Bədii esse: "Gələcəyə məktub" - Elmir Quliyev


Küləklər nazik çubuqları kökündən çıxarmaq gücündədirlər. Meşədəki qalın palıdlara heçnə edə bilməzlər. Onun hündürlüyü qədər də kötükləri torpağın dərinliklərinə sancılıb. Qalxanları ilə küləyin gücünü dəf edirlər. Bəzi düşüncələrimiz də var ki, beynimizin dərinliklərinə saplanıb. Onu ən güclü qasırğaya malik sözlər belə laxlada bilməz. Heç bir təsiredici fikir dəyişə bilməz...
Anam üçün o, əvəzedilməz insan
idi. Babamınən əziz şəxsi idi. Nənəm ondan danışanda gözləri dolurdu.
Nəhayət o,mənim atam idi. Özüdə heç vaxt üzünü görmədiyim, səsini eşitmədiyim atam. Xəyalımda canlandırdığım və hər zaman ideal insan kimi dəyərləndirdiyim varlıq. Heçbir qüsuru olmayan, səhv etməyən atdığı hər addımını yüz ölçüb bir biçən şəxs. Tamamilə bütün nöqsanlardan uzaq olan şəxs. Etdiyi hər hərəkəti ilə nümunə olmağı bacaran şəxs. Bir sözlə , mənim üçün həyatdan bəhs edən geniş süjetli romanlarda təsvir olunan fədakar insan təsəvvürü.
Heç bəlkə də, o , mən təxəyyülümdə yaratmış olduğum insan deyildi. Mənimlə hal-hazırda birgə yaşasaydı onu bu qədər sevəbilməyəcəkdim. Onunla hər dəqiqəmi keçirtməyə can atmayacaqdım. Atama indi olduğum fikirdəolmayacaqdım. Xəyalımdakı insanı reallıqda görə bilməyib məyus olacaqdım. Mən onu hər şeydən təmiz tutaraq üstün saymışam. Bütün bu düşüncələrimin alt-üst olmağını yaşaya bilmərəm. Ancaq bütün bunlardan əlavə onunla hər anımı keçirtməyi arzulamışam.
Babam deyirdi ki, insan əsl kişi kimi böyüməlidir. Hər nə olursa olsun sınmayan, çətinliklərə sinə gərən, vətənini sevən birisi olmalıdır. Babam üçün bütün bu keyfiyyətlər çox yüksəkdə dayanırdı. Ona əvəllər bir neçə dəfə yüksək vəzifə təklif ediblər, ancaq o, razılaşmamışdı. "Bəlkə də , qüruru babama yüksək vəzifələr , pullar qazandırmaqdaəngəl olmuşdu"- deyəfikirləşdiyim zamanlar da olub.
" Bir tikəçörəyi belə rahatlıqla nuş etmək olar, yetər ki, sən onu necə qazandığına cavabdeh olasan" - deyirdi babam. Əsl kişiyə məxsus bir neçə xüsusiyyət görmüşdüm. Məni at belində görəndə : " Əsl atan kimi dayanırsan. Zaman keçdikcə ona daha çox oxşayırsan." - deyirdi. İdeal saydığım insana bənzədilməyim məni daha da fərəhləndirirdi. Atam məni necə görmək istəyirmişsə elə olmağa çalışırdım.
Anam atamı mənim yanımda xoş sözlərlə vəsf edirdi. Evimizin divarında atamın şəkli asılmışdı. Hər dəfə anam onun tozunu siləndə mən onun əlindən parçanı alıb özüm silirdim. Atamdan mənə qalan yalnız bu portret idi. Həmdə onun gəncliyindən nişanə qalmışdı. Əvvəl balaca şəkil idi. Onu aparıb böyütdüm, çərçivəyə saldım. Şəklin yanından hər dəfə keçəndə ona baxırdım. Onun cansız cisminin əks olunduğu şəkildə mən çox şey görürdüm. Anam atamla bağlı xatirəsini danışanda. Həvəslə qulaq asırdım. Bu saatlarla davam etsə də mən yorucu gəlmirdi.
Novruz bayramına hazırlıq ərəfəsində anam otaqları yır-yığış edəndə içəri otaqların birindən əski parçaya bükülmüş zərf tapdı. Anamın oxuma bacarığı elə də yox idi. Məni çağırdı. Zərfi açanda məktub olduğunu gördüm. Üzərində "Əziz oğluma xatirə yazılmışdı" . Bir an həyəcan bürüdü məni. Bu nə barədə idi belə ? Dərhal açıb içini oxumağa başladım: "Əziz oğlum sən indi xəstəxanada yatırsan. İndicə dünyaya gəlmisən. Həkimlər ilkin tibbi yardımı göstərdilər. Sağlığında heç bir probleminin olmadığındanəmin olub rahatladıq. Baban da səhərdən gözət çəkir sənin yolunda. Anan artıq özünə gəlməyə başlayıb. Sənin başının üzərində dayanaraq sənə gələcək üçün bir neçə qeyd yazmaq qərar verdim. İlk öncə ailəmizə sevinc gətirdiyindən rahatlıqla əmin ola bilərsən. Hal-hazırda çox sevincliyik səni dünyaya gəlişin üçün. Balaca varlığınla neçə qəlbləri fəth etməyi bacardın. İlk atdığın addım kimi gələcək bütün addımların uğurlu olacağına ümid edirəm. Ən güclü qasırğalara sinə gərəcək qədər vüqarlı olmağı bacar. Dəyərli olan insanları sev və qoru. Onlara elə dəyərli olduqlarını hiss etdirməlisən ki, itirdiyin anda bunu etmədiyin üçün üzülməyəsən. Sənə deyəcəyim çox sözlər, nəsihətlər var , fəqət bu vərəqlərə sığmayacaq. Əlbət həyat sənəçox dərslər keçəcək. Bu dərslərdən özün nəticəçıxarmağını istəyirəm. Artıq Səni digər otağa aparırlar mən də səndən ayrılıram". Hörmətlə: Səni həddən çox sevən atan.
Gözlərim doldu. Anamı qucaqladım. Atam mənə ən böyük hədiyyəsini qoyub gedibmiş. Hər hərfini , hecasını həvəslə oxudum. Diqqətimdən kənarda heçnə qalmamışdı. Dərhal atamın divardan asılmışşəklinin önünə qaçdım. Cansız şəkilin qarşısında diz çökdüm. Mən heç vaxt səni sevməkdən, sənin kimi olmaqdan peşman olmadım. Bu mənim səninlə qovuşanadək davam edəcək.
Məktubu təmiz parçaya bükərək Otaqda rəfin üstünə qoydum. O, mənə verilmiş ən dəyərli kağıza yazılmış sözlər idi...



Elmir Quliyev

Yorumlar

  1. İlk atdığın addım kimi gələcək bütün addımların uğurlu olacağına ümid edirəm.Elmir sən bizim fəxrimizsən

    YanıtlaSil

Yorum Gönder