Detektivin formalaşmasında və məşhurlaşmasında əsas
rolu olan yazıçı, məhz Artur Konan Doyl olmuşdur. Onun əsərləri dünyanın çox
yerində oxunur və ümumiyyətlə detektiv deyəndə ağıla ilk gələn şəxs odur.
Çoxları onu bir detektiv yazıçısı və “Şerlok Holms” obrazının yaradıcısı kimi
tanısa da, çox az insan onun başqa bir çox əsərlər də yazdığını və əslində öz
yaratdığı məşhur xəfiyyə
obrazına nifrət etdiyini bilir. Bu yazımda onun səbəblərini aydınlaşdırmağa çalışacam.
obrazına nifrət etdiyini bilir. Bu yazımda onun səbəblərini aydınlaşdırmağa çalışacam.
Artur Konan Doyl,
1859-cu il 22 may tarixində Şotlandiyanın Edinburq
şəhərində anadan olub. Onun atası satılmayan rəsmlər çəkən rəssam və əyyaş idi.
Balaca Artur kasıb ailəsinin tək övladı idi. Onun anası oğluna axşamlar kitab
oxuyur və Doylun özünün də dediyi kimi “...Məhz mənim anam mənə ədəbiyyata
maraq yaratdı və xəyal dünyamı oyatdı...” Onun anası Meri oğlunun taleyinin də
atasınınki kimi olmaması üçün, Londondakı varlı qohumları ilə
əlaqə saxlayıb uzun danışıqlardan sonra nəhayət oğlunu “Edinburq universitetinə”
tibb oxumağa göndərir. Elə məhz orada da gələcəkdə Şerlok Holms obrazının
prototipi olacaq şəxslə - müəllimi Bellə tanış olur. Doylun 1924-cü il müsahibəsində
dediyi kimi “...O pasientinə baxan kimi, hələ o şikayətini demədən diaqnoz
qoyur, eyni zamanda onun millətini, məşğuliyyətini deyirdi. Mən də düşünmüşdüm
ki, əgər o detektiv olsaydı təsadüflərə yol verməz, hər şeyi elmi tərəfdən izah
edərdi...” 1883-cü ildə bakalavr diplomu alan gənc Artur Portsmuta köçür və həkim
kimi çox da uğurlu alınmayan praktikasını başladır. Orada Luiza Houkinslə evlənir
və sonra boş vaxtında dünyaca məşhur olacaq kitablarını yazmağa başlayır. Gənc
yazarın uğurunu görən “Strend magazine” jurnalı onunla çoxməbləğli və uzunmüddəti
kontrakt bağlayır və beləcə Artur Konan Doyl Londona köçərək orada yazmağa və məşhurlaşmağa
başlayır. Bəziləri isə Şerlok Holms obrazının real olduğuna inanaraq ona yüzlərlə
heyranlıq məktubu yazır. Artıq təmamilə özünü yazıçılığa həsr etmiş Artur
düşünürdü ki, buradan qazandığı pulla və artıq qoşulduğundan sonra satış
tirajı 5 dəfə artmış jurnal oxucularından yığdığı oxucu kütləsi ilə daha çox
çey edə bilər. O, elə
lap əvvəldən Şerlok Holms obrazına sadəcə boş vaxtlarında vaxt ayırmalı olduğu,
barmaqarası obraz kimi baxırdı və daha böyük kitablar yazmaq iddiasında idi. O,
əmin idi ki, onun başqa
kitabları onu qat-qat məşhur edəcək və çox əfsuslar ki, o necə də
yanılmışdı.
Daha sonra isə o gördü ki, o başqa kitablar yazmasına
baxmayaraq ancaq Şerlok Holms haqda olan kitabları satılır və obraz özündən də
çox məşhurlaşır. Bu onu narahat etmişdi, o başqa kitablar da yazırdı, buna
baxmayaraq onun ancaq Şerlok Holms haqda olan kitabları satılırdı (abzasın
sonuna kimi fikrimi çatdırmaq üçün kitabdan spoilerlər verəcəm).
O, qərara aldı ki obrazını öldürsün və elə də etdi.
