Bruno Latour və “elm müharibələri” - Jop de Vriese


70 yaşındakı Fransız sosilolog Bruno Latour-un bir müddət elmin başına bəla olmuşdur. İndi isə yenidən “alternativ faktlar” çağında elmi müdafiə etməyə gəlir.
Parisdəki sosial elmlər universiteti Sciences Po dakı rəsmi vəzifəsindən keçən ay  təqaüdə çıxan  Latour 1979-cu ildə Britaniyalı sosiolog Steve Voolgar ilə birlikdə yazmış olduğu Labaratory life: The Construction of scientific facts (Labaratoriya həyatı: Elmi faktların
inşası) adlı əsərlə şöhrət qazanmışdı. Latour bu araşdırmanı həyata keçirmək üçün iki ilini Kaliforniyanın San-Diego şəhərində yerləşən Salk Bioloji Araşdırmalar İnstitutunda fəaliyyət göstərən elm adamlarını müşahidə edən antropolog kimi keçirmişdi. 1987-ci ildə isə Latour dərs kitabı olan Science in Action-da (Fəaliyyətdə olan elm) düşüncələrinı ən xırda detallarına qədər izah edirdi.

Latourun araşdırmalarının əsasında faktların elm adamlarının təşkil etdiyi qruplar tərəfindən inşa edildiyi, elmin sosial və texniki ünsürləri arasında bir ayrılığın olmadığı  anlayışları yer alır. Latour anlayışı və yanaşması baxımından təqdir edilsə belə, vəzifəsi və “sosial inşaatçı” baxışları eyni dərəcədə əks reaksiyaya da məruz qaldı. 1994-cü ildə Higher Superstition: The Academic Left and Quarrels with Science (Yüksək xurafat: Akademik Sol və elmlə münaqişələri) adlı kitablarında biolog Paul Gross, riyaziyyatcı Norman Levitt  Latoru və digər sosiologları öz peşələrini etibarsızlaşdırmaq və elmə duyulan güvən hissini təhlükəyə atmaqda günahlandırırdı.
Daha sonra başlayan və “elm müharibələri” olaraq adlandırılan alovlu müzakirələr illərlə davam etdi. Son yazılarında Latour elmin tənqidinin elmə əks olan düşüncəyə təməl hazırladığını, xüsusilə də indiki zamanda geniş müzakirə olunan iqlim dəyişikliyinin yalan olması ilə bağlı iddiaların ortaya çıxamasına yol açdığını qəbul etdi. İndilərdə isə elmə olan güvən hissini yenidən qaytarmaq üçün kömək edə biləcəyini ümid edir.
Fransanın paytaxtındakı evində Latourla söhbətləşdik. Səmimi olmaq lazımdırsa, reportajda bir sıra düzəlişlər də etdik.

“Elm müharibələri”-ni necə xatırlayırsınız?

“90” cı illərdə olub bitmiş olan heç bir şey “müharibə” adlandırılmağa laiq deyil. Elmin necə yaradıldığını və  bu periodun  tənqidi olması ilə bağlı olaraq fəaliyyət göstərən sosial elm adamlarının səbəb olduqları bir münaqişə idi. Bizim təhlillərimiz, ciddi şəkildə tənqid oldunduğunu(topa tutulmaq) düşünən, elmə dair idealist və dəyişməz görüşlərə malik insanların reaksiyasına səbəb oldu. Tənqidlərdən bəziləri həqiqətən gülünc idi. Postmodern nisbilik mənasızlığı ilə birlikdə nəzərdən keçirilir, digərləri tərəfindən zarafat obyektinə çevrilirdi. Hər nə qədər elm adamlarını bir pillə aşağı çəkməyin daha yaxşı hiss etdirdiyini qeyd etsəm də, qəti bir şəkildə anti-elmi mövqeyə malik deyiləm. Tərzimdə gənclərə xas bir coşğu var idi.
İndi isə tamamilə fərqli bir vəziyyətdəyik. Həqiqətən bir müharibədəyik. Bu müharibə böyük şirkətlərlə, iqlim dəyişikliyini inkar edən elm adamlarının bir qrupu tərəfindən aparılır. Bunlar, məsələ haqqında olduqca maraqlı mövqeyə və xalq üzərində böyük təsirə malikdirlər.

Bəs bu ikinci elm müharibəsinə necə daxil oldunuz?

2009-cu il bir tədbir(kokteyl) zamanı oldu bu. Məşhur bir iqlimşünas gəlib mənə dedi ki, “bizə kömək edə bilərsinizmi, insafsızca topa turutlar bizi”. Fransız elm xadimi və keçmiş təhsil naziri olan Klaude Allegre idi bu. İqlim dəyişikliyinə qarşı çox güclü təsirə malik olan bir kompaniya aparırdı.
Bu bir dönüşün simvolu idi. Elmi araşdırma mütəxəsisləri olan və bizim nə ilə məşğul olduğumuzu anlamayan insanlar bir anda bizə ehtiyacları olduqlarını başa düşürdülər. Onları sadəcə bir lobbidan başqa bir şey olmamaqla günahlandıran həmkarlarının hücumlarına qarşı müqavimət göstərmək üçün intellektual, politik və fəlsəfi olaraq təchizatlı deyildilər.



