Fəlsəfi məsləhət və psixoanaliz - I hissə


Mənim "düşüncə praktikam" (www.denkpraxis.ch) açılandan bəri mən sual ilə qarşılaşıram: Bu nə deməkdir: Fəlsəfə məsləhətləri? Və: Psixoloji məsləhət ilə fəlsəfi məsləhətləşməni fərqləndirən nədir? Cavab asan deyil. Alman dilli ölkələrdə fəlsəfə praktikasının qurucusu Gerd B. Achenbach  aşağıdakı təsviri vermişdir: Əgər qırıq bir ayaq varsa, o zaman həkim olmalı, bir həkimə göstərilməlidir.
Ancaq bir ayaqla nə edə biləcəyinizi bilmək istəyirsinizsə,bir ayaq sizə hansı imkanları nə
təklif edir? Bilmək istəyirsinizsə o zaman bir filosofa müraciət edin. bir filosof. Münsterdə praktik fəlsəfi məsləhətlər verən Andreas Mussenbrock, psixoterapiyadan aşağıdakı kimi ayrıca bir səhifə ayırır:

Psixoterapiyadan Fəlsəfə Təcrübəsini fərqləndirən nədir?
Psixoterapevtik təkliflərin müxtəlifliyi nəzərə alınmaqla, praktik fəlsəfə ilə psixoterapiyanın sərhədlərini müəyyən etmək çox çətindir. Ancaq fərqlər artıq hər iki fənnin tərifindən, təyinatından özünü biruzə verir.
Psixoterapiya, 1998-ci ildə Alman Psixoterapiya Qanunu ilə tərtib edilən "patoloji dəyərləri olan xəstəliklərin təyin edilməsi, müalicəsi və ya yüngülləşdirilməsi" (§1, maddə 2). Digər tərəfdən fəlsəfə praktikası, zamanımızın fərdi həyat tərzi üçün fəlsəfi düşüncəni realizə etmək üçün bir fəaliyyətdir. Belə ki, psixoterapiya xəstələrə, fəlsəfi praktika isə sağlam olanlara istiqamətlənir; psixoterapiya psixi disfunksionallıq, fəlsəfi təcrübə isə şəxsi həyat tərzinə dair məsləhət verir. (Andreas Mussenbrock, www.hentopan.dehttp: //www.hentopan.de/)
Fəlsəfə praktikası və psixoterapiya əlbəttə ki, ilk baxışda bir çox ümumiliklərə malikdirlər. Ancaq əsas fərq olaraq, mən buna qarşı xüsusiylə diqqət etdiyim nüans ondan ibarətdir ki, fəlsəfi praktika müalicə olunmaq üçün deyildir. Beləliklə, fəlsəfi praktikanın iddiası və vəzifəsi xəstələri müalicə etmək deyildir. Buna baxmayaraq tamamiylə mümkündür ki, ruhi xəstələrin praktik fəlsəfəyə müraciət etmələri görünsün, lakin onlar heç də müalicə almaq üçün müraciət etmirlər. Əksinə, fəlsəfi məsləhətləşmə imkanları özünü ifadə etməyə və güzgüdə özünü görməyə imkanlar ortaya qoyur, mühüm həyat məsələləri ilə bağlı qərarlar qəbul edilməsinə köməklik göstərə bilər.
"Psixoterapiya" sözünün etimologiyası burada yanlış ola bilər. Platon Sokratesin diliylə özünün "Laches" dialoqunda "psyches therapeía" (185e) sözünü Sokratın dilində söyləməyə imkan verir. Bu müasir "psixoterapiya" sözünün mənbəyidir. "Psix" sözü bu gün ümumi olaraq "ruh, can" kimi və “terapiya” isə müalicə olaraq tərcümə olunur. Lakin, Platonun dövründə "therapeía" sözü "Therapon" "qulluqçu, yoldaş, müşayiətçi" mənasını ifadə edirdi. Psixoterapiya beləliklə ruhun müşayiəti kimi başa düşülmüşdür. XVIII əsrdə Alman dilli coğrafiyada “Therapie” “müalicə hərəkəti” və ya “müalicə yoldaşlığı” mənası verən “Heilbehandlung” sözünə sinonim kimi qəbul etdilər, bununla da bu ifadə fəlsəfədən tibb sahəsinə keçərək "müalicəvi müşayiət" mənasına gəldi.
Aşağıda mən ümumi psixoterapiya ilə məşğul olmaq niyyətində deyiləm, ancaq xüsusilə Freud psikanalizi ilə müəyyən qədər təmasda olacağam. Çünki psixoanaliz həmişə fəlsəfənin tətbiqi sahəsinin müraciət edəcəyi sahə olaraq qalacaq.

