Müasir insan üçün azadlıq nə mənaya gəlir, ondan niyə və necə qaçmağa çalışır - Ramilə Heydərova

Əsl mövzumuz azadlığın müasir insan üçün nə mənaya gəldiyi, ondan niyə və necə qaçmağa çalışdığı sualına keçməzdən əvvəl, həqiqətən bir mənada qoparılmış kimi görünən anlayışı müzakirə etməliyik. Qopmuş görülməsinin əksinə, müasir cəmiyyətdə azadlığın həll olunması aydın ola bilməsi üçün idarə etmək vəziyyətində olduğumuz bir düşüncədir. Anlayış deyərkən, azadlığın insanın var olmasının
təyin edici xüsusiyyətlərini meydana gətirdiyi, üstəlik, azadlığın mənasının insanın özünü müstəqil və ayrı bir varlıq olaraq görməsi və təsbit çərçivəsində dəyişdiyi tezisindən danışıram.
İnsanın cəmiyyət tarixi, onun təbii dünya ilə bir bütün olmaq vəziyyətindən çıxıb, özünün ətrafdakı təbii və insanlardan ayrı bir varlıq olduğunun fərqinə vardığı vəziyyətə çatması ilə başladı. Ancaq bu fərqindəlik, tarixən uzun illər boyunca çox qeyri-müəyyən qalmışdır. Fərd, təbiətə və içindən çıxdığı ictimai dünyaya çox sıx bağlarla bağlı olmağı davam etdirmişdir. Müvəqqəti varlıq olaraq qismən özünün fərqində olarkən, eyni zamanda ətrafındakı dünyanın da bir parçası olduğu duyğusunu yaşamışdır. Fərdin başlanğıcdakı bağlarından qoparaq inkişaf etməsi prosesi, “fərdiləşmə” deyə biləcəyimiz bu proses, müasir tarixdə Reform Çağı ilə hazırda olduğumuz dövr arasındakı yüz illərdə kulminasiya nöqtəsinə çatmış kimi görünməkdədir. Bir fərdin həyat tarixində də eyni proses görünür. Uşaq, artıq anası ilə birlikdə bir tək olmadığı anda doğulur və anadan ayrı bir bioloji varlıq halına gəlir. Bu bioloji ayrılma, fərdi insan varlığının başlanğıcıdır amma, yenə də uşaq funksional olaraq uzun bir zaman anası ilə birlikdə tək bir varlıq olaraq qalır.
Fərd, özünü xarici dünya ilə bağlayan simvolik göbək bağından nə ölçüdə qurtulmuşsa, o ölçüdə azaddır ya da qurtulmadığı ölçüdə azadlıqdan məhrumdur. Amma bu bağlar ona təhlükəsizlik duyğusu, aid olmaq, köklərinin bir yerə bağlı olduğu duyğusunu verir. Fərdiləşmə prosesinin fərdin tamamilə ortaya çıxması nəticəsini doğuran bu prosesdən əvvəl var olan bütün bağlara “ilk bağlar” adını vermək istəyirəm. Bunlar, normal insan inkişafının bir parçası olması mənasında təbii bağlardır, fərdiliyin yoxluğunu bildirirlər amma eyni zamanda fərdə təhlükəsizlik və mühit şəraitinə uyğunlaşmaq imkanı verirlər. Uşağı anasına, ibtidai cəmiyyət üzvünə və təbiətə ya da orta dövr insanının kilsəyə və sosial kastına bağlayan bağlardır. Tamamilə fərdiləşmə mərhələsinə çatıb da fərd bu ilk bağlardan qurtulduğunda yeni bir vəzifə ilə qarşı-qarşıya durur: özünü dünyasının şərtlərinə uyğunlaşdırmaq, dünyada kök salmaq və fərdilik- əvvəlki var olmasındakılardan fərqli yollardan təhlükəsizlik tapmaq vəzifələridir bunlar. Demək ki, azadlıq bu təkamül mərhələsinə çatdıqdan əvvəlki azadlıqdan fərqli bir məna daşıyır. İndi burada dayanmaq və bu anlayışları ferdi və ictimai inkişafla olan əlaqələri içimdə daha konkret bir şəkildə müzakirə edərək aydınlaşdırmaq lazımdır.
