Joseph E. Stiglitz - "Neoliberalizmdən sonra"



ABŞ və digər inkişaf etmiş iqtisadiyyatlar son 40 ildə aşağı vergi, deregulasiya[1] və sosial programları kəsən azad bazar prioritetlərini dəstəkləmişdir. Bu yanaşmaının qeyri adi şəkildə uğursuzluğa uğramasına daha heç bir şübhə ola bilməz; qalan yeganə sual ondan ibarətdir ki, sonra nə olacaq?

 Nə cür iqtisadi sistem insan rifahına ən çox əlverişli olandır? Bu sual içində yaşadığımız dövrü müəyyənləşdirəcək, çünki ABŞ və digər inkişaf etmiş  iqtisadiyyatlarda neoliberalizmin 40 ilindən sonra nəyin işləmədiyini bilirik.
  Neoliberal təcrübə - sərvətə təyin edilən aşağı vergi, əmək və məhsul bazarının deregulyasiyası, finansallaşma və globallaşma - qeyri adi bir uğursuzluğa uğrayıb. Böyümə ll Dünya Müharibsəindən sonrakı dövrdən daha aşağıdır və böyümənin əsas hissəsi gəlir bölgüsü göstəricisinin başında olanlar arasında bölünür. On illərlə dəyişməyən və azalan gəlir sahibləri üçün isə neoliberalizm ölmüş və basdırılmış qəbul edilməlidir.
  Yerinə keçmək üçün ən azı dört mühüm siyasi alternativ rəqabət aparır: radikal-sağ millətçilik, orta-sol islahatçılıq, progressiv sol (mərkəz-sağ ilə neoliberal iflası tərənnüm edir). Və progressiv sol xaricində bu alternativlər vaxtı bitmiş (və ya bitirməli olan) ideoloji baxışlarını saxlamaqdadır.
  Mərkəz-sol, məsələn, neoliberalizmi insan siması ilə tərənnüm edir. Onun məqsədi finansallaşma və qloballaşmanın aparıcı formalarına yüngülcə yenidən nəzər yetirməklə sabiq ABŞ Prezidenti Bill Clinton və sabiq İngiltərə Baş Naziri Tony Blairin siysətinin XXI əsrə gətirilməsidir. Bu arada milliyyətçi sağ globallaşmanı qəbul etmir, bu günün bütün problemləri üçün migrantları və əcnəbiləri günahlandırır. Hələ Donald Trumpın prezidentliyi göstərdi ki, - ən azından Amerikan variantında - sərvət sahiblərinin vergi yükünün kəsilməsi, deregulasiya, sosial programların məhdudlaşdırılması və ya tamamilə aradan qaldırılması kimi məsələlərdə daha az qərarlı deyil.
 Bunların əksinə, üçüncü düşərgə mənim “peogressiv kapitalizm”[2] deyə adlandırdığım dörd prioritetə əsaslanan tam fərqli iqtisadi gündəliyi təklif edir. Birinci prioritet dövlət, bazar və sivil cəmiyyət arasındakı balansı yenidən bərpa etməkdir. Zəif iqtisadi böyümə, artan bərabərsizlik, maliyyə qeyri-stabilliyi və ətraf-mühitin degradasiyası bazardan doğan problemlərdir, bununla belə bazar bunun üstündən gələ bilmir və bilməyəcək. Hökümət ətraf-mühit, səhiyyə, peşə təhlükəsizliyi və digər nizamlayıcı vasitələrlə bazarı məhdudlaşdırmaq və formalaşdıraq vəzifələrinə sahibdir. Həmçinin, hökümət bazarın edə bilmədiyi və etməyəcəyi işləri, əsas araşdırmalara, texnologiya, təhsil və həmçinin səhiyyə və təsisçilərinə investisiya yatırmaq  vəzifəsinə sahibdir.
  İkinci prioritet “millətlərin sərvəti”nin elmi araşdırmanın - ətrafımızdakı dünya haqqında öyrənmək - və böyük insan gruplarının ümumi mənafe naminə bir yerdə çalışmasını təmin edən sosial təşkilatların nəticəsi olduğunu tanımaqdır. Bazar hələ sosial birgə işin yüngülləşdirilməsində vacib rola malikdir, amma bu məqsədə yalnız hüququn aliliyi və demokratik nəzarətə uyğun  idarə edildiyi təqdirdə xidmət edir. Əks təqdirdə fərdlər digərlərini istismar edərək sərvət qazana bilir, həqiqi ixtiraçılıq vasitəsilə dəyər yaratmaqdan daha çox kirayə vermə yolu ilə  sərvət əldə edirlər. Bu günün əksər varlısı istismar yolu ilə varlı olub. Sərvət yaratmağın qaynaqlarını yox edib icarə axtarışını (rent-seeking) təşviq edən Trump siyasəti onlara yaxşı xidmət edib. Progressiv kapitalizm isə bunun tamamilə əksinin axtarışındadır.


