Mütəfəkkilər olaraq
qarşılaşdığı-mız qəribə suallardan biri fəlsəfi fikirləri kütlə üçün əlçatan
hala kimin gətirəcəyidir. Hər kəs fəlsəfə ilə məşğul ola bilərmi və ya məşğul olmalıdırmı?
Bəzi filosoflar fəlsəfənin
akademi-ya və ya universitet mühitində qalmasını istəyir. Digərləri isə müasir fəlsəfənin
19-cu əsrin sonlarında üniversitet araşdırma mühitində qurulması ilə
düşüşə keçdiyini iddia edir. Fəlsəfəni yalnız ciddi bir araşdırma mövzusu olaraq məqsədəuyğun hesab edərək,filosofların xalqdan aldığı böyük dəstəyi və fəlsəfənin öz dəyərindən qaynaqlanan ictimai tanınırlığı itirdilər. İctimai müstəvidə işləyən filosoflar, məsələn, The Conversation-a və Cogito Philosophy Blog-a qatqı edənlər "hər kəs üçün fəlsəfə" arqumentini müdafiə edirlər.
düşüşə keçdiyini iddia edir. Fəlsəfəni yalnız ciddi bir araşdırma mövzusu olaraq məqsədəuyğun hesab edərək,filosofların xalqdan aldığı böyük dəstəyi və fəlsəfənin öz dəyərindən qaynaqlanan ictimai tanınırlığı itirdilər. İctimai müstəvidə işləyən filosoflar, məsələn, The Conversation-a və Cogito Philosophy Blog-a qatqı edənlər "hər kəs üçün fəlsəfə" arqumentini müdafiə edirlər.
Bertrand
Russell-in "Philosophy for Laymen" məqaləsi
Bertrand Russel 1946-cı
ildə Philosophy for Laymen adını verdiyi bir məqalə yazdı. Bu yazısında fəlsəfənin
ümumi təhsilin bir parçası olması gərəkdiyini müdafiə edir və məsləhət verir: “Texniki
bacarıqların öyrənilməsi üçün çox vaxt xərclənən bu günlərdə belə fəlsəfə tələbəsinin
bir insan və vətəndaş olaraq dəyərini böyük miqdarda artıracaq bir şeylər qazandıra
bilər”. Clare Carlisle yazılarında Russel haqqında danışır: “Russel bir həyat tərzi
olaraq fəlsəfənin bu qədim anlayışını kozmik məna və dəyər sorğulamalarının
ekzistensial, etik və mənəvi bir önəminin olduğunun üstündə duraraq təkrar gündəmə
gətirdi (Təbii ki, bu terminlərin nə mənaya gəldiyi filosofların məşğul olmalı
digər bir mövzudur)". Burada fəlsəfə fikrini bir praksis* kimi görürük; onsuzda
etdiyimiz bir şey və ya hər rasional insan üçün faydalı olan bir düşünmə yolu. Russelin
dediyi kimi: "Naməlumluğa dözmək çətindir, ancaq digər ərdəmlərin çoxu
üçün də bu belədir. Hər ərdəmi öyrənmək üçün uyğun bir intizam vardır. Ertələnən
hökmləri öyrənmək üçün də ən yaxşı intizam fəlsəfədir." Russel fəlsəfənin
Laymen oxucularına öyrədə biləcəyinə inanırdı və bu məqalənin onlara mənəvi
problemlər haqqında daha obyektiv düşünmələri haqqında kömək göstərəcəyini düşünürdü.
Carlisle bunun edilməsinin stresli və əxlaqi bir dilemma ilə üz-üzə gəlinmədiyini,
ya da duyğusal vəziyyətdə olan birinin sürətli bir qərar vermək yükü altında
olmadığı zamanlarda daha asan olacağını qəbul edirdi. Halbuki əsas fikir budur:
fəlsəfi düşünmə vərdişi istifadə etdikcə asanlaşacaqdır.
