Simon de Bovuar “İkinci cins” əsərinin 25 illiyi ilə bağlı reportaj - 1976


Con Gerassi 1976-cı ildə feminizmin əsas mənbələrindən biri olaraq qəbul edilən və Simon de Bovuar tərəfindən yazılmış olan “İkinci cins”(Le Deuxeme sexe)-in yayımlanmasının 25-ci illiyi münasibətilə kitabın yazarından müsahibə almışdır. Bu müsahibəni aşağıda oxuya bilərsiniz. Bovuar müsahibənin baş tutduğu illərədə xüsusi nüfuza malikdir və dediyi hər söz ciddi qəbul ediləcək dərəcədə intellektual hesab olunur. 1976-cı ildə artıq çox olan yaşına rəğmən yenə də siyasi fəaliyyəti
və ədəbiyyata olan marağı zəifləməmişdir. Yaşının gərəkdirdiyi şərtlər daxilində bəzi yerlədə pessimizmə qapıldığı kimi, bəzi yerlərdə də ədəbi uşaqlığını qoruduğu müşahidə olunur. Lakin hələ də iki qütblü dünyanın hakim olduğu illərdir və bunun təsiri də olduqca hiss olunur.


Gerassi: “İkinci cins”-in yayımlanmasından 25 il keçdi. Bir çox oxucu, xüsusilə də Amerikalı oxucularınız bu kitabı müasir feminizmin çıxış nöqtəsi olaraq qəbul edir. Bəs siz necə düşünürsünüz?

Bovuar: Mən elə düşünmürəm, günümüzün feminist hərəkatı beş altı il əvvəl başlamışdı, mənim kitabımı isə onda heç kim bilmirdi. Daha sonradan, hərəkat böyüdükcə, bəzi hərəkat öndərləri kitabımda öz nəzəri əsaslarının bəzilərinə rast gəldi. Amma qəti olaraq deyə bilərəm ki, “İkinci cins” kitabım feminist fərəkatı başlatmamışdır. Kitab 49-50-ci illərdə ilk dəfə yayımlandığında hazırda hərəkat içərisində aktiv fəaliyyət göstərən bir çox qadın ondan təsirlənmək üçün hələ çox gənc idi. Amma məni məmnun edən şey onların kitabımı sonradan da olsa kəşf etmələri idi. Əlbəttə ki, bəzi yaşlı nümayəndələr - məsələn,  Betty Friedan  The Feminine Mosguito” adlı kitabını mənə ithaf etmişdi - kitabımı oxumuş və bəlkə də, hansısa bir formada təsirlənmişdilər. Kimlərsə də heç təsirlənməmişdi. Məsələn, Kate Millet, araşdırmalarında bir dəfə də olsun məndən bəhs etməmişdi. Qadınlar “İkinci cins”-də açıqladığım səbəblərdən dolayı feminist olmamışdılar, ancaq bu səbəbləri öz həyatlarında kəşf etmişdilər, mənim kitabımda yox.

Gerassi: Öz feminist şüurunuzun formalaşmasını “İkinci cins”-i yazdığınız vaxtlardakı təcrübələrinizdən qaynaqlandığını qeyd etmişdiniz. Beləliklə, öz təcrübələrinizdən yola çıxacaq olsaq, kitabın yayımlanmasından sonra  feminist hərəkatın inkişafını necə qiymətləndirirsiniz?

