Slavoj Zizek : "Yazmaq mənim üçün mütləq qorxudur"




“Bu günün incəsənətində necə də qəribə hadisələrin baş verdiyini bilirsinizmi? Slavoj Zizek zəmanəmizin intellektuallarındandır. İntellektualın vəzifəsi böhran yaratmaqdır fikrinin daşıyıclarından. Təhrikedici. Xüsusi. Önəmli bir müsahibə.

Gary A. Olson-Lynn Worsham
 


 Özünüzü bir yazıçı olaraq görürsünüzmü?

 Xeyr. Mənə görə yazıçı üslubu önəmsəyən biridir. Bu baxımdan yanaşsaq, xeyr. Demək olar ki, moddan düşmüş, metafizik bir mənada ifadə etsəm mən şərh edib çatdırmağımın gərəkli olduğu fikrindəyəm.Yazmağa qarşı estetik bir mövqeyim yoxdur, hansı kəliməni necə istifadə etməyimin o qədər önəmi yoxdur mənim üçün. Mənim üçün önəmli olan tək şey öz demək istədiyimi  ortaya qoymaqdır. Hətta yazılarımın belə necə formalaşdırılmasını da önəmsəmirəm. Bu baxımdan bunun bir növ mərhəmətsizlik və ya qəddarlıq olduğunu deyə bilərəm. Daha qəşəng formada ifadə edəcək olsam, sözlərin daha gözəl eşidilib eşidilməyəcəyi ilə heç vaxt maraqlanmıram. Üslub baxımından yalnız bir şey diqqətimi çəkir, o da bəzən bir qrupa istiqamətlənmiş və məzmuna ironik lətifələr daxil etməyə çalışmağımdır. Məsələn, bütün dostlarım mənim çox tez-tez istifadə etdiyim və təkrar olunan bir neçə izah formamın olduğunu bilirlər. Ən çox istifadə etdiyin “əksinə” və ya “buna qarşılıq olaraq”-dır. Bir digəri isə “ilk baxışda belə görünür, lakin daha yaxından baxsanız, bunun əslində başqa bir şey olduğunu görərsiniz”-dir. Əsasən mən beləyəm. Yazmaq haqqında da bir qəddarlıq hiss edirəm. Özümü bir növ düşüncə maşını olaraq ifadə etməyə çalışıram. Bəlkə də bu, gəncliyimdən bəri heç vaxt ədəbiyyatla məşğul olmağa, ya da Tanrı qorusun, şeir yazmağa cəhd göstərmədiyimdən dolayıdır. Mənim təbiətimdə bunu qəti şəkildə qadağan edən bir şey var. Bunun ədəbsiz olduğunu düşünürdüm, mənə görə şeir yazmaq insanların arasında masturbasiya edərək özünü həddən artıq nümayiş etdirmək deməkdir. Buna görə də,(hər zaman dialoq içərisində olduğum və təqdir etdiyim) Jak Derrida kimi yazarlarla belə bu problemi yaşayıram. Derridanın əksər məqalələrini bəyənirəm, lakin ilk üçdə birlik hissəsini çox zaman ötürürəm - bunlar da bildiyiniz kimi öz əsl argumentlərinə keçənə qədərki hissələrdir. Ən sonunda məsələnin özünə gələnə qədər bu növ baletdəki fırlanmaları(piruette) geçmək lazım olur.” Bu məqaləni mən mi yazıram, yoxsa məqalə mi məni yazır?” Mənim yanaşmam bu cürdür: saf, amansız bir özünü vasitəyə çevirmə. Bəlkə də yazdıqlarımdan öz izlərimi silməyə çalışmağım mənim vasvası(obsession) təbiətimin bir parçasıdır. Daxil olduğum hadisələrdə olmaq istəmirəm. Görünməz olmağa çalışıram. Məsələn bir oteldə qalıramsa və otel otağından bir neçə saatlığa çıxmalıyamsa, sanki otaqda heç vaxt olmamışam kimi davranıram. Bunun bəlkə də özümü var olmaması lazım olan biri kimi anlayıb anlamadığımla əlaqəli psixoanalitik suallarla bir bağlantısı vardır. Ancaq bu burada dilə gətirilməyəcək qədər ekzistensial bir məsələdir.

