Diotima problemi: Klassik dövr qadın filosofları - Peter Adamson

Hər tərəfli fəlsəfə tarixini araşdırmış biri olaraq ( Peter Adamson), daha çox qadın filosoflar mövzusuna maraq duymuşam. Bu filosoflardan bir qismi mövzumuzdan kənarda qalır böyük ehtimalla.
Bu mövzuda tək deyiləm əlbətdə. Tədqiqatçılarda Duke Universitetin dəki Project Vox adlı layihədə olduğu kimi ilk müasir dövr qadın mütəfəkkirləri üzərinə işıq tutmaqdadır. Bəs daha əvvəlki dövrlərdə vəziyyət necə idi?
Antik və Orta Dövrdə qadın  filosoflar var idi? Ilk dövr qadın
filosoflar həqiqətdə kimlər idi?
Bu əslində həqiqətən çətin bir sualdır. Geriyə baxdıqda, Christine de Pizan, Julian of Norwich, Marguerite Porete və Hildegard of Bingen Moving kimi fəlsəfə tarixində yer tutmuş Orta Dövr və İntibah dövr nümayəndələrindən danışmaq mümkündür. Haqqında danışılan qadınları, ilk dövrlərdə fəlsəfə olaraq nəyi saya biləcəyimiz mövzusunda baxış bucağımızı genişləndirməyimizdə bizi ciddi mənada təşviq etdiklərinə görə hörmətimizə layiq olduğunu hər yerdə müdafiə etmişəm. Ancaq, yenə bu səbəblə, məqbul şəxslər bu filosofların fəlsəfi şəxsiyyətlərini qəbul etməyə bilər. Mistik meylli yazıçıların “filosof” olaraq adlandırılmasını düşünürsünüzsə əgər, fəlsəfə tarixi anlayışınızda Hildegard ya da Juliana yer verməməyiniz mümkündür.  Bəhs olunan adlar, Bonaventure və Meister Eckha kimi mistik meylli kişi yazıçılarla birlikdə fəlsəfə tarixindən kənar tutulacaqdır.
Bu adları filosof olaraq görüb görməməyinizdən asılı olmayaraq, mövzu Orta Dövr qadınlarının dövrümüzə işıq tutan əsərlər qələmə aldığını qəbul etməyiniz lazımdır. Antik məzmunda bu belə nəzərə alınmayacaq bir vəziyyətdir. M.E. Waithin Qadın Filosoflar Tarixi seriyasının ilk cildinə baxsanız, Pisagorun arvadı Theano, qızı Myia və digər arvadlarından, Platonun anası Pericitione, bununla yanaşı Kireneli Arete və Hipparkhia kimi antik mütəfəkkirlərdən bəhs edən zəngin əsas mətinlərə rast gəlirik. Tarixi həqiqət olaraq Platonun dialoqlarını istifadə etmək istəsəniz, bu dialoqlardan Platonun yanına iki dominat qadın xarakteri Miletli Aspasianı və Mantiealı Diotimanı da əlavə edə bilərsiniz. Bundan başqa , 415ci ildə xiristiyan bir qrup tərəfindən daşlanaraq öldürülən Hypatia, Kapadokyanın Babalarının bacısı Macrina və Augustiniusun anası Monica kimi daha sonrakı dövrlərə aid antik fiqurlar da vardır. Digər antik mədəniyyətlərdə də fəlsəfənin olduğunu unutmamaq lazımdır. Qadınlar Hind fəlsəfəsinin müxtəlif klassik mətinlərində yer almaqdadır. Upanişadlar belə kişi müdriklər ilə fəlsəfi mübahisələr edən qadınları təsvir edir. Fəsəfə tarixində Diotimanı qəbul ediriksə Upanişadlarda olan Gargi Vacaknavi və Maitreyi də qəbul etməliyik.
Bu nöqtədə sizə “digər tərəfdən” ifadəsini istifadə etmək hissi yarana bilər. Haqlısınız. Digər tərəfdən, Antik Yunan, Roma ya da Hindistandan tək bir fəlsəfi əsər belə qadın tərəfindən yazılmamışdır. Bəhs etdiyimiz bu qadın mütəfəkkirlərin çoxu kişilər tərəfindən qələmə alınmışdır. Diotima, Platonun fantaziyasından kənarda mövcud olmamış ola bilər. Upanişadlar Gargi üçün tək mənbəyimizdir. Hipaparkhia haqqında lətifələr yazan Laertios Diogenes olub anası ilə bağlı məlumatı bizə Augustinius verir. Riyaziyyatla bağlı Hypatiadan dövrümüzə qədər zərər görmədən gələn qaynaqlar vardır şübhəsiz. Ancaq onun əsil fəlsəfi əhəmiyyəti, şagirdi Sinesus ilə yazışdığı məktubların bir hissəsinin dövrümüzə qədər gəlməsi ilə bağlıdır. Həqiqətən fəlsəfə ilə məşqul olan ən diqqət çəkici antik qadın portretidir, Nisalı Gregorynin bacısı Marcinanın, bir qadın Sokrat  kimi ölüm yatağında ölümsüzlükdən bəhs etdiyini təsvir edən On the soul and Resurrection adlı əsərdədir. Ancaq bu dialoq Marcrina deyil Gregory tərəfindən yazılmışdır.