Bovuar: “İkinci cins”-i yazdığım vaxtlarda həyatımda ilk dəfə bir həqiqəti başa düşmüşdüm. O da yalnış bir həyatı yaşamaqda olduğum idi. Ya da daha doğrusu, bilmədən də olsa, patriarxal cəmiyyətdən qidalanmağa çalışdığım idi. Əvvəlki həyatımda etdiyim şeylər kişi dəyərlərini qəbul etməyim və o dəyərlərə əsasən yaşamağım idi. Təbii ki, bu məsələdə də olduqca uğurlu idim. Və bu, qadın və kişi ancaq qadın istədiyi təqdirdə bərabər olduqları düşüncəsini diktə edirdi. Başqa cür ifadə etsək, mən bir intellektual idim. Cəmiyyətin sadəcə məni ən yaxşı məktəblərə göndərə biləcək deyil, eyni zamanda da düşüncələrlə təlaşsız bir şəkildə oynamağıma imkan verəcək bir sinifə mənsub olmaq şansım vardı, burjuaziya sinifinə. Bundan ötrü çox də əziyyət çəkmədən “kişilərin dünyasına” daxil ola bilmişdim. Gördüm ki, “kişilərin səviyyəsində”  fəlsəfə, incəsənət, ədəbiyyat və s. haqqında danışa bilirdim. Şəxsiyyətimin qadınlıq ifadə edən bütün hissələrini isə gizlətmişdim. Daha sonra isə uğurlarımdan qaynaqlanan davam etmə əzmi ilə motivasiya olunurdum.
Davam etdikcə görürdüm ki, kişi intellektuallar qədər pul qazana və kişi həmkarlarım qədər nüfuz qazana bilirəm. Artıq tək başıma səyahətə çıxa bilirdim və kafelərdə oturub digər kişi  yazarlar kimi yaza bilirdim və hörmətlə qarşılanırdım. Hər addımda müstəqillik və bərabərlik vəziyyətini daha da sağlam bir hala gətirirdim. Elə bir nöqtəyə gəlib çatmışdım ki, eyni imkanlara bir katibənin çatmaq imkanı olmadığını yaddan çıxarmışdım. Onun bir kafedə söz atılmadan oturub kitab oxuması mümkün deyildi. Çox nadir hallarda sadəcə “ağlı” üçün tədbirlərə dəvət edilərdi, etibar və nüfuz qazana bilməzdi. Amma mən bunların hamısını edə bilirdim. Daha da önəmlisi mən kişilərdən ruhən və maddi olaraq asılılığını aradan qaldıra bilməyən qadınları daha aşağı qiymətləndirməyə hələ də meyilli idim. Baxmayaraq ki, öz özümə “mən edə bilirəmsə, onlar da edə bilər” deməsəm belə, yenə də eyni cür düşünürdüm.
“İkinci cins” kitabı ilə əlaqədar apardığım araşdırmalar və kitabın yazılma müddətində mən başa düşdüm ki, əldə etdiyim bu xüsusi imkanlar ancaq öz qadınlığımdan etdiyim güzəştlərin bir nəticəsidir. İqtisadi sinifi terminlərlə izah edəcək olsam daha asan başa düşə bilərik: mən öz sinifimdən imtina edən xain biri idim. Əslində mən cinsiyyət mübarizəsində bərabərlik nümunəsi idim. “İkinci cins”-i yazdığım müddətdə ehtiyac duyulan mübarizənin önəmini anlamışdım. Başa düşmüşdüm ki, qadınların böyük əksəriyyəti mənim sahib olduğum seçimlərə sahib deyil. O qadınlar ki, əslində, o termin(qadın) yıxıldığında tamamilə çökəcək olan kişi hegemoniyasının strukturu içərisində ikinci cins olaraq qiymətləndirilənlər və nəzərdən keçirilənlərdir. Ancaq eynilə digər daha böyük iqtisadi və siyasi təzyiqlərə məruz qalan insanlarda olduğu kimi üsyan çox çətin və yavaş inkişaf edə bilən bir şey idi. Bu insanlar əvvəlcə o təzyiqin nə olduğunu anlamalı idilər. Daha sonra isə dəyişiklik üçün öz güclərinə inanmalı idilər. Kişilərlə “müttəfiqlikdən” qazancı olanlar etdikləri xəyanətlərinin təbiətini anlamalı idilər.  Ən sonunda isə ortaya bir mövqe qoyacaqları halda, mənim kimi karyeralarını, mövqelərini itirəcək olanlar, öz nüfuzlarını qazanmaq üçün risk almağa məcbur olacaqdılar. Və onlar başa düşməlidirlər ki, ən çox istismar olunan yoldaşları yanlarına ən sonda qatılanlar olacaqdır. Bir fəhlənin həyat yoldaşı, örnək verəcək olsaq, belə bir hərəkata qatılmaq üçün ən az istəkli olan olacaqdır. Çünki o qadın bilir ki, əri bir çox femminist liderdən daha çox istismar olunmaqdadır və yaşamaq üçün həyat yoldaşına bir evdar qadın, ya da ana kimi daha çox ehtiyacı var. Nə isə, bütün bu səbəblər nəzərə alındığında qadınlar hərəkət eməkdən çəkinirlər. Bəli, siyasi təşviqlər, ya da qadınların siyasətdə, o cümlədə hökumətdə yer alması ilə bağlı olaraq bir sıra hörmətə laiq, amma cılız fəaliyyətlər olmuşdu. Mən bu cür qruplarla əlaqə qura bilmədim. Daha sonra 1968-ci il gəldi və hər şey bitti. Ondan daha əvvəl də önəmli hadisələr baş verdiyini bilirdim. Betty Friedanın kitabı 1968-dən əvvəl yayımlanmışdı. Əslinə Amerikan qadınları təşkilatlanmağa hələ 1968-ci ildən daha əvvəl başlamışdı. Onlar digər bütün qadınlarla müqayisədə, əlbəttə ki, çox açıq şəkildə yeni texnologiyalarla qadını mətbəxə həbs edən mühafizəkar rol arasındakı ziddiyyətin fərqində idilər, texnologiya inkişaf etdikcə - qol gücü əvəzinə beyin gücünü önəmsəyən texnologiyanı nəzərdə tuturam - kişilərin irəli sürdüyü qadının daha zəif olması və cəmiyyətdə ikinci rola malik olması tezisi artıq müdafiə oluna bilmirdi. Texnoloji inkişaf bütün Amerikada yayılmağa başladıqca Amerikan qadınları bu ziddiyyətləri görməzdən gələ bilməmişdi. Feminist hərəkatın ən böyük dəyişikliyinin (accelleration) ki, bərabər işə görə bərabər maaş tələbi tamamilə iqtisadi bir tələb idi və bunun imperial kapitalizmin vətənində baş verməsindən daha təbii bir şey yox idi. Ancaq Anti-imperialist hərakatla birlikdə gerçək feminist şüur da inkişaf etmişdi.


