilərdi və zehnində laqeyd lağlağaçılıqla “bütün pis olan şeyləri” qurmağa davam edirdi. Və Jean Paul Sartre fransızların faşist işğalında heç olmadıqları qədər azad olduqlarını bildirdi. Necə olur? Belə ki, işğal mübarizə üçün imkanlar yaratdı və mübarizə edib etməmək böyük bir seçim idi. Beləcə, fransızlar ciddi bir seçim ilə qarşı-qarşıya olduqlarından normaldan daha da azad bir vəziyyətə keçdilər. Ancaq basqı altında icazə verilən haq hər zaman edilən seçimlərə “azad” deyilə biləcək qədər kafi olmur. Sofinin seçimi (eyni adlı William Styron-un romanından) iki uşağından hansını qaz otağına fəda etməsiydi. Məntiqli insanlar faşist həkimlərinin Sofi-yə təqdim etdiyi seçimlərin Sofi üçün məqbul bir seçim şansı yaratmadığını deyəcəklərdir və Sofi-ni seçmədiyi uşağının ölümünün məsuliyyətindən azad edəcəklərdi.
Azadlığın əsasını determinizmin yoxluğu yerinə basqısının yoxluğu olaraq mənimsəməklə, mövcud elmi dünya düşüncəsi ilə qarşıdurmaya girməkdən qurtuluruq. Yenə də bu fikirlər hələ də azadlığın (şəxsin özünə uyğun olmasını təqdim edən vəziyyət və də şəxsi etdiyindən məsuliyyətli hesab etdiyimizdə ədalətli olub olmadığımızı mühakimə etmək meyarı) əhəmiyyətini əhatə edir.

Türk dilindən tərcümə  edən: Ramilə Heydərova

Mənbə - Düşünbil Portal

Yorumlar