Enrike Dussel: Müasir Latın Amerikası fəlsəfəsi


Enrike Dussel məni Universidad Nacional Autonoma Mexicom-da öz ofisinə aparan qara qapıdan içəri dəvət edir. 45 dəqiqə gecikmişəm və gecikməyimə rəğmən professor mənə vaxt ayrımaq istəyir.“Nəticədə bütün yolu Pakistandan gəlmisiniz” deyir, “əgər danışa bilməsək, ayıb olardı”.
Onun ofisində öz düşüncəsinə bənzər bir kitabxana var: Eklektik və intizamlı. O, az qala insanın düşüncə sərhədlərinin olduğunu qəbul etməyən, dünyanın hər tərəfindən olan fəlsəfənin acgözlü
 oxucusudur. Yazdığı, qara dərili cildlərdə və adları qızılı işləməli olan kitabları bütün divarı əhatə edir. “Seçilmiş əsərlərim” deyə qeyd edir, Dussel. O, öz qələmini və düşüncəsini birləşdirərək Meksika və daha uzaqlarda fəlsəfə tələbələri, siyasi qruplar və aktivistlərə ilham verən əsərlər kolleksiyasının yaranmasın yol açmışdı.
Dussel günümüzdə yaşayan ən əsaslı və yenilikçi siyasi filosoflardan hesab olunur. O, 50-dən çox kitabın müəllifidir və siyasi fəlsəfə, etika, otologiya, teologiya qədər hər şey haqqında geniş şəkildə yazmışdır. Qurtuluş fəlsəfinin yaradıcılarından biri kimi Cənubdakı fikir adamı olmaqla bu düşüncə sahələrinə öz mövqeyindən yanaşır. Argentinada, Mendozada kənd doktorunun gənc oğlu olması onun həyatında müəyyənedici rola malik olmuşdu. Yoxsul əyalət ailələri ilə olan əlaqələri, əlil uşaqlarla könüllük işi və bir gənc kimi siyasi aktivliyi onun intellektual mühakimələrini formalaşdırmış, bir çox digər təcrübə ilə birlikdə bu gün olduğu şəxs olmaq istiqamətində yolunu açmışdır. Bəlkə də, məhz buna görə onun keçmişi qarşımdakı şəxsdən və onun fəlsəfindən danışmaq üçün başlanmalı olduğum yerdir.

MA: Öncəlikdə özünüzü bir filosof olaraq ifadə edirsiniz. Filosofun və fəlsəfənin rolunu açıqlaya bilərsinizmi?

Dussel: Mənim üçün ilk növbədə önəmli olan məsələ Latın Amerikasında filosof olmağın nə demək olduğunu kəşf etməkdir.
18 yaşında Fəlsəfə fakültəsində oxumağı seçdim. Mənim vaxtımda bakalavr təhsili 10 smestr ya da 5 il davam edirdi. Öncələri Argentinada fəaliyyət göstərdim, daha sonra isə 1975-ci ildə Argentinada hərbi diktatura qurulduğu zaman Meksikaya sürgün edildim. Bu nöqtədə qeyd etməliyəm ki, Argentinada da fəlsəfə istiqaməti Avropasentrik idi. Biz Yunan fəlsəfəsi, Latın, Orta əsrlər və s. oxuyurduq. Yəni ki, Argentinada fəlsəfə oxumaq Madrid, Berlin və Parisdə fəlsəfə oxumaqla eyni idi.
23 yaşımda İspaniyada doktorluq təhsili almaq üçün təqaüd əldə etdim. Məhz bu nöqtədə bir Avropalı olmadığımın, əksinə bir Latın Amerikalı olduğumun fərqinə vardım. Və daha sonra nə baş verəcəyini bilmirdim. Avropada ümumilikdə 10 il keçirdim. Madriddən sonra 2 il müddətinə Parisə Sorbonnaya və Almaniyaya getdim. İsrail, Yunanıstan, Misir, Mərakeş, İordaniya və başqa yerləri gəzdim.