Amerikada Vietnam müharibəsinə qarşı fəaliyyətləri ilə, ya da Fransa və digər Avropa ölkələrindəki üsyanın yan təsirləri ilə qadınlar öz güclərini hiss etməyə başlamışdı. Bütün dünyada kapitalizmin kasıb əhalinin təzyiqə məruz qalmasına rəhbərlik etdiyinin başa düşülməsi ilə qadınların böyük bir bölümü sinfi mübarizəyə qatılmışdı. “Sinfi mübarizə” termini qəbul etməyənlər belə. Aktivist oldular. Tətillərə, mitinqlərə, kompaniyalara, gizli təşkilatlara və militan sol qruplara daxil olmuşdular. Ən azı kişilər qədər  istismarın və kənarlaşdırılmanın olmadığı bir gələcək üçün mübarizə aparmışdılar. Amma nə baş verdi? Qatıldıqları qrup və ya təşkilatlarda ən azı dəyişdirmək istədikləri cəmiyytədə olduğu kimi ikinci cins olduqlarını görmüşdülər. Burada Fransada və iddia edirəm ki, buradan daha çox Amerikada da liderlərin hər zaman kişilər olduğunun şahidi olmuşdular. Qadınlar bu sözdə inqilabi qrupların tipik çay gətirənlərinə çevrilmişdi. Əlbəttə, sözdə inqilabçı deməməli idim. Ancaq kişilərin hegemon olduğu bir cəmiyyətdə təhsil alan, yetişdirlən və formalaşdırılan o inqilabçılar bu təhsili də özləri ilə bərabər daşıyırlar.
Başa düşlən bir formada, bu cür kişlər, eynilə burjuaziyanın öz güclərini könüllü olarq tərk etməyəcəyi kimi, o təhsil aldıqları şeylərdən əl çəkməyəcəklər. Yəni, eynilə zənginlərin əlindən gücü almaq kasıbların əlində olduğu kimi, kişilərin əlindən gücü almaq da qadınların əlindədir. Və bu o demək deyildir ki, kişilərə qarşı bir təzyiq formalaşdırılsın. Eynilə bütün insanlar arasında iqtisadi bərabərliyi təmin etmək məqsədi ilə sosializmdə, həqiqi sosializmdə edildiyi kimi qadınlar hegemon güclərin əlindəki iqtidari, bu situasiyada kişilərin əlindəki iqtidarı almağa məcbur olduğunu öyrənmişdir.
Belə də deyə bilərik, qadınlar bir vaxtlar sinifi mübarizənin içərisində yer almalı olduqlarında başa düşmüşdülər ki, sinfi mübarizə cinsiyyət mübarizəsini təmin etmir. Məhz bu nöqtədə mən öz dediklərimi anlamağa başladım. Bundan əvvəl mən də cinsiyyətlər arasındakı bərabərliyin ancaq kapitalizmin yıxılması ilə təmin olunacağına, buna görə də öncəliklə sinfi mübarizənin dəstəklənməsinə inanmışdım. Bax, məhz bu ilkinlik məsələsi yalnış idi. Kapitalizmdə cinsiyyətlər arasındakı bərabərliyin təmin oluna bilməyəcəyi fikir doğrudur. Əgər bütün qadınlar kişilər qədər çalışsalar, kapitalizmin sözdə əsaslandığı kilsə, ordu, evlilik və ucuz işçi qüvvəsin, əmək bölgüsü və yarı müddətə işləməyə əsaslanan milyonlarla fabrik, dükan və mağazasına nə olardı? Ancaq cinsiyyətlər arası bərabərliyi təmin etmək üçün sosialist bir inqilaba ehtiyac olduğu da doğru deyil. Sadəcə(razılaşmadığım şəkildə hər kəsin “sosialist bir ölkə” olduğunu qeyd etdiyi) Sovet Rusiyası və Çexoslovakiyaya baxdığımızda proletariatın azadlığı ilə qadınların azadlığı arasında təməl bir qarışıqlıq olduğunu görəcəyik. Hər necə olursa, proletariat hər zaman kişilərdən təşkil olunmaqdadır. Patriarxal dəyərlər ən azı orda da burda olduğu qədər dəyişilmədən davam etməkdədir. Və bu - sinfi mübarizənin cinsiyyət mübarizəni əhatə etmədiyi düşüncəsi - yeni bir şeydir. İndi hərəkatdakı bir çox qadın bunu anlaya bilir. Bu feminist hərəkatın ən böyük uğurudur. Bu uğur gələcək illərdə tarixi dəyişdirəcəkdir.

