Adam
Bear “ What Neuroscience Says about Free Will” (Nevrologiya azad iradə üçün nə deyir?)
başlıqlı məqaləsinə zəngli saatın mürgüləmə düyməsinə basmaq, ya da şkafdan bir
köynək seçmək kimi bir neçə haldan bəhs edərək başlayır. Bu hallarla əlaqədar
bir iddia ilə davam edir və soruşur: “Bu halların hər birində, özümüzü bədənini
bəlli bir məqsəd üçün şüurlu olaraq istiqamətləndirən sərbəst biri olaraq düşünərik. Bəs bu təcrübələrin əsil mənbəyi ilə bağlı elm nə deyir?” Bu xoş
olmayan bir başlanğıcdır.
Sərbəst biri olduğumuzdan xəbərdar olmaq ilə təcrübə əldə etmək eyni şey deyil. Sizlərə azad olduğunuzu deyən xüsusi bir hiss, “azadlıq qaşıntısı” deyə bir şey yoxdur. Əksinə, sərbəst hərəkət etdiyinizdən xəbərdar olmanızın bir çox mənalarından biri bunu bilməkdir. Eyni şərtlərdə fərqli bir şey etməyi seçsəydiniz, onu edərdiniz. Bunun bir çox hallarda doğru olduğunu açıq şəkildə bilərik, yəni bir çox halda sərbət şəkildə hərəkət etdiyimizdən xəbərdarıq. İşin içində təcrübə yoxdur. Bu halda bu nöqtədə Bearın məqaləsində elmin cavab verməli olduğu bir sual da yoxdur. Bear davamında irəli sürdüyü təcrübə ilə bağlı bunları yazır:
Sərbəst biri olduğumuzdan xəbərdar olmaq ilə təcrübə əldə etmək eyni şey deyil. Sizlərə azad olduğunuzu deyən xüsusi bir hiss, “azadlıq qaşıntısı” deyə bir şey yoxdur. Əksinə, sərbəst hərəkət etdiyinizdən xəbərdar olmanızın bir çox mənalarından biri bunu bilməkdir. Eyni şərtlərdə fərqli bir şey etməyi seçsəydiniz, onu edərdiniz. Bunun bir çox hallarda doğru olduğunu açıq şəkildə bilərik, yəni bir çox halda sərbət şəkildə hərəkət etdiyimizdən xəbərdarıq. İşin içində təcrübə yoxdur. Bu halda bu nöqtədə Bearın məqaləsində elmin cavab verməli olduğu bir sual da yoxdur. Bear davamında irəli sürdüyü təcrübə ilə bağlı bunları yazır:
“…
ikisi də psixoloq olan Daniel Veqner və Thalia Wheatley inqilabi xüsusiyyətdə
bir təklif təqdim etdilər: bir hərəkəti istəyərək niyyət etmə təcrübəsinin,
ümumuiyyətlə
düşüncələrimizin
bəzi davranışlara səbəb olduğu ilə bağlı sonradan əldə edilən səbəb
mahiyyətində
bir nəticədən başqa bir şey olmadığını irəli sürdülər.”
Bu,
inqilabi xüsusiyyətdə bir təklif verməkdən daha çox baş qarışıqlığına səbəb
olur. “Bir hərəkətə istəyərək niyyət etmə” nə mənaya gəlir? Bir hərəkətə
istəməyərək niyyət etmək ilə ziddiyyət yaradırmı? Bəs bu nə demək ola bilər?
İstəməyərək etdiyimiz bəzi şeylərin əksinə, bəzilərini istəyərək etdiyimizi
söyləyə bilərik. Məsələn: mismara istəmədən basdım, orda olduğunu görməmişdim
belə, ya da qapını istəmədən açıq qoymuşdum, onu düşünməmişdim belə. Bir şeyi
istəyərək etmək onu bir məqsəd üçün etməkdir. Anlaşıldığı qədərilə Veqner və
Wheatley`in təcrübə ilə bağlı sözləri bura uyğun deyil, bir məqsəd uğruna bir
şey etmənin xüsusi bir təcrübə ilə əlaqəsi yoxdur. Bundan başqa hadisə sonrası
edilən və ya başqa növ bir nəticə də gərək deyil. Etdiklərimizi nə məqsədlə
etdiyimizi ümumiyyətlə söyləyə bilirik ki, istəyərək etdiyimizin fərqinə varmaq
üçün bu kifayətdir. Veqner və Wheatley bu sadə şeylərdən bəhs etmək yerinə
qismən anlamsız, qismən də əlaqəsiz bir şəkildə “bir hərəkətə istəyərək niyyət
etmə təcrübəsi” deyir və sonra da başqa ifadələrlə dolaşıqlıq, qarışıqlıq
yaradırlar. Və yenə də bura qədər elmin açıqlaya biləcəyi heç bir şey yox.