  Bizə yazmaq prosesinizdən danışın bir az. Redaktə edirsinizmi? Komputer istifadə edirsinizmi?

 Tanrı, ya da artıq kim kəşf etmişdirsə, komputerlər mənim üçün kəşf edilmişdir. Onlardan əvvəl neçə işlədiyimi təsəvvür belə edə bilmirəm. Mənim yazma formalarımla bağlı bilməli olduğunuz iki şey var. Birincisi, yazmaq prosesindən dəhşətli dərəcədə qorxuram, bu baxımdan qəribə bir strategiya yaratmışam özümə.  Prosesi iki hissəyə ayırıram. Başlanğıcda sadəcə qeydlər edirəm. Özümə deyirəm: “Bunu bir qədər təkmilləşdirim, ancaq bu hələ tam formada yazmaq demək deyil sadəcə qeydlər aparıram”. Son hissədə isə özümə deyirəm: “ İndi hər şey yazılıb, sadəcə onları düzəltmək lazımdır”. Yazmaq prosesi mənim üçün mütləq bir qorxudur. Öz-özümə həqiqətən yazdığımı demək mənim üçün xəyal edilməz dərəcədə qayğılıdır. Bu ya hazırlıq olmalıdır, ya da bəlkə sadəcə psixoanalitik yuxu nəzəriyyəsində “orta detallandırma” deyilən, sadəcə son düzənləmələri etdiyimiz bir şey olmalıdır - etdiyim şeyin adı heç vaxt “yazmaq” ola bilməz. Mənim yazmaq prosesimin əsas xüsusiyyətlərindən biridir bu. Digərinə gəldikdə isə heç vaxt beynimdə yazmıram. Başlayarkən beynimdə tamamilə müəyyən bir düşüncə cizgisi yoxdur. Kompeks vahidlərlə yazıram əsasən - bunlara mücərrəd vahidlər deyə bilərik. Bu vahidlərin hər birisi bir düşüncə xəttinə çevrilir, ümumilikdə 3 və ya 4 səhifədə və bu vahidlər də az, ya da çox formada kitablarımdakı bölümlərin alt başlıqlarına çevrilir. Bu vahidləri yazıram və daha sonra əsas məsələ bu vahidləri daha böyük vahidlər olaraq qruplaşdırmaqdır. Ancaq təkrar edirəm, heç vaxt öncədən müəyyən etdiyim bir düşüncə xətti ilə başlamıram. Yəni bir fikir vardır və əsas iş bu fikrin şəkilləndiyindən əmin olmaqdır. Bu baxımdan bir çox örnəklərdən istifadə etməyimi “üslub”-un bir parçası olaraq görmürəm. Mənim üçün əsas məsələ fikrin tamamilə ortaya çıxarıldığından əmin olmaqdır. Daha sonrası isə fikirləri bir-birinə əlavə etməkdir. Komputerdən əvvəl - qayçı və yapışdırıcı istifadə edərək - nə qədər çox kopyalama, yapışdırma və kəsmə etməli olduğumu təxmin edə bilərsiniz. Bu baxımdan komputer işlərimi olduqca asanlaşdırdı. Yəni ki, mənim üçün yazmaq mütləq bir qorxudur. Bundan çəkinmək üçün hər şeyi etməyə çalışıram.

 Yazdığınız zaman müəyyən bir oxucu kütləsini hədəf alırsınızmı?

 Xeyr. Bu çox qəribədir, ancaq çox geniş istifadə olunan mənasından kənar olaraq xeyir. Bəlkə də kimlərsə istifadə etdiyim bu ədəbsiz örnəklərdən həzz aldığımı düşünür, ancaq vəziyyət tamamilə fərqlidir. Bəlkə də, əcayib, azğın bir kainatda yaşayırıq, amma mücərrəd bir nəzəriyyə yazmağı çox sevirəm. Lakin sonra bütün o örnəkləri, necə deyərlər tortun kremi kimi əlavə etməyə dair qəribə bir təzyiq hiss edirəm.