İnsanın, döl daxili həyatdan insani varlığa keçidi şəklindəki ani dəyişiklik və göbək bağının kəsilməsi, körpənin ananın bədənindən müstəqil hala gəlməsinin başlanğıcıdır. Ancaq bu müstəqillik yalnız iki bədənin bir-birindən ayrılması şəkilindəki kobud mənada həqiqi müstəqillikdir. Funksional mənada körpə, ananın bir parçası olmağı davam etdirir. Ana tərəfindən qidalandırılır, daşınır, baxılır, hər həyati mənada anaya bağlıdır. Yavaş yavaş uşaq anasına və digər obyektlərə özündən ayrı varlıqlar gözü ilə baxmağa başlayır. Bu müddətdəki elementlərdən biri sinir sistemidir (nevroloji) və uşağın ümumi fiziki inkişafı, obyektləri əli və zehni ilə qavrama və onları istifadə bacarığı prosesin inkişafında rol oynayır. Körpə, öz fəaliyyəti ilə özündən kənar bir dünyanı yaşayar. Fərdiləşmə prosesi, təhsillə sürətləndirirlir. Bu proses, ananın rolunu, uşağın istəkləriylə ziddiyyət təşkil edən fərqli məqsədlərə sahib bir şəxs roluna və çox zaman düşməncə və təhlükəli bir şəxs roluna çevirən bir sıra basqı və qadağaları tələb edir. (1) Təhsil prosesi cəhdinin dayandırılması, ana atadan əks olunan düşmənçilik, qısacası- uşaqda gücsüzlük duyğusu ilə ondan qaynaqlanan düşmənçilik duyğusunu yaradan basqı havasıdır.
Burada tam mənası ilə motivasiya çətinliyinin düşmənçilik yaratmayacağını qeyd etmək lazımdır. Düşmənçilik yaradan, çılğınlığın əngəllənməsi, uşağın özünü ortaya qoymaq- əlbətdə ki, hamısı deyil- bir parçası olan bu ziddiyyət, “mən” ilə “sən” arasındakı fərqi kəskinləşdirən əhəmiyyətli faktordur.
Uşağın bir başqasını tanıması və gülümsəyərək reaksiya göstərə bilməsi üçün doğumdan sonra bir neçə ay keçir, uşağın özünü kainatla qarışdırmamasını öyrənməsi üçün bir neçə il lazımdır. (2) Uşaq o ana qədər, uşaqlara xas qəribə bir mən mərkəzçilik- başqalarını hələ dəqiq olaraq heqiqətən özündən ayrı varlıqlar olaraq qəbul edilməməsi səbəbi ilə başqalarına qarşı mehribanlıq və diqqəti də daşıyan mən mərkəzçilik göstərər. Yenə eyni səbəblə, bu ilk illərdə uşağın səlahiyyətli verməyi də, daha sonrakı illərdə səlahiyyət verməkdən fərqli məna daşıyır. Ana ata ya da səlahiyyət sahibi şəxslər hələ köklü bir formada ayrı varlıqlar olarq görülə bilmir, uşağın kainatının bir parçasıdırlar, bu kainat isə hələ uşağın bir parçasıdır. Dolayısı ilə onlaratabe olmağa, iki fərdin həqiqətən ayrı hala gəlməsindən sonrakı tabe olma növündən fərqli xüsusiyyətdədir.
On yaşındakı bir uşağın qəflətən öz fərdiliyinin fərqinə varması, R. Hughes tərəfindən A High Windin Jamaica (Yamayka Küləyi) adlı əsərdə gözəl şəkildə təsvir edilir: Deməli xeyli əhəmiyyətli bir hadisə yaşadı Emily. Qəflətən kim olduğunu anladı. Bu hadisənin beş il əvvəl olmuş olması ya da hətda beş il sonra olmaması üçün ya da xüsusilə o gün günorta sonrasında yaşanması üçün ən kiçik bir səbəb yox idi. Üzərinə qapı toxmağı olaraq böyük bir qarmaq asdığı vinçlər arasındakı gizli küncdə, kəndirlərin arasında evciy-evciy oynayırdı. Sonra oyundan bezdi, eləsinə gəzməyə başladı, arılarla pərilər kraliçasını düşünürdü qeyri-müəyyən, tam o anda özünün Emily olduğu fikiri yarandı beynində. Donub qaldı, Emily deyilən şəxsin görə bildiyi hər yanına baxmağa başladı. Paltarının görmə sahəsinə girən hissəsilə incələmək üçün qaldırdığında görə bildiyi əllərdən kənar çox da bir şey görə bilmirdi. Amma özü olduğunu qavradığı kiçik bədəni ilə əlaqəli aşağı yuxarı bir fikir formalaşmasına bes edirdi bu qədəri.
Sevinc içində deyil, istehsaz ilə gülməyə başladı. Heyrətlənərək düşündü. “Deməli mənim də başıma gələcəkmiş bu! Belə cəld yaxalanacaqmışam demək! Artıq qurtuluş yoxdur, hələ bir müddət belə qalacaqsan Emily. Bu çılğın oyundan çıxana qədər uşaqlığı, böyüməyi və yaşlanmağı əvvəldən axıra yaşayacaqsan.”