(Dussel, müstəmləkəyə çevrildiyini hesab etdiyi siyasi fəlsəfənin təməllərini ortaya qoyduğu 3 cildik araşdırmasının ilk cildi olan “The Politics of Liberation: A Critical Global History” kitabını seçdi)

Bu kitab öz sahəsində bir ilkdir. XIII əsrdən 2000-ci ilə qədər Latın Amerikası, Karib hövzəsi və Latın fəlsəfəsini ortaya qoyur. 1100 səhifə həcmindədir və hər səhifədə iki sütundan ibarətdir. Kitaba mən ilham versəm də, 60-dan çox həmkarım da kitabın ərsəyə gəlməsində zəhməti vardır. Bu Latın Amerikasında ilk fəlsəfə tarixidir. 2010-cu ildə nəşr edilmişdi və bu vaxta qədər bu cür bir şey mövcud olmayıb.
Latın Amerikalı filosof kimi düşünmək çox çətin mübarizə oldu mənim üçün. Çünki akademiya və universitet professorları əksərən Avropa mərkəzçi düşüncəyə malik idilər.
Mən hər şeyə Avropadan geri qayıtdığımda və burdakı populyar mübarizələri kəşf etdiyimdə başladım. Biz, Latın Amerika fəlsəfəsinin tarixini əzilənlərin mövqeyindən düşünməyə başladıq. Bu Latın Amerikasında meydana gəlmiş olan Qurtuluş fəlsəfəsinin xarakterik cəhəti olan bir yanaşma tərzidir həm də. Digər bütün məktəblər Marksizm, fenomenologiya, Amerikan pragmatizmi və başqaları Avropa və ya Amerika Birləşmiş Ştatlarının yanaşmaları, şərhləridir. Bu baxımdan sualınıza cavab verəcək olsam, mənim üçün fəlsəfə radikal şəkildə tənqid etmək, təməl hökmranlıq anına qarşı düşünməkdir. Əzilənlər periferiyalardakı çoxluğu Cənubdakıları və keçmiş müstəmləkələri təşkil edir. Modern fəlsəfə burjua xarakterlidir. Şüurlu və ya şüursuz bir formada bu fəlsəfə Avropamərkəzçiliyi, kapitalizmi, imperializmi, burjuaziyanı haqlı çıxarır. Hökmranlığın ən son təməl fəlsəfi anı vardır. Biz bu təməl ana qarşı bir tənqid formalaşdırırıq, beləliklə, əzilən xalq azad olmağı bacarır. Bu mənim üçün fəlsəfənin funksiyasıdır, status kvo-nun tənqididir.


MA: Bir filosof, intellektual tənqiddə necə bir rol oynayır?