 “Kiber kosmosda fantaziyanı keçmək mümkünmüdür?” adlı yazınızda “interaktivliyin” əksi olan “interpassivlik” anlayışını müzakirə edirsiniz. İnterpassivliyin xarakterik cəhəti “subyektin öz varlığının passivliyini başqasında yerləşdirərkən fasiləsiz, hətta çılğın bir şəkildə aktiv olmasıdır”. İnterpassivliyin klassik örnəyi olan televizorun həqiqətən sizin yerinizə güldüyü müəyyən olunmuş gülmə effektini kənaraq qoysaq, populyar Yapon oyuncağı olan tamagoci-ni(virtual uşaq) örnək verirsiniz. Bu virtual heyvan öz baxıcısına davamlı olaraq tələblər göndərir. İnterpassivliyin ümumilikdə postmodern vəziyyətin və ya insan vəziyyətinin bir xüsusiyyəti olduğunu deyərdinizmi?


 Fetişdə olduğu kimi, müəyyən bir səviyyədə insan vəziyyətinin də təməlində bu amil yatır. Froydçu təməl fantaziya məfumunda bir növ interpassivliyin olduğunu iddia edirəm. Slovenyalı dostlarım karikatura halına gəlmiş bir obrazın nə dərəcədə gerçək olduğuna dair araşdırmalar aparıblar. Sloven kapitalizmindəki yeni nəsil biznesmenlər fahişələrin yanına özlərini döydürmək üçün gedirlər(bu məsələ ilə bağlı nəhəng bir biznes mövcuddur) Bu hiperaktiv biznesmenlərin tamamilə passiv olma fantaziyasına ehtiyacları vardır. Bu vəziyyət haqqında belə bir ümumiləşdirmə edirəm: Aktiv ola bilmək üçün ən dərin passivliyi yaşadığınız bir səhnənin fataziyasını qurmağınıza ehtiyac var. Bu baxımdan(keçən il üzərində dəli kimi işlədiyim və yazarkən demək olar ki, çökdüyüm) yeni kitabımda Matrix filmindən bəhs edirəm. Mən Matrixdən başqalarınn təsirləndiyi kimi təsirlənməmişdim. Ancaq xoşuma gələn bir səhnə var. Aktiv olduğunuzu sanırsınız, lakin bir də oyanırsınız ki, fetus, uşaq formasında uzanmısınız. Filmdən tək xoşuma gələn səhnə budur, Keanu Rivees-in oyandığı və minlərlə fetusun arasında olduğunu gördüyü səhnə. Film gerçəkliyə çox yaxındır, etməniz lazım olan tək şey şərtləri tərsinə çevirməyinizdir. Özümüzü manipulyasiya olunmuş virtual gerçəklikdə aktiv olaraq xəyal etmirik, həqiqətən eləyik, əsas problem aktiv fəaliyyətdə olduğumuz zaman passiv bir mövqe tutduğumuzun fantaziyasını qurmaqdır. Psixoanalitik terapiyada ideal formada bacarmış olduğunuz şey o passiv dəstəyə artıq ehtiyacınız olmadığıdır. Ancaq məni ən çox maraqlandıran bunun indiki zamandakı siyasi istifadə olunmalarıdır. İnterpassivlik bu gün niyə daha önəmli rol oynayır? Tamamilə bu interpassiv röyaya hər zamankindən daha çox ehtiyac duyduğumuz bu günün cəmiyyətinin hiper dəlilik ritmindən dolayıdır bu. Hətta bu daha ziyadə gülməli formalar ala bilir. Məsələ, mənim Sloveniyada yaşadığım təəccübləndirici hadisələrdən biri də vəziyyətin müəyyən idealları olan biz intellektuallara qarşı korlanmış siyasətçilərdən ibarət olmadığının fərqinə varmağım idi. Siyasətçilər nə qədər korlanarsa, hər şeyə inanan açıqürəkli Digərləri olaraq bizə o qədər çox ehtiyac duyurlardı. Bir Digərinə ehtiyac vardı. “Biz korlanmışıq, amma ən azından siz inanırsınız”. Səmimiyyətlə inanan bir Digərinə ehtiyac vardı. Ya da çox vaxt təkrar etdiyim bir digər örnək: Qərbli inkişafmeyilli elm adamları “orjinal” inqilabın olduğu başqa bir yer xəyalı qururlar. Beləliklə Digəri sayəsində orjinal(authentik) olmaq imkanı yaranır. Amma bunun sadəcə bizim Qərb cəmiyyətinə xas olduğunu düşünmürəm.