Mariarti obrazını da məhz bu çirkli işi görmək üçün yaratmışdı. Amma bunu hərəkətini
ancaq özü bəyəndi. Xalq isə qüdrətli və məğlubedilməz xəfiyyənin İsveçrənin
hansısa şəlaləsində ölməsi ilə barışmadı. Londonlular Doylun evinin qabağında
etirazlar keçirdilər, hamı Holmsu diriltməyi tələb edirdi. Hətta bəziləri
yazıçını öldürmək belə istəyidi. Xalqın tərəfində həm də nəşriyyatlar da var
idi. O vaxt məmurun ildə 500 funt sterlinqi aldığı dövrdə Doyla obrazını
diriltsin deyə 4 səhifə yazısına 100 funt təklif
edirdilər. Uzun bir müddət (10 il) o qəti olaraq obrazı diriltmək istəmirdi,
amma xalq və eləcə də nəşriyyatın son təklifi daha tələbkar oldu və nəhayət
1903-cü ilin Milad bayramı ərəfəsində o dövrdə populyar jurnal olan “Strend
magazine” redaksiyasının qabağına nəhəng kütlə yığılmışdı. Səbəbi isə bu
jurnalda onun “Boş ev” hekayəsinin çapı idi. Yazıçı burada Şerlok Holms obrazını
oxucuya qaytardı. Daha 13 hekayə ilə birlikdə 1905-ci ildə “Şerlok Holmsun
qayıdışı” kitabını çap etdirir.
O, Aleksandr Düma, Mark Tven, Jül Vern tipli məşhurluq
arzusunda idi. Onu isə şəxs olaraq yox, “Şerlok Holms haqda kitab yazan” kimi
tanıyırdılar. Yəni o “Mənim yaratdığım qüdrətli və təkrarolunmaz deduksiya
metodunun ustadı Şerlok Holms yadda qaldı, onu yaradan mən yox” deyə düşünürdü.
Bu həqiqətən də belədir. Günü bu güc Artur Konan Doylu daha az adam tanıyır. Müasir
(o vaxt üçün) İngiltərənin dəyərləri və həyatından bəhs edən ilk romanı “The
firm of Girdlestone”, özünün ən qüdrətli işlər hesab etdiyi tarixi romanları
olan “The White Company” “Rodney stone” və başqa müxtəlif əsərlərindən oxucular
yan keçir və ancaq Şerlok Holms tələb edirdilər və nə qədər çox olsa o qədər də
yaxşı olardı deyə düşünürdü.
Günü bu günə kimi də çox mübahisələr gedir ki,
niyə məhz Şerlok Holms bu qədər məşhur detektivdir. Həqiqətən də maraqlı
sualdır, çünki xalq, həmçinin mən də həm o kitabın buraxıldığı illərdə
Londonda, həm də indiyə kimi dünyanın müxtəlif yerlərində bütün dünyada
oxuduqca eyforiyaya düşürdü.
Bu nəzəriyyələrin içində
maraqlılarından biri də odur ki, Şerlok Holmsun tək qəhrəman obrazıdır. Bəli
onun yanında Vatson var, amma o
daha çox onun tələbəsi və
ya köməkçisidir (bəziləri onları dost hesab edir, amma mən belə
düşünmürəm). Şerlok
Holms tənha və özünə rəqib tanımayan qəhrəman kimi həm cinayətkarlara, həm də
axmaq polislərə qarşıdır. Holms elə bir obrazdır ki, özündə müxtəlif xüsusiyyətləri,
həm musiqiçini, həm çox spesifik maraqları olan araşdırmaçını, həm ağıllı
kimyagəri, həm qorxusuz polisi, həm də çox incə xəfiyyəni özündə birləşdirən
obrazdır.
1914-16-cı illərdə də yazıçının özünü başqa kitabları
ilə sübut etmə istəyi qalır və elmi fantastika janrında “The lost world”, “The
poison belt” kitabları bir müddət diqqətdən kənarda qalmır. Amma az bir müddətə
“orada Şerlok Holms çatışmadığı üçün” onun fantastik kitablarına maraq azalır.