Gerassi: Ancaq bu düşüncə solçu qadınlarla, yəni cəmiyyəti tamamilə yenidən yaratmağa həyatını həsr etmiş qadınlarla sərhədlidir.

Bovuar: Əlbəttə, çünki mühafizəkarlar var olanı və var olmuş olanı mühafizə etmək istəyirlər. Sağ düşüncəli qadınlar inqilab istəmirlər. Onlar anadır, həyat yoldaşıdır və özlərini kişilərinə həsr etmişdir. Ya da əgər təhrikçidirlərsə, məqsədləri pirogdan daha çox pay əldə etməkdir. Daha çox qazanmaq, parlamentə daha çox qadın daxil etmək, bir qadın prezident görmək istəyirlər. Əsasda barabərsizliyə inanırlar və altda olmaq əvəzinə üstdə olmağı tələb edirlər. Ancaq bu istəklərini təmin edəcək kiçik dəyişikliklərlə və ya hazırkı vəziyyəti ilə sistemə uyğun davranacaqlar. Kapitalizm qadınların orduya və ya polisə qatılmasına imkan verməkdədir. Kapitalizm təbii ki, daha artıq qadının hakimiyyət işlərinə  qatılmasına imkan verəcək qədər ağıla sahibdir. Sözdə olan sosializm bir qadının partiyanın ümumi katibi olmasına mütləq şəkildə icazə verəcəkdir. Bunlar sadəcə sosial sığorta və ya maaşlı məzuniyyət kimi, adi islahatlardır. Maaşlı məzuniyyətin gerçəkləşdirilməsi kapitalizmdəki bərabərisizliyi azlatmışdırmı? Çex cəmiyyətindəki kişi hegemoniyası qadınların kişilərlə fabriklərdə işləmək haqqı ilə aradan qalxmışdırmı? Amma hər cəmiyyətdəki dəyərlər sistemliliyini dəyişdirmək, analıq məfumunu yıxmaq, bax, əsl inqilab budur.
Özünü elə adlandırsın, ya da adlandırmasın bir feminist mahiyyət etibarilə bir solçudur. O, ümumi bərabərlik üçün mübarizə aparmaqdadır, ən azı hər hansı bir kişi qədər önəmli ola bilmək, nüfuz sahibi ola bilmək(sözü keçmək) haqqı üçün. Buna görə də, cinsiyyət bərabərliyi üçün üsyan istəyi sinfi bərabərlik istəyi içərisində formalaşmaqdadır.
 Kişilərin də ana ola bildiyi cəmiyyətlərdə, arqumentimizi dəyərlər üzərindən aparacaq olsaq, “qadın intuisiyası”, “kişi ağılı” - bugünün absurd dilindən istifadə edəcək olsaq - qədər önəmli, incə və yumşaq olmaq sərt və qırılmaz olmağa bərabər olduğunda, başqa bir ifadə ilə bir fərdin təcrübələri digərinkinin təcrübələri ilə bərabər olduğunda, tam formada iqtisadi, siyasi və daha artıq bərabərliyi avtomatik olaraq yarada bilərsiniz. Dolayısı ilə cinsiyyət uğrundakı mübarizə sinfi mübarizəni də əhatə edir, ancaq sinfi mübarizə cinsiyyət mübarizəsini əhatə etmir.
Feministlər məhz bu baxımdan sol yönümlüdürlər. Daha doğrusu siyasi sol adlandırdığımız hissənin də solunda yer almaqdadırlar.