Bu son dərəcə əhəmiyyətli hadisəni yaşamasına mane olacaq hər hansı bir səbəbdən qaçarcasına dirəyin təpəsindəki gözdə oturmağa çatmaq üçün ip nərdivana dırmaşmağa başladı. Lakin, bu bəsit hərəkət zamanı qolunun ya da ayağının hər tərpənişində, bu üzvlərin ona son dərəcə könüllü şəkildə tabe olmasına yenidən təəcüblənirdi. Yaddaşı ona bunların hər zaman belə davranmış olduğunu deyirdi əlbətdə. Amma bu faktın nə qədər təəcüblü olduğunu daha əvvəl heç qavramamışdı. Oturduqdan sonra əllərini örtən dərini böyük bir diqqətlə incələməyə başladı, çünki bu onun dərisi idi. Paltarının qolunu yığaraq çiyinlərindən birini çölə çıxardı, paltarının altında hamısını tapdığından əmin olmaq üçün içəriyə bir göz saldıqdan sonra, çiynini yanağına toxundurdu. Üzü ilə çiyninin ilıq çılpağ toxunuşu sanki mehriban bir dostun oxşaması kimi ona xoş bir həyacan verirdi. Amma bu duyğunun yanağındanmı yoxsa çiynindənmi qaynaqlandığını hansının oxşayan hansının oxşanan olduğunu ayırd edə bilməsi mümkünsüz idi.
Bu təəcübləndirici fakta, yəni indi artıq Emily Bas-Thornton olduğuna (“indi” sözünü buraya niyə əlavə edildiyini bilmirdi, çünki daha əvvəl hər hansı bir başqası olduğu, başqasının bədənində olması istiqamətində axmaq bir düşüncəsi yox idi şübhəsiz) yaxşıca inandıqdan sonrabunun nələr gətirəcəyini ciddi ciddi düşünməyə başladı. Bir uşaq nə qədər böyüsədə ilk bağları nə ölçüdə qoparsa, azadlıq və müstəqillik axtarışı bir o qədər inkişaf edər. Ancaq bu axtarışın çatacağı nöqtəni tam olaraq anlamq üçün, bu inkişaf edən fərdiləşmə prosesindəki dialektik xüsusiyyəti qavramağımız lazımdır. Bu prosesin iki istiqaməti vardır. Bunlardan biri, uşağın fiziki, hərəki və zehni sahələrdə gedərək daha da güclü hala gəlməsidir. Bu sahələrin hər birində sıxlıq və fəaliyyət artar. Eyni zamanda bu sahələr, gedərək bir-birləri ilə inteqrasiya olunmuş hala gəlirlər. Fərdin iradəsinin və məntiqinin idarə etdiyi təşkilatlanmış bir quruluş inkişaf edir. Bu təşkilatlanmış və bütünləşmiş şəxsiyyət toplusuna mənlik deyəcək olsaq, inkişaf edən fərdiləşmə prosesinin bir istiqamətinin, mənlik gücünün inkişafı olduğunu da deyə bilərik. Fərdiləşmənin və mənliyin inkişafının sərhədləri, qismən fərdi şərtlər tərəfindən, amma daha çox sosial şərtlər tərəfindən müəyyən edilir. Çünki, fərdiləşmə və mənliyin inkişafı mövzusunda fərdlər arasındakı fərqin böyük görünməsinə qarşı, hər cəmiyyətin müəyyən edici xüsusiyyətini yaradan bəlli bir fərdiləşmə səviyyəsi vardır və normal fərdlər bundan kənara çıxmazlar.
Fərdiləşmə prosesinin digər tərəfi, gedərək artan təklidir. İlk bağlar, şəxsdən kənardakı dünya ilə təməl birliyini və güvən duyğusunu verir. Uşaq bu dünyadan nə qədər sıyrılıb çıxarsa, o qədər tək olduğunun və başqalarından ayrı bir varlıq olduğunun fərqində olur. Şəxsin öz fərdi var olması ilə müqayisə olumduqda son dərəcə güclü, məğlub olmaz, çox zaman qorxuducu və təhlükəli olan bu dünyadan ayrı olma şüuru, gücsüzlük və qayğı duyğusunu yaradır. Şəxs o dünyanın ayrılmaz bir parçası, fərdi ehtimalların və məsuliyətlərin fərqində olmayan bir parçası olduğu mərhələdə, ondan qorxması lazım deyildi. Amma fərd halına gəldikdə, tək başına qalmışdır və dünyanı bütün təhlükəli və özünü idarə edən tərəfləri ilə qarşısında görməkdədir.