Qısacası antik qadın filosofları oxumaq əksəriyyətən antik kişi filosofları oxumaq üçün bir vəsilə olmuşdur. Bir istisna isə yuxarıda qeyd edilən Theano, Myia və Melissaya həsr edilən məktubların olduğu Pitagoras (Pisagor) qadınların əsəsridir. Təəsüf edici məqam, bu həqiqi yazıçıların cinsiyətini qəti olaraq deməyin mümkün olmamasıdır. Məktublar, iddia edilənə görə özlərinin yazmış olduğu qadınların həyatından yüz illər sonra hazırlanmıış olub Pitagoras deyə adlandırılan ədəbiyyatın sadəcə bir parşasını yaradır. Bu səbəblə əsil sual Theano yazılarının yazarının Theano olub olmadığı deyil, Theano adını istifadə edən insanın qadınmı yoxsa kişimi olmasıdır.
Bu hal, antik qadın mütəfəkkirləri haqqında olan bütün tədqiqatların uğursuzluğa məhkum olacağı mənasınamı gəlir? Əlbəttə xeyir. Ancaq bununla yanaşı bu vəziyyət, uğuru nəyin yarada biləcəyi haqqında gözləntilərimizi təkrar nəzərdən keçirmək mənasına gəlir. Burada bəhs etdiklərimdən belə ilk dövr qadın filosof tarixinin ən az dörd ayrı dövrə ayrıldığı hipotezinə gələ bilərik. İlk olaraq, qadınların yazmış olduğu heç bir mətnə rast gəlmədiyimizi və fiqurların tarixi reallığının qəti olmadığı klassik antik dövrlə başlayırıq. Antik dövrlərin sonlarına doğru gəldikdə bir sıra qadın intellektualı görürük. Bununla yanaşı, birbaşa qadınların qələmə aldığı və bu günə gəlib çıxan əsərlər əlimizdədir. Əksinə, Orta Dövrdən dövrümüzə diqqət çəkici və tam mənası ilə orjinal yazılar qalmışdır. Lakin, bu yazılar həqiqətən də fəlsəfi idi? Bunun belə olduğunu düşünsəm də bu fiqurların skolastik və univeristet əsaslı Aquinas, Scotus və digərlərində ümumiyyətlə hesab etdiyimiz kimi Orta Dövr fəlsəfəsi ilə məşqul olmadıqlarını qəbul edirdik. Şübhələrimiz ancaq, fəlsəfi müzakirələrdə qadınların açıqca iştirak etdiyi İntibah dövrünə gəldikdə, xüsusilə də dövrün ilk vaxtlarında aradan qalxır.
Bu dörd dövr üçün soruşulması lazım olan maraqlı tarixi və fəlsəfi suallarda vardır. Məsələn, Diotima ya da Garginin əksəriyyətən ya da tamamilə fantastik olduğu mövzusunda şübhəli olsaq belə, Platon və digər Upanişad yazıçılarının müəyyən məzmunlar üçün xarakter olaraq kişilər deyil də qadınları niyə seçdikləri ilə maraqlana bilərik. Bununla yanaşı, fəlsəfənin müəyyən dövrlərdə qadınlarla nisbətli olduğunu da görə bilərik. Bu Orta dövr Avropasında (və əhəmiyyətli Sufi müdriki Rabianın da olduğu Orta dövr İslam dünyasında) keçərli olduğu kimi, eyni zamanda “iqtisadi” olaraq adlandırılan praktik fəlsəfə qolu, digər bir ifadə ilə Pitagoras qadınlarına ünvanlanan mətinlərdəki ev idarəsində də keçərlidir. Sinizim kimi əks mədəni fəlsəfi cəryanların, qadınların iştirakını xoş qarşıladığını görə bilərik də. Hipparchia ilə əlaqəli hekayələr fövqəladə qadınların yanında, Sinizmin fövqəladə təbiətini də bizə izah edir. Qadın mütəfəkkirlərin mətni əsaslı işlərinə gəldikdə, daha azına razı olmağı öyrənmək daha çox öyrənməyimizə köməkçi olacaqdır.


Müəllif: Peter ADAMSON
Tərcümə: Ramilə HEYDƏROVA


Mənbə:



Yorumlar