 İstifadə etmədiyim başqa örnəklər də var. Məsələn, bu günün incəsənətində necə qəribə şeylərin baş verdiyin fərqindəsinizmi? İncəsənətə nifrət edirəm. Vizual incəsənət nümunələri ilə heç cür yola gedə bilmirik. Vəziyyət filmlərdə olduğundan daha da pisdir. Filmlərlə aramın necə olduğunu bilirsiniz. Bunu açıq bir şəkildə qeyd edəcəyəm, istifadə etməyinizdə bir problem yoxdur. Mənim üçün heç bir önəmi yoxdur. Lungua Franca da gerçək kimliyimin ortaya çıxdığı o məqalədən sonra önəmsizdir! Haqqında yazmış olduğum bəzi filmləri heç izləmədiyimi bilirsinizmi? Məsələn Enjoy your Sympton-da Rosselini haqqında uzun bir bölüm var. Bu filmləri izləməmişəm. İzləməyə çalışmışdım, ancaq o qədər sıxıcıdırlar ki! Gördüyünüz kimi interpassivlik elə budur. Dedim ki, “Bu filmlər haqqında yazacağam, ancaq onları izləyəcək qədər önəmli deyillər”. Ancaq ciddi danışmaq lazımdırsa, bu gün incəsənətdə önəmli olanın kuratorların yeni rolu olduğunu düşünürəm, əvvəllər tamamilə fərqli olan bir rol. Kuratorlar ikitərəfli rol oynayırlar. Bir tərfədən, birbaşa olaraq incəsənət xadimləri incəsənətin nəzəri bir bazisə malik olmasının gərəkliliyinin fərqindədirlər. Artıq birbaşa bir əlaqədən söhbət gedə bilməz. Siz həzz ala biləsiniz deyə mən gözəl bir rəsm əsəri yaratmıram. İncəsənət xadimləri nəzəriyyəçiləri daha aşağı qiymətləndirdikcə onlara daha çox ehtiyac duyurlar. Bunu dəfələrlə şahidi olmuşam. Bir incəsənət xadimi üzərimə gəldi ki, “sən nəzəriyyə yaradırsan, ona görə də incəsənətin nə olduğunu bilmirsən” dedi və ən nəhayətində belə bir istəyini qeyd etdi. “Amma yenə də mənim kataloqum üçün bir şeylər yaza bilərsinizmi?” Qanuniləşdirməyə böyük bir ehtiyac var və kuratorlar bu məqsədə xidmət edirlər. Kuratorun nəzəriyyədən başı çıxan və daha sonra da sərgi təşkil edən biri olması lazımdır. Bu gün daha da aktiv olan bir roldur bu. Bu gün get-gedə daha çox kurator incəsənət xadimlərinə daha xüsusi şeylər yaratması üçün təklif göndərir. Hətta bu cür sifarişlərlə yanaşı, özləri də sərgilərdəki əsərlərə oxşar əsərlər yaradırlar. Ortalığa bəzi işlər qoyurlar. Məsələn, Joseph Beuys kimi birisini düşünün. Onun harada incəsənət xadimi olmaqdan əl çəkərək, bir kurator olmağa qərar verdiyini demək çətindir. Digər tərəfdən(burda artıq interpassivliyə daxil oluruq) Nyu York sərgilərinin artıq korlanmış olan izləyicisi bəs necə davranır? Günümüzdə artıq o qədər çox sərgi var ki, bütün çəkilən rəsmləri görmək üçün vaxtımız yoxdur. Bütün bunlara rəğmən, insanlar, intellektuallar bunları müzakirə edirlər. Sanki kurator sırf siz müzakirə edə biləsiniz deyə, sizin yerinizə bütün rəsmləri görməyə (hətta onlardan həzz almağa) imkanı olan tək şəxs kimi: “Xeyir, o iş zibil yığınıdır” ya da “Bu sənətkarı sevirəm”. Bu bir az Claude Lazmann-ın