Şəxsin fərdiliyindən imtina etməsi, özünü tamamilə dünyaya bağlayaraq təklik və gücsüzlük duyğusuna qalib gəlməsi istiqamətində impulslar meydana gəlir. Ancaq bu impulslar bunlardan qaynaqlanan yeni bağlar, inkişaf prosesi zamanı qoparılmış olan ilk bağlara bənzəyir. Bir uşaq əsla anasının bətnində fiziki olaraq geri qayıda bilməyəcəyi kimi, fərdiləşmə prosesini də ruhi olaraq tərsinə çevirə bilməz. Bunu reallaşdırmaq cəhdi qaçınılmaz olaraq tabe olmaq xüsusiyyəti inkişaf etdirir və belə bir vəziyyətdə, səlahiyyətli ilə ona tabe olan uşaq arasındakı təməl ziddiyyət heç bir zaman həll oluna bilməz. Uşaq şüurunda özünü güvənli və xoşbəxt hiss edə bilər, amma şüuraltında bu duyğuların qarşılığında ödədiyi əvəzin, gücündən və öz mənliyinin tamlığından imtina etməli olduğunu qavrayır. Ona görə də, tabe olmağın nəticəsi, hədəflənənin tam tərsi reallaşır. Bu istək uşağın bağlı olmuş olduğu ya da bağlı hala gəldiyi şəxslərin özlərinə qarşı istiqamət yönəltdiyindən bütünlüklə təhlükəlidir.
Amma tabe olmaq təklik və qayğılardan çəkinmənin tək yolu deyildir. Bunun digər yolu və yaradıcı olanı, həll edilməz bir ziddiyyətlə sonlanmayacaq olanı, insanlarla və təbiətlə yaradılan özündən əlaqədir. Fərdin fərdiliyini yox etmədən onunla dünya arasında bağ quran bir əlaqədir. Ən aydın izahı sevgi və yaradıcı iş olan növdən bir əlaqənin kökləri, şəxsin bütün gücündə və tamlığında olmaqdadır və məhz bu səbəbdən də mənliyin inkişafı üçün var olan sərhədlərə uyğunlaşmaq məcburiyətindədir.
İnkişaf edən fərdiləşmənin gözlənilən iki nəticəsi olaraq tabe olmaq və özündən fəaliyyət problemləri, daha sonra ətraflı olaraq müzakirə olunacaqdır. Burada yalnızca ümumi qanuna, fərdiləşmənin inkişafına və fərdin azadlığının inkişafının nəticəsi olan dialektik prosesə işarə etmək istəyirəm.




Uşaq inkişaf etmək və özünün fərdi mənliyini o mənliyi sərhədləməkdə olan köhnə bağlardan qurtulmuş şəkli ilə dilə gətirmək məqsədilə daha azad hala gəlir. Amma uşaq eyni zamnada, ona güvən və dayaq olmuş olan bir dünyadan daha çox qopar. Fərdiləşmə prosesi, gücün artması ilə öz fərdi şəxsiyyətinin bütünlüyünü inkişaf etdirməsi lazımdır amma bu eyni zamanda başlanğıcdakı başqaları ilə bir olmaq vəziyyətinin gətirdiyi və uşağın omlardan gedərək daha da qopması halına gəldiyi bir prosesdir. Bu artan qopma, tərk edilmiş xüsusiyyəti daşıyan və yorğun bir qayğı və güvənsizlik duyğusu yaradan konkretləşmə ilə də nəticələnə bilər. Əgər uşaq dünya ilə yeni və fərqli bir bağ qurmaq faktının gərəkləri olan daxili gücü və yaradıcılığı inkişaf etdirmə bacarığını göstərmişdirsə, başqaları ilə yeni bir yaxınlıq və həmrəylik xüsusiyyəti göstərən bir statusda tapa bilər özünü.
Əgər ayrılmaq, qopmaq və fərdiləşmə istiqamətində atılan hər addım, bunların qarşılığı olan mənliyin inkişafı mərhələləri ilə uyğun ola bilsəydi uşağın inkişafı çox uyğun olardı.  Amma bu çox da ola bilməz. Fərdiləşmə prosesi avtomatik olaraq reallaşarkən, mənliyin inkişafı, bir çox fərdi və sosial səbəblərdən asılı olaraq büdrəyir. Bu iki geiş arasındakı boşluq, dözülməz bir konkretləşmə və gücsüzlük duyğusu yaradır və bu da daha sonra qaçış mexanizmaları deyə adlandırdığımız ruhi funksiyaların yaranmasına səbəb olur.
