"Antik yunanlılar bizim demokratiya dediyimiz sistemə oliqarxiya deyirdilər" - Paul Cartledge


Antik yunanlılara çox şey, xüsusilə də mövcud siyasi kəlmə xəzinəmizin (anarxiya və demokrati-yadan siyasətə qədər) çoxunu borcluyuq. Ancaq onların siyasətdən anladığı ilə bizim anladığımız bir-birindən fərqli şeylərdir. Antik Yunanıstandan hər hansı bir növ demokrata, bizim modern demokratik sistemlərimiz "oliqarxi-ya" kimi gələrdi.  Oliqarxiyadan başa düşdü-yüm xalqın və ya  çoxluğun idarə edilməsi (demo-
kratia) qarşısında açıqca və məcburi olaraq olmasa da azlığın idarə edilməsidir.
Bu vəziyyət, azlığın, insanlar tərəfindən xidmət etməsi üçün seçilməsində belə ortaya çıxmaqdadır. Ona görə antik Yunanıstanda seçimin özü onsuzda oliqarxik olaraq dəyərləndirilməkdə idi. Çünki seçimlər sistematik olaraq azlığı, xüsusilə daha varlıları ya da Boris Berezhovsky və törəmələri sağ olsun “plutokratlar” və ya “kök pişiklər” olaraq da tanınan “oliqarxları” üstün tuturdular.
Digər tərəfdən, köhnə və modern siyasi düşüncədə nəzərə çarpacaq dərəcədə oxşarlıqlar vardır. Məsələn, həm köhnə həm də modern demokratlara görə azadlıq və bərabərlik demokratiyanın özündədir, əsas siyasi dəyərlərdir. Ancaq Antik Yunan demokratına görə azadlıq sadəcə siyasətdə iştirak etmək haqqı deyil, hüquqi köləlikdən və həqiqi köləlikdən azad olmaq deməkdir.
Bizim demokratiyanın əsası dediyimiz bu şənlik deyildir  hansı ki, onlara görə, iştirak etmək haqqı, siyasi liderlər və kölələr tərəfindən ümumi və ya yerli seçim (ya da referendum) zamanı olan keçici rolların dəyişikliyidir. Bundan başqa siyasi gücü paylaşmaq, gündəlik əsasda idarə etmə azadlığı idi.
Eramızın dördüncü əsrində, 6000-dən çox yetkin kişi vətəndaşlarından ibarət Afina demokratik məclisi orta hesabla hər doqquz gündə bir dəfə toplaşırdı. Bu böyük məclis, hər həftə əhəmiyyətli mövzularda referendum keçirməyə bərabər idi.
O vaxt və indi “azadlıq”
Bu gün bərabərlik, ən azı sosial-iqtisadi baxımdan, dünya əhalisinin ən varlı 1%-i, qalan 99%-i bir yerdə topladığı bir xəyaldır. Antik Yunanıstanda, xüsusilə qədim Afina demokratiyasında hadisələr çox daha yaxşı idarə edilirdi.
Hamının bildiyi kimi, antik Yunanların bürokratik olmadıqları, şəxsi vergi toplanmasını vətəndaşlığa bir təhqir olaraq qəbul etdiklərindən əlimizdə statistik məlumatlar yoxdur. “Klassik” (E.ə. 5-4 əsr) Yunanıstan, xüsusilə Klassik Afina sıx bir əhaliyə və şəhərləşmiş cəmiyyətə sahib idi. Bu sıx əhaliyə rəğmən böyük bir əksəriyyət sırf dolanmaq qayğısı güdmürdü, bu iqtisadi səviyyənin üstündə qalırdı, mülkiyyətin bərabər bir bölgüsü var idi. Belə bir vəziyyət Yunanıstanın hər hansı bir zamanında, hətta hər hansı başqa premodern cəmiyyətdə reallaşmadığı məqbul bir şəkildə müzakirə oluna bilər.
Bütün bunlara rəğmən, bu o demək deyil ki, antik Yunanıstan bizə olduğu kimi köçürülə biləcək demokratiya nümunəsi təqdim edir. Biz bu anda bütün vətəndaşların istənilən halda yetişkin seçici olaraq, cinsiyətinə fərq qoymadan, insanların heyvancasına hüquqi formada kölələşdirilməsinin etibarlılığına və ya faydasına inanmadan bərabər olduğuna inanırıq.
Ancaq həqiqətəndə cəzb edici olan bir neçə köhnə demokratik anlayış və texnika da yox deyildir. Məsələn, püşklə seçmə yolu ilə, seçilmiş rəsmi səlahiyyətlilərin təmsili nümunələrini yarada bilirdilər. Digər bir nümunə isə sürgündür. Bu üsul əhalinin seçdiyi şəxsin 10 il sürgünə göndərilməsinə səbəb olaraq siyasi karyerasına son verilirdi.
Bizim demokratyalarımızın antik Yunanıstanla qarşılaşdırılması və ya müqayisə olunması bizim (təmsili, doğru olmayan) demokratik sistemlərimizdəki ürpərdici kripto-oliqarxiyanı göstərməkdədir.
Mövcud bütün sistemlərin ən pisi
Hamımız demokratikik, elə deyilmi? Bəs yaxşı həqiqətən eləyikmi? Əgər çağdaş sistemlərimizə basdırılmış bu beş qüsura diqqət etsək deyilik.
Məsələn Amerika və İngiltərənin İraqa 2003-cü ildə daxil olması George W. Bush-un və Tony Blair`in  vətəndaşlarının əksəriyyətindən buna aid bir qərar almamamasına rəğmən mümkün olmuşdu.
Bizim “demokratiyalarımızda” vətəndaşlar həyatlarının beşdə birində özlərinin səs vermədiyi bir partiya və ya namizəd tərəfindən idarə edilməkdədir. Bundan başqa, seçimlərin heç biri “azad və ədalətli” deyil ki, bu seçimlər ümumilikdə ən çox pul xərcləyən tərəfindən qazanıldığı üçün  az çox xarab olmuşdur.
Seçkiləri qazanmaq isə heç bir partiya yoxdur ki, gücü (tamamilə öz məqsədlərini düşünən) şirkət dəstəyi olmadan əldə etsin. Bəlkə də ən pisi, xalqın böyük bir əksəriyyətinin sistematik olaraq ictimai qərar vermək prosesindən kənarlaşdırılmasıdır. Bu da, səs təhrif etmə, kampanya maliyyəçiliyi və seçilən təmsilçilərin (yerli və ümumi) seçimlər arasında baş verənləri görməzdən gəlməklərinin cəzasız qalması ilə reallaşır.
Qısaca demokratiya antik Yunanıstandakı “xalqın gücü” mənasını və xalqın iradəsinin reallaşması rolunu itirdi.
Winston Churchill-in demokratiyanı niyə dövlət sistemləri arasında ən pis sistem olaraq elan etdiyini indi anlaya bilirik. Ancaq o bu demək deyil ki, demokratik əksiklikləri yox hesab etməyə davam etməliyik. Gələcəyə qayıtmaq!- antik Yunan demokratları ilə.

 Tərcümə edən: Ramilə Heydərova
Mənbə: 

Yorumlar