"Fəlsəfənin əhəmiyyəti"


Fəlsəfənin əhəmiyyəti nədir? Bu sualın müxtəlif cavabları var. Birincisi, maraqlanmaq və sual vermek təbiidir. Uşaqlar sual verməkdən yorulmadıqları üçün möhtəşəm bir filosofdurlar. Lakin, təbii olanı etməklə vəzifəli olmadığımız ya da fəlsəfə ilə məşğul olmağın təbii olmadığını düşünə bilərsiniz.  İkincisi, fəlsəfi düşüncə zövqlüdür. Sual verməkdən və ehtimalları düşünməkdən xoşbəxt ola bilərik. Bəlkə də bu səbəblə Platon fəlsəfə üçün “o möhtəşəm zövq (that dear delight)”
demişdir. Buna baxmayaraq, bunun sizə uyğun olmadığını düşünə bilərsiniz. Üçüncüsü, fəlsəfənin istifadə oluna bilməsindən təsirlənirik. Hər cür bilgi, istifadə potensialına sahibdir və fəlsəfə, biraz da olsa bilgi və müdrikliyi ortaya çıxarırsa dəyərlidir. Yenə də siz, maddi qarşılığı olmadığı müddətcə bilgiyə ya da ağla əhəmiyyət vermiyə bilərsiniz. Son olaraq, fəlsəfi düşüncənin, dəstəklənməyən ideologiyaya, qanunsuz səlahiyyətə, əsassız inanclara, əsassız  təbliğata və şübhəli mədəni dəyərlərə qarşı bizi qoruduğunu iddia ede bilerik. Bu növ güclər, əgər onları anlamasaq və onlara tənqidi baxmasaq bizi manipulyasiya edə bilərlər. Bu mədəni dəyərlərin rədd edilməsini tələb etmir. Sadəcə onlar üzərində dərindən düşünülməlidir. Əks halda bizim dəyərlərimiz, fikirlərimiz ya da inanclarımız olmazlar- qulaqdan dolma bir şəkildə qəbul etmiş olarıq. Bütün bunlara qarşılıq, dərin düşünmənin yorucu olduğunu, cəhalətin xoşbəxtlik olduğunu, nüfuza və adətlərə güvənmənin mədəniyyəti qoruduğunu söyləyə bilərik.

