Corcio Agamben: "Fəlsəfə mənim əqidəmdir" - Antonio Gnolio


“Fəlsəfə nədir” adlı kitabında bəhs etdiyi o məşhur suala italyan filosof Corcio Agamben (1942) “Fəlsəfə mənim əqidəmdir (conviction)” deyə cavab verir.

Fəlsəfə Jil Deleuzenin etməyə çalışdığı kimi mövzusu və sərhədləri müəyyən olan, yaxud da universitetlərdə öyrədildiyi kimi düz bir zaman xətti ilə keçmişdən başlayaraq gələcəyə doğru irəliləyən və bu zaman müddətində də inkişaf edən bir şey deyildir. Fəlsəfə bir həqiqət deyildir: İncəsənətə, dinə,
iqtisadiyyata, şeirə, ehtirasa, eşqə, hətta
qayğıya və başqa hər hansı bir sahəyə həyat verə biləcək bir qüvvədir. Onu küləyə buludlara və fırtınaya bənzədə bilərik daha çox. Eynilə bunlar kimi birdən ortaya çıxıb olduğu yeri sarsıdır, dəyişdirir və hətta məhv edir. Amma eyni dəcərədə təxmin edə bilməyəcəyimi formda da keçib gedir.

Müvazinətsiz bir fəlsəfədən bəhs edirsiniz o zaman?

Mən təcrübə sahəsini iki əsas hissəyə ayırıram: Bir tərəfdə həqiqət, digər tərəfdə isə qüvvə (inensity). Həqiqətin sərhədlərini müəyyən edə bilərik, əsaslarını və mövzularını ifadə edilə bilər, həqiqətin bir xəritəsini hazırlaya bilərik. Digər tərfədən isə qüvvənin müəyyən bir mövqeyi yoxdur.

Hər yerdə ola bilərmi?

Fəlsəfə, yəni düşüncə, eynilə qüvvə kimi hər sahəyə həyat verib, hər sahənin içərisindən keçə bilər. Siyasət ilə ortaq nöqtəsi isə gərginlikdir. Siyasət də bir qüvvədir. Siyasət mütəxəsisləri bunun əksinə inanmış olsalar da, siyasətin də müəyyən bir mövqeyi yoxdur. Bunun tək dəlili müasir tariximiz də deyildir üstəlik, din, istiqsadiyyat və hətta estetik sahələr belə bir anda müəyyən edici siyasi qüvvə halına bürünərək bir anda düşmənliyə və müharibəyə səbəbiyyət verə bilərlər. Düşünürəm ki, qüvvələrin həqiqətdən daha qəribə olduğunu deməyə ehtiyac yoxdur. Əgər həqiqətlər və nizam intizamlar sabit qalırlarsa, əgər müəyyən bir qüvvəyə yetişmirlərsə, korlaşıb adi bürokratik fəaliyyətlərə çevrilirlər. Eynilə həyatın zaman içərisində stabilləşməsi kimi.

Şeir bürokratiyaya qarşı bir məlhəm ola bilər. Siz şeir və fəlsəfə arasındakı bağları tez-tez gücləndirirsiniz. Haydegger də öz düşüncələrinin əsasına bu fikirləri yerləşdirir.

 Mən hər zaman fəlsəfə və şeirin iki ayri həqiqət deyil, iki bir-birinə əks istiqamətdən dilin müəyyən bir sahəsinə yönələn iki qüvvə olduğuna inanmışam. Sırf məna və sırf səs. Düşüncə olmadan meydana gələn bir şeir yoxdur. Eynilə içərisində şeiriyyatlı bir xatirəyə yer verməyən düşüncə kimi.  Bu baxımdan Hölderlin və Caproni bir flosofdur, eynilə Platon və Benyaminin əsərlərinin bəzi hissələrinin sırf şeirdən meydana gəlməsi kimi. Fəlsəfəni və şeiri qəti bir şəkildə ayırdığımızda mən onlardan hansına aid olduğumu bilmirəm.

Biografiyanızda hüquq sahəsində akademik fəaliyyətiniz olduğunu görürük. Amma seçiminizi tamamilə fərqli bir istiqamətdə edərək dissertasiyanızı Simone Veil-ə həsr etmisiniz. Bu seçimi necə etdiniz?

Simone Veil-i 1963, ya da 1964 də Parisdə Cahiers in ilk nəşrini Monparnasdakı Tschann kitab mağazasından təsadüfən aldığım zaman kəşf etmişdim. Romaya getdiyimdə də heyranlığım eyni ölçüdə davam etdi və kitabı Elsa Morente-yə oxudum. O da eynilə mənim kimi kitabdan çox təsirləndi. Bundan dərhal sonra da hüquq fəlsəfi ilə bağlı dissertasiyamı Veil-in siyasi baxışlarına həsr etməyə qərar verdim. O zamanlar Veil hələ İtaliyada o qədər də tanınmırdı, mən onun haqqında dissertasiya işimi yazdığım zaman məsləhətləşdiyim müəllimlərimdən daha çox şey bilirdim.

