"İnsanlar xoşbəxt olmaq istəmir" deyir Nitsşe - Skotti Hendriks


İnsanlar xoşbəxt olmaq istəyir, elə deyil? Kim istəmirki? Şübhəsiz zövq üçün hər şeyi fəda etmək istəmərsiniz, yenədə xoş zaman keçirmək istədiyiniz şübhəsizdir. Depressiya problemlerini həll etmək üçün çox sayda dərman və xoşbəxtliyi tapmaq metodları var. Digər hər şeydən daha çox istədiyiniz  və sahib ola biləcəyiniz bir şey olaraq satılır və təqdim edilir. Xoşbəxtlik anlayışı, yaxşı yaşamaq fikrimizlə elə inteqrasiyadadır ki,
 Thomas Jefferson kimi transfer edilə bilməyən haqq  olaraq ifadə edilmişdir. Bu Amerikan yuxusunu digər fikirlərin edə bilmədikləri şəkildə yekunlaşdırır. Əksər insan üçün həyatın özünün mənasıdır. Bəziləri üçün, ola biləcəyin qədər xoşbəxt olmağı ən azından cəhd etmək istəmədiyini deyən bir düşüncə şəklinin olduğunu qavramaq çətindir.
Lakin, istədiyimiz şeyin xoşbəxtlik olmadığını düşünən bir filosof var: Fridrix Nitsşe. Nitsşe, sübhəsiz ki, saf xoşbəxtlik axtarışını (burda zövq verən şey olaraq təyin edilir) insanı həyatının sıxıcı bir israfı olaraq görürdü. O, “İnsanlar xoşbəxtlik üçün çalışmır, yalnız İngilislərdən başqa“ deyir. İnsanların “xoşbəxtliyi istehsal etdiyi” bir zamanda yaşayan axmaq adam “Son Adam” adlı qısa hekayəsi ilə, qarşı çıxdığı İngilis  fəlsəfəsi Praqmatizmə və bütöv xoşbəxtlik mərkəzinə işarə edirdi. Nitsşe, bunun yerinə özünü həyatda məna tapma fikrinə həsr etdi.
Son adama alternativ olaraq Üstinsanı və onun həyatda tapdığı mənanı qarşıya qoydu və nümunə olaraq, qarşıya qoyduqları bir hədəf uğruna böyük çətinliklər çəkməyə istəkli insanlar fikrini təqdim etdi. Michelangelonun Sistina Şapelinin tavanına rəsim çəkməyi zövq verici hesab etdiyini xəyal edə bilərik? Nikola Teslaya görə, subay olmağı çalışmaq üçün lazımlı olandır, lakin Michelangelo həyatı boyunca yalnızlığından şikayət etdi.
Bu xoşbəxtlikdir? Bunun kimi böyük beyinlər xoşbəxtliyin özünü istəsəydi, yenə də etdikləri işlə məşqul olardılar?
Xeyir, deyir Nitsşe. Olmazdılar. Bunun yerinə, mənanın arxasınca getməyi seçdilər və onu tapdılar. İnsanların həqiqətdə istədikləri şey budur.
Felsəfə, əsasən bununla həmfikirdir. Filosof Victor Frankl, davam edə bilmələrində köməkçi olmaq üçün xəstələrinə ağrılarına müsbət mənalar təqdim edecək qədər qabağa gedərək, yaxşı yaşamağın haçarını, mənanı tapmaq olduğunu qarşıya qoydu.Əksər sənət işləri İnsanın Məna Axtarışında nümayiş etdirilən fikirləri, bir toplanma düşərgəsində ki, vaxtlarından və xəyal edilə bilməz ağrılar çəkən insanların necə xoşbəxt olmaq mənası sayəsində davam edə bilmək üzərinə qeydlərindən qaynaqlanır.
