"Bəhmənyar" komandası intellektual yarışın qalibi oldu




 Bəhmənyar Klubu 13 may 2019-cu il tarixində Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsində təşkil olunmuş Ümummmilli lider Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyununda iştirak etmiş və qalib olaraq kuboka laiq görülmüşdür. Klubumuz öz adını daşıyan "Bəhmənyar" komandası ilə iştirak etmiş olduğu 24 sualdan ibarət olan yarışda 17 düzgün cavabla digər komandaları qabaqlayaraq qalib olmuşdur. Yarışın mözvusu əsasən Ümumilli lider Heydər Əliyev, onun həyat və fəaliyyəti, ailəsi, hakimiyyəti illərində Azərbaycanda baş vermiş mühüm hadisələr ətrafında hazırlanmışdı.



 Yarışda "Bəhmənyar" komandası aşağıdakı heyətlə təmsil olunurdu: Komandanın kapitanı, bir neçə dəfə fakültə üzrə "Nə? Harada? Nə zaman?" intellektual oyunlarının qalibi olmuş Fəlsəfə ixtisası II kurs tələbəsi Cumar Yusifov, Fəlsəfə ixtisası II kurs tələbəsi və eyni zamanda da Bəhmənyar Klubunun sədri Fərhad Seyfullazadə, Fəlsəfə tarixi ixtisası üzrə doktorant Araz Əliyev, Sosial iş ixtisasının tələbəsi Nicat Həsənov, Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi Elmir Quliyev.
 Yarışın qalibi olmuş "Bəhmənyar" komandası daha sonra Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadənin də iştirakı ilə kubokla təltif olundu.
 "Nə? Harada? Nə zaman?" intellektual yarışı hər il ənənəvi olaraq təşkil olunur və bu il də ənənəyə sadiq qalınaraq Bakı Dövlət Universitetinin İntellektual Oyunlar Klubunun sədri Elmir Musayevin təşkilatçılığı ilə baş tuturdu. Bəhmənyar Klubu olaraq başqa Sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə və dekan müavini Daxil Vəliyev olmaqda Bakı Dövlət Universiteti İntellektual Oyunlar Klubuna və onun sədri Elmir Musayevə öz təşəkkürlərimizi bildiririk. "Bəhmənyar" komandasının heyətinə isə qazandıqları nailiyyətdən dolayı təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik.












Yorumlar