İnsanın tarixi, nəsil inkişafı baxımından da bir fərdiləşmənin və azadlığın inkişafı prosesi olaraq tanıdıla bilər, insanoğlu insandan əvvəlki kainatdan çıxmaq yolundakı ilk addımları, zorakılıq instiklərindən azad olmaq, onlardan qurtulmaq istiqamətində artar. Əgər instikti qalıcı olaraq alınmış sinir sistemi ilə təyin edilən spesifik bir bədii qəlib olaraq düşünsək, heyvanlar aləmində də qəti cizgilərlə bu meyl müşahidə oluna bilər. (3) Bir heyvan, inkişaf pillələrinin nəqədər altındadırsa, təbiətə uyğunlaşması, instiktiv və qeyri-iradi hərəkət mexanizmalarının təcrübə etdiyi hərəkətləri də o qədər çoxdur. Bəzi böcək sosial birlikləri tamamilə instiklərlə yaradılmışdır. Digər tərəfdə bir heyvan inkişaf pillələrinin nə qədər yuxarısındadırsa, doğumdakı hərəkət qəlibləri o qədər çevik, struktura uyğunlaşma tamlığı isə bir o qədər azdır. Bu inkişaf insanda kuliminasiyaya çatır. İnsanoğlu doğumunda heyvanların ən çarəsizidir. Onun təbiətə uyğunlaşması, təməl instiklər təyin etmir, öyrənmə prosesinə bağlıdır, “instikt... yüksək heyvan növlərində, xüsusilə də insanda yox olmaqda olmasa da azalmaqda olan bir kateqoriyadı.” (4)
İnsanın var olması, instiktlərlə hərəkət etmək düşkünlüyünün tapılmama ölçüsü bəlli bir nöqtəni aşdıqda, təbiətə uyğunlaşmaq artıq zorakı xüsusiyyətini itirdikdə və davranış formaları artıq qalıcı olarq var olan mexanizmalar tərəfindən dəyişdirilməz hala gəldikdə başlayır. Başqa cür ifadə etsək, insanın var olması və azadlığı hələ əvvəldən ayrılmaz iki elementdir.
Burada azadlıq, “bir şey etmək” şəklindəki müsbət mənada deyil, “bir şeyi etməmək”, yəni hərəkətlərin inistiktik meyllər nəticəsində reallaşmaması mənasında azadlıqdır.
Yuxarıda müzakirə olunan azadlıq, iki mənalı, qeyri-müəyyən bir qabiliyyətdir, insanoğlu heyvanların sahib olduğu müvafiq fəaliyyətdə olma təchizatıyla doğulmamışdır, (5) ana atasına hər heyvandan daha uzun müddət bağlı qalır, ətrafına olan reaksiyaları, avtomatik olaraq təşkil olunan instiktiv fəaliyyətlərdən daha yavaş və daha az təsirlidir. Bu instiktiv təşkilin yoxluğunun gətirəcəyi hər təhlükə və qorxunu yaşayar. Digər tərəfdən insanoğlunun bu çarəsizliyi, insan inkişafının qaynaqlandığı təməli yaradır. İnsanın bioloji olaraq zəifliyi, insan mədəniyyətinin şərtidir.
İnsanoğlu, varoluşunun əvvəlindən başlayaraq fərqli fəaliyyət yolları arasında seçim etmək vəziyyəti ilə qarşı qarşıya dayanmışdır heyvanda, məsələn aclıq kimi bir siqnalla başlayıb az çox qəti olaraq  təyin edilmiş fəaliyyət yoluyla sona çatan kəsilməz bir reaksiyalar zinciri vardır, insanda bu zincir kəsilməyə uğrayır. Siqnal vardır, amma nə şəkildə doyuma çatacağı sualı cavab gözləməkdədir, yəni insan fərqli fəaliyyət yollarından birini seçmək vəziyyətindədir, insan əvvəlcədən müəyyən edilmiş instiktiv bir fəaliyyət reallaşdırmaq əvəzinə, zehnində  mümkün fəaliyyət formalarını ölçmək məcburiyyətindədir. Beləcə düşünməyə başlayır. Təbiət qarşısındakı rolunu dəyişdirir, tamamilə passiv siqnaldan, aktiv siqnala keçir: yaratmağa başlayır. Alətlər ixtira edir, bu şəkildə təbiətə hakim olarkən özünü ondan gedərək daha çox ayırır. Özünün daha doğrusu öz küməsinin təbiətlə eyni olmadığının qeyri-müəyyən fərqinə varır. Birdən taleyinin çox tragik olduğunu qavrayır: həm təbiətin bir parçası olaraq qalacaq həm də onu aşacaqdır. Növbə növ arzular içində bunu unutmağa çalışsa belə, əvvəl axır ölümlə qarşılaşacağının fərqinə varır.