Gerassi: Ancaq qadınlar cinsiyyət mübarizəsini ancaq sol daxilində aparmaqla – sizin də dediyiniz kimi cinsiyyət mübarizəsi indiki anda digər siyasi aktorlar baxımından önəmsiz olduğu üçün – solu zəiflətmirlərmi? Feministlər kasıblarla qadınları istismar edənlər arasında seçim etmək məcburiyyətində qaldıqlarında solu zəiflətmiş və dolayısı ilə qadınları və kasıbları istismar edənləri gücləndirmiş olmurlarmı?

Bovuar: Xeyr, bu ölçüdən baxdığımızda bu yanaşma solu gücləndirəcəkdir. Əvvəlcə, solçu olan, yəni istismara qarşı çıxan tərəf olan kişilər iqtidarlarını yenidən nəzərdən keçirmək məcburiyyətindədirlər. Get-gedə artmaqda olan bir çox qrup öz hegemon kişi liderlərini özləri ilə eyni səviyyədə saxlayırlar. Bu bir inkişafdır təbii ki. Qəzetimiz olan Liberationdakı hakim kişi çoxluq özlərini bir qadını qəzet redatoruluğuna gətirilməyə məcbur hiss etmişdi. Bax, bu inkişafdır. Solçu kişilər artıq danışıqlarına daha diqqətlə yanaşmağa başlamışdır.

Gerassi: Amma bu nə dərəcədə həqiqidir? Məsələn, mən qadınlara “kompliment” deməməyi, bir qrup daxili müzakirədə qadınları dinləməyi, qabları yumağı, evi təmizləməyi, ya da bazarlıq etmək kimi məsuliyyətləri qəbul etməyi öyrəndim. İndi mən daha azmı cinsiyyətçiyəm? Kişi dəyərlərini rədd etdimmi?

Bovuar: Mən dediyinizdə özünüzdənmi bəhs edirsiniz? Açığını desək bu kim üçün önəmlidir? Bir dəqiqə düşünək. İrqçi bir cənublunu götürək. Bu adamın bütün həyatını bildiyiniz üçün onun bir irqçi olduğunu bilirsiniz. Amma adam heç vaxt “zənci” sözünü istifadə etmir. Adam qaradərili insanların bütün etirazlarına qulaq asır və problemlərini həll etmək üçün əlindən gələni edir. Digər irqçilərdən ayrılmaq üçün hər şeyi edir, onlardan uzaqlaşır. Qara dərili uşaqların təhsildən kənar qaldıqları illər üçün boşluğu doldurmaq üçün normaldan daha çox təhsil almasını tələb edir. Qara dərililərə kreditin daha tez təsdiq olunması üçün onlara yardım edir. Bölgəsindəki qaradərili insanaları həm maddi, həm də səs baxımından  dəstəkləyir. Sizcə qara dərili insanlar üçün bu adamın ruhən əvvəlki kimi irqçi olub olmadığının bir önəmi olacaqmı?


