Oxucu analizi: "Bəyaz zanbaqlar ölkəsində" - Qriqoriy Petrov


Qriqoriy Petrovun "Ağ zanbaqlar ölkəsi" (Финляндия, страна белых лилий). Finlandiyanın tarixi haqda maraqlı yazılmış (sadəcə son başlığı bir az uzadılmış gəldi) kiçik həcmli, buna baxmayaraq oxumağa dəyər bir kitabdır. Kitabın üzərində Türkiyədə Qurandan sonra ən çox satılan kitab yazılıb və bu heç təəccüblü deyil. Kitabdan bir sitat gətirirəm: "Allahsızlıq ürəyin şikəstliyi ruhun xəstəliyidir. Allahsızlıq xalqın varlığına özünə yer tapmış bütün müqəddəsliklərin ölümüdür və elə bunun nəticəsində, biz indi heyvan-insanlar, mənəviyyatsızlıq, əxlaqsızlıq, kobud təkəbbür, talançılıq, sırtıqlıq səviyyəsinə çatmış pozğunluqla üz üzəyik." Yohan Vilhelm Snelman. Snelmanın həyatını və kitabda yazılanları oxuduqca onun necə güclü motivator olduğuna heyran olursan, amma "filosof"-un bu fikri olmağından çox onun öz fikrini tənqid yox təhqirlə çatdırmasını

onun kimi yüksək tutulan şəxsiyyətə yaraşdırmadım, amma hamının səhvi olur deyə bunu da bağışlamaq olar. Kitab boyu verilən məsləhətlər, göstərilən misallar, motivator çıxışlar, çox maraqlı şəkildə çatdırılan tarixi hadisələr və sadə olsa da çoxluğun anlamadığı fəlsəfi fikirlər çatdıran bir kitabdır. Hətta belə bir tərzdə AXC tarixi və Rəsulzadə kitabla qarşılaşmadığıma görə məyus oldum (əgər varsa, kommentdə qeyd edin zəhmət olmasa). Kitabda ailələrə və böyüklərə verən hissələrini çox sevdim. Məsələn, valideynin övladına nə etməli olduğunu deməkdənsə nə etməli olduğunu özündə nümunə kimi göstərməsi məsləhətini sevdim. Kitabda bu kimi mənə maraqlı gələn başqa sitatlar da var: "Məktəb bizim başlıca sərvətimizdir", "Ağayana paltar, nişastalı yaxalıq və başa qoyulan son dəbli şlyapa ziyalılıq deyil. Ziyalılıq xalqın ağlını, iradəsini, enerjisini və vicdanını oyatmaq və ayıltmaqdır." və s. "İstənilən xalqın hakimiyyəti və hakimi özünə layiqdir" fikrini səsləndirib sonra bu fikir üzərinə kitab boyu dəfələrlə qayıdaraq gah onu təstiq gah da təkzib etməsini izləmək xüsusi ilə maraqlı gəldi. Çox uzun diskussiyaya səbəb ola biləcək potensiala malik bir kitabdır. Bir də tərcüməçi barədə kiçik bir fikir bildirmək istərdim. Artıq Araz Gündüzün tərcümə etdiyi və tərcüməçisinə fikir verdiyim 3-cü kitabını oxuyurdum. Bundan əvvəl Siqmund Freyd "Psixoanalizlə ilkin tanışlıq" və Stiven Hoking "Zamanın qısa tarixi" kitablarını oxumuşdum və tərcüməsini heç bəyənməmişəm hər iki kitabında da...




Rövşən Nəzərov

Yorumlar