Shoah-ı ilə məşğul olmağa bənzəyir. Shoah-ın demək olar ki, toxunulmaz olduğunu bilirəm, Bu filmi tənqid edə bilməzsiniz, çünki o “mütləq film” kimi bir şeydir. Məncə, bu ikonaklastik yanaşma bir az ironik xarakterə malikdir. Bir az buna bənzəyir “Mənim yanıma başqa bir film qoya bilməzsən”. Çox qəribə bir filmdir. Çox uzundur, Doqquz saat. Verildiyi forma sizə özünüzü günahkar hiss etmənizi təmin edir. Ad çəkməyəcəm, lakin sizə qarantiya ver bilərəm ki, film haqqında ağız dolusu danışan bir çox insan filmi izləməmişdir. Sadəcə Holokostla bağlı günahkarlıq hiss etmirsiniz, bütün filmi izləmədiyiniz üçün də günahkarlıq hiss edirsiniz. Bu da sizi Holokostla bağlı daha da günahkar hiss etmənizə səbəb olur. Filmin daxilinə yerləşdirilmiş bir növ superego obyekti kimi. Dolayısı ilə burda da ideal passiv bir mövqeyin yaradıldığını və sadə bir şəkildə fərz edildiyi kimi interpassivliyin ünsürləri vardır. Shoah kimi bir film izlənməz, müzakirə edilir. Saylarının çox olmasından şübhələnsəm də bir başqa ideal passiv izləyici olduğunu ehtimal edirsiniz.. Təəssüf ki, bu günki vəziyyət get-gedə belə bir hal alır. Məsələn, fəlsəfədə həqiqətən böyük səs-küyə səbəb olan, uğurlu lakin oxunmayan kitablar var. Almaniyada Critique of Cynical Reason adlı kitabın yazarı Peter Sloderdijk(müəllifin ilk uğurlu kitabı) bestsellerə çevrilən bir kitab daha yayımladı. Bir neçə cild olacaq(indiyədək sadəcə iki cildini yayımladı) və hər cild səkkiz yüz ilə min səhifə arasında olacaq. İnsanlar bu kitab haqqında danışır, digər tərəfdən də Almaniyada kiminsə bu kitabı həqiqətən oxuyub oxumadığı haqqında müzakirə davam edir(Karlsrue-də bir yaşlı qadının bu kitabı oxuması haqqında fikirlər var). Bütün təcrübəsini öncədən ehtimallaşdırma  məntiqi get-gedə daha da artır. Lakin elə mən də bu oyunu oynayıram. İndi sizə bir şey açıqlayacağam. Çox vaxt haqqında yazdığım kitabları oxuyacaq qədər vaxtım olmur. Hansılar olduğunu deməyəcəm. Get-gedə daha da artıq(aman Tanrım, bu cür demək çox qorxuncdur) Cliffs Notes-daki kimi qısa məzmunlara bel bağlayıram. Cliffs Note-un başqa bir ingiliscə versiyası mənim üçün mütləq müqəddəsdir. İncilin Cliff Note versionu. Kitabın sonunda obrazlar belə ifadə edilir. “Tanrı yaşlı və hər şeyi bilən, lakin qısqanc bir kişi, İsa gənc bir kişi”. Bu möhtəşəmdir. Ən böyük xəyalım bilinməyən bir hekayənin Cliff Note versiyasını yazmaqdır. Bir başa olaraq Cliff Note yazırsınız və Cliff Note-da yazdığını kitaba münasibət yaxşıdırsa, gedib gerçək kitabı yazırsınız. Məhz bu interpassivlik olardı. Konfranslarımın birində interpassivlik oyunu oynamışdım. Məsələn, "indi yenidən təkrarlayaq” deyərək daha sonra həqiqətən yenidən təkrarlamışdım. Təəssüf ki, bu zarafat deyil, ritminizin bir parçasıdır. Hal hazırda özləri özlərinin Cliff Note-sı kimi yazılmış kitablar var. Məsələn, özləri özlərinin qısa təkrarı kimi yazılmış yüzlərlər psixoloji fərdi inkişaf kitabları yoxdurmu? Bu gün cəmiyyətin necə işlədiyi ilə bağlı burda mühüm bir nöqtənin olduğunu düşünürəm.