Onun fikirlərində sizə təsir edən şeylər nələr idi?

Öncəliklə Veil-in La personne Et Le Sacre adlı əsərində fərdiyyətçiliyə qarşı irəli sürdüyü tənqidlər. Bu tənqidi izləyərək Marsel Mauss-un fərd olmaq anlayışı haqqında yazdığı məqaləsini oxudum və huquqi fərdlə müasir fərdin teatral(və dini) maskası araxasındakı əlaqəni anlamış oldum. Bəlkə də, Müqəddəs insanın (Homo Sacer)-in ilk cildindən bəri əl çəkmədiyim hüquq tənqidinin kökləri Veil-in məqaləsinə əsaslanır.


Düşüncələriniz köklərini əsaslandırdığınız digər bir şəxs isə Valter Benyamindir

Həyatda bir dəfədə başa düşülməyəcək dərəcədə böyük hadisələr və qarşılaşmalar vardır. Bunlar, belə demək mümkündürsə, olub bitdikdən sonra da sizə müşaiət edirlər. Benyaminlə qarşılaşmaq da bu haqqında danışdığım hadisələrdən biridir. Le Thor-da Haydeggerlə tanış olmaq da eyni kategoriyaya daxildir. İlahiyyatçıların qeyd etdiyi kimi, necə ki, Tanrı yer üzünü hələ də yaratmaqda davam edirsə, bu tanışlıqlar da hər an sizi formalaşdırmaqda, inkişaf etdirməkdə davam edir. Benyaminə hesab edə bilcəyimdən daha çox borcluyam.

“Borc” çox güclü bir kəlimədir

Burada sadəcə olaraq metodoloji bir problemi ifadə etmək istəyirəm. Özünün bariz bir şəkildə daha əvvəllərə əsaslanan, indiki zamana canlılıq verməyə və hərəkətə keçməyə həsr etmiş qərarlı bir fonemen olan tarixi əsasından güc əldə etməyi öyrədən o idi. Bunu öyrənməmiş olsaydım, ilahiyyatdan hüquqa, siyasətdən ədəbiyyata qədər uzanan geniş miqyasda fəaliyyət göstərməyim mümkün olmazdı. Əgər biri bir yazıçıya bu dərəcədə dərindən bağlı olursa, hardasa sehirli deyə biləcəyimiz bir fenomen ortaya çıxır, amma bu fenomen yalnız bu şəkildə bir yaxınlığın nəticəsi olaraq ortaya çıxa bilər. Dolayısı ilə, bu yaxınlıq məndə Benyaminin əlyazmalarını Romada onun gənclik dostunun evində tapdığım zaman baş verdi. Daha sonra isə Parisdə National Library-də Beynyaminin həyatının son illərində üstündə işlədiyi Baudelaire haqqındakı kitabın əl yazmasını tapdığımda oldu.

Son illərdə “biopolitika” ilə bağl etdiyiniz müracitləri daha da sıxlaşdırmısınız. Bu yanaşmanı böyük ölçüdə Mişel Fuko-yamı borcluyuq?

Tamamilə. Amma mənim üçün bərabər dərəcədə önəmli olan Fukodakı metod, yəni arxeologiya idi. Mən bu günlərdə indiki zamana çatmağın tək yolunun keçmişi sorğulamaq ilə, yəni arxeologiya ilə olduğuna inanıram. Eynilə Fukonun qeyd etdiyi kimi, arxeoloji tədqiqatların yalnız indiki andakı layihələrin  keçmişi sorğulamasına imkan verən kölgələr olmadığını qəti şəkildə ifadə etmək gərəklidir. Mənim əsərlərimdə bu kölgə, Fukonun araşdırmalarındakı kölgədən daha çox yer tutur və hətta Fukonun haqqında çox da danışmadığı ilahiyyat və hüquq kimi sahələri daha çox əhatə edir. Araşdırmalarımın nəticələrinin mübahisəli olması ortaya çıxa bilər təbii ki, amma ümid edirəm ki, ən azından State of Exception,  The Kingdom and The Glory ya da The Sacrement of Language An Achaeology  of The Oath kimi əsərlər inkişaf etdirdiyim tamamilə arxeoloji araşdırmalar içərisində yaşadığımız zamanı anlamağımıza köməklik göstərə bilər.

Guy Debord da “Tamaşa cəmiyyəti” adlı əsəri ilə içərisində yaşadığımız zamanı anlamağımıza köməklik göstərən başqa bir fikir adamı idi. Bu mətn hələ də indiki zamanı anlamağımız üçün bizə yol göstərir.