Psixo və Analiz

Ziqmund Freud psixoanalizin banisi hesab edilir. Sözün özünü tədqiqat obyektinə alarsaq bir elm kimi burada məsələ – Nevroloq Freud öz təlimini elm kimi başa düşürdü – ruh, can, eləcə də onun analizi və açılmasından gedir. Həm psixus həm də analiz qədim yunan sözləridir və qədim fəlsəfədə böyük rol oynamışlar.
Fəlsəfədən əvvəl/fəlsəfədən kənar düşüncə tərzində ruh nəfəslə birlikdə öləndə cəsədi tərk edən həyat prinsipi olaraq qəbul edildi.
Bu, Thalesdə (Fales) artıq ümumiləşdirilmişdir ki, canlı olan, özü hərəkət edə bilən hər şey bir hərəkət prinsipi kimi ruha malikdir. Homerdə ruh və bədən hələ eyni identikliyə malik olsa da, sonradan Pifaqor məktəbi bədən və ruhu müəyyən münasibətdə gördülər ki, bu da sonralar xristianlıqda bir dəyər sistemi, sxeması kimi bəyan edilirdi: bədən ruhun həbsxanası kimi. Həm Platon, həm də Aristoteldə ruhun fəlsəfənin əsas fiqurudur. Platonun "Timaios" dialoqunda, ruh, əbədi var olanla mümkün olanın arasında vasitəçilik edir. Aristotelin "Ruh haqqında" yazısı bu barədədir ki, həqiqətən də ruh vücudumuzun canlılığını təmin edən nəsnədir.
Psixi ilə müqayisədə qədim yunan sözü "parçalanmaq" anlamına gələn "analyein" təhlil etmək deməkdir. Aristoteldən bəri analiz mühüm bir fəlsəfi metod hesab edilmişdir. Bu "return - anagein" ilə sinonimdir və verilmiş bir şeyin elementar başlanğıca doğru geri aparılmasını nəzərdə tutur. Ruhu fəlsəfi bir şəkildə müvafiq üsulla təhlil edirəm, verilmiş ruhu bir qayda olaraq, həyatın prinsipinə, yəni ibtidai, daha orijinal elementar bir şeyə qaytarıram. Bu qısa söz tarixçəsinə əsasən aydın olur ki, Psixo və Analiz iki ənənəvi, fəlsəfi anlayışlar kimi təsvir edilir.
Buna görə də, mənə indi elə gəlir ki, artıq Freyd psikanalizini fəlsəfi bir baxışa mövzu olmasını təmin etməyin və fəlsəfi praktikada faydalı olan bu yüksək partlayıcı və heyecanlandırıcı fikri məhsuldar etməyin vaxtı gəlib çatmışdır.

Söhbət müalicəsi - Ecriture automatique

 Psixoanaliz öz başlanğıcını Freydin məşhur xəstəsi Anna O. ilə götürür. O, "danışan müalicə" (danışma müalicəsi) adlandırılan malicə üsulundan istifadə etməklə müalicə edilən ilk xəstə idi. (Danışmaq)a katartik effekti / təsiri aid edilir. Hansı ki bu üsulda xəstə qadın / kişi hər şeyi senzurasız və nəzarətsiz ifadə edərək – birbaşa içəridən gələn - yeni bilgilər, nəticələr və ideyalara müyəssər ola bilər. Freud üçün, bu senzurasız və nəzarətsiz, bir qədər ağılsızca başa düşülən danışma şüursuzluğun öyrənilməsinə aparan bir yol yaradır ki, bunu da əvvəlcədən bilinməyən bir yuxuya və yaxud zarafata bənzətmək olar. "Səbirli müalicə" ideyası sonradan Surrealizm tərəfindən, xüsusilə André Breton tərəfindən ələ alındı. O "Ekriture automatique" in-avtomatik yazı texnikasını inkişaf etdirdi. Özünü kəşf edən bir mənbə, yaradıcılıq və bununla bağlı bir fikir hovuzu: "özünüzü hər hansı bir yerdə rahat etdikdən sonra ,özünüz haqqında yazılmasına icazə verin, harada ki, sizin ruhunuzu öz üzərinizdə nə qədər mümkündürsə o qədər də uzağa konsentrasiya edə bilirsiniz. Öz yerinizi ən passiv və ən reseptiv (qəbuledən) vəziyyətə, hansı ki siz istedadlısınız, dəyişin...sürətli yazın, əvvəlcədən nəzərdə tutulmuş mövzu olmasın, heç nəyi saxlamadan , tez dəqiq yazın, heç nəyi sübut etməyə çalışmayın”

Alman dilindən tərcümə Emin Kərimov

Lebendiges Philosophieren
Martina Bernasconi
transcriptverlag 2005

Yorumlar