Müqəddəs Kitabda insanın cənnətdən qovulması hekayəsi, insanla azadlıq arasındakı təməl əlaqənin çox təsirli təsvirlərdən birini təşkil edir. Hekayə, insan tarixinin başlanğıcını bir seçim etməklə əlaqələndirir, amma bu ilk azadlıq hərəkətinin günah etmək olduğunu və bunun nəticəsində çəkilən ağrı ön plana çıxarılmaqdadır. Kişi ilə qadın, cənnətdə təbiətlə və bir-birləri ilə tam bir harmoniya içində yaşamaqdadırlar. Rahatlıq içindədirlər, işləmək məcburiyyəti yoxdur, azadlıq da, düşünmək də yoxdur, insanın “yaxşılıq və pislik bilgisi ağacı”nın meyvəsini yeməsi qadağan edilmişdir. Tanrı əmrinə qarşı bir hərəkət edər, onu aşmadan parçası olduğu təbiətlə olan harmoniyasını pozur. Hakimiyyəti təmsil edən kilsə baxımından bu əslində günahdır. Amma insan baxımından bu insanoğlunun azadlığının başlanğıcıdır.
Tanrının əmirlərinə qarşı hərəkət etmək, özünü basqıdan qurtarmaq, insandan əvvəlki həyatın şüursuz var olmasından sıyrılıb insan səviyyəsinə çıxmaqdır. Hakimiyyətin buyruğuna qarşı hərəkət etmək, bir günah işləmək, insan baxımından müsbət tərəfi ilə ilk azadlıq hərəkəti, yəni ilk insani hərəkətdir. Hekayədə günah, bilgi ağacından meyvə yemək şəklində təsvir olunmaqdadır. Bir azadlıq hərəkəti olaraq qarşı gəlmə isə millətin başlanğıcıdır. Hekayədə, ilk azadlıq hərəkətinin digər nəticələrindən də bəhs edilir, insanla təbiət arasında başlanğıcda  var olan harmoniya pozulmuşdur. Tanrı qadınla kişi arasında və təbiətlə də insan arasında müharibə elan etmişdir, insan təbiətdən ayrılmış, bir “fərd” halına gəlməklə insan olmaq yolunda ilk addım atmışdır, insan ilk azadlıq hərəkətini reallaşdırmışdır (bu günahı etmişdir). Hekayədə, bu hərəkətin nəticəsi olan ağrı vurğulanmaqdadır. Təbiəti aşmaq, təbiətdən və bir başqa insandan yadlaşmaq, insanı çılpaq, utanclı hala gətirmişdir. Tək və azad, amma gücsüz və qorxuludur. Yəni qazanılmış azadlıq* bir lənət olaraq görünür. Şirin cənnət bağlarını açmaq azadlığını əldə etmişdir, amma özünü idarə etmək, özünün fərdiliyini reallaşdırmaq azadlığına sahib deyildir.

Bir şeyi “etməmək” azadlığı, müsbət azadlıqla, “etmək” azadlığı ilə eyni deyildir. İnsanın təbiətdən sıyrılıb çıxması, çox uzun bir zaman tələb etmişdir. Insan böyük ölçüdə, içindən çıxdığı dünyaya bağlı qalır. Təbiətin üzərində yaşadığı torpağın, günəşin, ayın və ulduzların, ağacların, çiçəklərin, heyvanların və də qan bağı ilə bağlı olduğu insanlar küməsinin bir parçası olmağı davam etdirir, ilk dinlər insanın təbiətlə bir olduğu duyğusunun şahidliyini etməkdədir. Canlı təbiətdə də, cansız təbiətdə də onun insan dünyasının parçalandırır ya da belə də deyə bilərik: insan hələdə təbii dünyanın parçasıdır. İlk bağlar insanın əksiksiz insani inkişafına mane olar, millətin və tənqidi qabiliyyətin inkişafı qarşısındakı yolu bağlayarlar. Özünü və başqalarını bir insan olaraq deyil yalnızca özünün və başqalarının bir qəbilə, ictimai ya da dini icmaya qatılmaları çərçivəsində tanımasına səbəb verirlər. Başqa sözlə azad, öz gələcəyini özü təyin edən, yaradıcı bir fərd olaraq inkişaf yoluna qoyurlar. Bu təbiətlə eyniləşmənin bir tərəfidir həqiqətən amma bir başqa tərəfi də vardır.
Təbiətlə, ictimaətlə, dinlə bu eyniləşmə fərdə təhlükəsizlik duyğusu verir, içində qəti şəkildə bir yer olan, inkişafı tamamlanmış bir bütünün içində kök salmışdır, bu bütünə aiddir. Aclıq yaşaya bilər, basqı altında ola bilər, amma ağrıların ən pisi tamamilə təklik və şübhə duyğularını yaşamaz.
İnsanın azadlığının inkişaf prosesinin, fərdin inkişafı prosesində diqqətimizi çəkən dialektik xüsusiyyəti daşıdığını görürük. Bir yanda gücün artması, tamamlanmanın inkişafı, təbiətə hakim olmaq, insan toplumunun gücünün artması və digər insanlarla həmrəyliyin inkişafı prosesidir. Amma digər tərəfdən artmaqda olan fərdiləşmə, abstraksiyanın, güvənsizliyin və dolayısı ilə şəxsin kainatdakı rolu və həyatın mənası movzusundakı şübhələri, bütün bunkarla birlikdə şəxsin öz gücsüzlüyü və bir fərd olaraq  dəyərsizliyi duyğusununun artması mənasına gəlir.