Bu kitabı 1967-ci ildə ilk dəfə çap olunduğu il oxumuşdum. İllər sonra 80-ci illərdə Guy-la dost oldum. Amma ilk oxuduğum zaman xatırladıqlarımla və daha sonrakı söhbətlərimizdə zehninin cərəyanların taleyini risq qarşısında qoyan ideoloji sterotiplərdən nə qədər təmizlənmiş olduğunu gördüm. 1968 və onda sonrakı illərdə müəyyən fikir cərəyanlarının izləyiciləri olan dostlarım heç bir qorxu və utanmaq hissi duymadan düşünmə qabiliyyətlərini bir kənara qoyaraq özlərini “Maoist”, “Trotskist” və s. kimi etiketlərlə ifadə etməyə başlamışdılar. Guy və mən isə eyni dərəcədə aydınlığa çatmışdıq. O, incəsənət yönümlü avangard keçmişi sayəsində, mən isə şeir və fəlsəfə ilə.

Debord özü haqqında “mən bir folosof deyil, strateqəm” deyirdi. Sizcə o bunu deməklə nəyi ifadə etməyə çalışırdı.

Hər nə qədər istinad etdiyiniz bu cümləni demiş olsa da, mən onun üçün filosof olmaq və ya strateq olmağın bir fərq təşkil etdiyini düşünmürəm. Fəlsəfə sonsuz olanı axtarsa da, hər zaman bir strategiyaya malikdir. Tək fərqi isə bunu öz zamanı ilə üzləşərək müəyyən edir.

Parisdə yaşadığınız illərdə tez-tez İtalo Calvino ilə görüşürdünüz. Özü ilə və onun “maarifləndirici geometriya” fikri ilə nə cür bir əlaqəniz vardı?

İtalo Calvino ilə birlikdə Claudio Rugafiori-dən də bəhs etmək istəyirəm. O illərdə özü ilə çox tez-tez görüşürdük. Çünki heç vaxt həyata keçirilməyən bir dərgi layihəsi haqqında müzakirələr aparırdıq. Məqsədimiz öz aramızda “İtalian ketegoriyaları” olaraq adlandırdığımız və italian mədəniyyətinin skeletini formalaşdırmaq üçün istifadə etdiyimiz ikili anlayışları müəyyən etmək idi. “Memarlıq/ Qeyri-müəyyənlik”, “Tragediya/Komediya”, “Sürətlilik/Çeviklik” kimi anlayışlar. Sonun iki anlayışın necə işləndiyini Calviono-nun (Six Memos for the Next Millennium, 1988) kitabında görə bilərsiniz. İtalo və Claudio-nun beynində bu anlayışların çalışma forması məni serhləyirdi.

Bəs sizi nə cəzb edirdi?

İkisinin də heç kəsin tapa bilməyəcəyi yerlərdəki bənzərlik və uyğunluqları müəyyən edə bilən iki fərqli sırf analoji düşüncə formasına malik olmaları. Analogiya, mədəniyyətimizin get-gedə artan bir şəkildə əsəblərimizi sınadığı bir bilik formasıdır. Calvionunun geometrik və elmi konsepsiyasının doğru olduğuna inanıram. Onun formalaşdırdığı konsepsiya hər zaman ədəbi biliyin coğrafiyasının yenidən müəyən edilməsinə imkan verən bir növ sərhi instinkt olan, analoji xəyal gücünün görünməmiş bir şəklidir.


Əvvəldə Elsa Morante ilə olan dostluğunuzdan bəhs etdiniz. Bu qədər qarışıq xarakterə malik olan bir qadınla münasibətiniz necədir?

Elsanı tanıyaraq onunda dost olmaq mənim üçün hər mənada müəyyənedici bir amil idi. Calvino bir dəfə mənə Elsa ilə ancaq bir kult vasitəsilə əlaqə qurula biləcəyini demişdi. Bəlkə də haqlı idi, amma o kultun obyektinin  Elsa deyil, Rimbaud-dan Simone Veil-ə, Motsartdan Spinozaya qədər uzanan və Elsanın haqqında araşdırma apararaq öz dostları ilə paylaşdığı ilahi şəxslər olduğunu da qeyd etmək lazımdır. Elsa bu sahədə məlumatlı idi, istedad olacaq dərəcəsində məlumatlı idi və düşünürəm ki, mənim kimi bir yeniyetməyə bu dərəcədə qatı şeir və həqiqət sevgisini yoluxdurmağı bacarmışdı. O zamandan bəri ədəbiyyat və fəlsəfə arasında qəti bir xətt çəkilməyin mümkün olmayacağına inanıram.

