Oxucu analizi: "Kolleksiyaçı" - Con Faulz


“Kolleksiyaçı” Con Faulz tərəfindən 1963-cü ildə çap olunub. Bu roman Faulzun ilk çap olunan əsəri olsa, ilk yazdığı kitab deyil. Belə ki, yazıçı bundan əvvəl “Sehrbaz” əsərini çap edə bilsə də, daha sonralar çap etməməyinin səbəbini belə izah edib: “...Mən o əsəri birinci çap etdirsəydim, o kitab uğursuz olacaqdı və məni elə də çox tanımayacaqdılar...” Bir baxıma onun oxucu kütləsi elə də çox deyil və ilk kitabını “Sehrbaz” olaraq çap etdirsəydi necə olardı?” fikrinin doğru və ya yanlışlığı ayrı məsələdir. Con Faulz üçüncü kitabı “Sehrbaz” kitabını çap etdirdiyi 1965-ci ildə roman əsasında rejisor Uilyam Uaylerin eyni adlı filmi çəkilir. “Ən yaxşı qadın rolu”, “ən yaxşı ssenari adaptasiyası”, “ən yaxşı resissura” nominasiyalarında Oskar mükafatına namizəd olunub. Film bütün əldə etdiyi mükafatlara, hətta daha artığına layiqdir. Eləcə də “Kolleksiyaçı” (The Collector) romanı da oxunmağa layiq kitabdır.

Bu kitab xüsusən də romantika sevənlərə xoş gələr, amma mən sevgi əhvalatları sevməsəm də bu kitab mənə də maraqlı oldu. Yəni, Con Faulzun yazdığı bu əsər çox universaldır. Filminin sloqanı elə əsər ilə tanış olmayana çox az da olsa süjeti açır və artıq roman ilə tanış olan məndə və mənim simamda təbəssüm yaradır: “Demək olar ki, sevgi hekayəsi.” Bu film və kitaba tam olaraq sevgi hekayəsi də demək olmaz. Bir az qorxu triller, daha çox dram janrında bir filmdir.
Baş obrazın pis hərəkətlərinə, şəxsiyyət olaraq yaxşı xasiyyətlərə malik olmamasına baxmayaraq, yazıçı onu kitabda elə çatdırıb ki baş obraza nifrət edə bilmirsən, hətta onu anlayır və empatiya qurursan. Baş obraza ölüm yox onun dəyişməsini istəyirsən, dəyişə biləcəyinə inanırsan, bəlkə də elə haqq qazandırırsan. Dəqiq anlamırsan öz hisslərini...
Əsərin qısaca izah etsəm (oxucu üçün bu və sonuncu abzas spoilerli ola bilər) deyərdim ki, çoxlu pulu və boş vaxtı çox olan (at yarışlarından çoxlu pul qazanır və bu ona həm işdən çıxmağa, həm ailəsini xaricə göndərməyə, həm də insanlardan uzaq bir yerdə ev almağa bəs edir). gənc baş obrazımız Frederik Kleqqin, Miranda Qreydən xoşu gəlməsindən, amma onunla tanış olmağa ürək etmədiyi üçün ağlına onu qaçırtmaq və onu sevənə qədər buraxmamaq fikri gəlir. Əsərin mümkün qədər maraqlı olması üçün onun haqda çox oxumamağı məsləhət görürəm. Hətta ilk öncə kitabı oxuyub sonra filminə baxmağı məsləhət görərəm.
Bütün kitab adamı gərginlikdə saxlayır və adam müxtəlif qarışıq bəzən özü belə anlamadığı hisslər keçirir. Sonuncu dəfə belə qarışıq hissləri Sartrın “Divar” kiçikhəcmli əsərlər toplusundakı elə ilk novellası olan “Divar” novellasında hiss etmişdim. “Divar” kitabı çox ağır gedir (maraqsız olduğu üçün yox yazıçının sözləri cümlələri elə qurub ki, ümumi əsər oxuduqca ağrı, ölüm, qorxu hiss edirsən) və onu oxuya bilmirdimsə (ölümünə 24 saat qalan və sadəcə onu gözləyib başqa heç bir işlə məşğul olmayan insandan bəhs edir və çox ağır gəldi bu kitab mənə), Faulzun kitabında əksinə kitab çox tez gedirdi və qalan işimi atıb elə yorulmadan hey onu oxuyurdum.
Spoilerli hissə: Kitabı oxuduqca personajlar kələm qabığına bənzər şəkildə açılır və gah bir personaja gah da o birinə epatiyan yaranır, gah birinə nifrət edir, ölüm arzulayırsan, gah o birinə. Kitabın sonunda isə bilmirsən qadının ölməyinə pis olasan, yoxsa yox elə o ölməyə layiq idi. Bunu hər adam oxuyub bunu özü üçün ayrılıqda müəyyən edəcək. Yazıçı kitaba elə bir ad fikirləşib ki, bütün kitabı oxuyub qurtardıqdan sonra kitabın adına bir də baxdıqda tüklərin biz biz olur. Baş obrazımız Frederik Kleqqin kəpənək kolleksiyaçısından insan kolleksiyaçısına çevrildiyini görürsən...



Rövşən Nəzərov 

Yorumlar