Gənclərlə Fəlsəfə
Yaxın bir zamanda Vellington, Yeni Zellandiyada 2016 Federation of Australasian Philosophy in
Schooıs Associations (FAPSA) konfransına qatıldım və hansı növ fəlsəfənin hər kəsə,xüsusilə
də gənc insanlara öyrədilməsi gərəkdiyi fikrini çərçivələyən nitq məni çox təəccübləndirdi.Bu
konfransdaki təqdimat və iştirakçıların hamısı yaşları 3-17 aeasında olan hər
uşağa fəlsəfənin məktəbdə dərs olarak verilməsi gərəkdiyini müdafiə edirdilər. Daha
əvvəl Philosophy for Children (P4C, Uşaqlar üçün Fəlsəfə) və gənc insanlarla fəlsəfə
müəllimlərinin yararları haqqında yazmışdım. P4C şagirdlərin sadəcə tənqidi
düşünmə bacarıqlarını öyrənmə və praktika etmə şansını deyil, eyni zamanda köməkçi,
əməkdaş və yaradıcı düşünmə bacarıqlarını da təqdim edir. Bunu gerçəkləşdirmək
üçün P4C istifadəçiləri tərəfindən üstünlük verilən Community of İnquiry-ni (Col, Təhqiqat
topluluğu) istifadə edirlər. Col şagirdlərin demokratik şəkildə bir-biriləri ilə
dialoga girməklərini təmin edir. Belə bir dialog sinifdə yaşa uyğun fəlsəfi mətnləri
və stimul verən məhsulları istifadə edən müəllimlər tərəfindən şəkilləndirilir.
Lakin hər şagird bütün fəlsəfəni öyrənməlimidir? University of Birmingham-dan
Micheal Hand-ın FAPSA konfransındaki təqdimatına baxsaq, bəlkə də yox. Hand belə
deyir: "Sadəcə fələsəfədə deyil, akademik işlərin bütün qollarında nəyin
bir mədəni dəyərinin olduğu və nəyjn yalnız professional bir maraq olduğu
arasında bir ayrım vardır". Handsın gənc insanlara fəlsəfə öyrədilməsi gərəkdiyini
və fəlsəfənin məktəb yaşlarında şagirlər üçün də bir alternativ olduğunu müdafiə
etdiyini söyləmək lazımdır. Fəlsəfənin kurikulumda olmasının asanlıqla müdafiə
oluna biləcəyini söyləyir. Çünki: *Fəlsəfə digər akademik mövzular kimi təbiəti
gərəyi yaralı bir fəaliyyətdir. *Digər akademik mövzulardaki kimi intelektual ərdəmlərin
inkişaf etdirilməsində və düçüncə keyfiyyətinin artırılmasında təsirlidir. Yenə
də, fəlsəfənin məcburi bir dərs olaraq kurikuluma daxil edilməsini müdafiə etməyimiz
gərəkdiyini sorğuladığımızda,hər şagirdə başqa yolarla əldə edə bilməyəcəyi
şübhəsiz bir fayda sağladığını sübut etməyimiz mühümdür.