 Son zamanlarda araşdırmalarınıza qarşı edilmiş və etiraz etmək istədiyiniz bir tənqid və ya yanlış anlaşılma varmı?

 Gözəl bir sualdır. Bunu dəqiq bir ifadə ilə izah etməyə çalışım. Bəlkə də, yanlış anlaşılmağımın səbəbkarı özüməm, bu həm də bir növ özünü tənqiddir. Mənim təməl marağım indi, əvvəldə və hər zaman üçün də fəlsəfi olmuşdur. Bir növ subyekt fəlsəfəsini yenidən calandırmaq. Bunu həm feminizm, həm də hər şey üçün ciddi bir azadlıq potensialı olaraq görürəm. Məni narahat edən şey, sözdə olan populyarlığımın, vulqar zarafatlara, populyar mədəniyyətə və bir qədər də siyasətə bağlanması, fəlsəfi ünsürlərin uzaqlaşdırılmasıdır. Məsələn, Qıdıqlanan subyekt kitabımı götürək. Mənə hansı bölümləri daha çox bəyəndiyimi soruşsanız, ilk ikisinin adına çəkərdim. Təkcə bu iki bölümü yazmaqdan həzz aldım. Kantçı subyektivliyi Haydeggerçi tənqiddən xilas etmək haqqında yazdığım bölüm, bir də Hegel haqqında olan bölüm. Yazarkən həqiqətən həzz aldığım bölümlər bunlardır. Özümdən razı qalmadığım bir digər tərəf də var, bu sizi təəccübləndirə bilər. Yüksək mədəniyyət nümunələri oxuyan lakin gizlincə pornografiya, komiks, dedektiv romanlar oxuyan intellektuallarla balğı klassik bir yanaşma vardır. Məndə isə vəziyyət tamamilə bunun əksidir. Mən musiqi olmadan yaşaya bilmərəm.. Hər zaman musiqi ilə işləyirəm. Yüksək səsli musiqi ilə. Gündə 5-6 saat kamera musiqisi dinləmədən yaşaya bilmərəm. Həqiqətən mənə sıxıntı verən şey isə musiqi haqqında yazcaq qədər biliyimin olmamasıdır(bu sahədə sərhədli olduğumu qəbul edirəm, hal-hazırda onsuzda çox şey haqqında yazmaqda olduğumun fərqindəyəm). Bu məsələdə travmalarım var. Niyə kamera musiqisi haqqında gözəl bir əsər yaza bilmirəm? Sınadım, ancaq yarı uğurlu, yarı da uğursuz idi, lakin belə bir şey etməyə ən yaxın olduğum vaxt məhz vaxt idi. Vagner haqqında deyildi, Vagner daha çox ideologiyalarla əlaqdar idi. The Plague of Fantasies kitabımda Şumanla əlaqədar etdiyim də məhz bu idi. Orada sərhədlərimi görə bilərsiniz. Bir nöqtəyə qədər gedə bilirəm, Lakin ondan sonrası alınmır. Böyük xəyalım Bax-ın skripka sonataları, ya da Bethovenin axırıncı simli kvartetləri kimi bilinən məhşr əsərlərin gözəl bir analizini aparmaqdır, lakin bunu edə bilmirəm.  