Bədii esse: “Fərqli Arzular” - Elmir Quliyev


Yaşadığın həyatın sevgi üzərində qurulduğunu zaman keçdikcə anlayırsan. Qarşılaşdığın, ünsiyyətdə olduğun hər şey səndən sevgi istəyir. valideynlər, qohumlar əlinə götürdüyün qələm, hər gün dinlədiyin musiqi , kitab dükanında yaxınlaşıb almaq istədiyin kitab da dilə gələrək : məni sev , qayğıma qal göz üstünə qoy, yaxşı saxla deyir.. Eynilə Allah da..

Mənə bəlkə də o nağıllardakı sehirli çıraq lazım idi ki, həyatımı bir andaca dəyişim. Ancaq içimdən yox..! yox..! bu daha maraqsız olardı qəfildən dəyişmək. Bu çox güman vicdanımın səsi idi:
"Gərək öz dişinlə, dırnağınla bunu edəsən, cırmaqlayasan.. əziyyət çəkməlisən hər əzaba qatlaşmalısan, bəzən ac-susuz , gecələr yuxusuz qalmalısan. Yoxsa etdiklərin hamsı çox kiçik görsənər gözündə"
Bunun üçün sehirli çırağdan daha vacib sevgiyə ehtiyac var. Həyatı dəyişmək üçün onu sevməlisən, dəyişəcəyin şeyləri sevməlisən. Sevməlisən ki, daha yaxın olasan. Sevməlisən ki, reallaşdıra biləsən.
Bu sözləri bir vərəqə yazıb yanımda gəzdirməyə başladım. Hər gün bir dəfə güzgü qarşısında bunları öz-özümə deyib, əməl edib etməyəcəyimi yoxlayacaqdım. Bunun üçün söz vermişdim.
Uşaqlıqda rəsm çəkməyi bacarırdım. Bu məndə alınırdı. Rəsmlərim çoxları tərəfindən yaxşı qarşılanırdı. Bu məni yeni-yeni əsərlər yaratmaqda maraqlı edirdi. Təbiət mənzərələrini :dağları, şəlalələri, çəmənlikləri , sıldırım qayaları daha fərqli şəkildə göstərməyə çalışırdım. Bir müddət sonra rəsm çəkməyin mənə fayda verməyəcəyini dedilər. " sən heç vaxt məşhur rəssam ola bilməzsən" , başqa işlə məşğul ol" kimi fikirləri beynimə yeritməklə bu sahədən əl çəkməyimə nail oldular. Beləliklə, rəssamın gözüylə dünyayı seyr etməyim sona yetdi. Arxa dayaq duracaqlarını deyənlər isə sonralar yox oldular. Uşaq ağlımla məni inandırmışdılar.
Həyatım qəribəliklərlə dolu olub həmişə. Bəlkə də, kitaba köçürsəydim oxumağa başlayanda bir ya da,ikinci vərəqində darıxardım, maraqsız olduğunu deyərdim. Ancaq biləndəki hər dəqiqə və saniyəsini özüm yaşamışam çox təəssüflənirəm.. Daha yeni və rəngarəng həyat axtarışına çıxmışdım. Bu lap həqiqət axtarışında olan dərvişlərin səyahətinə bənzəyirdi. Hər nə olursa olsun məqsəddən geri dönməmək.. Hərdən elə dəqiqələr elə anlar olur ki, sıxılırsan, hər şey üstünə gəlir. Dərdini deməyə səmimi söhbət etməyə kimisə axtarırsan. Xoşbəxtlikdən mənim də Anar kimi hər an yanımda nəfəsini hiss etdiyim dostum var idi. Anarın səmimi dostluğu hər atdığımız addımda bizi bir-birinə daha da sıx bağlayırdı. Onunla müxtəlif mövzularda təlimlər keçmək qərarına gəldik. Əslində birincidən bu onun təklifi idi. Alınacağına inanırdıq. Sadəcə inanırdıq. Çünki inam böyük qüvvədir. Görəcəyimiz işi həyata keçirmək üçün ona inanmağımız və sevməyimiz çox əhəmiyyətlidir. İlk təlimi univerisitet tələbələrinə keçməklə başladıq. Maddi vəsaitimiz də çox deyildi. Təlim üçün kiçik zal hazırlmışdıq. Sonradan gələnlər oldu deyə əlavə yerlər də düzəltdik. Anarın "Sərhədlər" mövzusundakı çıxışı gələnlərdə coşğu yaratmışdı. Çıxışdan:
"Bir dəfə atama demişdim ki, ata bu atalar sözlərimiz də lap qəribədir. Bu günün işini sabaha qoymamalıyıqsa bəs tələsəndə niyə təndirə düşməliyik? Atam bunun izahını vermək əvəzinə mənə dedi ki, "sən belə böyümüsən ki, illərlə qorunub saxlanılan , hikmətlərlə dolu atalar sözlərimizə qarşı gəlirsən? Özünə aid işlərlə məşğul ol" Əlbəttə, onlar bizim atalar sözlərimizdi onlara qarşı gəlmək olmaz . Özüdə heç bir halda olmaz..