Dussel: İlk olaraq fəlsəfə tarixini dekonstruksiyaya məruz qoymaqla. Avropalılar inanır və iddia edirlər ki, universal bir fəlsəfə var. Dekart modern fəlsəfənin başlanğıcıdır. Modern fəlsəfə isə dünya fəlsəfəsidir.
Biz isə deyirik ki, “Xeyr, bir dəqiqə gözlə!”. Modern Avropa fəlsəfəsi bir Avropa fəlsəfəsidir. Bu doğrudur ki, Fransa və İngiltərə kimi Avropa ölkələri xüsusilə sənaye inqilabından sonra öz vaxtlarının imperiyaları oldular, digər mədəniyyətlər də az və ya çox dərəcədə onların müstəmləkələri.
Onların fəlsəfələrini, Avropa fəlsəfəsini anlamaq bir əyalət kimi, bizim üçün o qədər də asan deyil. Biz Hegelin və Marks-ın sadəcə dünya tarixinin mərkəzi anlarının filosofları deyil, bütün dünyalar üçün olduqlarına inanırıq.
Yeni subyektləri, öz subyektlərimizi kəşf etmək və inkişaf etdirmək gərəklidir. Problemlərimizi yenidən düşünməliyik, sadəcə Avropanın problemlərini deyil. Yeni kategoriyalar yaratmalıyıq. Yeni suallar soruşun və yeni cavablar formalaşdırın, Avropanın formalaşdıra bilməyəcəyi cavablar, çünki onların problemləri fərqlidir. Bu çalışmalardan sonra, bəlkə Avropa fəlsəfəsinin kategoriyaların baxa və onlarla əlaqəli olub olmadığını görə bilərik.
Ancaq eyni zamanda qəribə olan başqa bir şey də deyim. Qurtuluş fəlsəfəsinin başlanğıcını deyim. Argentinada 1960-cı illərdə hərbi diktatura və təzyiq zamanında ortaya çıxan bir qrup filosof. Argentinada 60-cı illərdə çox qəribə populyar hərəkatlar var idi. Argentina və Meksikanın “68-i” təbii ki, Paris və Berkeleyin “68-i” deyildi. Bizimkilər çox fərqli idi. Burada Meksikada “68” Tlatelolko idi. Tələbə və işçi hərəkatına repressiya müddətində hökümət Mexiko-nun Tlatelolco ərazisində 400-dən çox qətliama imza atmışdı. Paris və Berkeleydə isə bir kişi belə öldürülmədi. Burada isə 400-dən çox insan öldürüldü. Argentinada  tələbələr və işçilər Kordoba şəhərini nəzarətə götürdülər. Biz o hadisələr “Kordobaso” və ya “Böyük Kordoba” deyirik və bu diktator Xuan Karlos Ongania-nın gücünə meydan oxumaq idi.
Bizim ölkələrimizdə siyasi məsuliyyət çox güclüdür. Biz çox güclü və populyar olan siyasi həssaslığa malikik. “Populyar” Avropa və Amerikanda çox çətin məsələdir. İnsanlar Hitlerin, Xalq və Xalq ruhunun, sağçı qruplar olduğunu düşünürlər. Ancaq Latın Amerikasında “insanlar” ləyaqətli və yoxsul olanları ifadə edir. Onlar hamısı yerlilər, Afro-Amerikalılar, qırmızı dərililər, işçilər, marjinallaşdırılmışlardır. Bizim üçün “insan”-ın başqa bir mənası vardır.
Eyni vəziyyət dövlət üçün də keçərlidir. İmperator Antonio Negri dövlətin heç bir önəmi olmadığımı demişdi. Əsas sual, problem imperatorluqdur, imperatorluğun isə dövlətlə heç bir əlaqəsi yoxdur. Ancaq bizim üçün, müstəmləkə sonrası ölkələr üçün dövlət çox önəmlidir. Çünki dövlət bizi dünya kapitalizminin varlığından qoruya bilər. Dolayısı ilə biz təkcə siyasət haqqında deyil, etika haqqında da fərqli vizionlara sahibik .
Mənim formalaşdırdığım etik azadlıq, Habermasın dediyi kimi fikir birliyinə əsaslanan etika deyil. Həyatı təsdiq edən bir material etikaya ehtiyacım var idi. Çünki, yoxsullar üçün səfalət, yoxsulluq(poverty) bir problemdir. Siz Pakistanda, Hindistanda və ya Latın Amerikasında olsanız da bu problemdir. Bizim üçün yoxsulluq bir problemdir.