  Bu bizə üçüncü prioriteti verir: təmərküzləşən bazar gücünün problemlərinə yönəlmək. İnformasiya üstünlüklərini istismar edərək, potensial rəqibləri satın alaraq, bazara girişə əngəllər törədərək hakim firmalar hərkəsin zərərinə olan böyük ölçülü icarə-axtarışında ola bilmələri. Şirkətlərin bazar gücünün artışına uyğun olaraq işçilərin bazarlıq gücünün düşməsi  bərabərsizliyin niyə bu qədər yüksək olduğunun və böyümənin niyə az olduğunun izahına gedən uzun bir yoldur. Hökümətlərin neoliberalizmin mümkün qıldığından daha çox müdaxilə sükanını əllərinə almasalar bu problemlər süni intellekt və robotlaşma ilə daha pis olacaq.
  Progressiv gündəliyimizdəki dördüncü açar ünsür iqtisadi güc ilə siyasi təsir (çəki) arasındakı əlaqəni qoparmaqdır. İqtisadi güc və siyasi nüfuz , xüsusilə ABŞ-da olduğu kimi varlı bir kimsələrin və ya  şirkətlərin seçkilərdə limitsiz xərcləmələr edə bilmələri ilə bir-birini gücləndirir və daimi edir. ABŞ “one dollar, one vote” (bir dollar, bir səs) kimi əsasən (fundamentally) antidemokratik olan sistemlərə yaxınlaşmağa davam etdikcə, demokratiya üçün zəruri olan nəzarət və tarazlıq sistemi dözə bilmir: heç bir şey zənginliyin gücünün qarşısını kəsə bilməyəcək. Bu sadəcə əxlaqi və siyasi problem deyil: gəlir bərabərsizliyinin az olduğu ölkələrin əslində iqtisadi müvəffəqiyyətləri daha yüksəkdir. Progressiv kapitalist islahatlar, beləliklə, pulun siyasət üzərində təsirinin məhdudlaşdırılması və bərabərsizliyin azaldılması ilə başlamalıdır.
  On illər ərzində neoliberalizmin vurduğu ziyanı aradan qaldıracaq bir mərmi mövcud deyil. Amma yuxarıda yazılanların ətraflı gündəliyini (agenda) hazırlamaq tamamilə mümkündür. Bu daha çox islahatçıların özəl sektor tərəfindən yaradılan həddən artıq bazar gücü və qeyri-bərabərlik kimi problemlərdə qətiyyətli olub olmamağından asılı olacaqdır.
  Bu ətraflı gündəlik təhsil, araşdırmalar və digər həqiqi sərvət mənbələrinə diqqətini yönəltməlidir. O, ABŞ-dakı “Green New Dealers” və Birləşmiş Krallıqdakı “Extinction Rebellion” da olduğu kimi eyni həssaslıqla ətraf mühiti qorumalı və iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıdır. Və o, heç bir vətəndaşın ləyaqətli həyatın əsas şərtlərinin danılmayan ictimai programları müdafiə etməldir.  Bura daxildir: maddi təhlükəsizlik, iş həyatına çıxış və yaşamaq üçün  əmək haqqı (living wage), səhiyyə xidməti və uyğun mənzil, güvənli təqaüdçülük və uşaqların keyfiyyətli təhsilini təmin etməlidir.
  Bu gündəlik çox əlverişlidir: əslində biz bunun həyata keçməməsini mümkün edə bilmərik. Bu programın millətçilər və neoliberallar tərəfindən təklif edilən alternativləri daha çox durğunluğu, qeyri-bərabərliyi, ətraf-mühitin degradasiyasını, siyasi qarşıdurmanı, düşünmək belə istəmədiyimiz bir çox problemə zəmanət verir.
  Progressiv kapitalizm bir təzad deyil. Daha çox, iflasa uğramış bir ideologiyanın yerinə ən uyğun və canlı alternativdir. Beləliklə, o  cari iqtisadi və siyasi narahatlığımızdan ən yaxşı xilas yolu şansımızı tərənnüm edir.

  Joseph E. Stigliz iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Kolumbia Üniversitetinin Professoru, Ruzvelt İnstitutunun Baş İqtisadçısıdır.


Tərcümə Fərhad Seyfullazadə
Mənbə:




[1] Dövlətin iqtisadiyyata müdaxiləsini qadağan olunması./bax:Britannica
[2]www.project-syndicate.org/onpoint/the-economy-we-need-by-joseph-e-stiglitz-2019-05?barrier=accesspaylog

Yorumlar