Morate vasitəsilə Pazzolini ilə də tanış olduğunu bilirəm. Əziz Matyasa görə İncil (The Gospel According to St. Matthew) filminin təvəzökar və bir o qədər də gözəl bir iştirakçılarından biri idiniz. Film çəkilişlərindən xatirinizdə qalan anları soruşsaq?

Filim sürətini xətırlayıran sadəcə olaraq. Pazolini demək olar ki, heç bir səhnəni yenidən çəkmədi. Hər kəs istədiyini deyərək, arzu etdiyi şeyləri etdi. Bu filmin olduqca təbii çəkildiyini və heç vaxt da realist olmaq qayğısını daşımadığını düşünrəm. Çəkilişlər sırasında verilən uzun müddətli tək fasilə isə mənim səhvimə görə idi. Son axşam yeməyi səhnəsində özümü masadakı mayalı çörəklərin qarşısında gördüm və Pier Paolo-ya  Musəvilərin müqəddəs Pesah bayramında (8 aprel)  çörəklərin mayasız olması gərəkdiyini dedim.

Ayrıca da Haydeggerlə olan qarşılaşmalarınızdan bəhs etmək istəyərdik. İki seminarına qatıldığınızı bilirik. Bu seminarlardan sizə qalan nə oldu?

 Haydeggerlə olan qarşılaşmamız heç vaxt bitməmişdi. Benyaminlə də eynisini hiss etmişdim. Yaddaşımda Provansın hələ turist işğalına məruz qalmamış vəziyyəti ilə birlikdə yer etmişdi. Seminar qaldığımız otelin həyətində səhər saatlarında baş tuturdu. Bəzən də ətrafımızda olan çəməkliklərdəki kiçik evçiklərdə baş tuturdu. İlk ildə ümumilikdə beş nəfər idik. Seminardan kənar biryerdə yemək yeyirdik. Mən bu yeməkləri Haydeggerə məni ən çox narahat edən sualları vermək üçün istifadə edirdim. Kafkanı oxumuşdumu, ya da Benamini tanıyırdmı? Bunlar verdiyim suallar arasında idi.

 Böyük səs-küy doğuran “Qara dəftərlər” kitabı haqqında nə düşünürsünüz

 Bu səs-küylərin ortaya çıxma səbəbi “yəhudi əleyhdarlığı”  ifadəsinin yanlış anlaşılması və yanlış olaraq istifadə olunmasıdır. Bu günlərdə bu söz Musəvilərə qarşı edilmiş əziyyətləri və qırğınları ifadə etmək üçün işlədilir. Bu fenomenlə bağlı əlaqəsiz düşüncələrə sahib olan bir şəxsi ifadə etmək istədiyimiz zaman həmin şəxsin Yəhudilərlər bağlı yanlış fikirləri olsa belə, bu kəliməni istifadə etmək məcburiyyətində deyilik. Amma insanlar yenə də bunu etməkdə davam edirlər. Bunu sadəcə Haydegger üçün demirəm. Musəviliklə əlaqədar olan hər danışıq, bu xatirə dəftəri qədər şəxsi olan qeydlər belə Yəhudi əleyhdarı olaraq qınanmaqdadır. Bu Musəviliyin dildən danışmasına bənzər bir vəziyyətdir.

Araşdırmalarınızın əsaslandığı təməllərdən biri də filologiya idi. Filologiyanı nə dərəcədə icra etdiniz?

Filologiya hər zaman mənim araşdırmalarımın bir qismi idi, sadəcə texniki baxımdan filoloji araşdırmalar aparmaq üçün deyildi. Benyaminin Baudelaire haqqındakı kitabını yenidən formalaşdırmaq və Caproninin şeirlərini onun ölümündən sonra yenidən nizama salmaq kimi fəaliyyəti nəzərə aldığımızda bunları filologiya və fəlsəfə üçün, yəni bir-birində heç vaxt ayrılması mümkün olmayan söz və həqiqət eşqi üçün etdim. Həqiqətin yeri dilin daxilindədir və bunu nəzərə almayan bir filosof zəif bir filosofdur. Eynilə şairlər kimi folosoflar da ilk və ən əvvəl dilin qoruyucularıdır və bizim yaşadığımız zamanda olduğu kimi sözlərini içərisini boşlatmaq və mənalarını dəyişdirmək üçün həqiqətən ciddi cəhdlərin edildiyi bir zamanda dili qorumaq bizim üçün həqiqətən bir siyasi vəzifədir.

15 may 2016

İngilis dilindən tərcümə edən: Bahmanyar Club

http://jcrt.org/religioustheory/2017/02/06/philosophy-as-interdisciplinary-intensity-an-interview-with-giorgio-agamben-antonio-gnolioido-govrin/




Yorumlar