Burda Nitsşe üçün bir Praqmatizim riyaziyyatı sualıda var. Onun düşüncəsində, böyük işlər görənlərin ağrısıda böyük olur. Kiçik işlər görənlər əhəmiyyətsiz  ağrılar çəkir. Bu vəziyyətdə, bir adam Praqmatik hesabları aparmağa çalışarsa,  qəti xoşbəxtliyin böyük olduğu bir ssenariyə çatmaq imkansız olmasada çətin olur. Son Adamın son dərəcə axmaq olmasının səbəbi budur, ona xoşbəxtlikdə dəqiq mükafat verən tək şey, maraqlı tapdığımız ağrını təşviq edən fəaliyyətlər deyil, olduqca axmaq məsələlərdir.
Bu problemin adı “xoşbəxtlik paradoksu”dur. Zövqü birbaşa artırmaq üçün edilən fəaliyyətlərin böyük mükafat gətirməsi ehtimaldan kənardır. Nitsşe bu problemi qavradı və “Zövq almaq yoldaşlıq edir, hərəkətə gətirmir” sözü ilə bunu dilə gətirir. Pul yığmaqdan zövq alan biri, bunu xoşbəxtlik verdiyi üçün etməz, bunu etməyi maraqlı hesab edir. Xoşbəxtlik bir əks təsirdir. Bir şah əsəri yaradarkən illərcə çətinlik çəkmiş biri bundan xoşbəxt olmaz, əksinə zövq aldıqdan sonar yaratdığı gözəllikdən alır.
Nitsşenin bu fikrinə etiraz edənlər də var şübhəsiz.. Böyük İngilis  mütəfəkkiri Bertrand Russell şah əsəri olan Qərb Fəlsəfəsi Tarixində Nitsşeni qınıyır. Nitsşe  tənqidləri  içərsində ən əvvəl  gələni, iztiraba mərhəmətsiz və ictimai olaraq baxmasıdır və Nitsşenin fikirlərini, onun gözünün qarşısında  qışqırarkən gətirərək, mərhəmətli Budhanınkılarla qarşılaşdırır:
“Niyə  əhəmiyyətsiz insanlar ağrı çəkir deyə az qala ağlamalı olunur? Ya da eyni şəkildə, böyük insanlar ağrı çəkir deyə? Önəmsiz insanlar kiçik ağrılar çəkər və böyüklərin ağrılarıda böyük olur və böyük ağrılardan peşmanlıq hissi yaşanmaz, çünkü zadəgandırlar. İdealınız bütövlükdə mənfi bir şey, var omamaqla tam mənada  zəmanət verilə biləcək ağrı çəkməmək. Mənsə, əksinə, müsbət ideallar sahibəm: Alcibiades, İmperator Frederick II və Napoleona heyranam. Bu adamlar üçün iztirab çəkmək zəhmətə dəyər.”
Russell, bunun ziddi olaraq Buddhanın fikirlərini çatdırır və tərəfsiz bir müşahidəçinin hər zaman onun yanında olacağı fikrini deyir. Nitsşe haqqındakı şərhləri qüsursuz olmaqdan uzaq olan və işləmək üçün qeyri-kafi tərcümələrin  sıxıntısını çəkmiş olan Russell, onun fəlsəfəsini faşizimə keçmə mərhələsi və ağrı yönümlü olaraq görür.
Bir şeyə xoşbəxtlikdən yuxarda dəyər verərkən, ona sahib olmaq üçün ağrı çəkməyə nə qədər istəklisiniz? Nitsşe daha yüksək bir dəyər üçün o şeydən imtina edəcəyiniz  fikrini qarşıya qoyur. Digər filosoflar bu mövzuda hələdə həmfikir deyillər. Xoşbəxtliyi izləyib, ona sahib ola bilirsiz? Ya da ardından gələcək təmini ümid etmək üçün belə fərqli bir şeyə, mənaya fokuslanmağınız mövzusunda Nitsşe  haqlı ola bilər?

Tərcümə edən: Ramilə Heydərova

                 https://bigthink.com/scotty-hendricks/man-doesnt-want-happiness-says-nietzsche

Yorumlar