Düzdür, o zaman mənim ön dörd yaşım vardı. Hələ bu işlərlə məşğul olmaq üçün kiçik idim. Ancaq indi anlayıram ki, bizi uşaqlıqdan dairəmizi cızır, sən ona qarşı gələ bilməzsən fikri ilə böyütməyə çalışırlar. Sən ona qarşı gələ bilməzsən axı o filan şeydir.. Axı insan azad quştək səmalarda dövr vurmağa meyillidir, tikanlı məftillərlə əhatə olunmuş qəfəsini yarıb yarıb bayıra çıxmağa can atır, ciyərlərinə təmiz oksigen almağa çalışır. Bu da bizim təbiətimizdir. Buna da qarşı gəlmək olmaz.."
Anarla bir neçə ardıcıl təlimlər təşkil etdik. Artıq geniş auditoriyalarda söz demək imkanı qazanmışdıq. Bizi bir çox yerdən izləməyə gəlirdilər. Bu bizi ruhlandırırdı. Ürəkdən edilən alqışlar oradan qazandığımız maddi vəsaitdən xeyli yüksəkdə dayanırdı. Sevərək gördüyümüz işlərin uğurlu nəticəsini gördükdə hədsiz sevinirdik. Sanki, bağlı qapıların açarını tapmışdıq və bir-bir açırdıq. Hər açılan qapıdan saçılan işıqlar gedəcəyiniz yolu işıqlandırırdı..
Yazdığım kiçik hekayələr toplusunu qəzetdə dərc edildiyini gördüm. Çox sevindim. İçimdən bir söz keçdi "axır ki"..
Sadə görünən kiçik şeylərlə xoşbəxt olmağı bacarmalıdır insan. Onların hər biri sonda yığılır böyük bir aysberqin parçasına çevrilir. Onlar olmasaydı bu böyüklükdə aysberq olmazdı.
Yeni kitab üzərində işləməyə başlamışdım. Qazandığım uğurlar məni çox sevindirirdi. Artıq hər şeyin qaydasında olduğunu fikirləşirdim, bu əsl mən istəyən kimi idi. Bu təsəvvürlərlə irəliləyirdim.
Anar zəng elədi. Onu qabaqlayaraq yeni təlim üçün hazırlaşacağımızı deyəcəyim anda:
-Aslan , mən artıq təlimləri dayandırıram.
-necə yəni dayandırıram.
-hə son qoyuram
-sən dəli olmusan hər şeyin qaydasında getdiyi anda hardan çıxdı bu ?
- bilmirəm. Ancaq bilirəm ki, belə daha yaxşı olacaq. Bağışla məni səni yarı yoldu qoyuram. İnanki mən də istəməzdim belə olsun.
-məni yarı yolda qoyursan, sonra da üzr istəyirsən ? Bu nə deməkdir ? Axı bir-birimizə söz vermişdik. Nə olursa olsun dayanmayacıq demişdik başlanğıcda.
-bağışla məni ! Vicdanım buna izn verməsə də bununla barışmalıyıq. İstəməsək də qədər bizi buna sürükləyir.
Telefonu söndürdü. Onun məni tək qoyması ilə barışa bilmirdim. Başqa bir səbəb olduğunu fikirləşirdim. Öz-özümə isə o mənə ən yaxın olan şəxsdir. Nəsə olsa bunu mütləq mənə deyərdi. İki gün sonra eşitdim ki, Anarı xəstəxanaya yerləşdiriblər. "Anara nə olub ki, görəsən ?" Tez getdim ora. Anarı görəndə gözlərimə inana bilmədim. Rəngi tamam solmuşdu, gözlərinin altında şişləri var idi. Məni görən kimi üzündə azca təbəssüm əmələ gəldi:
-Bilirdim gələcəksən. Məni bir daha bağışla !
- indi bunların zamanı deyil , Anar . İndi vəziyyətin necədir?
- indi yaxşıyam. Sonrası şansa qalıb necə olmağım.
- belə söz dilinə gətirmə! Sən yaxşı olacaqsan.
Həkim gəldi bayıra çıxmağımı istədi. Həkimlə danışdıqda yaşamağının çətin olduğunu dedi. Bu sözlər mənə iynətək sancıldı. Anarı itirə bilmərəm , ən yaxın dostumun yoxluğu ilə barışa bilmərəm. Ancaq bu baş verdi. Həmin gecə onu itirdik. Bu mənə sözlə ifadə edilməyəcək qədər təsir etdi. Bütün həyatıma sükut çökmüşdü. Onunla keçən hər günümüzü xatırlayaraq ağlayırdım. Özümü bağışlaya bilmirdim. Son dəfə zəngimizdə də mən onunla acıqlı danışmışdım. Öz içindəki xəstəliyini mənə deməyərək mənim də üzülməyimi istəməmişdi. Onun fədakarlıqları qarşısında heçnə edə bilməmişdim.