İnsanoğlunun inkişaf prosesi uyğun olsaydı, bəlli bir şablona görə dəyişsə idi, inkişafın hər iki istiqamətdə gücün və fərdiləşmənin inkişafı tamamilə balanslı olacaqdı. Amma insanoğlunun tarixi, ziddiyyətlər, müharibələr və didişmələr tarixidir. Fərdiləşmənin inkişafı istiqamətində atılan hər addım, insanların qarşısına yeni təhlükələr çıxarır. Zədələnmiş olan ilk bağlar, təmir edilə bilməz, cənnəti bir dəfə itirdinmi,insan ora qayıda bilməz. Fərdiləşmiş insanın dünya ilə əlaqəsinin reallaşması üçün ola biləcək tək yol, yaradıcı tək bir yol vardır: onun ilk bağları ilə deyil, azad və müstəqil bir fərd olaraq dünyayla birləşdirən özündən fəaliyyəti reallaşdırmaq, sevmək, çalışmaq və bütün insanlarla fəal bir həmrəylik içində olmaq.
Bununla bərabər, insanın fərdiləşməsi prosesinin bütünlüklə dayandığı iqtisadi, ictimai və siyasi şərtlər, bir az əvvəl danışılan mənadakı fərdiliyin reallaşması üçün lazımlı döşəmə yaratmırsa və eyni zamanda insanlar özlərinə güvən verən o bağları  itirmişdirsə, bu boşluq azadlığı çəkilməz bir yük halına gətirir. Bu halda azadlıq, şübhədən fərqlənmir, həyat mənasız və istiqamətsizdir. Bu növdən bir azadlıqdan qaçmaq və fərdə onu azadlığından məhrum etməsinə rəğmən şübhələrindən, qeyri-müəyyən duyğularından qurtulmaq ümüdü verən bir dünya ilə və insanlarla bu və ya digər şəkildə əlaqə qurmağa ya da tabe olmağa sığınmaq vəziyyətini yaradan güclü meyllər ortaya çıxır.
Avropa və Amerika tarixinin orta dövrlərin sonundan bu günə kimi olan dövr fərdin tam olaraq ortaya çıxmasının tarixidir. Bu İtalyada Renesans dövründə başlayan və hələ ancaq indi məqsədinə çatmış kimi görünən bir prosesdir. Orta dövrlər dünyasını yıxmaq və insanları varlığı ən diqqət çarpan qısıtlamalarından qurtulmaq dörd yüz ildən çox bir zaman çəkmişdir. Ancaq fərd, bir çox sahədə inkişaf edərkən, zehni və duyğusal olaraq da imkişaf etmişdir. İndi əvvəllər ağla gəlməyəcək dərəcədə mədəni yaradıcılığı zənginləşdirir və əlbətdə “etmək azdlığı” ilə “etməmək azadlığı” arasındakı uçurum dahada böyümüşdür. Hər hansı bir bağla bağlı “olmama” azadlığı ilə azadlığın  və fərdiliyin müsbət mənada reallaşdırılması imkanlarının olmaması arasındakı bu uyğunsuzluğun nəticələri, Avropada müdhiş bir qorxu içində azadlıqdan qaçış və yəni bağlara ya da ən azından bütünü ilə əhəmiyyətli hesab etməz bir münasibətə sığınmağa yol açmışdır.
Çağdaş insan üçün azadlığın nə mənaya gəldiyi mövzusundakı müzakirəmiz, orta dövrlərdə və yaxın çağın başlanğıcında Avropadakı mədəni görünüşü açıqlamaqla başlayacağıq. Bu dövrdə qərb cəmiyyətinin iqtisadi dayağı, insanın şəxsiyyət strukturunun eyni ölçüdə köklü bir dəyişikliyi də özündə gətirən böyük dəyişikliklərə məruz qaldı. O dövürdə ən əhəmiyyətli idioloji izahını islahatların yeni dini təlimlərində olan yeni bir azadlıq anlayışı inkişaf etdi. Çağdaş cəmiyyətdə azadlıq anlayışı ələ alınarkən, modern mədəniyyətin təməllərini atdığı dövürlə işə başlamaq lazımdır, çünki çağdaş insanın bu inkişaf mərhələsi çağdaş mədəniyyətin inkişaf mərhələləri boyunca funksiyalıq göstərən o cüt mənalı, qeyri-müəyyən azadlığı tanımamıza, daha sonra heç bir çağda olmadığı qədər açıq bir şəkildə icazə verməkdədir: bir tərəfdən insanın xarici faktorlardan gedərək daha müstəqil hala gəlməsi, digər tərəfdən gedərək artan mücərrədləşmə və bunu nəticəsi olaraq ortaya çıxan fərdi dəyərsizlik və gücsüzlük duyğusu, insanın şəxsiyyət strukturundakı yeni elementləri, onların köklərini araşdırarkən daha dərindən anlaya bilmək, çünki kapitalizmin və fərdiliyin təməl xüsusiyyətlərini tam ortaya çıxması səbəbilə aydınlaşdırmaqla, bunları bizimkindən təməldə çox fərqli bir iqtisadiyat sistemi ilə və fərqli bir şəxsiyyət tipi ilə qarşılaşdırmaq imkanına qovuşduq.
