Bədii esse: "Sonsuz uçuş" - Fərid Cəfərov


- Off yenə başladı bu içimdəki məni dəli edən səslər. İmkan verin mən tək qalmaq istəyirəm. Nə insanları, nədə səni eşitmək istəmirəm. Sakit dur, sus, get burdan.         
+ Sən məni heç vaxt qova bilməzsən. Mən elə sənin özünəm. Mən susmayacam. Elə bu gün, bu saniyə danışmaq vaxtıdır.         
- Mən səni eşitmək istəmirəm. Səni susdurmağın bir yolu olmalıdı.


+ Bacarmayacaqsan. Sən olduğun vaxt boyunca məndə varam. 
Heç vaxt səni tək qoymayacam. Sən mənsiz bir heçsən.            
- Sən heç vaxt susmayan bir səsdən başqa heçnə deyilsən. Bu gün səni dinləməyəcəm.
+ Özündə yaxşı bilirsənki bunu bacarmayacaqsan. Biz ikimiz bir olduqca varıq, ikimiz bir güclüyük, ikimiz bir qarşısı alınmazıq. Bizi kimsə ayıra bilməz.   
- Mən səni eşitmək istəmirəm. Biz deyə bir şey yoxdu. Mən sənlə bir olmayacam.           
+ Yanılırsan mən elə sənəm. Biz hər zaman birik. Məni dinləyəcəksən. Sən də, mən də insanlara nifrət edirik. Onlar çox alçalıb. Hər yer yalan və çirkabla doludu.         
- Yaxşı insanlarda var, hamı pis deyil. Ola bilər yalan ve xislətlə dolu insanlar çox olsun, amma bu yaxşıları gözdən salmır.
+ Yaxşı insanlar var amma onlar burda deyil, deyiller. İstəsən səni apararam ora. Əsl həyat bax oradır. Orda hər şey mükəmməldir.
- Ora haradır? Məni necə aparacaqsan ora? Əgər dediklərin düzdürsə, məni ora apar. Mən ora gedəcəm.           
+ Hər dediyim düzdü. Ora yaxşı insanlarla doludur. Hər tərəf gözəlliklər içindədi.
- Ora haradı axı? Necə gedə bilərəm?

+ Ora ölümdü. Ölümə qovuşa bilsən, ora gedə bilərsən.     
- Sən dəlisən. Məndə axmaq kimi buna qulaq asıram. Həyat ölümdən gözəldir. Ölüm heçdi. O sondu.  
+ Əsl dəli sənsən. Ölümün heç nə olduğunu bilirsən? Yox sən ölüm haqda heçnə bilmirsən. Ancaq boş-boş danışırsan.      
- Ölüm sondu. Orda heçnə yoxdur. Mən səni dinləmək istəmirəm. Nə olar sus, danışma, mən təklik istəyirəm. 
+ Sən heç ölümü gördün ki, onun haqqında danışasanda. Bax əsl təklik elə budur. Əsl həyat ölümdür.  
- Yox, bu gün mənim günümdür. Mən sənə qulaq asmayacam. Nə qədər istəsən, danışa bilərsən. Onsuz səni eşitmirəm.      
+ Həqiqətdən qaçmağa çalışırsan, amma qaçmaq mümkün deyil. Bunu səndə bilirsən. Əsl həyata başlamaq vaxtıdır. Dur ayağa. Əsl həyat bizi gözləyir. Gəl gedək.
- Mən səninlə heç bir yerə getməyəcəm, mən səni dinləmirəmdə. Bu həyat mənə bəs edir.          
+ Axmaqlıq eləmə, dosdum. Sən bu həyatı sevmirsən. Bura iblislərlə dolu həyatdı. Burdan qaçmaq lazımdı. Yeni həyat səni gözləyir. Gəl.        
- Yox isdəmirəm. Mən heç yerə getmiyəcəm, ya da yox biraz hava alacam.(Bu üst-üstə daşları qalxmaq həqiqətəndə çox çətindi. Yorulduğumu hiss edirdim. Amma dayanmırdım)      
+ Sən xoşbəxt olacaqsan. Mən yalnız bunu istəyirəm. Unutma məndə sənəm. Biz birik.
- Yox, biz bir deyilik. Mən heç vaxt sənlə bir olmaq istəmirəm. Havanın isti küləyi üzümə vururdu. Bura haradır? Niyə hər şey bu qədər balaca görəsənir?
+ Bura sənin gəlmək istədiyin yerdi. Bura sənin yeni dünyaya yolundu.   
- Yox ola bilməz. Sən məni bura gətirdin. Məni məcbur elədin.     
+ Axmaq olma. Mən ki, sənə harasa getməyi təklif etmədim. Sən özün bura gəldin. Bunu sən istədin.   
- Yox, ola bilməz. Hər şey necədə balacadır. Sanki insanlar yalnız bir nöqtədən ibarətdir. Ayaqlarımın yerdən ayrıldığını hiss edirəm. Sərt külək üzümə vurub saçlarımı dağıdırdı. Mən uçurdum. Bəli mən uçuram. Axı mənim qanadlarım yoxdu. Bu necə ola bilər? Amma mən uçuram. Mən uçur......   



Fərid Cəfərov

Yorumlar