Oxucu analizi: "Snowmen" - Jo Nesbo


Jo Nesbonun “Snowmen” əsərini bitirdim. Yaxşı təsvir etmə bacarığı var. İntriqa yaratmağı yaxşı bacarır. Təsvirləri maraqlıdır və oxucunu darıxdırmır, yazıçının stili xoşuma gəldi. Aqata Kristidən daha çox xoşuma gəldi (bəlkə də, Kristidə tərcümə pis idi) Kitab boyu obrazlar açılırlar və obrazlar monoton deyillər hər birinin öz xasiyyəti var. Yazıçının özünün də psixologiya anlayışı yaxşıdır. Yəni, kitabda bəzi psixoloji məsələlərlə personajların əsl istəklərini tapmaq olar. Sözsüz, ki, bütün bunlar kitabı maraqlı edir amma kitabın mənfi cəhətləri də az deyil. Klişelər çox işlədir (bəzən çox bilinən klişelər). Ssenaridə deşiklər gördüm. Kitab boyu 3 nəfərdən qatil kimi şübhələndim və çox əfsus ki onlardan biri qatil çıxdı və qatil özü də böyük bir klişe idi. Kitabı oxuduqca düşündüm: Harry Hole (detektivimiz) ağıllıdır yoxsa ətrafdakılar axmaq. Xüsusən də Skarrenin necə polis ola bildiyi mənə çox maraqlıdır. Hole
özü də elə də ağıllı deyil amma onu möhtəşəm edən də elə budur. Katrina Braqq obrazı özü də klişedir. Kitabda müəyyən yerdə bir müddət maraqsızlaşma oldu amma sonra düzəldi. Bir də süjet çox zəif gəldi mənə. Klişelərlə dolu sadə Hollivud filminə bənzəyirdi. Süjet zəif olsa da çatdırılma yaxşı idi. Əgər mənim kimi amerikalıların çəkdiyi detektivlərə çox baxmamısınızsa, maraqlı gələcək. (P. S. kiçik bir narazıçılığım da var ki, erotik səhnələr həddən artıq çoxdur) Buna baxmayaraq obrazlar yaxşı çatdırılıb və oxuduğuma peşman deyiləm.
  Film barədə isə nə deyəcəyimi bilmirəm. Baxmayaraq ki, filmdə Michael Fassbender, Toby Edward Jones, J. K. Simmons, Val Edward Kilmer, və başqa oyunculuq bacarıqlarının yaxşı olan və sevdiyim aktyorlarımın oynayır, baxmayaraq ki, büdcə 35 milyon dollar təşkil edir, baxmayaqraq ki, filmi Universal Pictures çəkir, bu filmi onlar belə qurtarmadı. Kitabının təriflənməli cəhərləri var idisə filmdə bunları belə tapa bilmədim. Aktyorlar belə bu filmdə yaxşı oynamırdılar, elə bil bütün aktyorları pulsuz səhnələri bir dubla çəkmək üçün yığmışdılar. Katrina Bratt obrazına diqqət yetirməyə çalışsalar da, o da süni görünürdü. Mən filmdə speç-effektlərə çox fikir verən olmasam da, bu filmdə o qədər pisdir ki, istər istəməz gözə girir və bu məni belə filmdən iyrəndirən səbəblərdən biri oldu. Düzdü razıyam kitabda çox hadisələr baş vermişdi və 2 saatlıq ekran vaxtlında onu çatdırmaq mümkünsüz olardı və serial formatı olsaydı daha maraqlı alınardı, (hətta Jo Nesbonun “Harry Hole seriyası”-ndakı hər kitabı bir serial sezonu şəklinə gətirsəydilər izləmək maraqlı olardı) amma hər halda 2 saatlıq ekran vaxtına görə də kitabın ssenariyə çevrilməsi çox əyri aparıldı, kitabı maraqlı edən o incəliklər hamısı itirilmişdi. Ssenari də zəif idi. Düzdür, əsas süjet xətti qalmışdı, amma çoxlu dəyişdirilmələr intriqanı sıfır eləmişdi. Film daha vizualdır deyə adətən daha maraqlı olmalıdır deyə düşünürəm amma bu film çox maraqsız alınıb. Şübhəsiz ki, kitabı filmindən daha maraqlı alınıb. 

Rövşən Nəzərov



Yorumlar