Bu ziddiyyət, çağdaş sosial səviyyənin xüsusiyyətlərinin anlaşılmasında, o cəmiyyətin içində yaşayan insanların şəxsiyyət strukturunu necə formalaşdırdığını və şəxsiyyətdəki bu dəyişikliyin nəticəsi olaraq ortaya çıxan yeni ruhun anlaşılmasında bizə daha bir baxış bucağı qazandırır.
Bundan sonrakı bölüm də, Reformasiya dövrünün çağdaş görünüşə, ilk baxışda umulduğundan daha çox oxşadığını anladacaqdır. Əslində iki dövrün arasındakı açıq fərqliliklər qarşı, bəlkə də on altıncı əsrdən bu tərəfə azadlığın ikili mənası mövzusunda, bizimkinə bu qədər yaxından oxşayan başqa bir dövr yoxdur. Reformasiya, insan azdlığı fikri ilə, çağdaş demokratiyada ortaya qoyulduğu şəkili ilə muxtariyyət köklərindən biridir. Ancaq bu istiqamət xüsusi ilə katolik olmayan ölkələrdə hər zaman vurğulanmaqla birlikdə, digər istiqamət insan təbiətinin pisliyini, fərdin dəyərsizliyi və gücsüzlüyü və də fərdin özündən kənar bir səlahətliyə tabe olmasıgərəyini ön plana çıxaran istiqaməti hər zaman üçün laqeyd yanaşılmışdır. Bu fərdin dəyərsizliyi fikri, onun təməldə öz gücünə inanmaq bacarığından məhrum olması, Hitlerin idiologiyasının da ana movzusudur. Ancaq bu idiologiyada, Protestantlığın təbiətində olan azadlıq və əxlaqi qanunlar önə çıxarılmışdır.
XV və XVI əsrlərin araşdırılmasının, hazırda olduğumuz vəziyyətin anlaşılması üçün xüsusilə məhsuldar bir başlanğıc nöqtəsi olmasının səbəbi, yalnız bu idioloji oxşarlıq deyildir. Sosial vəziyyətdə də böyük bir oxşarlıq vardır. Bu oxşarlığın, idioloji və psixoloji oxşarlığı necə səbəb olduğunu izah etməyə çalışacam. O dövrdə indi olduğu kimi nüfuzun böyük bir çoxluğu, milli yaşam formalarının, iqtisadi və sosial səviyyədəki köklü dəyişikliklərlə pozulacağı qorxusunu yaşayırdı. Xüsusilə də orta təbəqə, bu gün olduğu kimi inhisarçıların gücünün və sərmayənin üstün gücünün təhlükəssi altında idi və bu təhlükə, fərdin təklik və dəyərsizlik duyğularının artırmaqla, ictimai təhdit edilən təbəqənin ruhi vəziyyəti və idiologiyasına böyük dərəcədə təsir edirdi.

(1) Burada inistiktiv məhdudiyətin öz içində düşmənçilik yaratmadığına diqqət etmək lazımdır. Uşaqda gücsüzük və bu duyğudan qaynaqlanan düşmənçilik yaradan şey, hərəkətliliyin məhdudlaşdırılması, uşağın özünü ortaya qoymaq cəhdinə mane olunması, ana və atadan ətrafa yayılan düşmənçilikdir, qısaca basqı mühitidir. (2) Jean Piaget, the Moral Judgement of the Child (Uşaqda Adət Məhkəməsi), Kegan Paul, London, 1932, s. 407. Bax. H. S. sullivan, a.g.y., s. 10 dipnot. (3) Bu instikt anlayışı, öz içlərində sabit və qalıcı olaraq nüəyyən edilmiş yollarla doyuzdurulmayan (aclıq və susuzluq kimi) fizioloji olaraq şərtlənmiş bir instikt ilə qarışdırılmamalıdır. (4) L. Bernard, İnstinct (İnstikt). Holt and Co., New York, 1924, s. 509. (5) Bax. Ralph Linton the Study of Man ( İnsanın Öyrənilməsi), D. Appleton-Century Company, New York, 1936.

Tərcümə: Ramilə Heydərova



Yorumlar