Fəlsəfə öyrənməklə
əldə edilən fayda
Carrie Winstanleyin belə
bir iddianı müdafiə etdiyini unutmayın. Hand ilə birlikdə redaktə etdiyi
kitabda bunu iddia edir; digər dərslər tənqidi düşünmə bacarıqlarımı öyrədir
olsa belə, fəlsəfə tələbələri tənqidi düşünmə bacarığını yaradan ən yaxşı dərsdir,
çünki tənqidi düşünmə fəlsəfənin bünövrəsidir. "Fəlsəfə uşaqların tənqidi
düşünə bilməsinə kömək olacaq ən yaxşı dərsdir. Onlara səbəbləri dəyərləndirə
bilməyi, fikir müdafiə etməyi, informasiya mənbələrini dəyərləndirməyi və argumentlərin
və dəlillərin dəyərini ölçməyi digər dərslərdən daha yaxşı öyrədə bilər”. Əgər
digər dərslər şagirdlərə tənqidi düşünmə bacarıqlarını öyrədirsə,niyə bu
kurikulumda fəlsəfəyə də yer olmasın? Hand bu nöqtəni dəyərləndirir və şagirdlərin
əxlaq fəlsəfəsini və siyasi fəlsəfəni öyrənməsinin yararlı olacağını deyir: “Əxlaq
fəlsəfəsi və siyasi fəlsəfə təbii ki, bizə yaşamağın ən yaxşı yolunu demir. Lakin
etdiyimiz seçimlər və qoyduğumuz hədəflər haqqında daha dərin və daha ciddi düşüməyimizi
təmin edər və aşkar əxlaqi və siyasi məhdudiyyətlər daxilində öz seçimlərimizi
etməyimizi və hədəflərimizin arxasınca getməyimizi müdafiə edir”. Hand bu nəticəyə
gəlir: “Əxlaq fəlsəfəsi və siyasi fəlsəfə bu mövzuları araşdıranlara necə
yaşayacaqları haqqında ağıllıca düşünə bilməyin faydaları və davranışladındaki əxlaqi
və siyasi məhdudiyyətlərlə necə yaşayacaqları haqqında məsləhətlər verir...[və]
hər kəs bu faydaya qarşı güclü bir maraq bəsləyir. Çünki hər kəs necə
yaşamaqları gərəkdiyi problemi və əxlaqi və siyasi məhdudiyyətlərə uyğunlaşma məsuliyyəti
ilə üz-üzədir”. Fəlsəfənin digər sahələri (estetika, məntiq, epistemologiya, ontologiya) əlavə
və istəyə bağlı ekstralar olsa da, bu əxlaqi və siyasi fəlsəfənin məktəblərdə məcburi
bir dərs olaraq verilməsinin faydalarını müzakirə etməklə nəticələnir.
Hər kəs üçün
fəlsəfə
Kimin fəlsəfə ilə məşğul
olması gərəkdiyinə gəldiyimizdə öz həyatlarından çıxardıqları mənarlar üstünə
düşünən ağıllı vətəndaşlar olaraq hər kəsin yoxlama haqqı olduğuna inanıram. Bəli,
fəlsəfə üçün mütəxəssislərin təhsil aldığı universitet mühiti ən uyğun yerdir. Bəli,
fəlsəfə siniflərdə uşaqlara da öyrədilə bilər. Və fəlsəfə,əlbəttə, hər kəs
üçündür və fərqli səviyyələrdə olsa da məşğul olunmalıdır. Lakin Handın xüsusilə
əxlaq fəlsəfəsi və etika üstünə fokuslanmasını başa düşürəm. Filosoflar etika
haqqında danışarkən diqqətli düşünməyin çətin və qarmaşıq ssenarilərdə yararlı
şəkildə istifadə oluna biləcəyini göstərə bildikləri ictimai sahədəki söz sahibi
ünvanlarını təkrar qazanırlar. Təbii ki, bu əxlaq dilemmalarının tək mükəmməl
cavabı yoxdur. Lakin tənqidi, köməkçi, yaradıcı və əməkdaş düşünmə bacarıqları ən
pis cavabları ixtisar etmək üçün dəyərlidir. Bu fəlsəfi düşünmək bacarıqları qərar
verici ünvanındaki insanlara ictimai anlayışa və insanların həyatlarına təsir
edən mövzularda yaxşı siyasət seçmək üçün kömək olur.
Fəlsəfi dialogu məktəblərə
və ictimai sahələrə genişləndirmək insan düşüncələrini hər zaman məşğul edən təməldə
önəmli "böyük" sualların diqqətli düşünülməsinə təşviq edər. Xüsusilə
bu günlərdə bu suallar bizim fərdi azadlığımıza və kollektiv insanlığımıza təsir
etdiyi üçün əxlaqı və siyasidir.
Tərcümə edən: Əhməd Əhmədov
Mənbə:
https://theconversation.com/profiles/laura-dolimpio-100519
Yorumlar
Yorum Gönder