 İstismarın obyektiv olan bir çox tərəfi vərdişlərlə əlaqəlidir. Vərdişlərinizi dəyişdirə bilərsiniz, yeni və fərqli vərdişlər qazanmağınız daha təbii olaraq formalaşacaqdır ki, bu da böyük bir addımdır. Qabları yuya bilərsiniz, evi təmizləyə bilərsiniz və bunları etdiyiniz zaman da daha az kişi kimi hiss etməzsiniz, yeni vərdişlərin yaranmasına imkan yaradısınız çünki. İki nəsil irqçi olmamağın lazım olduğu düşüncəsi ilə yaşadı, üçünçü nəsil isə həqiqətən irqçi olmadan formalaşdı. Cinsiyyətçi olmadığını deyərək rol oynayın və bu cür oynamağa davam edin. Bunu bir oyun kimi düşünün. Xüsusi, gizli düşüncələrinizdə inandığınız kimi qadınlardan daha güclü olduğunuzu düşünün. Ancaq bu oyunu nə qədər inandırıcı oynasanız da  - yəni qabları yumaq, evi təmizləmək, uşaqlara baxmaq, bazarlıq etmək kimi işləri görsəniz - örnəklər yaratmış olursunuz. Xüsusilə də qaba kişilər üçün. Əsas problem isə mənim buna inanmadığımdır. Dediklərini etməyə davam edəcəyinizə inanmıram. Qabları yumaq bir şeydir, hər gün uşaq bezini dəyişdirmək isə tamamilə başqa bir şey...

Gerassi: Mənim uşağım yoxdur

Bovuar: Niyə yoxdur? Uşağınızın olmamasınımı istədiniz? Anaların uşaq sahibi olmalarını həqəqtən istədiklərinimi düşünürsünüz? Ya da uşaq sahibi olmaq barədə təhdid edildiklərinimi? Ya da hiləgərcəsinə uşağa sahib olmanın təbii, normal, qadına xas olduğunu deyən dəyərlərlə böyüyərək uşaq sahibi olmağı seçdiklərinimi? Bu məcburi seçimi onların əvəzinə kim seçdi? Bax, dəyişilməsi gərəkli olan dəyərlər bunlardır.

Gerassi: Yaxşı, məhz bu səbəbdən də bildiyim qədəri ilə bir çox feminist ayrıseçkilik məsələsində israr edir. Ancaq inqilab həm mənim üçün həm də sizin üçün qrupları bir-birindən ayrımaqla gerçəkləşə bilərmi? Feminist hərəkat kişiləri öz mübarizəsindən kənarlaşdıraraq uğur əldə edə bilərmi? Bu gün qadın hərəkatının əzici çoxluğu, bu Fransa üçün ən azından, Amerika üçün də keçərlidir, təbii ki, daha çox ayrıseçiciliyə əsaslanır.