Elmə əks olan düşüncənin və “alternativ faktlar” -ın yüksəlişini necə izah edərdiniz?

Ortaq faktlara sahib olmaq üçün ortaq bir gerçəkliyə ehtiyacınız vardır. Bu ehtiyaclar kilsədə, siniflərdə, uyğun qəzetçilikdə, həmkarların nəzarətində və s. formalarda təsis edilir. Bunun həqiqətdən sonrası (posttruth) ilə bir əlaqəsi yoxdur. Böyük insan qruplarının iqlimin dəyişmədiyi fərqli bir dünyada fərqli gerçəkliklərlə yaşamağı gerçəkliyi ilə əlaqdardır bu.
 İkinci elm müharibəsi bizi heç deyilsə, elm və texnologiyanın siyasətdən ayrılmış olması ehtimalından xilas etdi. Bu amillərin bir-birindən ayrı ola bilməyəcəklərini hər zaman demişəm. Elm heç bir vaxt siyasi tərəfkeşlikdən kənar olmamışdır. Çox böyük siyasi nəticələri olan məsələlər haqqında tərəfsiz məlumat verə bilməzlər. Bu təbii ki, yaxşı elm yarada bilməyəcəyimiz mənasına gəlmir, lakin elm adamları niyyətlərini, dəylərini və nə cür faktların fikirlərini dəyişməsini təmin edəcəyini açıq bir şəkildə ifadə etməlidirlər.

Elm adamları bu yeni müharibəni necə aparmalıdırlar?

 Bəzi elmin yüksək mövqelərini yenidən əldə etmək məcburiyyətindəyik. Bu da elmi araşdırma aparmağa başladığımız nöqtə ilə tamamilə ziddir. Elm adamları öz hörmətlərini yenidən qazanmalıdırlar. Lakin həll variantı eynidir:  Elmi, proses halındakı bir elm kimi təqdim etməlisiniz. Riskli olduğunu qəbul edirəm, qeyri-müəyyənliklər və ixtilaflar yaratmış olduğumuz da doğrudur.
Avstraliyalı ictimai etika  professoru  Clive Hamilton  elmin strateji səbəblər baxımından müzakirəyə açıq olmadığını qeyd edən “strateji əsaslıq” adında başqa bir müdafiə xətti təklif etmişdi. Bu ilk baxışdan məntiqli görünür təbii ki, lakin uzun müddətli perpektivdə elmi məlumatların daha gerçəkci bir təsəvvürünə ehtiyacımız var. Digər tərəfdən də müzakirənin vəziyyətinə və mövcud güvən probleminə baxdığımızda, sadəcə geri dönərək iqlim dəyişikliyinin sadəcə bir fakt olduğunu ifadə edə bilmərik.



Elə deyilmi bəs?

Xeyr, elm, iqlimin necə işlədiyini anlamaqdan daha qarşıq və dağınıqdır. Bu tamamilə anladığımızı ifadə edən bir qətilik yanılmasıdır, elm idealından bir qalıqdır.

Amma iqlim dəyişikliyindən şübhə edənlər də strateji olaraq qeyri-müəyyənlikdən istifadə edirlər?

 Bu doğrudur, amma qeyri-müəyyənlik, siyasətin qarşısını kəsməsi və onu kənarlaşdırması üçün haqlı bir səbəbin olmamasındadır. Təbii ki, araşdırmaya xərclənən qaynağı kəsmək üçün də bir səbəb yoxdur. Bu gerçək bir cinayətdir:  istənilməyən nəticələr almaq ehtimalı olan araşdırmaların qaynağını kəsmək. Bu arada buna bir “şübhəçilik” demək, terminin düzgün olmayan istifadəsi kimidir.

Təqaüdə çıxdığınızdan sonrakı planlarınız nələrdir?

 Artıq həll etməli olduğum çox az şey var, lakin fəaliyyətimə davam edəcəyəm. Yenə Labaratory Life kimi praktiki fəaliyyətin “critical zone” adlandırılan bir sahədə birləşməsi olan Dünyanın xarici səthinin araşdırılmasına dair bir kitab üzərində işləyirəm. Coğrafiya kimyaçılarını, biokimyaçıları və geopolitikçıları  müşahidə edəcəyəm. Dünyanın özünü nizamlayan bir sistem kimi vəzifəsini yerinə yetirdiyi hipotezi ilə hərəkət edən Lovelok-cu yanaşmanı da istifadə edərək bir çox fərqli tədqiqatçı ilə də əlaqə saxlayacağam. Və bəli, düşünürəm ki, bu araşdırmanı ətraflı bir şəkildə ifadə etmək elmə duyulan güvəni yenidən inşa etməyə imkan verəcəkdir.

Jop de Vrieze, “Bruno Latour, a veteran of the ‘science wars,’ has a new mission“, ScienceMag, 10 oktyabr 2017-dən tərcümə edilmiştir.

Tərcümə edən: Bahmanyar Club




Yorumlar