Başdakı
bu dolaşıq və nəzəri düşüncələrdən sonra Bear, Paul Bloom ilə etdiyi bir neçə eksperimental
tədqiqatları incələyir. İddia etdiyinə görə bu eksperimental tədqiqatların könüllü
və ya istəyərək etdiyimiz hərəkətlərimizin qiymətləndirilməsi ilə bağlı əsaslı
nəticələr ola bilər. Yəni Bear’ın nəzəriyyəsində müəyyən qədər konseptual
qarışıqlıq olsa da etdikləri eksperimental tədqiqat yenə də şüursuz ağlın
öyrənilməsi ilə bağlı hipotezini dəstəkləmirmi, nə deyirsiniz? İndi bunu
dəstəkləmədiyini izah edəcəyəm.
Bear
və Bloom, iştirakçılara bir kompyuter ekranında təsadüfi mövqelərdə görünən beş
ağ çevrə göstərmişlər və beş çevrədən biri qırmızı rəngə dönmədən öncə birini
seçmələrini istəmişlər. Bu vəziyyətdə bir çevrə seçmək zənnimcə çevrələrdən
birinə fokuslanmaq deməkdir. Baxışlarımız çevrələr üzərində gəzərkən nədənsə
birinin üzərində durur.
Bear
və Bloom’un ifadə etdiyinə görə bir çevrənin xüsusilə sürətli bir şəkildə
qırmızıya döndüyü zamanlarda iştirakçılar yüzdə otuzdan yüksək bir nisbətdə
qırmızıya dönən çevrəni seçdiklərini söyləmişlər. Lakin qırmızıya dönəcək çevrə
təsadüfi bir şəkildə təyin olunduğu üçün iştirakçıların 20%-ində bu təsadüf
idi.
Bu
nəticələrə baxaraq edə biləcəyim ən yaxşı qənaətə görə belə bir şey olmuşdur:
İştirakçının baxışları iki çevrə arasında gedib gələrkən, deyək ki, birinin
qırmızıya dönməsi işrirakçının diqqətinin qırmızıya dönən çevrə üzərində
toplanmasına kömək etmişdir. Bundan əlavə, bu xüsusi təcrübələrdəki zaman
intervalları çox qısa olduğundan iştirakçılarin əksəriyyəti hadisələrin hansı
sıra ilə olduğunu, yəni öncə çevrəninmi qırmızıya döndüyünü, yoxsa baxışlarınınmı
sabitləndiyini anlaya bilməmişlərdir.
![]() |
Hanoch Ben-Yami (sağ tərəfdə) |
Bear təcrübədəki çox qısa zaman
intervalları səbəbi ilə bəzi şeylərin qarışdırıla bilmə ehtimalını qeyd etsə də bu
təvazökar tapıntıdan daha önəmli nəticələr əldə etməyə üstünlük verir.
O, yazır “ Bu tapıntılara görə seçimlərimizi necə etdiyimiz barəsində
sistematik olaraq səhv istiqamətləndirilə bilərik. ”Tapıntılardan necə belə
bir nəticə çıxara bildiyini başa düşmədim. Ortada heç bir səbəb yox
ikən beş çevrədən birinə fokuslanmaq ilə, məsələn: bir mağazada
hansını almaq istədiyimizə qərar vermək üçün fərqli məhsulların qiymətlərini qarşılaşdırmaq
arasında necə bir əlaqə var? Bear “daha spekulyativ
bir ehtimal olaraq ağlımızseçim qavrayışımızı təhrif etmək üçün layihələnmişdir.”
deyərək israr etməyə davam edir və bu fərziyyəyə görə layihələnmiş təhriflərin məqsədinin “azad iradə inancı və dolayısı
ilə
həvəsləndirici cəzalandırmaya olan inanc yaratmaq” olduğunu ifadə edir.
Bunun
yersiz olduğunu düşünürəm. Kiçik bir zaman intervalında olan bir neçə
hadisələrin sırası haqqında səhv höküm vermək, cəzalandırma motivləri ilə bağlı
bu fərziyyələr üçün qətiliklə təməl yaratmır. Hamımızın tez-tez müşahidə etdiyi
bir hal olan, kimisə cəzalandırdığınızda o adam və digərlərinin edilən səhv
hərəkətin bir daha edilməsi ehtimalının daha aşağı olması aşkar görünür.(...)
Fikrimcə, Bear və Bloomun
araşdırması konsepsiya qarşılığını az miqdarda təcrübə
nəticəsinə əsaslanan təməlsiz ümumiləşdirmələrlə
birləşdirən bir sıra idrak elmi tədqiqatları birləşdirir. Bu
günə qədər idrak psixologiyası və nevrologiya sayəsində çox şey öyrənmiş ola bilərik.
Fəqət bu elm sahələrinin azad iradə mövzusunda yaratdıqları ədəbiyyat bunun xaricində
qalır. Bear’ın irəli sürdüyünün əksinə, bu “sayı getdikcə artmaqda olan
tədqiqatlar”, “öz hərəkətimiz və şüurlu təcrübəmiz ilə əlaqədar ən
sarsılmaz görünən inanclarımız belə tamamilə səhv” ola biləcəyini
göstərmir. Əksinə, konsepsiya qarışıqlığı və həddən artıq ümumiləşdirmələrin,
özünə çox güvənən alimləri çaşdıra biləcəyini göstərir.
Tərcümə edən: Humay Kamallı
Mənbə:
Yorumlar
Yorum Gönder