Bovuar: Bir dəqiqə xahiş edirəm. Gəlin, qadınların niyə ayrıseçkilik tərəfdarı olduqlarını araşdıraq. Amerika üçün deyə bilmərəm, təbii ki, amma Fransada bir çox fərqli qrup var. Onlar kişiləri öz qruplarından kənarlaşdırırlar. Kənarlaşdırırlar, çünki bunun qadın olaraq özlərini yenidən müəyyən etmək üçün önəmli olduğunu düşünürlər. Bunu sadəcə öz aralarında danışaraq ərləri, ataları, qardaşları  ya da hər hansı bir maskulin bir gücün qarşısında heç vaxt etiraf edə bilməyəcəkləri şeyləri ifadə edərək edirlər. Ancaq bu yolla əldə oluna bilən daxili güvən hiss ilə danışmağa ehtiyac duyurlar. Və mənim 25 yaşımdan daha əvvəl heç vaxt var olduğunu, ya da var ola biləcəyini xəyal belə etməyəcəyim dərəcədə dərin ünsiyyət qurmağın yolunu tapmışdılar. Ən səmimi qadın dostlarımla qurduğum ən məhrəm münasibətlərimdə belə feminen problemləri heç vaxt danışa bilmirdik. İndi isə bu qruplarda qadın problemləri ilə həqiqətən üzləşmək arzusu ilə qadınlar arasında həqiqi dostluq mühiti yaradılmışdır. Demək istədiyim odur ki, keçmişdə, mənim gəncliyimdə son vaxtlara qədər qadınlar öz aralarıda həqiqətən dostluq qurmazdılar. Bir-birilərini rəqib, düşmən və ya ən azından yarışdıqları biri olaraq görərdilər. İndi isə daha çox bu qrupların varlığının nəticəsi olaraq, bir-biriləri ilə sadəcə dostluq qurmaqla qalmadılar, eyni zamanda bir-birilərinə qarşı dərin, açıq, isti və bacılıq, həmrəylik duyğusunu gerçəklişdirməkdədir və bunu lezbian cinsəllik haqqındakı düşüncələrə əsaslanmadan etməkdədirlər. Təbii ki, bir sıra başqa mübarizələr də aparılmaqdadır, qadınların kişilərində iştirakını gözlədiyi son dərəcə feminist mübarizələr.. Məsələn, abortun qanuniləşdirilməsi kimi. Biz bu məsələ ilə bağlı ilk böyük kütləvi aksiyanı təşkil etdiyimizdə, üç və ya dörd il əvvəl, çox sayda kişinin iştirak etdiynə şahid olmuşduq. Bu onların cinsiyyətçi olmadığını göstərmir təbii ki. Bir kişinin davranışlarında və dəyərlərində uşaqlıq illərindən etibarən formalaşmış, dəmir atmış bir şeyləri söküb dağıtmaq illər, bəlkə də on illər çəkə bilər. Amma ən azından bu adamlar cəmiyyətdəki cinsiyyətçiliyini fərqinə varıb ona qarşı siyasi mövqe sərgilməşdilər. Bunun kimi vəziyyətlərdə kişilər hərəkat daxilində xoş qarşılanmaqda, hətta ürəkləndirilməkdədirlər.

Gerassi: Ancaq bütün bunlarla birlikdə ən azından Fransadakılar, ayrıseçkiliklərini açıq bir şəkildə dilə gətirirlər və mübarizələrini lezbiyan olaraq adlandırmaqdan qürur duyurlar.

Bovuar: Bir qədər dəqiqləşdirmək lazımdırsa, MLF-də (Qadnların Azadlıq Hərəkatı) bir çox qrup vardır ki, bəli, özlərini lezbian olaraq adlandırmaqdadır. Bu qadınların bir çoxu MLF-yə və digər qruplara öz lezbian orientasiyalarını açıq şəkildə dilə gətirə bilmələrinə imkan yaratdıqları üçün təşəkkür edirlər və bu möhtəşəm bir şeydir. Bu daha əvvəllər heç də bu formada deyildi. Bir çox qadında sırf siyasi bağlanma ilə əlaqədar olaraq lezbian olmuşdur. Bu lezbianlığı siyasi bir mövqe olaraq gördüklərindən dolayı bu cür olmuşdur. Bu qara dərili vəkillərin irqçiliyə qarşı mübarizələrinin nəticələri ilə müqayisə oluna bilər. Kişilərin mübarizələrindən kənarlaşdırılmasına isə daha dogmatik yanaşmaqdadırlar. Amma bu o demək deyil ki, bu qadınlar hər yerdə olan zülmə arxalarını çevirirlər. Məsələn, gənc Mao-cu aktivist  Pierre Overney Reno fabrikində siyasi fəaliyyətlərinin təbliğatını apardığı səbəbi ilə polislər tərəfindən amansızcasına öldürüldüyündə və bütün solçular Parisdə yürüşə çıxdıqlarında, ayrıseçkilikdə günahlandırılan lezbiyanlar yürüşə qatılmış və məzarlığa qədər əklil aparmışdılar. Bir kişi olan Overneyi dəstəkləmək üçün deyil təbii ki, insanları - qadınları və kişiləri -  istismar edən və onaların həyatına önəm verməyən dövlətə qarşı aparılan etirazı dəstəkləmək üçün.

Gerassi: Qadın azadlığının bir digər nəticəsi də, Amerikan universitetlərinin apardığı bir sıra araşdırmalara görə kişi cinsi zəifliyində artışın olmasıdır. Xüsusilə də cinsiyyətçiliyə qarşı mübarizə aparmağa çalışan gənc kişilərdə.

Bovuar:  Bu onların problemidir, onlar öz rollarını oynamağa çalışırlar.

John Gerassi, 1976
Society, Jan-Feb. 1976
Southampton University
Transaction Publishers,1995


Yorumlar