Amma kasıb olmaq nə mənaya gəlir?
Mən Marksı marksist olaraq kəşf etmədim. Marksı kasıb olmağı anlamağın bir yolu olaraq kəşf etdim. Fərdi, əxlaqi ya da mücərrəd bir formada deyil iqtisadi, geopolitik və tarixi mənada kasıb olmaqla. Kasıbları “digərləri” olaraq kəşf etmək, fransız filosof Emmanuel Levinasın nəzərdə tutduğu kimi, Levinasdakı “digəri” anlayışından fərqlidir. Levinas ilə danışdığım zaman düşüncəsinə niyə bu qədər maraqla yanaşdığımızı anlamamışdı. Çünki bizim üçün ilk problem kənar olmaq, digəri olmaq (exteriority) deyildi, yoxsulluq idi.
Ən dəhşətlisi odur ki, bizim problemlərimiz Şimali Amerika və Avropa fəlsəfəsində çox da yaxşı təmsil olunmur. Bizim başqa suallarımız var. Məsələn, köhnə müstəmləkə ölkələrinin mədəniyyətinin yadlaşdırılması. Bir ənənəyə sahibik və bu ənənə Avropa mədəniyyətinin müstəmləkəçiliyindən dolayı məhv edilmişdir, əzilməkdədir. Burada Avropalıların başa düşmədiyi bir dixotomiya, ikilik var. Avropa bu problemlərlə üzləşməyin nə demək olduğunu anlamır. Bütün bu problemlərin nə mənaya gəldiyi ilə bağlı bir fikri yoxdur. Çünki bizim vəziyyətimiz çox fərqlidir. Müstəmləkə olmaqdır.
Məsələn, Mən varlıq var olmayanın olmadığıdır deyən Parmenidi oxudum. Avropalılar üçün bu demək olar ki, mücərrəd bir taftologiyadır. Ancaq mən Yunan filosofunu oxuduğumda varlığın Yunan olduğunu, Yunan olmayanların da var olmadığını anladım. Barbarlar, asiyalılar, şəhərin qala qapılarından kənarda qalan hər kəs. Heraklit logos-un şəhərin qala divarlarına qədər olduğunu qeyd edirdi, divarlardan o tərəfdə isə çoxluq, izdiham idi. Lakin bu çoxluq, izdiham asiyalı bir çoxluq idi, var olmayan idi, insan olmayan idi. Dolayısı ilə mən bunu varlığın müstəmləkəçiliyi mövqeyindən başa düşürəm. Başqa bir formada başa düşürəm. Bütün Yunan, feodal, hətta İslam fəlsəfəsi - çünki İslam fəlsəfəsində belə yalnız İslami olanın bir mənası vardır (Dar ül İslam). İslam olmayan isə (Dar ül Harb) isə “digərinin” mümkünsüzlüyün müdafiə edir. Problem budur ki, mən bu digəriyəm.
Amerikada dediyim ilk dərsdə “Latın Amerikası sizin üçün mədəni, inkişaf etmiş ya da insani deyil. O deyil, Mən öz ölkəm haqqında danışdığımda var olmamaqdan, bir barbar fəlsəfəsindən bəhs edirəm”. Mən mühazirəmə II əsrdə yaşamış Atenagorun bir mətni ilə başladım. O, romalı deyildi və Roma xalqının barbar fəlsəfəsi haqqında danışırdı. Mən Romanı yenidən oxuya bilər və Avropalı bir barbar olmanın nə demək olduğunu anlaya bilərəm. Beləliklə, mən Avropa fəlsəfəsinə yeni və aktual bir mövzu tanıdıram.
Şimali Amerikalılar üçün Meksikalı olmaq ABŞ-da qanunsuz olaraq yaşamaqdır. Və qanunsuz olmaq ikinci dərəcəli bir insan olmaqdır. Bu Parmenidin bu gün belə keçərli olduğunu sübut edən irqçi bir kategoriyadır. Varlıq olan Anglo-sakson, varlıq olmayan, insan olmayan, Anglo-sakson olmayan, kim ki, biz onu öldürsək, heç bir problemi yoxdur. Götürək elə İraqı, bir iraqlı problem deyil. Yüzlərlə və minlərlər insanı öldürə bilərsiniz, problem deyil, ancaq 25 yaşlı bir oğlan problemdir. Amerikalı hər şeydən önəmlidir.
Bu həssaslıq, bu tənqidi yanaşma Qurtuluş fəlsəfəsində inkişaf etdirilmişdir.