Bütün arqumentlərimizi ağla uyğun şəkildə rədd edə bilərsiniz. Qəti arqumentlərin əksikliyində fərdlər, fəlsəfənin dəyərli olub olmadığına özləri qərar verməlidir. Ağıl, bilgi, varlıq, şöhrət, zövq ya da hər hansı başqa bir şey arxasınca qaçmağa dəyib dəyməyəcəyinə biz qərar veririk. Ən sonunda, biz fəlsəfənin əhəmiyyətinin, insan həyatını zənginləşdirmək üçün dərininə düşünmə, sual vermək, tamaşa və  maraqlanmaq olduğuna inanırıq. Sokratın “sual verilməyən həyat, yaşamağa dəyər deyildir” sözünə inanırıq. Mən buna inanıram.
Fəlsəfənin əhəmiyyəti sual verilməsi eyni zamanda təhsillə əlaqəli movzularla iç içə keçir. Təhsilin məqsədi nədir? Yalnız praktik bacarıqlar öyrənilməlidir? Sadəcə peşəsini icra etməyinə köməkçi olan bacarıqlarda ixtisaslaşmış bir tibb bacısı ya da fizikaçı düşünün. Bu vəziyyət onu həqiqətən yaxşı bir tibb bacısı ya da yaxşı bir fizikaçı edirmi? Çoxumuzun cavabı “xeyir” olur. Fərdlər, həyat və insanlar haqqında dərs verən fəlsəfə, ədəbiyyat, psixologiya ya da tarixdən öyrənə biləcəkləri hiss, mərhəmət və kommunikasiya bacarıqları kimi fərdi xüsusiyyətlərə ehtiyac duyurlar. Gerçək təhsil, texniki təhsildən daha çoxudur. Yenə də, madiyyat dünyadakı ən önəmli şeydirsə, ağlın əsassız ola biləcəyini qəbul edirəm.
Lakin özünüzdən bunu soruşun: Ağırlıq qaldırmaq sadəcə onları yerin cazibəsinə qarşı itələməkdir? Xeyir. Ağırlıq qaldıraraq bədənimizi dəyişdirməyi, hədəflərimizə çatmağı umuruq və efor sərf etmədən heç bir şeyin əldə edilməyəcəyini öyrənirik. Və bu müddətdə bədənimiz dəyişir. Oxşar olaraq təhsil, fərqindəliyimizi artıraraq, doqmatizmi yıxaraq, tənqidi düşünmə bacarığımızı işıqlandıraraq və ən yaxşı şəkildə xoşbəxt və müdrik olmağımız üçün yol göstərərək bizi dəyişdirir. Həqiqi təhsil, zehnimizi inkişaf etdirir. Jiddu Krishnamurti, bu movzu haqqında bunları söyləmişdir:
“Niyə təhsilli olmaq üçün çalışırıq? Sadəcə imtahanları keçib bir işə girmək üçünmü? Ya da təhsilin məqsədi bizi gəncikən həyatın bütün mərhələləri üçün hazırlamaqmıdır? Qəti olan bir şey var ki, həyat sadəcə işdən, məşqul olmaqdan ibarət deyildir. Həyat, geniş və dərindir. Böyük bir sirrdir. İnsan olaraq var olduğumuz böyük bir dünyadır.
Bertrand Russell, “The Problems of Philosophy”də mövzudan bu şəkildə bəhs edir:
“Fəlsəfə haqqında bilgisi olmayan (şəxs), ağıldan, öz yaşıdlarının ya da xalqların inanclarından və üzərində düşünülmüş səbəblərin təsdiqi ya da əməkdaşlığı olmadan zehinlərdə böyümüş olan inanclardan ortaya çıxan həbs edilmiş bir həyat davam edər. Belə biri (insan) üçün dünya qəti, sonlu və açıqdır. Ortaq obyektlər sorğulanmaz və qeyri-adi imkanlar qətiliklə rədd edilir. Fəlsəfəyə başlar başlamaz, əksinə ən gündəlik şeylərin belə, sadəcə çox əksik cavabların verilə biləcəyi problemlərə səbəb olduğunu görürük. Fəlsəfə.... azadedici şübhə bölgəsinə heç girməmiş olanların belə inadçı doqmatizmini ortadan qaldırır...”
Son olaraq iyirminci əsrin böyük tarixçisi və filosofu Will Durantın “Pleasures of Philosophy”nin ön sözündə bəhs etdiyi fəlsəfənin əhəmiyyəti fikrinə bir baxaq:
“Fəlsəfə, pulqabılarımızı doldurmaz...Pulqabları doldurmaq və yüksək ofislərdə işləməyimiz lazım gəlirsə də cahil, ağlı formalaşmamış, vəhşicə davranış göstərən, xarakteri olmayan, qarışıq arzuları olan və kor koranə yazıq insanlarmı olmalıyıq?
İndiki vaxtda mədəniyyətimiz səthi və bilgimiz təhlükəlidir. Çünki mexanizma movzusunda zənginik amma məqsədlərimiz qeyri-kafi... Dünyanı görünməmiş bir sürətlə hərəkət etdiririk amma hara gedəcəyimizi ya da getdiyimiz yerdə yorğun ruhlarımız üçün xoşbəxtlik tapıb tapmayacağımızı heç bilmirik və heç düşünmədik. Bizi gücümüzlə sərxoş edən bilgimiz tərəfindən təxrib edirik. Və ağıl olmadan qurtula bilmərik”.
Əgər dəyəri, madiyyatla ölçəriksə sizə fəlsəfənin dəyəri ilə əlaqəli sağlam arqumentlər təqdim edə bilmərəm. Lakin həqiqət, gözəllik, yaxşılıq, ədalət və müdriklik kimi anlayışlar həqiqi dəyəri təmsil edirsə, əlli il əvvəl fəlsəfəyə aşiq olduğum üçün özümlə qürur duyuram.


Tərcümə edən: Ramilə Heydərova

https://reasonandmeaning.com/2016/03/25/the-value-of-philosophy/

Yorumlar