Həqiqətən canımı sıxır bu. Lakin yenə də şikayət etmək əvəzinə pozitiv ruhla bitirim. Mən, “bir dahinin fikirlərinə sahibəm, ancaq tamamilə yanlış anlaşılıram” deyən birisi deyiləm. Dediyim şeyin tərsi olan başqa bir şeyi də etiraf edim. Təkrar-təkrar yaşamış olduğum gözəl sürpriz, əsərlərimin hansının yaxşı və hansının pis olduğunu bilən ağıllı ictimaiyyətin olmasıdır. Bununla nə demək istəyirəm? Ən sadə, səthi kriteriya. Qıdıqlanan subyekti nəzərdən keçirək. Bu bir qədər çətin kitabdır. Normaldan daha az zarafat var və qalın bir kitabdır. Naşirim olan Verso-da buna çox şübhəli yanaşırdılar. Tualet məsəllərinə  və ədəbsizliklərə daha çox yer verən başqa bir kitabıma nəzər salaq. The Plague of Fantasies. Modası keçmiş, demək olar ki, reaksioner ifadə ilə Qıdıqlanan subyekt kitabımın Alman tualetləri və başqa ədəbsizlikləri ilə The Palague of fanasies-dən daha çox satılması insanlığın ruhi potensialına olan inamımızı yeniləmirmi? Bunu dərk edən və orda burda yer verdiyim ucuz ədəbsiz tələlərə düşməyən ictimaiyyətin olması mənə xoş bir təəccüb yaşadır. Yəni həqiqətən yaxşı olduğunu düşündüyüm Qıdıqlanan subyektDemanding the impossible eyni zamanda ən yaxı satan kitablarımdır. Bu təəccübləndiricidir, çünki naşirlərimin əksəriyyəti axmaqdır. Məndən bir dənə də ucuz, ədəbsiz kitab yazmağımı istəyirlər. Mən də onlara insanların o qədər axmaq olmadıqlarını deyirəm. Qıdıqlanan subyektlə bağlı təccüblənərək şübhəyə qapılmışdım. Versodakı redaktorları təhdid etməli oldum. Bu kitabı nəşr etməyi həqiqətən istəmirdilər. “Kim alcaq 400 səhifəlik kitabı, niyə bir az daha əbdəbsizlik əlavə edərək, qısaltmırsan?” deyirdilər. Ancaq indi Qıdıqlanan subyekt ən çox satılan kitabımdır. Aman tanrım, naşirlərin nə qədər axmaq oldularına inana bilmirəm. Bunu hər dəfəsində təkrar fərqinə varıram. Bütün bu ticariləşməyə baxmayaraq xalqa modası kemiş olsa da saf, açıq ürəkli bir güvən duyuram - demək olar ki, bir növ Maarifçilik güvəni. Xeyr! İnsanların əksəriyyəti axmaq deyil. Nə vaxt bir şey uydurmuş olduğunuzu bilirlər. Yəqin ki, bu sözü eşitmisiniz “Bəzi insanları hər zaman aldada bilərsiniz, lakin bütün insanları hər zaman aldada bilməzsiniz” Qısa müddətdə uğurlu ola bilərsiniz, lakin uzun müddətdə kimsə, nə etdiyinizi anlayacaqdır. Ona görə də, “məni yanlış anlayırlar” deyə bir şikayət oyunu oynamaq yerinə oxuculara təşəkkür edərək bitirmək istəyirəm. Mən çox gözəl başa düşülürəm, şikayət edəcək bir şeyim yoxdur.


ingilis dilindən tərcümə edən: Bahmanyar Club

Yorumlar