Bir yazıçının belə bir halını təsəvvür edə bilərsinizmi? Adətən bu halla kinematoqrafiya dünyasında rastlaşırıq. Serial aktyoru bir obrazı o qədər çox
oynayır ki, artıq aktyorun adı yaddan çıxıb obrazın adı yadda qalır. Bu əsas məqsədi
adını tarixə yazdırıb, yadda qalmaq olan üçün çox böyük bir bədbəxtlikdir.
20-ci illərdə Şerlok Holms haqda daha bir hekayə
yazır. O, hekayəsində Londondan köçən xəfiyyə, alman cəsusunu
axtarmaq üçün geri dönür və bu 1-ci dünya müharibəsinə göndərmə idi. Bu əsərindən
sonra Holms obrazı İngiltərənin qəhrəmanına çevrilir.
Bütün bunlardan sonra Ser Artur Konan Doyl (hətta
deyirdilər ki, “ser” ona yox, Holmsa verilib) ancaq həyat yoldaşı ilə tanış
olana qədərki iş dövründə bir dəfə istifadə etdiyi daha
sonra etməyəcəyini özünə söz verdiyi mediumlarla maraqlanmağa başlayır. Həyat
yoldaşı da onun bu maraqlarına ortaq olur, hətta Luizanı da qüdrətli medium
hesab edirlər. Doylun dostları müəyyən vaxt keçdikdən sonra onun dəli olduğunu
düşünür. Doyl hətta artıq xristian yox, spiritual inanclara inandığını demişdi.
Artıq o müxtəlif akult cəmiyyətlərin aktiv üzvü və sədri idi. Spiritizm haqda
kitablar yazır, hətta yeni dinini propoqanda edirdi. Bütün bunlara görə onu heç
tənqid də etmirdilər, amma bütün dostları ondan üz döndərmişdi.
Amma bir nəfər şəxs kimi də çox bəyəndiyim biri olan,
illüzionist Harri Hudini (əsl adı Erik Vays) ona kömək etmək istəyir. Onu bəyənmək
səbəbim onun illuzionist olmasına baxmayaraq, həmişə sehrin olmadığını deyirdi
(o vaxt çoxları sadə xalqın şoulara gəlməsi üçün onları sehrə inandırırdı) və hətta
spiritik (ruh çağırılan seanslar) seanslarda yalançı falçıları üzə çıxarır və
onları xalqı bədbəxt edən böyük bəla hesab edirdi. O,
Doylu qonaq çağırır və ona çox mürəkkəb sehr göstərir (hətta idiki dövr üçün
çox mürəkkəb sehrdir, araşdırıb tapmağı məsləhət görürəm).
Daha sonra isə ona deyir ki, bu sadəcə illüziyadır, əslində burada heç bir sehr
yoxdur. Hudini bunu Doylun ibrət götürməyi üçün etsə də, artıq psixoloji
sağlamlığını tamam itirmiş yazıçı onu əsl medium
adlandırır.
1927-cu ildə arıq Şerlok Holms Britaniyanın rəmzi, milli
qəhrəmanı idi və onun haqda sonuncu hekayələr toplusu “Memoirs of Sherlock
Holmes” çıxır.
1929-30-cu ilərdə Doyl Afrika və Norveç səyahətlərinə
çıxır. Amma o artıq enlikürəkli və cavan Doyl deyil və buna görə də tezliklə xəstə
vəziyyətdə geri qayıdır və 1930-cu ilin 7 iyulunda Krouborodakı (Sasseks
qraflığı) evində vəfat edir. Həytın ironiyasından o ömrü boyu bəyənmədiyi
Şerlok Holms obrazını “His last bow” əsərində məhz bura göndərmək istəyirdi.
“Mən Holmsa sonuna qədər nifrət edə bilmərəm. O,
əvvəllər mənə yaxşı dost
idi, sonra isə öz şöhrəti ilə əlimdən hər şeyi aldı. Ancaq o qaldı, mən isə
yoxa çıxdım...”- deyir Doyl.
Müəllif: Rövşən Nəzərov
Yorumlar
Yorum Gönder