Oxucu analizi: "Sigmund Freud Mission" - Erix Fromm

Erix Fromm 20-ci əsrin ən məşhur və ağıllı psixoloq, sosioloq, psixoanalitiki olub. Elə indi də onun oxucuları və tərəfdarları yetərincə çoxdur. O eyni zamanda neofreydizm və freydomarksizmin yaradıcılarından biri hesab olunur. Onun ən məşhur əsərlərindən “Sevmək sənəti” (“The art of love”)“Varı olmaq yoxsa, var olmaq?” (“To have or to be?”) əsərlərini misal çəkmək və oxumaq olar. Onun başqa bir əsəri də kiçikhəcmli və ölümündən bir il qabaq, yəni 1979-cu ildə dərc olunan “Siqmund Freydin missiyası” əsərini xüsusilə məsləhət görmək istəyərdim. Bu bioqrafik və analitik xarakter daşıyan kitab, məşhur Freyd babaya (bir çox psixoanalitiklər onu psixologiyaya böyük yenilik gətirən psixoanalizin əsasını qoyan şəxs olduğu üçün belə adlandırmağı sevirlər) həsr edib. Bu əsərin maraqlı tərəflərindən biri də odur ki, kiçik həcmli olmasına baxmayaraq yetərincə mənbə və “deep note” verilib. Əslində bunu mən fərqli cəhət yox, olmalı olan norma adlandırardım.
Burada bir az haşiyəyə çıxacam. Biz bir çox elmi kütləvi kitab oxuyuruq və onlarda heç bir mənbə görmürük, bu o demək deyil orada yazılan səhvdi, amma əksinə o da demək deyil ki, düzdü. Yəni bunun olması lazımlı olan bir müsbət cəhətdir. Adicə biz bir elmi məqalə yazanda və ya kurs işi yazanda (universitet tələbələri bunu yaxşı bilər) bizdən azı 5 mənbənin olması tələb olunur. Düzü bunu belə kortəbii şəkildə edilməsi də düzgün deyil. Tələbə bunun niyə, necə, harada edilməli olduğunu anlamalıdır. Bunu anlayarsa o zaman təkcə kurs işində yox həm də adicə fərdi iş yazanda belə istifadə etdiyi mənbəni (daha doğrusu “copy paste” elədiyi (bu özü da düzgün deyil, onları oxuyub analiz edib öz fikrini, araşdırmasını cə s. onlara əsaslanaraq yazmalıdı)) qeyd edər. Ona görə də insan gərək adicə kiçik məqalə oxuyanda belə ona tənqidi yanaşsın, bu zaman da insanda tənqidi düşüncə formalaşır. Məhz buna görə Qaraqanın “Üçüncü addım” kitabı elmi kütləvi ədəbiyyat hesab olunur, əslində isə nə elmi tərəfi tam olaraq düzgün verlib, nə də bir mənbə verilib. Başıma belə bir hadisə gəlmişdi: bir tanışım “Nə kitab oxuyursan?” soruşmuşdu məndən. Mən də ona Siqmund Freydin “Yuxuların yozulması” kitabını oxuduğumu dedim. O isə mənə cavab olaraq “O nə kitabdı (elə bildi ki, psevdoelmi kitabdı) get arada elmi kitablar oxu” cavabını verdi, mən isə nə məsləhət görə biləcəyini soruşduğumda o mənə Qaraqanın “Üçüncü addım” kitabını məsləhət gördü. Ümumiyyətlə o kitab haqda da ayrı bir tənqidi analiz yazmaq olar, mövzudan da çox uzaqlaşmayaq. 
Əsər boyu Fromm Freydin bioqrafiyasını analiz edir, məktublaşmalarından, həyatından, kitablarından misallar gətirərək öz fikrini izah edir. Eyni zamanda kitabda revolusioner və buntarın fərqini aşağıdakı şəkildə izah edir (spoiler): Revolusioner sistemdən narazı olub onu dəyişmək istəyəndir, buntar isə, o sistemdə özü olmadğı üçün narazı olan və orada özü olmağı üçün sistemi belə dəyişməyə hazır olandı. Məhz buna görə də Freyd revolusioner yox buntardı.
Baxmayaraq ki, əsərin bir neçə yerində də dediyi kimi yuxu yoxmaları və psixoanalizi yaratdığına görə o dahidir, buna baxmayaraq həmin dahi şəxsiyyətin də ideal olmadığını göstərir. Mən bu əsəri Freydin tənqidi kimi qəbul edirəm və mən deyərdim ki, bu onda alınıb. Ümumiyyətlə mənim fikrimcə, Freydi tanıyırsızsınızsa və xüsusən də onun əsərini oxumusunuzsa, Psixologiya və psixoanaliz barədə oxumusunuzsa bu əsər sizə maraqlı olacaq. Ola bilər Freydi sevənlər bu kitabı bəyənməsin, amma yenə də diqqət yetirməyə dəyəcək əsərdir. 

Sonuncu cümlə spoilerlidi: Edip sindromu olan, atasını sevməyən, idolu karfagenli Hannibal olub Musa ilə özünü eyniləşdirən, buntar xarakterli Freydlə tanış olmaq istəyirsizsə əsəri oxumağı məsləhət görürəm. 


Rövşən NƏZƏROV


Yorumlar