Anarın yoxluğu məni hər şeydən soyutmuşdu. Həyat gözümdə birdən-birə dəyərsizləşdi. Biz ona kimlərəsə görə dəyər veririk. Onu əlimizdən aldıqda isə tamamilə adi,dəyərsiz bir şeyə çevrilir. İllər ən sevdiklərimizi alır əlimizdən. Zamanı geri qaytarıb onları görə biləydik kaş. Sarılardıq, öpüb-qucaqlardıq, hər anımızı onunla keçirərdik. Gözümüzdən kənara qoymazdıq. Ən pisi isə odur ki, bu arzularımıza reallıqda yer yoxdur. Bu sadəcə mümkünsüzdür..
Çərşənbə günü idi. İşdən yorğun çıxmışdım. Evə getmək əvəzinə dəniz kənarına çıxdım biraz hava almaq üçün. Dənizin dalğaları sanki, sahilə birinci çatmaq uğrunda yarışırdı. Bu yarışın qalibi hər dəfə fərqli olurdu. Mən də oturmuşdum soyuq daşların üzərində.
Birdən kürəyimə eynilə daş qədər soyuq bir əlin dəydiyini hiss elədim. Arxaya dönəndə üzü qırışlı , dodaqlarında çatlar olan bir kişi əlindəki içkini mənə uzatdı:
-İçirsən ?
- xeyr
- bura mənim yerimdir. Özlərini tənha hiss edən insanlar gəlir. Onlar içir və hər şeylərini danışırlar.
-siz kimsiniz ki?
-məni hər kəs fərqli tanıyır. Yol kənarında dayanıb dilənən bir dilənçi, əyyaş bir qoca ,səmimi həmdost..
-siz onların hamsını dinləyirsiz?
- əlbəttə, buyur səni də eşidirəm.
-danışılası elə də sözüm yoxdur.
- hamının danışmağa sözü var. Sadəcə sözlərini dinləyəcək şəxs tapa bilmədikləri üçün susmağa üstünlük verirlər.
- bəlkə də, düz deyirsiz. Bu yaxınlarda ən yaxın dostumu itirdim. Onunla aramızda gizli söz qalmazdı . Hər sirrimizi bölüşərdik.
- bu şəxslər hər birimizin həyatında var. Lakin onları ən lazım olan anda itiririk.
Bu kişi ilə söhbətimiz biraz da uzandı . Daha sonra o, mənə qəzada həlak olmuş oğlu haqda danışdı. Oğlu ilə çoxlu xatirləri vardı. Hər birindən ağız dolusu danışırdı. Danışdıqca gözləri yaşla dolurdu. Bir qurtum da viskisindən içdi :
"Bu mənə kədərimi bir müddətlik də olsa unutdurmağa kömək edir. Yaşamaq üçün yeni ümidlər verir. " - deyə əlindəki şüşəni göstərdi. Danışdıqca skamyada özünə yer hazırlayırdı.
"Eviniz yoxdur ? Niyə skamyalarda gecələyirsiz ?"
" Var həm də böyük. Ancaq orada ən xoş xatirələrimin səbəbkarı olan insanlar yoxdur. Bu məni sıxır , acımı biraz da artırır. Keçmişin səsli-küylü evindən bir əsər-əlamət qalmayıb. Geniş otaqları var. Ancaq.. ancaq onların heç əhəmiyyəti yoxdur mənim üçün"
"Bəs sizi həyata bağlayan nədir?"
"Bu suala cavab vermək mənim üçün çox çətindir. Çünki yaşamağım üçün əsaslı səbəb tapa bilmirəm. Kimini valideynlərinə olan sevgisi, kimini uşaqlarına olan sevgisi, kimsənin həyat yoldaşına olan sevgisi, bəzilərini isə qohumlarına olan sevgisi onu həyatda saxlayır, yaşamaq üçün səbəblər qoyur. Mən də isə bunların heç biri yoxdur. Məni məndən başqa hamı atıb. Hərdən elə fikirləşirəm ki, Allah da məndən üz döndərib. İnsanlar mənə səfil, yolun kənarında dayanan əyyaş gözüylə baxırlar. Yaxınlaşıb pul verənlər də var. Ancaq bu mənə lazım deyil. Onlar dinləmirlər. Halımı sormadan qəpik atıb gedirlər. Mən onları dinləməyi çox sevirəm. Hər birimiz öz tənhalıqlarımızı baxışlarda boğuruq"
O, hey danışırdı. Mən isə heyran qalmışdım bu insana. Bir insan nə qədər geniş dünyaya sahib olarmış. Küçələrdə görəndə qaçırdırıq gözlərimizi onlardan. Evdən mənə zəng gəlirdi. Getməliydim. Bütün varlığım skamyanın yanında qalmışdı təkcə ayaqlarım yerdən qoparaq uzaqlaşırdı qocanın yanından...


Elmir Quliyev

Yorumlar