MA: Belə bir dominant mühakiməni necə tənzimləmək olar?

Dussel: Ağıla bir çox şey gəlir
Bu “Qurtulu fəlsəfi” adlı kiçik bir kitabdır. Bir meta-mühakimə kimidir.
Mücərrəd kategoriyalar var. Sosial elmlərdəki bütün kategoriyalar, antropologiya, tarix, sosiologiya , siyasət və s. mücərrət kategoriyalara sahibdir.
Biz bütövlük haqqında danışa bilərik. Bir sistem haqqında. Lakin bütünlük nə deməkdir? Sistem nə deməkdir? Sistemin kənarında olan birinin sistemə daxil edilməsi və ya sistemə yadlaşdırılması nə deməkdir? Biri sistemin etibarlılığını necə təmin edə bilər və necə yeni sistem formalaşdıra bilər? Və sistemi soğrulamaq? Bütün bunlar mücərrəd kategoriyalardır. Mən onlara meta-kategoriyalar deyirəm. Bu məntiqdir.
Qurtuluş fəlsəfəsi məntiq olmağa başlayır. Amma daha sonra bu məntiqə əsaslanaraq bir etika, politika, estetika və çox şey inşa etməyə başlayıram. Bu mərhələdə daha empirik bir səviyyədə çalışıram. Məsələn, erotik səviyyədə cinsiyyət məsələsi, qadın və kişi götürək. Qurtuluş fəlsəfəsində formalaşdırdığım kategoriyalara əsaslanaraq qadının azad olması haqqında tezis inkişaf etdirə bilərəm. Və psixoanaliz kimi məsələlərlə də üzləşə bilərəm.
Ancaq bu səviyyələrdə modernlik problemi hər zaman mühüm bir rola malikdir. Modernlikdə  mərkəz və periferiya ölkələri artıq sorğulanmaqdadır. Çünki, indi, məhz bu anda Avropa və Amerika mərkəzçiliyi dəyişməyə doğru gedir. Çin və Hindistanın varlığı daha da inkişaf etməkdədir. Rusiya yeni bir ehtimal kəşf etmişdir. Və mərkəzin Avropa, Birləşmiş Ştatlar ya da Yaponiya olmadığı, yeni varlıq dirəkləri, bir neçə il əvvəl olduğu kimi çoxqütblülük yaranmağa başlayır - əgər belə demək mümkündürsə.
İndi bu geopolitik səviyyədə bir çox əlaqəni görə bilmək daha çətindir. Ancaq bu an hələ də maraqlıdır. Məsələn, Çin bütün sahələrdə öz varlığını sübut etməyə başlayır. Ayrıca da öz fəlsəfələri ilə dünyanı kəşfə başlayırlar. Çünki marksizm əvvəlki mədəniyyətin burjua və monarxik bir qarışıq olduğunu və heç bir şey olmadığını deyirdi. Ancaq indi Çinlilər qədim bir Çin mədəniyyətinin olduğunu kəşf etməyə başladılar. Çin-in nə demək olduğunu anlamaq üçün ənənəni anlamağa başlayırlar. Çin bir möcüzə deyildir. 2000 ildən daha uzun tarixə malik olan svilizasiya formalaşdırmışdır. Bu cür böyük mədəniyyətlərin hər biri öz ənənələrini kəşf etməyə və modernliklə dialoq qurmağa başlayı. Müzakirəyə əlavə etməli olduğumuz fəlsəfi suallar var. Ümumi olaraq qeyd etsək, Avropalılar suallara ya da müzakirəyə daxil olmurlar.




 İngilis dilindən tərcümə Bahmanyar Club

 Mənbə: http://nakedpunch.com/articles/186

Enrique Dussel Interviewer: Mahvish Ahmad

Yorumlar